Gülxani pənah salatin əHMƏdli səNƏT, SƏNƏtkar



Yüklə 3,82 Mb.
Pdf görüntüsü
səhifə98/147
tarix01.07.2018
ölçüsü3,82 Mb.
#52706
1   ...   94   95   96   97   98   99   100   101   ...   147

 
Sənət, sənətkar və zaman
 
 
 
389 
Ağsaqqallar şurasının üzvü olmuş şairin  Ana Yurdunu,  Vahid-
Bütöv  Azərbaycanı,  türkçülüyümüzü  tərənnüm  edən  əsərləri 
onun  vətəninə,  millətinə,  xalqına  bağlı  bir  sənətkar  olduğunu 
sübut edir. 
Nasir Aqil Abbas bədii yaradıcılığa 70-80-ci illərdə gəlib. 
Çap olunmuş ilk əsəri «Şirinlik hekayə»sidir. «Evləri köndələn 
yar»,  «Ən  xoşbəxt  adam»,  «Dolu»,  «Batmanqılınc»,  «Çadırda 
Ü.Hacıbəyov doğula bilməz» və s.  roman, povest və hekayələr 
kitabının 
müəllifidir. 
Aqil 
Abbas 
ədəbiyyatımızın, 
mədəniyyətimizin  inkişafında  böyük  xidmətləri  olan  istedadlı 
yazıçı  olmaqla  yanaşı  «Ədalət»,  «Boz  qurd»  qəzetlərinin    baş 
redaktorudur. «Ədalət» qəzeti fəaliyyət göstərədiyi iyirmi ildən 
artıq bir vaxtda Azərbaycan ədəbi prosesinin inkişafında böyük 
rol  oynayıb.  Onun  «Dolu»  əsəri  əsasında  çəkilmiş  film  günün 
aktual  problemlərini  özündə  əks  etdirir.  Günümüzün  ən  aktual 
problemi  isə  Qarabağ  problemidir  və  bu  fikri  heç  kim  inkar 
etməz.  Aqil  Abbas  təkcə  ədəbi-bədii  yaradıcılığı  ilə  deyil, 
siyasi,  ictimai  fəaliyyəti  ilə  də  tanınmış,  xalqına,  dövlətinə 
xidmət edən ictimai xadimdir. 
Nasir, kinossenarist Aydın Dadaşov bədi yaradıcılığa tələ-
bəlik  illərindən  başlayıb.  «Dəvətnamə»,  «Qərib»,  «Mada-
qaskar»,  «Ssenari  yaradıcılığı»,  «Televiziya  və  radio  tama-
şaları»  kimi  onlarla  bədii,  publisist,  elmi-nəzəri  kitabların 
müəllifidir. 
Şair  Bəhlul  Orucoğlu  könüllü  hərbi  xidmətə  gemiş,  
Goranboy,  Füzuli,  Ağdam,  Ağdərə  rayonlarında  erməni  fa-
şistlərinə qarşı döyüşlərdə  batalyon komandiri (1991-1993) ol-
muş, vətənpərvərlik ruhunda yazdığı şeirləri,  marşları ilə sevil-
miş  şairdir.  O,  «Səngərlərdə  keçən  ömür»,  «Həsrətlə  yanan 
ürəyimiz»,  «Sevənləri  qoru  dünya»,  «Ömürdü  bu»,  «Öndə 
Qarabağdı» kimi onlarla kitabların müəllifidir. 
                                                    Gülxani Pənah, Salatın Əhmədli
                                                                            
 
 
390 
Müstəqillik  dövründə  milli  birliyə  səsləyən,  türkçülük 
ideyaları ilə zəngin əsərlər yaranır. Əlirza Xələflinin əsərləri bu 
sahədə daha mükəmməldir. 
Şair,  publisist  Əlirza  Xələfli  bədii  yaradıcılığa  tələbəlik 
illərindən  başlayıb.  «Karvan  körpüdən  keçir»,  «Baş  daşımın 
yazıları»,  «Yurdun  övladları»,  «Ocağımın  işığı»,  «Həsrət  kör-
püsü»,  «Sözə  doğru»  kimi  iyirmiyə  qədər  bədii  və  publisist 
kitabların müəllifidir. Vətəndaş şairdir. 80-ci illərdə ədəbiyyata 
gələn, böyük bir ədəbiyyatın nümayəndəsidir.  
Dövri  mətbuatda  nəşr  olunan  külli  miqdarda  ədəbi  və 
publisist  əsərlərində    oxucusunu  düşündürür,  özü  də  tarıma 
çəkib, çarmıxa çəkib düşündürür. Elini, elatını, nəslini, kökünü, 
soyunu  görmək  istəyir  öz  həndəvərində,  xeyirində,  şərində 
onları axtarır. Ucu-bucağı bilinməyən, tarixi qədər uzun, qədim 
köklü-köməcli  olan  bir  türk  nəslinin    övladıdır  o.  O,  bir  oğul, 
vətəndaş kimi türkün,  türk dünyasının ayıq-sayıq  əsgəridir.  Bu 
ayıqlıq,  sayıqlıqdır  onun  qəlbini  riqqətə  gətirən,  şərəfli 
keçmişinə  üzüağ  dönüb  baxmağa  imkan  verən.  Şumerdən  bu 
yana  tarixi  yazası  bir  oğul  gözləyir,  elə  bir  oğul  ki,  bəzəksiz, 
boyaqsız  tarixini  yazsın.  O  tarixi  ki,  düşmən  bildiyindən 
''gözünə  ox  kimi  batır''.  Orxon-Yenisey,  Qobustan,  Azıx-adını 
çəkmədiyim  Böyük  Daşqın  dövründən  də  əvvəlki  türk 
dünyasının  möhtəşəm  tarixini  bilir.  O  möhtəşəmlik  qorxudur 
onun düşmənini.  Şair bilir ki,  türk türklə  birləşəndə nələr olur. 
Şumer, İskit-sak, Atilla, Hun, Osmanlı birliyinin həsrətini çəkir. 
Bir  dəniz  gəzir,  arayır:  ''Birlik  dənizi''.  Ümidi  o  dənizdən  su 
içən  atın  yəhərində  olduğunu  xəyalən  arzulayan  şair  bir  gün 
səadət 
günəşinin 
üzünə 
doğacağını, 
ikiyə 
bölünmüş 
Azərbaycanın    dərd  cığırı,  qəm  mayalı  Arazına  qoyulan 
qadağanın  götürüləcəyinə  ümidlə  baxır  və  o  gün  Qıratı  onun 
körpüsünü  keçəcək.  Təbrizə,  Ərdəbilə,  neçə-neçə  doğmasına 


 
Sənət, sənətkar və zaman
 
 
 
391 
qovuşacaq  anları  düşünür.  O  səadətə  kölgə  salan  anlar  da  var. 
Oğuz  övladlarının  qəlb  itiliyi,  söz  götürməzliyi,  doğması  olsa 
belə bir kiçik sözünü bir batman balla '' həzm '' edə bilməməsi 
salır bu kölgəni. Çünki bunun axırı ayrılığa gətirib çıxarır, qan-
qada salır. Bu qan-qada Qazan-Aruz çəkişməsi, ədavəti yaratdı. 
Bir-birinə qarşı qoydu Oğuz oğlunu. Oğuz oğlu öz-özünə qarşı 
çıxanda  düşmən  sevinir,  çünki  türkün  birliyi  dünyanın  özünü 
belə  qorxudur.  O,  birləşəndə  nələr  olmur,  düşmən  qan 
dünyasına  qərq  olur.  Ona  görə  də  şair  hər  bir  oğuz  övladını 
dostunu,  düşmənini  tanımağa,  bir-birinə  dönük  çıxmamağa 
səsləyir, özünə dönük çıxanı '' qamçılayır ''. 
Əli  Rza  Xələfli  xalqının  şairidir.  Onun  yaradıcılığında 
Müşfiq  dərdini,  Rəsulzadə  böyüklüyünü,  Nərimanov  ömrünün 
təzadlı  dünyasını,  haqqı  deyən,  insan  oğlunu  yüksəklərə 
qaldıran,  ən  ali  uca  varlığı  duyan,  bu  yolda  diri-diri  dərisi 
soyulan,  əqidəsindən dönməyən Nəsimini,  Üzeyirin  bütün türk 
dünyasını  birliyə,  bu  yolda  mübarizəyə  çağıran  ''Uvertu-
ra''sındakı  möhtəşəm  birliyə  çağıran  motivlərini,  Nizami  bö-
yüklüyünü,  müdrikliyini  görürük.  O,  elinin,  yurdunun,  vətəni-
nin  alimini, ziyalısını, tarixi şəxsiyyətlərini necə sevirsə, onun 
sərhədlərdə  keşik  çəkən  əsgərini,  torpaq  yolunda  can  qoyan 
şəhidlərini elə sevir.  
Xələflinin  misraları  o  qədər  mənalı,  güllü,  butalıdır  ki, 
oxucunun  diqqətini  tarıma  çəkir,  onu  özünə  cəlb  edir,  yığır 
bütün  fikirləri özünə,  cəmləşdirir ətrafda  nə  varsa  yanına.  Özü 
kimi bir dərd bostanını zorla becərtdirir oxucularına, yana-yana 
alağını-otunu  arıtladır,  böyütdürür,  bəslədir  sinəsində  ki,  insan 
övladı  bir  gün  qılıncının  qəbzəsini  itiləsin,  düşsün  döyüş 
meydanına.  O  bilir  ki,  bıçaq  sümüyə  dirənəndə  insan  oğlunun 
gözü  qabağını  görmür.  O  zamana  kimi  də  itirdiyinin  fərqinə 
varmadan düşür oda, bir də alır qismətini geri, bir də düşür oda, 
                                                    Gülxani Pənah, Salatın Əhmədli
                                                                            
 
 
392 
tonqallarda bişir,  bərkiyir, amalından,  məqsədindən dönmür və 
bir də görürsən, nələr etmir  insan oğlu? Xələfli insanın o zərif 
damarını  tutarkan  ustalıqla  tərpənir:  qılınc  götürüb  düşmən 
üstünə  getmir,  «hoydu  dəlilərim»-demir,  amma  elə  deyir  ki, 
«qızım sənə deyirəm, gəlinim sən eşit» məsəli düşür yada. Arif 
işarədən qanır.  
                   Bu qayalar elə ağırdı  
                     Fələyin əli ağırdı 
                           Zaman-zaman döyür məni. 
İnsan  övladı  onu  döyən  dərdin  ağrısını  canında  hiss 
etməyə bilərmi? Bu da sənətkardan məharət tələb edir: 
                          Dərddən bostan əkib, barın gözlədim, 
                          Ömrün payızında dərdi dizlədim, 
                          Sirrim bir cidadır necə gizlədim, 
                          Daşlı yolda duyğularım kişnəyir. 
Əli  Rza  Xələfli  sözün  dəyərini  bilən  sənətkar  kimi  qar-
şısına  qoyduğu  ən  ali  məqsədlərə  xidmət  edir.  Öz  qələmi  ilə, 
sözü  ilə  təklikdə  qalanda  sinəsi  döyüş  meydanına  da  çevrilir. 
Özünün  ''yazı  masasını  ''döyüş  meydanı'',  qələmini  güllə, 
ilhamını  ''öyünc  meydanı'',  ''hədəfə  dəyən  sözlərini''  snayperə 
bənzədir  və  bu  bənzətmə  ustalıqla  elə  bəzədilib,  sözlər  elə 
sərrast,  tutarlı  seçilib  ki,  həm  şeirin  məna  tutumunu,  həm  də 
bədii dəyərini artırıb. 
Əli Rza Xələfli yaradıcılığında şair taleyi geniş və əhatəli 
mövzudur.  Bu  mövzuda  dost  sədaqəti,  dosta  məhəbbət,  şair 
taleyindən  yanğı  var.  Bəzən  misraları  görəndə  fikirləşirsən  ki, 
Əli Rza elə ithafla məşğul olub. Amma yox. Hər bir dost, şair, 
yoldaş,  alimə  ithaf  olunan  şeirlər  bitkin  bir  mövzu,  həqiqəti, 
varlıqları  özündə  əks  etdirən,  dərin  məna  tutumu  olan,  yüksək 
poetikliyə malik, zəngin bədii çalarlarla, tutumlarla əhatələnmiş 
şeirlərdir.  İthafı  yazmaq  bacarığı  da  hər  sənətkarda  olmur. 


Yüklə 3,82 Mb.

Dostları ilə paylaş:
1   ...   94   95   96   97   98   99   100   101   ...   147




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə