Gülxani pənah salatin əHMƏdli səNƏT, SƏNƏtkar



Yüklə 3,82 Mb.
Pdf görüntüsü
səhifə96/147
tarix01.07.2018
ölçüsü3,82 Mb.
#52706
1   ...   92   93   94   95   96   97   98   99   ...   147

 
Sənət, sənətkar və zaman
 
 
 
381 
detallarla  təsvir  etməyə  nail  olmuşdur.  Bu  isə  sənətkarlıq 
məsələsidir;  ona  görə  də  müəllif  ailə-məişət  səhnələrindən, 
təbiət  təsvirlərindən,  rəmzi  və  simvolik  obrazlardan  da 
məharətlə faydalanmışdır». 
Yazıçının  ikinci  romanı  Anarın  «Bitmiş  ömrün  bitməmiş 
yadigarı»  adlandırdığı  «Deyilənlər  gəldi  başa»  romanı  da  öz 
oricinallığı  ilə  seçilən  bədii  əsər  kimi  dəyərlidir.  Ümumilikdə 
götürsək görkəmli alimlərimizin bir fikri özünü tamamilə təsdiq 
edir  ki,    Yusif  Səmədoğlu  «Necə  deyərlər,  az  yazmış.  Amma 
saz yazmışdır» (Mir Cəlal).  
Bu  dövr  sənətkarlarımız  içində  Məmməd  Arazın  özünə-
məxsus  yeri  var.  Onun  əsərlərində  tariximiz,  bu  günümüz, 
təbiətimiz  var.  Onun ədəbi  əsələrə gətirdiyi oricinal,  əlvan  bo-
yalar  var.  Onun  yeni  poetik  baxışları,  həyata  poetik  baxmaq 
bacarığı,  şairanə  düşünmə  tərzi,  gördüklərini  şairanə  bir  dillə 
sənət  dilinə  çevirə  bilmə  istedadı  var.  Hər  kəs  vətəni 
Azərbaycanı  istədiyi  kimi  vəsf  edir,  istədiyi  kimi  vətənpərvər 
hisslərini verir, oxşar hisslər çox olur. M. Araz Azərbaycana öz 
prizmasından  baxıb  vəsf  edir  və  bu  vəsfi  öz  oricinallığı, 
poetikliyi  ilə  ürəklərə  yağ  kimi  yayılır,  yatmış  telləri  oyadır, 
insan  qəlbinin  sarı  simlərinə  toxunur.  O  simlərdə  möhtəşəm 
Azərbaycan  və  onun  yaşantıları  var,  kövrək,  saf,  sadə,  sadə 
olduğu qədər mərd, ləyaqətli xalq, millətlə qoşa qəlb var: 
Azərbaycan-mayası nur, qayəsi nur ki, 
Hər daşından alov dilli ox ola bilər. 
«Azərbaycan deyəndə ayağa dur ki, 
Ana yurdun ürəyinə toxuna bilər».  
O,  vətənin  bir  vətəndaşı  olmasıyla  fəxr  edir,  bunun 
məsuliyyətini duyur və yaxşı bilir ki, 
Vətən daşı olmayandan  
Olmaz ölkə Vətəndaşı. 
                                                    Gülxani Pənah, Salatın Əhmədli
                                                                            
 
 
382 
Şair  ədəbi  yaradıcılığa  1952-ci  ildə  «İnqilab  və  mə-
dəniyyət»  curnalında    dərc  olunan  «Yanın,  işıqlarım»  şeiri  ilə 
başlamış,  «Sevgi  nəğməsi»  şeirlər  kitabı,  sonralar  «Üç  oğul 
anası»,  «Araz  axır»,  «Anamdan  yadigar  nəğmələr»  ,  «Ömür 
karvanı»,  «Mən  səni  taparam»,  «İllərdən  bəri»,  «Atamın 
kitabı»,  «Həyatın  və  sözün  rəngləri»,  «Oxucuya  məktub», 
«Aylarım,  illərim»,  «Seçilmiş  əsərləri»,  «Dünya  düzəlmir», 
«Daş harayı», «Qayalara yayılan səs», «Yol ayrıcında söhbət», 
«Sənətdə  son  mənzil  olmur»,  «Ağlayan  qayalar»,  «Vətən 
deyin»,  «Əsgər  andı»,  «Seçilmiş  əsərləri»,  4  cilddə  və  b. 
kitabları  çap  olunmuşdur.  APİ-nin  coğrafiya  fakültəsində, 
Moskvada  Yazıçılar  İttifaqı  nəzdində  olan  Ali  Ədəbiyyat 
kursunu bitirmiş M.Araz həm Azərbaycanın füsunkar təbiətinin 
vurğunu olmuş,  onun  coğrafi  hüdudlarına,  gözəlliklərinə  bələd 
olmuş,  həm  də  söz  sərrafı  kimi  bu  gözəllikləri  vəsf  etmək 
xoşbəxtliyi nəsib olmuş sənətkardır. 
Onun  yaradıcılığında  xalq  aşıq  şeiri  ruhu  var.  Aşıq  Alı, 
Abbas  Tufarqanlı,  Aşıq  Ələsgər  sazının,  sözünün  sehrinə 
bələnmiş  ruhu  onun  aşıq  ruhlu  şeirlərində  özünü  göstərir. 
Məmməd  Araz  xalq  ədəbiyyatının  bütövlükdə  vurğunudur  və 
xalq  deyimləri,  zərb-məsəlləri    onun  poeziyasının  qanına, 
canına  hopub.  Şeirlərindəki  bədiilik,  sadəlik,  təbiilik,  axıcılıq, 
sözün  məna  və  şəkli  xüsusiyyətlərinə  sənətkarlıqla  yanaşma, 
bədii  təsvir  və  ifadə  vasitələrindən  sənətkarlıqla  yararlanma 
M.Araz  şeirlərinin  milli,  xəlqi  ruhunu  artırıb:  «Xəlqiliklə 
yoğrulmuş  Məmməd  Araz  poeziyası  bir  tərəfdən  folklor,  xalq 
yaradıcılığı,  klassik  Azərbaycan poeziyası,  başqa  tərəfdən aşıq 
şeiri və çağdaş poeziyamızın sütunları üzərində qurulmuş, onun 
ən  gözəl  məziyyətlərini  poeziyasının  canına  hopduraraq,  yeni, 
təravətli sənət nümunələri yaratmışdır». 


 
Sənət, sənətkar və zaman
 
 
 
383 
Vətən  torpağının  qarış-qarış  düşmən  əsarətinə  düşməsi, 
yadellilərin  torpağına,  Vətəninə  vurduğu  yaralar,  xalqının 
qeyrətli  oğullarının  qəhrəman  mübarizəsi,  azadlıq,  müstəqillik 
ruhu  qanına,  canına  hopmuş  vətənin  hər  zaman  mübarizə 
meydanlarında  tökülən  qanları,  qonşu  bilib  tikəsini  yarı 
böldüyü tamahkarlar onun şeir yaddaşındadır: 
Mən Təbrizli, Naxçıvanlı, mən Gəncəliyəm,  
Çox görmüşəm hasar üstə ölənləri də. 
Mən torpağı bölünməyə öyrəncəliyəm, 
Heç qazanan görməmişəm bölənləri də. 
Araz  təxəllüslü  şair  görürdü  ki,  «Araz  bütöv  Azərbayca-
nın tən ortasından keçir və onu ikiyə bölür. Onun poeziyasında 
bu  parçalanma  ən  adi  qonşu  çəpərinə  qədər  şairi  düşündürür. 
Bizi də heyrətləndirir». 
Vətənin  təbiəti,  başı  qarlı  dağları,  sinəsi  bənövşəli  qa-
yaları,  yaşıl  ormanları,  güllü-çiçəkli,  aranlı-yaylaqlı  oylaqları 
şairlərin  qələmiylə  vəsf  edilib.  M.Araz  da  belə  şairlərdəndir. 
Amma  onun  tərənnümündə  çox  oricinal  keyfiyyətlər  var.  O 
tərənnüm etdiyi təbiətə baxışlarında  fərqlidir.  Bu  şeirlər  insanı 
düşündürür,  bu  gözəlliklərin,  vüqarın,  əzəmətin  içində  dünya 
boyda  bildiyi  Vətən  var.  Təbiət  və  vətən  məhəbbəti  ilə 
birləşmiş  bu  şeirlərdə  ona  vurğun  könlün  səmimi  ifadəsi 
əsasdır: 
Bəlkə bu yerlərə bir də gəlmədim, 
Duman salamat qal, dağ salamat qal. 
Arxamca su səpir bəlkə leysanlar, 
Leysan salamat qal, yağ, salamat qal. 
 
Qıy vuran qartallar yox oldu çəndə, 
Nərgizlər saraldı şehli çəməndə, 
Ay ala göz pərim, arxamca sən də, 
                                                    Gülxani Pənah, Salatın Əhmədli
                                                                            
 
 
384 
Boylan salamat qal, sağ-salamat qal. 
Məmməd  Araz    keçmiş  SSRİ  xalqlarının,  digər  dünya 
xalqlarının dilinə tərcümə olunan şairdir.  
Onun  yaradıcılığında  da  tərcüməçilik  fəaliyyəti  mühüm 
yer  tutur.  S.V.  Mixalkovun  «Foma»,  M.Svetlovun  «Şeirlər», 
N.A.Nekrasovun «Rus qadınları», dünya şairlərinin şeirlərindən 
ibarət  olan  «Ocaq  başında»,  G  Ağacanyanın  «Narahat  ürək» 
kitablarını dilimizə tərcümə etmişdir.  
Azərbaycanda  gedən  milli  azadlıq,  müstəqillik  uğrunda 
mübarizədə  qələmi  ilə  döyüşən,  xalqına  ruh  verən,  onu 
mübarizəyə  ruhlandıran  şair  xidmətlərinə  görə  İstiqlal  ordeni 
(1995) ilə təltif olunmuş, adına «Məmməd Araz» mükafatı təsis 
olunmuş, Hacı Zeynalabdin Tağıyev adına milli mükafata layiq 
görülmüşdür.  Əməkdar  mədəniyyət  işçisi,  Əməkdar  incəsənət 
xadimi,  Azərbaycan  Dövlət  mükafatı  laureatı  Məmməd  Araz 
1991-ci  ildə  «xalq  şairi»  adına  layiq  görülmüş,  «vətən 
oylağının  hər  zərrəsində  məna»  axtaran,  özünü  vətənin  bir 
parçası  sanan,  şeiri  ilə,  əməliylə  Vətəninə  layiq  olan  vətəndaş 
şairdir.  
Qaçay  Köçərli  istedadlı  şairdir.  60-cı  illərdə  il  şeiri  nəşr 
olunub.  «Tək  çinar»,  «Ömrün  şüaları»,  «Günəş  ömrü», 
«Torpaq  qərib  olmur»,  «Qanlı  hekayələr»  kimi  onlarla  kitabın 
müəllifi Qaçay Köçərli vətənpərvər, torpağını, xalqını sevən bir 
şair  kimi  tanınır.  Qaçay  Köçərli  şəhid  atasıdır,  oğlu  Elcan 
Qarabağ  uğrunda  döyüşlərdə  həlak  olmuş,  Bakıda  Şəhidlər 
xiyabanında  dəfn  edilmişdir.  Onu  tərbiyə  etdiyi,  böyütdüyü 
övladları  kimi,  yaratdığı  əsərlərdə  də  mübariz,  xalq  sevgisi  ilə 
dolu bir ürəyin sahibi kimi tanıyırıq. 
Ramiz  Rövşən  60-70-cilər  nəslinin  istedadlı  şairlərin-
dəndir.  Ramiz  Rövşən  şair,  kinodramaturq  kimi  tanınır.  70-ci 


Yüklə 3,82 Mb.

Dostları ilə paylaş:
1   ...   92   93   94   95   96   97   98   99   ...   147




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə