Gülxani pənah salatin əHMƏdli səNƏT, SƏNƏtkar



Yüklə 3,82 Mb.
Pdf görüntüsü
səhifə97/147
tarix01.07.2018
ölçüsü3,82 Mb.
#52706
1   ...   93   94   95   96   97   98   99   100   ...   147

 
Sənət, sənətkar və zaman
 
 
 
385 
illərdən  şeirləri,  hekayə  və  povestləri  «Azərbaycan»,  «Ulduz», 
«Qobustan» curnallarında dərc edilmişdir. 
Sözdən, onun bədii imkanlarından bacarıqla istifadə edən 
istedadlı şairin şeirləri,  hekayələri və povestləri «Azərbaycan», 
«Ulduz», «Qobustan» curnallarında nəşr olunmuş, «Babamızın 
babasının  babası»,  «Şəhərli  biçinçilər»  filmləri  onun  ssenarisi 
əsasında  çəkilmişdir.    «Yağışlı  nəğmə»,  «Göy  üzü  daş 
saxlamaz» və s. kitablaırn müəllifidir.  
Dərd məfhumu Füzuli sənətinin ruhudur. Dərd, qəm, hic-
ran,  həsrət  Füzuli  yaradıcılığında  fəlsəfi  dondadır.  Zaman-
zaman  Füzuli  kimi  sənətkarlar  bir-birinə  zidd  əksliklərin 
vəhdəti  dünyamızda  gördüyü  bu  əksliklərin  yaratdığı  sevinclə 
kədərin, hicranla vüsalın əzabını çəkib,  xeyrindən, bəhrəsindən 
çox əzabının, gözünün yaşının işığına sığınıb. Zaman,  yaşadığı 
dünyanın  dərdi,  faciəsi  həmişə  onun  ziyalısının  çiynində 
daşınır. Bu yükün ağırlığını sözə çevirmək, zamanın gərdişində 
insan  övladının  səadəti  naminə  yaşamaq,  yaratmaq  istəyi,  bu 
səadəti  tapmayanda,  ona  əl  çatmayanda  əzablarını  sözlə  ifadə 
etmək,  özü  də  elə  bir  sözlə  ki,  Füzuli  sözü  kimi  əbədiyaşar 
olsun,    Ramiz  Rövşəndə  bu  var.  «Dərd»    məfhumu  Füzulidə 
var, dərd əlindən dağa çıxan Füzuli kimi Ramiz Rövşən də üzü 
ağlı-qaralı  dünyada  gördüyü  kədəri  şair  dili  ilə  ifadə  edir.  O 
kədəri  ki,  şair  çəkir,  dünya  onu  yaşadammır,  o  dünyanın 
dərdiylə köklənib, belə dünyanın 
Göz yaşları süzüldükcə, 
Adamın quru üzünə, 
İçimizdə batan dərdlər 
Bir-bir çıxır su üzünə. 
Burada  dərd  əlindən  göz  yaşı  tökən  insanın  çəkdiyi 
əzablardan  doğan  göynərtilər,  o  göynərtilərin  törətdiyi  göz 
                                                    Gülxani Pənah, Salatın Əhmədli
                                                                            
 
 
386 
yaşları,  bu  göz  yaşlarıyla  dərdi  yüngülləşən  insan  faciəsi-şair 
kədəri əsasdır. 
Cavanşir  Yusifli  «Filoloci  fantaziya»  monoqrafiyasında 
Ramiz  Rövşənin  poeziyasındakı  yenilikləri,  onun  klassik 
poeziyaya  bağlılığını,  həmçinin  şeirdə  novatorluq  axtarışlarını 
elmi şəkildə izah etmişdir. 
Sabir  Rüstəmxanlı  çağdaş  poeziyamızın  istedadlı  nüma-
yəndələrindən  biridir.  Ədəbiyyata  «Kənd  yolu»  şeirilə  gələn 
şairin  yaradıcılıq  uğurları  artır.  1967-ci  iildə  dövri  mətbuatda 
şeir,  hekayə,  ədəbi-tənqid,  publisistik  məqalələrlə  çıxış  edir. 
«Ədəbiyyat  və  incəsənət»  qəzeti  redaksiyasında  əmək 
fəaliyyətinə  başlayan  Sabir  Rüstəmxanlının  ilk  şeirlər  kitabı 
1970-ci ildə Gənclik nəşriyyatı tərəfindən buraxılmış «Tanımaq 
istəsən»dir.  Sonrakı  illərdə  onun  «Sevgim,  sevincim»,  «Xəbər 
gözləyirəm»,  «Gəncə  qapısı»,  «Sağ  ol,  ana  dilim»,  «Qan 
yaddaşı»,  «Ömür  kitabı»  (publisistika),  «Zaman  məndən 
keçir»,  «Bütövlük  həsrəti»,  «Atamın  ruhu»,  «Xətai  yurdu» 
(roman) və s. kitabları nəşr olunub. 
Milli ruhlu şeirləri ilə sevilən şairin «Ömür kitabı» «milli 
vətənpərvərlik publisistikası qarşısında geniş üfüqlər açdı. Çox 
keçmədi  ki,  onun  üsyankar  səsi  xalqın  azadlıq  hərəkatının  ön 
sıralarında  eşidilməyə  başladı».  Publisistik  poeziyanın  gözəl 
nümunələrini 
yaradan 
S. 
Rüstəmxanlı 
ədəbiyyatımızın 
inkişafında öz dəsti-xətti olan şair kimi tanınır. 
«Milli köklər üzərində göyərib formalaşan» Zəlimxan Ya-
qub  xalq  poeziyasını  dərindən  bilən  şairdir.  Yaradıcılığında 
səmimi lirika  şair pafosu ilə birləşir. Torpağına, yurduna, onun 
milli-mənəvi  dəyərlərinə  bağlı  şairdir.  Aşıq  poeziyasının 
müasir  dövrümüzdə  xalqa  daha  geniş  şəkildə  çatdırılması 
sahəsində  rolu  böyükdür.  Azərbaycanın  tarixinə  adı  əbədi 
yazılmış  ümummilli  liderimiz  H.Əliyevə  həsr  etdiyi  «Böyük 


 
Sənət, sənətkar və zaman
 
 
 
387 
ömrün  dastanı»  poeması  Z.Yaqubun  «milli  dövlətçilik 
ideallarını  ifadə  etmək,  xalqın  taleyində  tarixi  şəxsiyyətin 
rolunu  qiymətləndirmək  baxımından  böyük  maraq  doğurur». 
Ədəbi  yaradıcılığa  Şota  Rustaveliyə  həsr  olunan  şeirilə 
başlayan şair «Könlümün səsi» (1980), «Yolum eldən başlanıb 
(1981), «Od aldığım ocaqlar» (1986), «Biz bir eşqin butasıyıq» 
(1989), «Ziyarətin qəbul olsun»  (1991), «Şair  harayı» (1995), 
«Bir  əli  torpaqda,  bir  əli  haqda»,  «Səni  sevmək  üçün  gəldim 
dünyaya», «Mən sənin qəlbinə necə yol tapım» (2003), «Böyük 
ömrün  dastanı»  (2003)  və  s.  kitabların  müəllifidir.  Dilinin 
səlisliyi,  misralarının  axımı,  xalq  şeir  üslubu  ilə  köklənmiş 
yaradıcılığında Zəlimxan Yaqub öz oricinal  bədii keyfiyyətləri 
ilə  seçilən,  oxucu  kütləsinin  qəlbində  yer  tutan,  sözüylə, 
sənətiylə sevilən şairlərimizdəndir. 
Bəhmən  Vətənoğlu  ilk  şeirini  («Dəyişməmişəm».  «Yeni 
həyat  uğrunda»  qəzeti)  məktəb  illərində  yazıb.  «Haqqa  qardaş 
yaranmışam»,  «Allahsız  dünya»,  «Vətən  bizi  bağışlamaz», 
«Qaldı  ürəyimdə  dağı  dağların»  kimi  onlarla  kitabın 
müəllifidir.  Sağlığında  el  şairi  kimi  şöhrət  qazanan  B.Və-
tənoğlunun  şeirləri  dillər  əzbəridir.  Kəlbəcər  həsrətindən,  yurd 
dağından,  Qarabağ  faciəsindən  sinəsinə  çalın-çarpaz  dağ 
çəkilən  şairdir.  Misraları,  sözü  bir  Koroğlu  nərəsinə  bə-
rabərdir... 
Nakam  şair  Sücaətin  şeirlərində  olan  lirika,  mövzu  və 
ideya  kamilliyinin  araşdırılması,  təhlil  və  tədqiqatı  tədqiqat-
çısını  gözləyir.  Torpağa  əmanət  qoyulmasını  vəsiyyət  edən 
şairin  təpədən-dırnağa  vətənə  sevgi  ilə  hörülmüş  şeirləri  ilə 
yanaşı,  humanist  sevgi  lirikası  dillər  əzbəridir.  «Gəlimli-ge-
dimli  dünyamızda  ilahi  hər  insana  bir  tale,  bir  qismət  verir  və 
insan  ömrü  o  qismətin,  taleyin  burulğanında  əriyir,  çağlayır, 
sakitləşir  və  sönüb  gedir.  Hardasa  bu  qismət  ömürlərin 
                                                    Gülxani Pənah, Salatın Əhmədli
                                                                            
 
 
388 
müəyyən nöqtəsində oxşarlaşsa da elə insan var ki, onun ömrü 
də, qisməti də qeyri-adi, bənzərsizdir. Sücaətin ömür yolu məhz 
bu  bənzərsizliklərlə  cilalanıb,  sevinci  az,  kədəri  bol  ömrü» 
(Z.Həsənov). 
Zəlimxan  Yaqubun  bu  fikrinə  şərikik  ki,  «Sücaətin  əsər-
lərində  forma  və  məzmunundan  asılı  olmayaraq  bir  bayatı 
axarı,  qoşma  şirinliyi,  təcnis  təravəti 
var....şeirlərinin 
əksəriyyəti  ağlayan  və  ağladan,  kövrəldən  və  düşündürən, 
oxucunu  dədə-baba  dünyasına  çəkən,  torpağa,  haqqa  ulu 
dərgaha  çağıran  şeirlərdi».  Sücaət,  Bəhmən  Vətənoğlu,  İdris 
Verdiyev,  Əli  Qurban  Dastançı...  əsl  el  şairləri  kimi  ədəbiy-
ytımızda qalacaqlar. 
Şair,  dramaturq  Adil  Babayev  (1925-1977)  az  ömür 
yaşadı, amma böyük bir ədəbi irs qoyub getdi. Teatrşünas kimi 
dramaturgiya  və  kino  sənəti  problemlərinə  dair  çoxlu 
məqalələri  ilə  milli  teatrın  inkişafına  xidmət  etmiş,  «Dağlar 
qızı»,  «Yarımçıq portret», «Mənim  məhəbbətim», «Qız görüşə 
tələsir» pyesləri tamaşaya qoyulmuş,  əsərləri dünya  və keçmiş 
SSRİ  xalqlarının  dillərinə  tərcümə  olunmuş,  tərcümələri  ilə 
tanınmışdı.  «İkinci  simfoniya»  (poema),  «Ürək  nəğməsi» 
(poema), «Şeirlər»,  «Döyüş  yollarında» (poema), «Unudulmuş 
yasəmən»,  «Anamın  üzüyü»,  «Pyeslər»,  «Ata  sorağında» 
(hekayələr)  kimi  iyirmidən  çox  kitabın  müəllifi  olan  Adil 
Babayev zəngin bir irs qoyub getmiş sənətkardır. 
Şair, tərcüməçi Abbas Abdulla «Ata yurdu», «Ağlı-qaralı 
dünya»,  «Üzü  dan  yerinə»,  «Sonsuzluğa  gedən  karvan»  və  s. 
kimi  onlarla  şeirləri  və  poemaları  toplanmış  kitabların 
müəllifidir. Dünya ədəbiyyatından etdiyi tərcümələr dəyərlidir, 
xüsusilə  Ukrayna  ədəbi  mühitini  Azərbaycan  oxucularına 
tanıtmaqda  rolu  böyükdür.  Milli  azadlıq  hərəkatında  yaxından 
iştirak edən,  Azərbaycan Xalq Cəbhəsinin qurucularından  biri, 


Yüklə 3,82 Mb.

Dostları ilə paylaş:
1   ...   93   94   95   96   97   98   99   100   ...   147




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə