Gülxani pənah salatin əHMƏdli səNƏT, SƏNƏtkar



Yüklə 3,82 Mb.
Pdf görüntüsü
səhifə85/147
tarix01.07.2018
ölçüsü3,82 Mb.
#52706
1   ...   81   82   83   84   85   86   87   88   ...   147

 
Sənət, sənətkar və zaman
 
 
 
337 
redaktor işləyib. «Qaraçı qız», «Qocalar və uşaqlar», «Sovqat», 
«Novruzgülü»  kitablarında  təlim-tərbiyə,  əmək,  vətənpərvərlik 
və  təbiət  aləmindən  bəhs  olunur:  «O,  «Novruzgülü»  alleqorik 
nağıllarında çiçəklərin təbiətə  yaraşıq  və gözəllik verməsindən 
bəhs  edir,  göstərir  ki,  bu  güllər  baharın  övladlarıdır,  hərəsinin 
bir gözəlliyi,  bir təravəti  var.  Buna görə də gözəllikdən söhbət 
düşəndə  ətirli  qızılgül,  yaraşıqlı  qərənfil,  utancaq  bənövşə, 
meşələrin  bəzəyi  nərgiz,  düzlər  gözəli  lalə  və  digər  güllər 
özlərini öyür, tərifləyirlər. Novruzgülünün isə boynu bükükdür. 
Çünki  onun  ömrünə  cəmi  iki  gün  qalır.  Palıd  isə  onun  daha 
qiymətli,  daha  gözəl  olduğunu  başa  salır.  Axı,  Novruzgülü 
baharın  ilk  mücdəsidir.  ..  müəllif  bu  güllərin  hansının  harada 
bitdiyini,  hansından  necə  istifadə  etmək  lazım  olduğunu 
uşaqlara öyrədir». 70-ci illərdə «Yetər nənə», «Babamın bağı» , 
«Göy  qurşağı»,  «Tək  çiçək»  kitablarında  kəndin  qayğıları, 
heyvanların,  quşların  həyat  tərzi  canlı,  bədii  boyalarla  təsvir 
edilmişdir. «Alma», «Sehrli ağac» adlı iki dizi filminin ssenari 
müəllifi  Nəriman  Süleymanovun  əsərləri  keçmiş  SSRİ,  macar, 
yuqoslav dillərində çap olunub. 
Müasir mövzulara daha çox meyl göstərən, hekayələrində 
dövrünün  gənc  nəslinin  tərbiyəsi,  təhsili,  müxtəlif  sənətlərə 
həvəs,  arzu,  özündən  böyüklərə  hörmət,  təşəbbüskarlıq  və  s. 
məsələləri  qələmə  alan  Əzizə  Əhmədova  «Novruzgülü-
yazgülü»,  «Sehrli  güllər»,  «Yaz  qarı»,  «Toplan  və  kölgəsi», 
«Ayı  meşədən  küsdü»,  «Yağış»,  «Heyvanların  qış  hekayəti», 
«Xınalı  qayalar»  və  s.  əsərlərində  yazıçı  dəqiqliyi,  həssas 
müşahidə  qabiliyyəti,  sənətinə  tələbkarlıq  aydın  hiss  olunur. 
«Ağlağan  çəpiş»,  «Lovğa  ördək  balası»,  «Səyyar  dovşan», 
«Tülkünün  kələyi  baş  tutmadı»,  «Göl  əfsanəsi»  və  s. 
təmsillərində  «hər  bir  heyvan,  quş,  çiçək  və  bitki  öz 
xüsusiyyətinə,  həyat  tərzinə  uyğun  qələmə  alınmışdır.  Kiçik 
                                                    Gülxani Pənah, Salatın Əhmədli
                                                                            
 
 
338 
həcmli  hekayələrində  yazıçı  oricinal  fikir  söyləməyi,  balacala-
rın hiss və duyğularını qələmə almağı bacarır.  
60-cı  illərdən  Azərbaycan  uşaq  ədəbiyyatının  dramatur-
giya  bölməsi  yeni  inkişaf  mərhələsinə  qədəm  qoyur:  «Müasir 
insanı,  onun  həyatını  bütün  genişliyi  ilə  əks  etdirmək,  ictimai 
həyatdakı    əkslikləri,  keçmişin  qalıqlarını,  insan  xarakterində 
nəzərə çarpan keyfiyyətləri bir-birilə təmasda açmaq dram canrı 
üçün əsas  meyara çevrildi.   Bu  illərdə dramaturgiyanın  mövzu 
dairəsi  daha  da  genişlənmiş,  yeni  nəslin  əsrin  tələb  etdiyi 
səviyyədə  tərbiyəsinə  yönəldilmişdir.  Gəncliyin  əsl  vətəndaş 
kimi  kamala  çatması  üçün  müasir  elmi  və  texniki  biliklərə 
yiyələnmək,  yüksək  zövqə,  mənəvi  yetkinliyə,  zəhmət  və 
əməklə  ucalmağa  cəhd  göstərməsi  günün  ən  başlıca  məsələsi 
kimi  dramaturgiyanın  qarşısında  dururdu».  Gənc  Tamaşaçılar 
Teatrında,  eləcə  də  A.  Şaiq  adına  Kukla  teatrında  uşaqlara, 
gənclərə  məxsus  dram  əsərləri  tamaşaya  qoyulur.  Kukla 
teatrında  Ə.  Abbasovun  «Keçinin  qisası»,    M.Dilbazinin 
«Göyçək  Fatma»,  R.Heydərin «Göylər qonağı»,  Ə.Səmədovun 
«Artıq 
tamah 
baş 
yarar», 
«Əzablı 
günlərin 
sonu», 
Ə.Məmmədovun  «Cəsur  uşaqlar»,  M.Atəşin  «Cırtdan», 
T.Kazımovun  «Qoçaq  Polad»,  S.Məmmədzadənin  «Tülkünün 
aqibəti», 
R.Əlizadənin 
«Hamam 
hamam 
içində», 
F. 
Məmmədovun «Ac qulağım, dinc qulağım» və digər yazıçıların 
pyesləri,  eyni  zamanda  keçmiş  SSRİ  və  dünya  xalqlarından 
edilmiş  tərcümə  əsərləri  fikrimizi  təsdiq  etmək  üçün  aydın 
təsəvvür yaradır» 
Dram  əsərlərinin  çox  hissəsi  folklor  motivləri  əsasında, 
bir  hissəsi  məişət  nağıllarımızın  motivləri  (İ.  Coşqunun  «Ana 
laylası»)  əsasında,  mühüm  bir  qisminin  mövzusu    müasir 
həyatdan  (M.Təhmasibin  «Gülən  gözlər»,  Y.Əzimzadənin 
«Qonşular»,  Anarın  «Keçən  ilin  son  gecəsi»,  S.Qədirzadənin 


 
Sənət, sənətkar və zaman
 
 
 
339 
«Şirinbala  bal  yığır»,  Q.  İlkinin  «Təzə  şagird»,  A.Məm-
mədovun  «Yadındamı»,  C.Məmmədovun  «Dan  ulduzu», 
«Həyatın  astanasında»,  İ.  Xurşud  və  Ə.  Hacıyevin  «Məhəbbət 
novellası», İ.Məlikzadənin « Sağlıq olsun») bəhs edir.  
Əli  Səmədli  «Azərbaycan  pioneri»  qəzetində  işlədiyi 
müddətdə  uşaq  ədəbiyyatına  marağı  daha  da  artmışdır.  Xalq 
nağıllarından  qaynaqlanan  nağılları  «Aqil  babanın  nağılları» 
(1961)  kitabında  toplanıb.  Sonralar  «Məktəb  səhnəsi»,  «Qarlı 
gündə»,  «Çinar  ömrü  uzun  olur»,  «Tərgül  və  Zərgül».  «Hər 
kəsin öz nəğməsi var», «Tapmacalar», «Xəbərçi rəng», «Sehrli 
xalça»  və  s.  kitablarında  nağılları,  hekayələri,  mənsur  şeirləri, 
povest və pyesləri toplanıb nəşr edilmişdir. 
Onun  uşaq  dramaturgiyası  sahəsində  də  fəaliyyəti 
uğurludur.  Onun  «Məktəb  səhnəsi»  kitabında  «Pioner  pro-
cektoru»,  «Artıq  tamah  baş  yarar»,  «Əzablı  günlərin  sonu». 
«Gülən  dağ»  pyesləri  toplanmışdır.  «Kibrit  çöplərinin  ma-
cərası»,  «Sehrli  xalça»,  «Sarı  sünbül»  və  s.  pyesləri  məktəb 
səhnələrində, xalq teatrlarında tamaşaya qoyulmuşdur. 
Təmsil  bədii  ədəbiyyatımızın  ilkin  canrlarından  olub, 
mənbəyini  mif,  əsatir,  əfsanələrdən  alıb.  «Kəlilə  və  Dimnə», 
«Min bir gecə» abidələrində təmsilin ən kamil nümunələri var. 
Azərbaycan şifahi söz sənətində təmsil canrı zəngin məzmun və 
ideyalara  malikdir.    Xaqani,  Nizami,  Füzuli,  Q.Zakir, 
A.Bakıxanov,  S.Ə.Şirvani,  M.N.Qarabaği,  M.Ə.Sabir.  A. 
Səhhət.  R.  Əfəndiyev,  A.  Şaiq  təmsilin  gözəl  nümunələrini 
yaratmışlar. Azərbaycan ədəbiyyatının ayrı-ayrı mərhələlərində 
təmsil  gözəl  bir  canr  kimi  yeni  keyfiyyət  kəsb  etmiş,  zəngin 
ədəbi  mündəricəyə  malik  olmuşdur.  Yazıçılar  ayrı-ayrı  ədəbi 
canrlarda təmsilin  müxtəlif  növlərini  və şəkillərini  yaratmışlar. 
M.Seyidzadə,  M.Rzaquluzadə,  M.  Dilbazi,  M.  Müşfiq,  H. 
Əlizadə  və  b.  bir  sıra  maraqlı  mənzum  təmsillər  yaratmışlar. 
                                                    Gülxani Pənah, Salatın Əhmədli
                                                                            
 
 
340 
M.Seyidzadə  («Büllur  qəsr»,  «Qorxmaz»,  «Cırtdan»,  «Sehrli 
saz»),  M.Təhmasib  (  «Çiçəkli  dağ»),  Ə.Abbasov  («Keçinin 
intiqamı»),  X.Əlibəyli  «Dovşanın  ad  günü»),  Ə.  Səmədli 
(«Gülən  dağ»),  Hikmət  Ziya  («2-cilər  təslim  olur»)  müxtəlif 
mövzularda  təmsil-pyes  yazmışlar.  Təmsil  canrı  uşaq 
ədəbiyyatının bir sahəsi kimi yarandığı fikrində olan tənqidçilər 
«bugünkü  təmsilin  bədii  -estetik    tərbiyə  meydanı  daha 
vüsətlidir.  Təmsil  vasitəsilə  uşaqlar  müasir  texniki  inkişaf, 
müxtəlif bilik sahələri, heyvanların, quşların və bitkilərin həyat 
tərzi  ilə  tanış  olurlar.  Bununla  yanaşı,  insana  məxsus  bir  çox 
keyfiyyət  və  məziyyətləri  təqdir,  naqis  və  mənfi  surətləri  ilə 
islah  etmək  üçün    təmsil  daha  münasib  bədii  tərbiyə 
vasitəsi»dir  deyirlər.  X.Hasilova,  Ə.Babayeva,  T.Elçin, 
İ.Tapdıq,  M.  Əliyev,  Z.Xəlil,  F.Sadıq,    T.Mahmud,  S.Məm-
mədzadə,  Ə.Səmədli,  Y.Həsənbəy,  C.Məmmədov,  H.Ziya, 
Mərkəz  Qacar  təmsilin  maraqlı,  yaddaqalan  nümunələrini 
yaratmışlar.  Bu  müəlliflər  arasında  H.Ziya  və  M.Qacar  daha 
ardıcıl  olaraq  bu  sahədə  daha  səmərəli  fəaliyyət  göstərmişlər. 
H.  Ziya  uşaqlar  və  böyüklər  üçün  şeirlər  yazsa  da,  müasir 
ədəbiyyatımızda  təmsil  ustası  kimi  tanınır.  Təmsilləri  geniş 
oxucu  kütləsinin  rəğbətini  qazanan  Hikmət  Ziyanın  təmsilləri 
müxtəlif  almanaxlarda,  dərsliklərdə,  məcmuələrdə  çap  olunub. 
O, uşaq mahnıları da yazıb. H.Ziyanın uşaq şeirlərinə («Vətən», 
«Ay  nəğməsi»,  «Şənlik  nəğməsi»,  «Bizim  nəsil»,  «Bakı», 
«Sünbülüm»,  «Bayrağımız»  və  s.)  mahnı  bəstələmişdir.  SSRİ 
Uşaq və Gənclər Ədəbiyyatı Şurasının üzvü olmuşdur.  Şeirləri 
Moskvada,  keçmiş  SSRİ  xalqlarının  dillərinə  və  xarici  dillərə 
tərcümə  olunub.  H.Ziya  20-dən  çox  şeirlər  toplusunun 
müəllifidir.      «Ulduzların  söhbəti»,  «Buludlar»,  «Dovşanım», 
«Leylək  yuvası»  və  s.  kitabları  uşaqlar  üçündür.    Həyat 
materialı və mövzu müxtəlifliyi cəhətdən zəngin bu təmsillərdə 


Yüklə 3,82 Mb.

Dostları ilə paylaş:
1   ...   81   82   83   84   85   86   87   88   ...   147




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə