Gülxani pənah salatin əHMƏdli səNƏT, SƏNƏtkar



Yüklə 3,82 Mb.
Pdf görüntüsü
səhifə94/147
tarix01.07.2018
ölçüsü3,82 Mb.
#52706
1   ...   90   91   92   93   94   95   96   97   ...   147

 
Sənət, sənətkar və zaman
 
 
 
373 
çevrilir...Əlbəttə, 
həqiqi 
söz 
ustadlarımız 
həmin 
bu 
cızmaqaraçılara  istənilən  zaman  tutarlı  və  kəskin  cavablar  da 
verirlər.  Lakin  söz  döyüşündə  heç  də  hər  vaxt  istənilən  nəticə 
alınmır; ədəbiyyatın taleyi bir yana atılaraq, neçənci dərəcəli və 
bayağı məsələlərə vaxt itirilir» 
Məşhur  fransız  yazıçısı  və  nəzəriyyəçisi  Bualo  deyirdi: 
«İstəyirsinizmi  ki,  yüksək  cəmiyyətdə  sizi  bütünlüklə  təqdir 
etsinlər?  Əgər  istəyirsinizsə,  mən  sizə  dostcasına  bir  məsləhət 
verə  bilərəm;  çalışın  elə  edin  ki,  canlı  və  oynaq  şeirlə 
müdrikliyi  öyrədin,  çalışın  ki,  faydalı  olanla  xoşagələni  bir-
birinə qovuşdura  biləsiniz.  Yadda saxlayın ki,  oxucular  boş və 
mənasız  quraşdırmalardan  həmişə  qaçıb  yaxa  qurtarmağa, 
əyləndirici  şeydən  də  həmişə  ağıl  və  zəka  üçün  qida  almağa 
çalışırlar». 
Ədəbiyyatın adı M.Cəlalın dediyi kimi üstündədir. Ədəb, 
əxlaq  ədəbiyyatın  nizamnaməsidir.  Bualo  nahaq  yerə  demirdi 
ki,  «Qoy  sizin  yazdığınız  əsərdə  gözəl  bir  qəlbin  döyüntüsü 
duyulsun,  əsərinizdə  pis  fikirlərə  və  nalayiq  sözlərə  yer 
verilməsin:  hər  kəs  öz  əsərində  əxlaq  və  namusa  utanmadan 
xəyanət edirsə, hər kəs bizə pozğunluğu cəlbedici və xoşagələn 
əziz  bir  şey  kimi  təsvir  edirsə,  belə  adamlar  kəskin  və  sərt 
mühakiməyə layiqdir». 
Bütün  bunların  səbəbi  kimi  saysız-hesabsız  qəzet  və 
curnalların  nəşri,  imkanı  olanların  istədikləri  kimi  yazıb  çap 
etdirə  bilmələri,  ədəbiyyatda  yaranan  xaos,  bunlara  tənqidçi-
lərin yetərincə laqeydliyi də təsir göstərən amillər idi.  Bununla 
belə ədəbiyyatımız inkişaf etdirilirdi. 
Müstəqillik  dövrünün  ədəbiyyatında  üç  nəsil  fəaliyyət 
göstərirdi.  Birinci  nəsil  yaşlı  nəslin  nümayəndələri  B.  Vahab-
zadə,  Xəlil  Rza  Ulutürk,  Fikrət  Qoca,  F.Sadıq,  S.Tahir,  Qabil, 
Q.İlkin, 
İ.Şıxlı, 
İ.Muğanna, 
S.Əhmədli, 
İ.Əfəndiyev,  
                                                    Gülxani Pənah, Salatın Əhmədli
                                                                            
 
 
374 
C.Novruz,  Tofiq  Bayram,  F.  Mehdi,  N.  Xəzri,  A.  Laçınlı, 
B.Vətənoğlu,  İ.Coşqun,  Ə.Cəfərzadə,  D.Nəsib,  V.Səmədoğlu, 
N.  Həsənzadə,  İ.  Tapdıq,  M.  Araz,  S.Azəri,  İ.  Məlikzadə, 
F.Eyvazlı,  Ə.Nicat,  B.Bayramov,  Ə.Hacızadə,  İ.Vəliyev,  Ə. 
Vəkil,  O.Salamzadə,  O.Rza,  Ramiz  Heydər,  N.  Veysəlli,  N. 
Rəsulzadə, N. Hacızadə, N. Babayev,  «əsas əsərlərini 60-70-ci 
illərdə  yaratmış  və  daha  da  kamilləşmiş,  hətta  dövrün 
yetkinləşmiş, professionallıq cəhətdən inkişaf etmiş, artıq ədəbi 
ab-havanı 
müəyyənləşdirən 
Anar,  Elçin,  Y.Səmədoğlu, 
Ç.Hüseynov,  M.İbrahimbəyov,  R.İbrahim-bəyov,  K.Abdulla, 
M. 
Süleymanlı, 
R.Rövşən, 
Ə.Mustafa-yev, 
K.Abdulla, 
A.Abbas,  A.Vəfalı,  F.Məmmədli,  İ.  İsmayılzadə,  Şahin  Fazil, 
N.Gün,  D.Gədəbəyli,  Şamo  Arif,  Ə.Səmədli,  M.  Aslan,  Ə. 
Salahzadə,  Ə.Başlıbelli....,  «üçüncü  nəslin  nümayəndələri, 
müasir ədəbi prosesə təzə gələnlərin yaradıcılığının əsas aparıcı 
xüsusiyyətləri  təzəliyi,  novatorluğu,  oricinallığı  ilə  seçilən 
Seyran  Səxavət,  Yusif  Kərimov,  Əli  Əmirli,  Rüstəm  Behrudi, 
Məmməd  İsmayıl,  Sabir  Rüstəmxanlı,  Nüsrət  Kəsəmənli,  Əli 
Rza  Xələfli,  Afaq  Məsud,  Hüseyn  Razi,    Şəkər  Aslan,  Paşa 
Qəlbinur,  Hüseynbala  Mirələmov,  Ramiz  Duyğun,  Ramiz 
Əkbər,  Sabir  Azəri,  Səyavuş  Sərxanlı,  Sərvaz  Hüseynoğlu, 
Vüqar Əhməd, Zeynal Vəfa, Vaqif İbrahim, Vaqif Nəsib, Vaqif 
Məmmədov,  Nazim  Əhmədoğlu,  Çingiz  Əlioğlu,  Məmməd 
Oruc,    Rüzigar  Əfəndiyeva,    Çingiz  Abdullayev,  Vaqif 
Bəhmənli, Zəlimxan Yaqub, Fazil Rəhmanzadə, Maarif Soltan, 
Səlim  Babullaoğlu,  Bahar  Bərdəli,  Ədalət  Əsgəroğlu,  Mahirə 
Abdulla,  Gülxani  Pənah,  Azad  Qaradərəli,  Əcdər  Ol,  Firuz 
Mustafa,  Əsəd  Cahangir,  Orxan  Fikrətoğlu,  Məmməd  Oruc, 
Kamil  Əfsəroğlu,  Fərqanə  Mehdiyeva,  Adil  Cəmil,  Dayandur, 
Günel Anarqızı, Sərvaz Hüseynoğlu, Sona Xəyal, Asif Asiman, 
Asif  Əliyev,  Qulu  Məhərrəmli,  Könül  Nazimqızı,  Nazim 


 
Sənət, sənətkar və zaman
 
 
 
375 
Əhmədli,  Rəşad  Məcid,  Tural  Anaroğlu,  Zəminə  Xınalı,  Elçin 
Hüseynbəyli, Qulu Ağsəs, Balayar Sadıq, Barat Vüsal, Bayram 
Həsənov,  Asif  Əsədullazadə,  Nisəbəyim,  Mübariz  Cəfərli, 
Əkbər  Qoşalı,  Xanəmir,  Şərif  Ağayar,  Mehman  Musabəyov, 
Aslan  Aslanov,  Aslan  Kəmərli,  Aslan  Quliyev,  Atif  Zeynallı, 
Avtandil  Ağbaba,  Aydın  Abdullayev,  Vilayət  Rüstəmzadə, 
Hidayət  Elvüsal,  Aydın  Dadaşov,  Aydın  Əbdüləhəd,  Aydın 
Xan,  Baba  Vəziroğlu,  Bəhlul  Orucoğlu,  Möhbəddin  Səməd, 
Mir Sabir, Məcnun Göyçəli, Əlisa Nicat, Əlirza Miyanalı, Bəşir 
Kəsərli, Fəxrəddin Meydanlı, Zakir Fəxri, Fəxri Müslüm, Yusif 
Nəğməkar...  
Müstəqillik  dövründə  istər  poeziya,  nəsr,  istərsə  də  dra-
maturgiya,  tənqid  və  ədəbiyyatşünaslıq  sahəsində  dəyərli 
əsərlər yaranmaqda idi.  
Bu  baxımdan  müstəqillik  dövründə  yaranan  şeirlər  və 
poemalar  da  nəsr  əsərlərimiz  kimi  diqqətəlayiqdir.    B.Va-
habzadənin,  X.  Rza  Ulutürkün,  F.  Qocanın,  F.  Sadığın,  N.Hə-
sənzadənin,  Ç.Əlioğlunun,  M.Aslanın,  S.Tahirin  S.Rüs-
təmxanlının,  Zəlimxan  Yaqubun,  Y.Nəğməkarın,  R.Rövşənin, 
V.Bəhmənlinin, 
M.Soltan, 
Ə.Salahzadə, 
Ə.Əsgəroğlu, 
M.Abdulla,  G.Pənah,  Ə.Xələfli kimi  həm  yaşlı,  həm orta,  həm 
də  gənc  nəslin  şeirlərində,  poemalarında  vətənpərvərlik,  ruhu, 
milli  azadlıq,  ideyaları,  dövlətçilik  prinsipləri  əsas  tutulurdu: 
Ona  görə  də  tənqidçilər  belə  hesab  edir  ki,  «həmin  bədii 
nümunələrin  oxuculara,  ədəbi  ictimaiyyətə  xoş  gələn, 
adamların  həm  ağlına,  düşüncəsinə,  şüuruna,  həm  də  hiss  və 
duyğularına təsir edən əsas və başlıca amillər onlardakı realizm, 
müəyyən  həyat  həqiqəti,  müasirlik,  xalqın  istək  və  arzularının 
bədii  əksi,  dil-ifadə  sadəliyi,  xalq  təfəkkürünə  daha  çox 
yaxınlaşmaq  meyli,  xüsusilə,  xəlqilik,  yəni  xalq  ruhunun 
                                                    Gülxani Pənah, Salatın Əhmədli
                                                                            
 
 
376 
verilməsi»dir.  Milli  vətənpərvərlik  hissləri  ilə  zəngin  belə 
əsərlər dövlət tərəfindən də dəyərləndirilirdi.   
Bu dövrün poeziyasında öz oricinal dəsti-xətti  ilə seçilən 
Xəlil  Rza  «həqiqi  milli  və  vətənpərvər  sənətkar,  sözün  əsl 
mənasında  böyük istiqlal şairi kimi ad qazanmış, siyasi-ictimai 
şeirləri  ilə  oxucuların  diqqətini  cəlb  edən  alovlu  tribun 
şairlərimizdən biri» kimi tanınır: «X.R.Ulutürkün ömrü azadlıq 
uğrunda  gedən  mübarizələrdə  keçmişdir.  O  həm  qələmi,  həm 
də alovlu tribun nitqləri ilə böyük  xalq kütlələrini öz arxasınca 
aparmağı  bacaran  bir  şəxs  idi.  Bu,  ondan  irəli  gəlirdi  ki, 
X.R.Ulutürk  ədəbiyyata,  sənətə  xalqının  bağrından  qopub 
gəlmişdi və onun istək və arzularının ifadəçisi idi. O ən yüksək 
tribunalardan xalqının mandatlı nümayəndəsi kimi çıxış edirdi, 
xalq  da  öz  oğluna  səmimiyyətlə  inanırdı.  Bu  inam  özünü 
xüsusilə  vətənimiz  müstəqillik  alandan  sonra  bir  daha 
doğrultdu...». 
Azərbaycanda gedən  milli azadlıq uğrunda  mübarizələrin 
öncüllərindən  olan  şair  1990-cı  ilin  yanvarında  kəskin  siyasi 
ruhlu şeirlərinə görə Moskvanın Lefortovo zindanına  salınmış, 
2  ilə  qədər  məhbus  həyatı  yaşamış,  sağlamlığını  itirsə  də, 
əzmini,  iradəsini  qoruyub  saxlamış,  onu  müdafiə  edən 
komitənin  təkidi  ilə  azadlığa  buraxılandan  sonra  da  mübarizə 
meydanından  çəkilməmiş,  milli  müstəqillik,  azadlıq  və  istiqlal 
mövzulu əsərlərini yazmışdır.  
İlk  mətbu  əsəri,  «Kitab»  şeiri  1948-ci  ildə  «Azərbaycan 
pioneri»  qəzetində  dərc  olunan  şairin  50-ci  illər  yaradıcılığını 
«poeziyanın  geniş  və  şaqraq  yoluna  çıxış  üçün  hazırlıq  mər-
hələsi kimi» qiymətləndirən ədəbi tənqid «50-ci illərin sonu və 
bütövlükdə  60-cı  illəri  onun  poetik  təfəkkürün  zirvələrinə 
qanadlandığı,  xüsusilə  Vətən,  azadlıq,  istiqlal,  humanizm 
motivli  əsərlərinin  artıq  müəllifinin  də  adını  əbədiləşdirən, 


Yüklə 3,82 Mb.

Dostları ilə paylaş:
1   ...   90   91   92   93   94   95   96   97   ...   147




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə