Gülxani pənah salatin əHMƏdli səNƏT, SƏNƏtkar



Yüklə 3,82 Mb.
Pdf görüntüsü
səhifə91/147
tarix01.07.2018
ölçüsü3,82 Mb.
#52706
1   ...   87   88   89   90   91   92   93   94   ...   147

 
Sənət, sənətkar və zaman
 
 
 
361 
Azərbaycan,  türk  xalq  ədəbi  abidələrinin  də  geniş  təhlilini 
vermiş,  tədqiqatını  aparmışlar.  Qəzənfər  Kazımovun  da  bu 
sahədə  uğurları  əvəzsizdir.    Onun  «Azərbaycan  dilinin  tarixi» 
(ən  qədim  dövrlərdən  XIII  əsrə  qədər)  (2003),  «Dilimiz, 
tariximiz»  (1998),  «Müasir  Azərbaycan  dili»  kitabları 
dediklərimizə əyani sübutdur. Qəzənfər Kazımovun «Yazıçı və 
dil»  (1975),  «Komik  bədii  vasitələr»  (1983),  «Bədii 
ədəbiyyatda  komizm  üsulları»  (1987),  «Qurbani  və  poetikası» 
(1996), «Sənət düşüncələri» (1997) və s. kitabları, eləcə də son 
illlərdə nəşr olunmuş 6 cildlik «Seçilmiş əsərləri» elmi-tədqiqat 
sahəsində  yaratdığı  sanballı  əsərlərdir.  Və  burada  Azərbaycan 
dili,  tarixi,  bədii əsərlərdə dil,  bədii təsvir,  üslub  və üslubiyyat 
məsələləri  başlıca  araşdırmalardır.  O,  «Müasir  Azərbaycan 
dili»,  «Azərbaycan  dili»,  «Türk  dili»  və  s.  ali  və  orta  məktəb 
dərsliklərinin də müəllifidir. 
Mirəli  Seyidovun    xalqımızın  mənşəyini  öyrənmək  sahə-
sində  apardığı  tədqiqatlar,  araşdırmalar,  əldə  etdiyi  uğurlu 
nəticələr  ədəbiyyatşünaslığımız  üçün  qiymətli  mənbələrdir.  
«Azərbaycan  mifologiyası  Azərbaycan  xalqının  mənşəyini 
öyrənməkdə    bir  mənbə  kimi»  mövzusunda  tədqiqat  üzərində 
çalışmış  Mirəli  Seyidovu  «Azərbaycan  mifik  təfəkkürünün 
qaynaqları», «Qızıl doyüşçü»nün taleyi», «Azərbaycan xalqının 
soykökünü  düşünərkən»,  «Qam-şaman  və  onun  qaynaqlarına 
ümumi  baxış»,  «Qövsi  Təbrizi»,  «Sayat  Nova»  və  s.  əsərləri 
zəhmətkeş təqiqatçı-alim kimi tanıtmışdır. 
Elməddin  Əlibəyzadənin  ədəbiyyatşünaslıq  sahəsində 
böyük  rol  oynadığı  danılmazdır.  «Qisseyi-Yusif»  klassik 
abidəni  tərtib  və  nəşr  etdirmişdir.    Qədim  dövr  və  ən  qədim 
dövrlə  bağlı  araşdırmalarının  nəticələri  olan  məqalələrin  sayı 
200-dən  çoxdur.  «Azərbaycan  xalqının  mənəvi  mədəniyyət 
tarixi» (beş cilddə), «Azərbaycan ədəbi dil tarixi, I cild, II cild, 
                                                    Gülxani Pənah, Salatın Əhmədli
                                                                            
 
 
362 
«Qədim  dünyamızın  ulu  kitabı»,  «Ana  kitabələr»,  «Nizami  və 
tariximiz» 
və 
s. 
elmi 
monoqrafiyaların 
müəllifi 
E. 
Əlibəyzadənin  zəngin  axtarışlarının  nəticəsi  olaraq  üzə 
çıxarılmış 
materiallar 
Azərbaycan 
folklorşünaslığını, 
ədəbiyyatşünaslığını,  dil  tariximizi,  ümumilikdə  Azərbaycan 
tariximizi zənginləşdirmişdir. 
Məmməd  Arifin  davamçısı,  tənqidçi,  ədəbiyyatşünas, 
Azərbaycanın  Əməkdar  elm  xadimi,  f.e.d.  Araz  Dadaşzadə 
dövrü  mətbuatda  elmi-tənqidi  məqalələrini  nəşr  etdirmiş, 
«Molla  Pənah  Vaqif»  kitabı  rus,  ingilis,  fransız  dillərinə  tər-
cümə  olunmuş,  «XVIII  əsr  Azərbaycan  lirikası  ideya-tematik 
və 
sənətkarlıq 
xüsusiyyətləri» 
mövzusunda 
doktorluq 
dissertasiyası  müdafiə  etmişdir.  A.Dadaşzadə  «Molla  Pənah 
Vaqif  (həyat  və  yaradıcılığı)  (1966),  «Molla  Pənah  Vaqif» 
(həyat və yaradıcılığı haqqında oçerk) (1966),  «Həyat müğən-
nisi»(1968)  «XVII  əsr  Azərbaycan  lirikası»  (1980)  «Xeyir-
xahlıq  və  gözəllik  poeziyası»  (1986)  kitablarının  müəllifidir. 
Eyni  zamanda  R.  Taqorun  «Bağban»,  A.Tolstoyun  «Mənim 
həyatım» əsərlərini dilimizə tərcümə etmişdir.  
Azərbaycan  xalqı  həmişə  öz  milli-mənəvi  dəyərlərini 
qoruyub  saxlamış,  xalqın  bədii  təfəkkürünün  incilərindən  ye-
tərincə  yararlanmaqla  yanaşı,  onları  toplamış,  nəşr  etdirmiş, 
gələcək 
nəsillərə 
çatdırmaq 
üçün 
həmişə 
çalışmışlar. 
Azərbaycan xalq ədəbiyyatının, mifoloci görüşlərin öyrənilməsi 
sahəsində  F.Köçərli,  Y.V.Çəmənzəminli,  R.Əfəndiyev,  N.  və 
A.Qiyasbəyovlar, 
İ.Mahmudbəyov, 
T.Bayraməliyev, 
S. 
Mümtaz, N. Zeynalov, Ə. Abid, Ə. Ələkbərov, M.N.Təhmasib, 
M.  Seyidov,  E.  Əlibəyzadə, 
Qəzənfər 
Kazımov,  T.Hacıyev, 
S.Əlizadə, 
Qəzənfər
 
Paşayev,
  Bəhlul  Abdulla,  Ramazan 
Qafarlı,  Ramil  Əliyev, 
Elxan  Məmmədli,
  Nurəddin  Seyidov, 
Seyfəddin
 
Rzasoy
 və b. alimlərimizin rolu böyükdür. 


 
Sənət, sənətkar və zaman
 
 
 
363 
Azad  Nəbiyev  ədəbiyyatşünas,  folklorşünas  kimi  şöhrət 
tapmışdır.  Ədəbiyyata  «Qızıl  Quba»  rayon  qəzetində,  1962-ci 
ildə  çap  olunmuş    şeirlə  gəlib.  Bundan  sonra  şeir,  hekayə, 
povest,  oçerk  və  məqalələrlə  çıxış  edib.  Tədqiqatçı  alim  kimi 
daha  böyük  müvəffəqiyyətlər  qazanıb.  «Azərbaycan-özbək 
folklorunun  tipologiyası  və  qarşılıqlı  əlaqəsi»  mövzusunda 
doktorluq dissertasiyası  müdafiə etmiş Azad Nəbiyev «Kitabi-
Dədə  Qorqud»u  sadələşdirib  nəşr  etdirmiş,  «Nəğmələr, 
İnanclar,  alqışlar,  adətlər»  (1986),  «Koroğlu  dastanı» 
kitablarını  toplayıb,  nəşrə  hazırlamış  və  ön  söz  yazmışdır.  
«Azərbaycan folklorunun canrları», «Azərbaycan-özbək folklor 
əlaqələri», «El nəğmələri, xalq oyunları», «İlaxır çərşənbələri», 
«İlin  əziz  günləri»,  «Azərbaycan  xalq  ədəbiyyatı»  (dərslik), 
«Azərbaycan  şifahi  xalq  ədəbiyyatı»  və  adını  çəkmədiyimiz  
çoxlu  sayda  kitabların,  yüzlərlə  tədqiqat  işlərinin  müəllifidir. 
Folklorumuzun tədqiqi sahəsində xidmətləri böyükdür. 500-dən 
çox elmi məqalələrin müəllifi, alim, pedaqoq Azad Nəbiyev bu 
sahədə bir sıra dərsliklərin də müəllifidir. 
Arif  Əmrahoğlunun  ilk  mətbu  hekayəsi  «Axali  Maar-
neuli»  qəzetinin  1974-ci  il  8  mart  tarixli  sayında  dərc  olunub. 
Bədii 
tərcümələrlə 
ardıcıl 
məşğul 
olan 
A.Əmrahoğlu 
M.F.Axundovun «Seçilmiş əsərləri»ni tərtib edib Moskvada rus 
dilində,  A.P.Çexovun  üçcildlik  «Seçilmiş  əsərləri»ni,  dünya 
xalqlarının  mif  və  əfsanələrini  Azərbaycan  dilində  çap 
etdirmişdir.  Çoxlu  sayda  ədəbi-tənqidi,  elmi  məqalələrin 
müəllifidir.  Klassik  və  müasir  Azərbaycan  nəsrinin  bədii 
axtarışları,  sənətkarlıq  məsələləri  ilə  ardıcıl  məşğul  olan  alim 
«Nəsrin  poetikası»,  (1990),  «Sözə  inam  sabahımızdır»  (1999), 
«Epik sözün bədii gücü» (2000) və s. kitabların da müəllifdir. 
Məhərrəm  Qasımlı  ədəbiyyatşünas,  araşdırıcı  və  həm  də 
lirik  şeirlər  müəllifidir.  Aşıq  sənəti,  qaynaqları,  təşəkkülü, 
                                                    Gülxani Pənah, Salatın Əhmədli
                                                                            
 
 
364 
Xətayinin  poeziyası,  folklor  örnəklərinin  toplanması  sahəsində 
uğurlu tədqiqat işləri aparmışdır. «Naxçıvan folkloru», «Qürbət 
folkloru»,  «El  düzgüləri,  elat  söyləmələri»  folklor  kitablarını 
tərtib  etmiş,  «Bizim  ellər  yerindəmi»,  «Vətən  deyib  gecə-
gündüz  ağlaram»,  «Yəhya  bəy  Dilqəm»,  «Aşıq  sənəti»,  «Şah 
İsmayıl  Xətayinin  poeziyası»  elmi  monoqrafiya  və  tədqiqat 
işlərinin müəllifidir. 
Ədəbiyyatşünas,  tənqidçi  İsa  Həbibbəylinin  «XX  əsr 
Azərbaycan  yazıçıları»  (1992),  «Azərbaycan  yazıçılarının 
bioqrafiləri»  (1992),    «Əsrin  dörddə  biri»  (1992),  «Məmməd 
Araz»  (1994),  «Minillik  və  bəşərilik»  (məqalələr  toplusu) 
(1993),  «Ustad  Məhəmmədhüseyn  Şəhriyar»,  «C.Məmməd-
quluzadə,  «Cümhuriyyət»  (tərtib  və  müqəddimə),  «Müasir 
Abbas  Zamanov  haqqında»  və  s  elmi-publisist  əsərləri  var. 
Bunlar  Azərbaycan  ədəbiyyatı,  onun  yaradıcıları,  bu  ədəbiy-
yatın  görkəmli  nümayəndələri  haqqında  maraqlı,  sanballı  
tədqiqat əsərləridir.  
Azərbaycan  ədəbi  tənqidinin  inkişafında  dilçi,  ədəbiy-
yatşünas,  tənqidçi  Nizami  Cəfərovun  rolu  böyükdür.  Əsər-
lərində  qədim  türk  dili  abidələrinin  dilini,  bir  sıra  yazıçı  və 
şairlərin  özünəməxsus  yaradıcılıq  üslubunu,  fərdi  keyfiyyət-
lərini,  araşdıran  tədqiqatçı  tənqid  və  ədəbiyyatşünaslıqla  bağlı 
«Füzulidən  Vaqifə  qədər»,  «Cənubi  Azərbaycanda  ədəbi  dil, 
normalar,  üslublar»,  «Azərbaycan  türkcəsinin  milliləşməsi 
tarixi», «Bəxtiyar Vahabzadə» (1996),  «Türk dünyası, xaos və 
kosmos»,  «Azərbaycan:  dil,  ədəbiyyat  və  mədəniyyət» 
«Azərbaycanşünaslığa  giriş»,  «Heydər  Əliyev»,    Qədim  Türk 
ədəbiyyatı»,  «Anar»,  «Klassiklərdən  müasirlərə»  və  s. 
kitabların müəllifidir. Müasir Azərbaycan dilçiliyinin və nəzəri 
linqvistikanın  müxtəlif  problemlərinə  aid  məqalələri  dərc 
olunmuşdur.  


Yüklə 3,82 Mb.

Dostları ilə paylaş:
1   ...   87   88   89   90   91   92   93   94   ...   147




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə