Gülxani pənah salatin əHMƏdli səNƏT, SƏNƏtkar



Yüklə 3,82 Mb.
Pdf görüntüsü
səhifə93/147
tarix01.07.2018
ölçüsü3,82 Mb.
#52706
1   ...   89   90   91   92   93   94   95   96   ...   147

 
Sənət, sənətkar və zaman
 
 
 
369 
«90-cı  illər  təkcə  ictimai-siyasi,  iqtisadi  həyatımız  yox, 
mənəvi  dünyamız  və  onun  bədii  əksi  olan  ədəbi-bədii  düşün-
cəmizə  kardinal  dəyişikliklər  dövrü  kimi  daxil  oldu.  Sovet 
reciminin az qala bir əsrlik dəmir barmaqlıq siyasətindən  sonra 
qəfil  açılan  qapılardan  hər  şey  üstümüzə  sel  kimi  axmağa 
başladı.  Sözün  həqiqi  mənasında    dini,  siyasi,  bədii  və  s. 
təfəkkür  axını  qarşısında  qaldıq.  Və  bu  zaman  bir  həqiqət  üzə 
çıxdı:  bütün sahələrdə olduğu kimi milli bədii təfəkkürümüzün 
də  bu    axını  ən  optimal,  lazımi  istiqamətə  yönəltməyə  kifayət 
qədər  yetərli  deyil  və  buradan  qaçılmaz  xaos  başladı. 
Doxsanıncı  illərdən  bu  yana  əslində  milli  bədii  təfəkkür  bu 
axını lazımı məcraya yönəltmək üçün. Əgər belə demək olarsa, 
ancaq  arx  qazmaqla  məşğuldur.  Bəzən  selləmə  gələn  su  bu 
arxın hüdudlarından çıxıb ətrafı basır, ziyanlıq da törədir. İstər 
estetik,  istərə  də  ideoloci  yöndən  zərərli  ifrat  təmayüllərin  baş 
alıb getməsində  yəqin  bir amil durur.  Yəqin ki,  ictimai şüurun 
bütün  formalarında  olduğu  kimi,  ədəbi-bədii  düşüncəmizdə 
stabilləşmə  prosesinin  bərqərar  olması  üçün  də  zaman 
lazımdır». Ə.Cahangir). 
Nə  yazıq  ki,  son  illərin  burulğanında  ədəbi  tənqidçilər, 
ədəbiyatşünaslar yazdıqları ədəbiyyat tarixiylə bağlı əsərlərində 
çağdaş  dövrümüzün  bir  sıra  istedadlı  qələm  sahiblərinin  heç 
adını  çəkmir,  yaradıcılıq  məziyyətlərindən  bir  kəlmə  də  olsun 
söz  demirlər.  Elə  adamların  bəzən  adı  çəkilir  ki,  oxuyanda 
təəccüb  içində  qalırsan.  Teleekranlardan  yapışıb  qalanlar  deyil 
ədəbiyyatımızı  yaşadanlar,  inkişaf  etdirənlər,  zamanın  nəbzini 
tutanlar,  günün  aktual  məsələlərini,  tarixin  bu  dövr  ictimai-
siyasi  mədəni  hadisələrini  ədəbi  əsərlərində  yaşadanlar. 
Ədəbiyyatda  dostluq,  tanışlıq  deyil,  əsl  sənət  əsəri  yaradan, 
xalqın  tanıdığı  şəxsiyyətlərin  yaradıcılıqları  birinci  növbədə 
tədqiqata cəlb edilməlidir.  Nə  yazıq ki,  müasir ədəbi tənqid öz 
                                                    Gülxani Pənah, Salatın Əhmədli
                                                                            
 
 
370 
imkanlarını yetərincə düzgün yola çəkməyib. Ya da elə əllərinə 
düşən o kəslərin əsərləri olub ki, bu prizmadan dedikləri fikirlər 
də  bəsit  çıxıb.  Tənqidçinin,  alimin,  ədəbiyyatşünasın  maddi 
durumu müəyyən çətinliklər yarada bilər, maraqları maddiyyətə 
də çəkə  bilər,  amma  bir  neçə  ildən sonra  bu dövrə nəzər salan 
sənətşünaslar  yetişəcək,  ədəbi  tənqidin  tərifləyib  göylərə 
qaldırdığı,  unutqanlığı  ucbatından  yetərincə  dəyəri  bilinməyən 
əsərlərin müəlliflərinin yaradıcılığı saf-çürük ediləndə elə olsun 
ki, müasir ədəbi-tənqidin dəsmal götürülüb dərdinə ağlanmasın. 
Tənqid  kimisə  təhqir  etmək  deyil.  Bütün  yazılan  əsərlər 
qüdrətli  sənət  əsəri  ola  bilməz.  Amma  o  əsərdə  ki,  zamanın 
keşməkeşli  anlarına,  qayğılarına,  ədalətsiz dövrlərinə,  zamanın 
hadisələrinə  ötəri  baxıb,  bir-iki  şeirilə  nəyəsə  yararlanmaqla 
ədəbiyyat  tarixinə  düşüb  tənqidçi  qiymətini  almaq  ədəbiyyat 
adamı  olmaq  deyil.  Öz  günahlarını  başa  düşmək  lazımdır. 
Qəşəm  Nəcəfzadə  tənqidi  istəmirəm,  sevmirəm  deyir.  Haqqı 
var.  Tənqid  bu  şəkildə  qurulanda,  əlbəttə,  onu  kim  sevər  ki. 
Əgər  tənqid  sağlam  bir  ab-havayla  köklənsə,  yazıçı  da 
məsuliyyət hissi duyar. Tənqiddə səmimiyyət olar... Ədəbiyyatı 
dovğa  qazanına  döndərməz.  Bu  gün  müxtəlif  şou  verilişlərinə 
qatılan,  özünü  ancaq  bu  şəkildə  tanıtmağa  çalışan,  nə  yazıq  ki 
qələm  dostlarımız  da  var.  İstəklərinə  az  da  olsa  nail  olurlar. 
Amma  elə  məqamlar  olur  ki,  onların  yerinə  biz  utanırıq. 
Ədəbiyyat şou deyil. Tənqid də şou deyil. Onlar bir-birinə arxa, 
dəstək  olmaqla  inkişaf  edə  bilər.  Bu  gün  tənqidçiləri 
qınadığımız kimi, qələm sahiblərini daha çox qınayırıq. Tənqid 
ədəbiyyata  yad  adamların  gəlişinin  qarşısını  almalıdır.  Kim 
bilmir  ki,  bu  gün  artıq  özünü  «ədəbiyyat  aləmində  tanıtmış» 
pullu  «dayday»  yazıçılarımız  var.  Onların  adına  əsər  yazıb 
ortaya çıxardanlara bir sözüm var. Qurandan məlumdur ki, sözü 
Allah  verir.  Lazım  gəlsəydi,  o  kəsə  də  verərdi.  Verməyib, 


 
Sənət, sənətkar və zaman
 
 
 
371 
amma  sən  o  sözü  satırsansa,  sən  daha  böyük  günah  sahibisən. 
Allah  yanında  elə  bu  gündən  yerin  cəhənnəmlikdir.  Əsərini 
pulluların  puluna  satıb  ailə-uşaq  dolandıranlar  bilməlidir  ki, 
tərəzi bir deyil,  Allah tərəzisi də var, ədəbiyyatın evini yıxmaq 
lazım deyil. Heç bir ölkədə belə bir biabırçı missiya ilə yaşayan 
insan  yoxdur.  Ədəbiyyat  xəstəsi  olanlara,  adını  ədəbi  mühitdə 
görmək  istəyənlərə  adamın  yazığı  gəlir...  Belələri  bu  gün  o 
qədər  qabağa  gedirlər  ki,  heyrətə  gəlirsən.  Hətta  millət  vəkili 
kürsülərinə  də  yiyələniblər.  Millətin  vəkili  ola  biləcək  söz 
xiridarları isə susur, kənardan durub baxır.... 
Bunlar  ədəbiyyatın  başı  üzərində  dolaşan  qara  buludlara 
bənzəyirdi.  
Yeni  gələn  gənc  nəslin  içində  istedadlılar  da  vardı,  iste-
dadsızlar,  qara-qurçular  daha  çox  idi.  Onlar  öz  çirkin  böhtan-
larını  60-cılar  nəslinin  üstünə  yağdıranda  səngərlərdə,  sər-
hədlərdə  qələmi  ilə  döyüşən  istedad  sahiblərinin  adları  belə 
çəkilmirdi.  Vətənin  sabahı  üçün  yazıb-yaradanda  başımızın 
üstündən  bir  ovuc  90-cılar  nəsli  lap  yuxarı  başa  can  atırdı. 
Dövlət 
Azərbaycan 
Yazıçılar 
Birliyininin 
fəaliyyətini 
dəstəkləyəndə,  ədəbiyyatımızın  sabahı  üçün  imkanı  olduğu 
qədər ona dəstək olanda, AYB-nin böyük bir təşkilat olduğunu 
bildiyindən,  onu  bir  ovuc  istedadsızın  arzusuyla  dağıdıb  məhv 
etməyin  qeyri-mümkün  olduğunu  təsdiq  etdiyini  görəndə 
«döyüş 
taktikalarını» 
dəyişdilər. 
 
«Postmodernizm», 
«modernizm» xəstəliyinə tutulanlar özləri belə bu məfhumların 
nə  olduğunu  bilməyən  bu  gənclər  «postmodernizmi  dünya 
miqyasında,  dünya  ədəbi  prosesində  ən  yeni,  ən  kamil  ədəbi 
cərəyan  hesab  edirlər.  Onların  Şərq-Qərb  kontekstinə  dair  öz 
münasibətləri,  öz  baxışları,  «öz  nəzəriyyələri»  vardır. 
Postmodernistlər  belə  hesab  edirlər  ki,  guya  Şərqdə  bədii 
yaradıcılığın  əsasında  yalnız  etik-estetik,  əxlaqi-mənəvi 
                                                    Gülxani Pənah, Salatın Əhmədli
                                                                            
 
 
372 
münasibətlər  durur.  Guya  Şərqin  bədii  təfəkküründə  analitik, 
fəlsəfilik,  dərinlik  bir  növ  çatışmır.  Qərbdə  isə  bunun  əksinə 
olaraq,  bədii  təfəkkürün  və  ya  yaradıcılığın  əsasında  daha  çox 
elmi-nəzəri,  analitik  təfəkkür  dayanır  və  həyata,  varlığa  daha 
çox  fəlsəfi  münasibət  aparıcı  səciyyə  daşıyır.  Onlar  üçün 
konkret  məkan  və  zaman  anlayışları,  konkret  insan  həyatının 
təsviri  bir  o  qədər  də  vacib  deyilmiş;  guya  bədii  ədəbiyyat 
insansız,  xaraktersiz  də  keçinə  bilər.  Hələ  çoxdan  çağırılmış 
bayatılar kimi, şüur axını, emosiyalar seli, kortəbii və təhtəlşüur 
təsvirlər, 
adsız-ünvansız 
monoloqlar 
əsasdır». 
Ədəbiyyatşünaslar  gənc  nəslin  postmodernist  baxışlarla 
köklənmiş nümayəndələrinin fikirlərinə qarşı çıxır. 
Onlar  müasir  ədəbi  gəncliyin  bəzi  nümayəndələrinin 
klassikanı  inkar  etmələrini,  yuxarıda  dediyimiz  kimi  Sabirləri, 
Mirzə  Cəlilləri  təhqir  etmələrini,  Füzulini,  aşıq  poezi-yasını 
şarlatan  adlandırmalarını,  «özlərini  ədəbiyyat  fədaisi  hesab 
edən  bu  cızmaqaraçılar»ın  «çağdaş  ədəbi  tənqidə,  estetik  fikrə 
qarşı  hücuma  keçərək  60-cı  illərdə  yaranan  ədəbiyyatı  və  onu 
yaradanları  yalançılıq  və riyakarlıq təzahürü»  hesab etmələrini 
tənqid  edirlər:  «indi  Anar  və  onun  tərəfdarları,  onun  rəhbərlik 
etdiyi  Azərbaycan  Yazıçılar  Birliyi  nadancasına  tənqid,  hətta 
təhqir 
olunur. 
Bu 
«başabəla» 
gənclər, 
«tənqidçilər», 
«şairciklər»  bu  «yaratdım»  deyərək,  heç  də  «utanmayanlar» 
(S.Vurğun)  ədəbi  mühitin  ətrafında  hərlənərək  heç  3-cü  sort 
ədəbiyyat  belə  yarada  bilməyənlər,  adını  «yazar»  qoyanlar 
Anarı,  F.  Qocanı,  Ç.Abdullayevi,  habelə  B.Vahabzadəni, 
Qabili,  Elçini,  C.Novruzu  və  başqalarını  «ədəbi  çarizmin 
nümayəndələri»  adlandıraraq,  bununla  da  ifrat  nihilizmə, 
böhtançılığa,  mənəvi  eroziyaya  uğrayırlar.  Adını  çəkdiyimiz 
yazıçıların  hər  biri  söyülür,  lağa  qoyulur  və  insafsızcasına, 
ədalətsiz 
olaraq 
məsxərə 
və 
ya 
istehza 
obyektinə 


Yüklə 3,82 Mb.

Dostları ilə paylaş:
1   ...   89   90   91   92   93   94   95   96   ...   147




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə