Gülxani pənah salatin əHMƏdli səNƏT, SƏNƏtkar



Yüklə 3,82 Mb.
Pdf görüntüsü
səhifə77/147
tarix01.07.2018
ölçüsü3,82 Mb.
#52706
1   ...   73   74   75   76   77   78   79   80   ...   147

 
Sənət, sənətkar və zaman
 
 
 
305 
(1957), «Seçilmiş əsərləri» iki cilddə (1967-68) və s. kitabların 
müəllifidir. İlk yaradıcılığında gənc nəslin tərbiyəsinə qayğıyla 
yanaşaraq,  uşaq  ədəbiyyatının  da  ən  gözəl  nümunələrini 
yaratmışdır.  «Günəş»,  «Yağış»,  «Yaz  buludu»,  «Göy 
guruldayır» və s. şeirlərində uşaqlarda günəşə məhəbbət, təbiət 
hadisələrinə, 
təbiətin 
gözəlliklərinə 
məhəbbət 
oyadır. 
Şeirlərində  baharın  mənzərəsini  («Yaz  gəlir»)  yaradır, 
balacaların  diliylə  danışır,  bənövşənin  açılmasını  («Açıl  bə-
növşə»)  istəyir.  «Qaranquş»,  «Torağay»,  «Sığırçın»,  «Hop-
hop»,  «Cik-cik»,  «Boz  oğlağım»  və  s.  şeirlərində  uşaqlarda 
heyvanlara, quşlara məhəbbəti daha da artırır.  
 M.Dilbazi  şeirlərində zəhməti tərənnüm  edir,  böyüklərin 
işini, əməklə qazandıqları uğurları balalara sevdirməyə, onlarda 
da əməyə sevgi,  maraq  yaratmağa çalışır. «Ulduzları fəth edən 
qız»,  «Həcər  xalça  toxuyur»,  «Babaların  nəğməsi»,  «Ata  və 
oğul»  belə  şeirlərdir.  Şeirlərindəki  vətən  məhəbbəti  («Xəzər 
üstə 
şəhərim 
var», 
«Bakının 
işıqları», 
«Könül 
sevinməsinmi…»,  «Abşerona  gələn  sular…»,  «Ölkəm»  və  s.) 
sülh,  əmin-amanlıq  duyğuları  («Sülhdür  andımız»,  «Sülh 
dostları  bir  sırada  dayanmış»,  «Məhbəslərdə  doğulanlar», 
«Uşaqlar  qəmlənməsin»,  «Rahat  yatardınız,  körpələrimiz»  və 
s.),  məhvedici  silahlara  qadağa  qoymaq  istəyi,  müharibəyə 
nifrət  («Çağırır  dünyanı  mübarizəyə»),  azadlıq  uğrunda 
mübarizə,  («Zənci  oğlu  Rao»),  ana  məhəbbəti  («Mənim  anam 
ürəyimdir»),  «Analıq  duyğusu»,  «Şirin  dilim»,  «Körpələr»  və 
s.)  dostluq  və  yoldaşlıq  mövzusu  («Dilarə  və  Gülarə», 
«Vicdan»  və  s.),  məhəbbət,  təlim–tərbiyə  məsələləri  («Ana 
dili»,  «Məktəb  nəğməsi»,  «Birinci  beş», «Gələcək  müəlliməyə 
məktub»  və  s.)  lirik  şeirlərinin  əsas  mövzusudur.  Kiçik  yaşlı 
uşaqlar  üçün  yazdığı  poemalar  və  mənzum  nağıllarda 
(«Reyhan»,  «Balaca  nümayəndə»,  «Qardaşlar»,  «Balaca 
                                                    Gülxani Pənah, Salatın Əhmədli
                                                                            
 
 
306 
dostlarım»,  «Sevincin  dünyası»,  «Xeyir  və  Şər»  və  s.) 
Azərbaycanın  keçmişi,  bu  günkü  inkişafımız,  müharibənin 
odlu–alovlu illəri, elm, təhsil almaq arzusu ilə ürəkləri döyünən 
gənclərimizin  uşaqqanadlı  arzuları,  insan  övladının  xarüqələr 
yarada bilməsi gücü və s. məsələlərdən bəhs edir.  
Alleqorik mənzum nağıllarında xeyirlə şərin, pisliklə yax-
şılığın  mübarizəsi  əsasdır.  Bu  nağıllarda  səadət,  qoçaqlıq, 
zəhmətsevərlik  tərənnüm  olunur.  «Qaranquş  və  qara  ilan», 
«Günəşin  eşqi»  nağıllarından  birincidə  qaranquşların  insana 
məhəbbətindən bəhs olunur, ikinci nağılda uşaqlara nəcib, sadə, 
qayğıkeş,  açıqqəlbli,  saf  olmaq  hissləri  aşılanır.  «Qurd  və 
uşaqlar»  nağılında  uşaqları  diqqətli,  ayıq,  tədbirli  olmağa 
səsləyir, «Bal arısı və eşşək arısının nağılı» maraqlı və tərbiyəvi 
məzmun  kəsb  edir.  «Bal  arısının  timsalında  əməyin  qiymətini, 
eşşək arısının timsalında  isə tüfeylilik, paxıllıq və gözüdarlığın 
zərərli  nəticəsi»  təsvir  edildiyi  bildirilir.  Uşaqlar  üçün  yazdığı 
ibrətamiz  hekayələrdə («Gözəl ana»,  «Nənənin dərsi»,  «Cavan 
qız  və  qoca  qarının  hekayəsi»  və  s)  ana  məhəbbəti, 
dünyagörüşü,  qoca  nənənin  nəvələrinə  verdiyi  ibrətamiz 
nəsihət,  qoca  qarıya  gülən  «cavan  bir  qızın  qəbahəti»  və  s. 
əsasdır. 
Xeyirxahlığı,  yaxşılığı tərənnüm etdiyi «Muğanda bahar» 
pyesində  Mil  və  Muğan  baba-«vətən  torpağını  laləzara 
çevirmək  istəyən,  şoran  çölləri  yaşıllaşdırmaq  arzusu  ilə 
yaşayan  və  bu  arzuların  çiçəklənməsi  üçün  gözəl  baharın 
intizarını  çəkən  müdrik  qocalar»  insanlara  yaxşılıq  arzulayan 
qocalardır.  Bu  qocalar  Mil  və  Muğanın  simvoludur.  «Göyçək 
Fatma» pyesi də folklor motivlərilə zəngindir. Kiçik, orta yaşlı 
uşaqlarla  yanaşı,  məktəbəqədər  yaş  dövrü  keçirən  uşaqlara  da 
şeirlər yazmışdır. «Gələcək şagirdin məktubu» bu qəbildən olan 
şeirlərdəndir.  Bu  şeirdə  kiçik  uşaqların  məktəbə  getmək,  bilik 


 
Sənət, sənətkar və zaman
 
 
 
307 
almaq,  məktəb  arzuları,  xəyalları,  məktəbdə  ünsiyyət  tapmağı, 
dost  olacağı  uşaqlara  qarşı  bəslədiyi  səmimi,  insani  duyğular  
əsasdır:  
Altı yaşa çatmışam, 
Saçlarımı uzatmışam. 
Hörük üçün lentim var, 
Nənəm mənə tikib paltar, 
Çox xoşuma gəlir çantam, 
Onu mənə alıb atam. 
Var dəftərim, var kitabım, 
Perom qızıl rəngindədir. 
Görən onu tərif edir. 
Yonulmuşdur karandaşım, 
Yaxınlaşır məktəb yaşım. 
Mirvarid  Dilbazi  «Reyhan»  poemasını  da  bu  mövzuda 
yazmışdır.  Ümumilikdə  M.Dilbazi  uşaqların  bütün  dövrlərdə 
yaş  xüsusiyyətlərinə  yaxşı  bələd  olan  şairə  idi.  Bu  ona  imkan 
vermişdir  ki,  həm  məktəbəqədər,  həm  kiçik,  orta,  həm  də 
böyük uşaqlar üçün gözəl əsərlər  yazsın.  Onun  yaradıcılığında 
bütün  yaş  mərhələlərinə  aid  bədii  nümunələr  var.  Onun  bu 
şeirlərində  o,  mehriban  ana,  qayğıkeş  insandır.  Və  əsərlərinin 
mövzusunu həyatdan götürən şairə bütün «mövzuları uşaqların 
psixoloci  xüsusiyyətlərinə,  qavrama  qabiliyyətlərinə  uyğun  bir 
tərzdə qələmə almışdır. Bunun nəticəsidir ki, uşaqların sevimli 
şai
rəsi
 kimi ədəbiyyat tariximizə daxil olub. 
Uşaq  ədəbiyyatının  yaxşı  nümunələrini  yaradan  Qılman 
İlkin  «Bahar  tüstüləri»  hekayəsində  insan  əqlinin  dəyişdirdiyi, 
gülüstana    çevirdiyi  kəndin  tərəqqisini  təsvir  edir.  Uşaqlar  və 
gənclər  sərt  qışdan  bağçanı  qorumaq  üçün  böyük  əmək  sərf 
edirlər  və  bundan  zövq  alırlar.  «Yaşayış  məntəqələrində 
yaşıllıqların salınması,  ağac  və gül kollarının  əkilməsi,  onların 
                                                    Gülxani Pənah, Salatın Əhmədli
                                                                            
 
 
308 
becərilməsi həyat nişanəsidir, səadətdir, bolluqdur-yazıçı fikrini 
belə mənalandırır. Bu, ötəri və təsadüfi fikir deyil. Uşaqların bu 
nəcib işləri məktəbdə bir ənənəyə çevrilir». 
«Həyat  yollarında»  hekayəsində  maarifçi  sənətkar 
N.Vəzirovun  uşaqlıq  və  gənclik  illərindən  bəhs  edilsə  də, 
burada  məqsəd  N.  Vəzirovun  uşaqlıq  və  gənclik  dövrünü 
nümayiş  etdirmək  yox,  inqilabdan  əvvəl  azərbaycanlı  balala-
rının  təhsil  almalarının  çətinliklərini  ümumiləşdirməkdir. 
«Hekayədə  adi  bir  əyalət  uşağının  çətinliklər,  təhqirlər, 
istehzalar  və  töhmətlər  bahasına  elmlərə  dərindən  yiyələnməsi 
sənətkarı maraqlandırdığı kimi, oxucuların da fikrini özünə cəlb 
edir.  Lakin  bu  uşaq  gələcəkdə    xalq  üçün  faydalı  adam 
olmaqdan ötrü hər bir əziyyətə qatlaşa  bilir.  Dünyanı dərindən 
qavramaq,  obyektiv  aləmi  düzgün  dərk  etmək  üçün  qadağan 
olunmuş  kitabları  belə  oxumaq,  bu  səbəbə  görə  gimnaziyadan 
qovulmaq,  həbsə  alınmaq,  vətəndən  sürgün  olunmaq  təhlükəsi 
onu  qorxutmur.  O,  gimnaziyada  şəhərli  şagirdlərinin  istehzalı 
baxışları ilə qarşılaşır. Lakin, o, bunlara əhəmiyyət verməyərək 
yaxşı  çalışır,  dərslərindən  yüksək  qiymətlər  alır.  Sonralar  isə 
tələbələrdə özünə qarşı qibtə və həsəd doğurur». 
«Üçtəpə  uşaqları»  povestində  Cəmil,  Saday,  Murad 
gənclərimizi  təmsil  edir.  Onlar  kəndin  elektrikləşdirilməsi 
işində  çalışır.  Texniki  tərəqqinin  cəmiyyətin,  gənclərin  də 
formalaşmasında  rolu,  orta  yaşlı  və  yeniyetmələri  əməyə 
alışdırmaq,  kəndlərimizin,  şəhərlərimizin  abadlaşdırılmasında 
onların  məqsədyönlü  fəaliyyətini    təmin  etmək  kimi 
əhəmiyyətli  məsələlər  bu  povestdə  qoyulur.  «Tarix  müəllimi», 
«Yazılı  daş»  əsərlərində  uşaq  xarakteri  yaratmaq  bacarığı 
diqqəti  cəlb  edir.    Buradakı  məktəbli  surətləri  özlərinin 
mübarizliyi,  siyasi  sayıqlığı,  əməksevərliyi,  qayğıkeşliyi, 
məktəbdə  də,  evdə  və  işdə  də  nümunə  olmaları  ilə  başqaların-


Yüklə 3,82 Mb.

Dostları ilə paylaş:
1   ...   73   74   75   76   77   78   79   80   ...   147




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə