Gülxani pənah salatin əHMƏdli səNƏT, SƏNƏtkar



Yüklə 3,82 Mb.
Pdf görüntüsü
səhifə106/147
tarix01.07.2018
ölçüsü3,82 Mb.
#52706
1   ...   102   103   104   105   106   107   108   109   ...   147

 
Sənət, sənətkar və zaman
 
 
 
421 
Uçurdarıq mənəmliyin səddini, 
Qoy xalqımız düzəltsin öz qəddini, 
Yenilməyən bir bayrağa döndünüz! 
Akif  Səmədin  «Qiblə  yelləri»  (1992),  «Uzaqlardan  gəli-
rik» (1994), «Adəmdən» (1995), «Özümə yol» (1996) kitabları 
müstəqqilk 
dövründə 
az 
ömür 
yaşamış 
şairin 
bədii 
yaradıcılığının dəyərli inciləridir. 
Zəngin  ədəbi  yaradıcılıq  yolu  keçmiş  Əli  Rza  Xələfli 
«Karvan  körpüdən  keçir»,  «Baş  daşımın  yazıları»,  «Sözə  doğ-
ru»  ədəbi  tənqidi,  «Ocağımın  işığı»,  «Həsrət  körpüsü». 
«Arzulara dəyən güllə»,  «Daş  yazısı»  şeirlər  və poemalar  və s 
kimi  onlarla    kitabların  müəllifidir.  «Meyar»    kitabında  son 
illərdə  yazdığı  portret  esselər,  ədəbi  qeydlər  və  məktublar 
toplanmışdır.  Həyatını  ədəbiyyatımızın  inkişafına  bağlayan 
istedadlı şairin baş redaktor olduğu «Kredo» qəzeti elm,  sənət, 
mədəniyyət,  ədəbiyyat  aləmində  ən  çox  oxunan  bir  mətbu 
orqandır. 
Vaqif  Cəbrayılzadə  istedadlı  şairdir.  «Tənha  ulduz  altın-
da»,  «Unudulacaq  bütün  sevdalar»,  «Ölənəcən  sevmək  azdır» 
və  s.  kitablarında  toplanan  şeirlərində  oricinal  üslubu,  poetik 
deyim  tərzi  ilə  seçilir.  Gənc  yaşlarından  poeziya  aləmində 
tanınmış  şair  Ümumittifaq  konfranslarda,  sovet  ədəbiyyatı 
günlərində,  XI  poeziya  festivalında  iştirak  etmiş,  müxtəlif 
mükafatlarla 
təltif 
olunmuşdur. 
Moskvanın 
«Molodaya 
qvardiya»  nəşriyyatının  kütləvi  tiracla  buraxdığı  «Sıçrayış» 
kitabına  görə  Gürcüstan  Nazirlər  Sovetinin  V.Mayakovski 
mükafatına  layiq  görülən  şairin  yaradıcılığı  tənqidçilərimiz 
tərəfindən  təhlil  və  tədqiq  edilmişdir.  Onlar  fikirlərində 
haqlıdırlar ki, V.Cəbrayılzadənin «sözünü bir kimsə deyəmmir. 
Əvvəl-əvvəl  onu  çoxları  dərk  edəmmədi,  bəziləri  onun 
misralarından  seçib-sonalayıb  ənənəvi  şeirə,  şablon  şeirə  qəvi 
                                                    Gülxani Pənah, Salatın Əhmədli
                                                                            
 
 
422 
düşmən  kimi  təqdim  etsələr  də,  faydası  olmadı.  İllər  keçdi, 
sənələr  ötdü  və  Vaqif  Cəbrayılzadə  Azərbaycan  şeirində 
kimsənin  təkrar  edə  bilməyəcəyi  fərdi  üslubunu  yaratdı.  Bu 
üslubda  doğma  türk  şeirimizin  səsləri,  sözləri,  ifadələri, 
metaforaları ayrı bir ahəngdə çiçəkləməyə başladı». 
Azərbaycan şeirində hərbi vətənpərvərlik mövzusu ayrıca 
bir mövzudur.  Zəminə Xınalı ömrünü hərbçi vətən oğulları ilə 
keçirən,  onlar  üçün  gözəl  marşlar  yazan,  hərbi  vətənpərvərlik 
üzərində  yaradıcılığını  quran  şairədir.  Bakı  Ali  Hərbi 
Dənizçilik  məktəbində  hərbi  curnalistika  şöbəsini  bitirib. 
Hazırda  Heydər  Əliyev  adına  Azərbaycan  Ali  Hərbi 
məktəbində  qulluqçu,  onun  nəzdindəki  Heydər  Əliyev  muze-
yinin direktoru, «Azərbaycan ordusu» qəzetinin müxbiri, ədəbi 
fəaliyyətə  80-ci  illərdən  başlamış,  hərbi  marşlarına  musiqi 
bəstələnmiş  şairənin  «Mənim  əsgər  qardaşım,    «Yarı  yolda 
qalan  ömür»,  «Üç  qardaş,  üç  pəhləvan»,  «Müqəddəs  zirvə», 
«20  Yanvar  ümumxalq  matəm  günüdür»,  «Tanrı  sevgisiylə 
döyünən  ürək»,  «Hər  şeydən  əvvəl  Vətəndir»  və  s  kitabların 
müəllifidir.  
Nəsrdə  yaranan  əsərlər  dövrün  ədəbiyyatşünaslarının, 
oxucu  kütləsinin  diqqətini  özünə  cəlb  edi:  «müstəqillik  dövrü-
nün  nəsr əsərlərinə diqqət  yetirsək,  bir  sıra  yeni,  oricinal,  istər 
forma  və  istərsə  də  məzmun  baxımından  yeni,  novatorcasına 
yazılmış  nümunələrə  rast  gəlmək  olar.  Müstəqillik  hazırda 
yaradıcı şəxsiyyətin-şair,  nasir,  rəssam, dramaturq,  bəstəkar və 
s.  yaradıcılığına  azadlıq,  sərbəstlik,  necə  deyərlər,  sonsuz 
yaradıcılıq  səmasında  möhkəm  qanadlar  bəxş  etmişdir.  İndi 
bizim  bədii  nəsrimizdə  fərdin,  şəxsiyyətin  mənəvi  dünyasına, 
sirli-soraqlı qəlb aləminə uğurlu bir açar tapılmışdır...» 
Əsrin  görkəmli  sənətkarları  İ.Şıxlının  «Ölən  dünyam», 
Ə.Məmmədxanlının  «Babək»,  Ə.Cəfərzadənin  «Bəla»,  «Bir 


 
Sənət, sənətkar və zaman
 
 
 
423 
əsrin  faciəsi»,  «Gülüstandan  öncə»,  «Zərintac  Tahirə»  roman-
ları  kimi  əsərlərin  arxasınca  Yusif  Səmədoğlu  «Qətl  günü», 
Ç.Hüseynovun  M.F.Axundovun  həyatından  bəhs  edən  «Fətəli 
Fəthi»,  Fikrət  Qocanın  «Hələlik,  qiyamətəcən»,    Elçinin 
«Mahmud  və  Məryəm»,  V.  Babanlının  «Ömürlük  əzab»,  M. 
İbrahimbəyovun  «Dənizdə  qasırğa»,  Ə.  Əmirlinin  «Meydan» 
romanları, S.  Avşarlının «Gavur»,  Anarın «Ağ qoç, qara qoç», 
Kamil  Əfsəroğlunun  «Hamam  hamam  içində»,  Elçin  Hüseyn-
bəylinin  «Əsirlər»,  Məmməd  Orucun  povestləri,  Natəvan 
Dəmirçioğlunun  povestləri,  Mahirə  Abdullanın  povestləri, 
Ə.Hacızadənin povestləri, Y.Kərimovun, G. Pənahın povestləri 
yaranmışdır.  Nəsrimizin  bu  canrı  da  müstəqillik  dövründə  öz 
inkişafında  idi.  Ən  yaxşı  roman  və  povestlərlə  yanaşı,  zəif 
ideya-məzmun,  sücet  zəifliyi  olan  əsərlər  də  az  deyildi. 
Bununla  belə,  bir  halda  ki,  zamanın  belə  çətin  dövrlərində 
özünü  ədəbiyyata  sərf  edən  ziyalılarımızın  əsas  məqsədi 
ədəbiyyatın  inkişafına  kömək  etmək  idi,  dilimiz,  yaşadığımız 
dövrün  tarixi  hadisələrini,  qələm  almaq  nöqteyi-nəzərindən 
əhəmiyyətini  dana  bilmərik.  Hər  dövr  öz  ədəbiyyatını  yaradır 
və  bu  dövrün  ictimai-siyasi,  iqtisadi,  mədəni  prosesləri,  tarixi 
hadisələrini özündə yaşadır. 90-cı illərin yanvar hadisələrindən 
başlayaraq,  bədii  nəsrin  ən  aktual,  «ən  çevik  canrı  olan 
hekayələr,  novellalar,  mənsur  şeirlər,  bədii  replikalar, 
miniatürlər»in  xeyli  gücləndiyi,  bunlarda  çox  haqlı  olaraq  «20 
Yanvar  hadisələri,  Qarabağ  müharibəsi,  ölkəmizin  müasir  və 
aktual problemləri» qələmə alındığı, bu cəhətdən «Azərbaycan» 
curnalının,  «Ədəbiyyat  qəzeti»nin  səhifələrində  dərc  olunan 
Elçinin «Sarı gəlin», «Araba», «Qarabağ şikəstəsi», G.Pənahın 
«Nunuş»,  «Arsız»  hekayələri,  «Tanrının  unutduğu  Xocalılar» 
povesti, Mübariz Cəfərlinin, Meyxoş Abdullayevin və başqala-
rını əsərləri tənqidçilərin dəyər verdiyi əsərlərdir. 
                                                    Gülxani Pənah, Salatın Əhmədli
                                                                            
 
 
424 
60-cı  illərdən  ədəbi  fəaliyyətə  başlayan  İnqilab  Xan  Rə-
vanın  «Məhəbbət  yanğısı» (roman), «Qandal  Kənan» (roman), 
«Qan  içində  həyat»  (epopeya),  «Xan  Araz»  (epopeya),  «Bir 
gecənin  romantikası»  (povest),  «Yanan  qəlbin  işığı»,  «Puç 
olmuş  arzular»,  «Taleyin  göz  yaşı»  kimi  20-dən  çox  roman, 
povest  və  digər  canrlarda  yazılmış  əsərlərində  torpaq  sevgisi, 
millət,  xalq  taleyi,  başı  müsibətlər  çəkən,  yurdundan  didərgin 
düşən  soydaşlarımızın  taleyi,  çəkdiyi  mənəvi  əzabları  bədii 
əsərlərinin mövzusuna çevrilmişdir.  
60-ci  illərdən  yaradıcılığa  başlayan  Əmir  Mustafayev 
«Zolaqlı    çamadan»,  «Qızıl  ulduzlar»,  «Qırovçayın  payız  nəğ-
məsi»,  «İsti  külək»  (roman),  «Qara  zolaq»  (roman),  «Sevirsə, 
qayıdacaq»  (roman),  «Səndən  ötrü»  (roman),  «Gecə  zəngi» 
(roman  və  povestləri),  «Qurd  ürəyi»  və  s.  20-yə  qədər 
kitablarında  toplanmış  əsərləri  geniş  oxucu  kütləsinin  çox 
sevdiyi, maraqla oxuduğu əsərlərdir. 
 Onunla  bir  dövrdə  ədəbiyyata  gəlmiş  Fərman  Kərim-
zadənin  «Ömrümüz-günümüz»,  «Qarlı  aşırım»,  «Xudafərin 
körpüsü»,  «Çaldıran  döyüşü»,  Fərman  Eyvazlının  «Mən  niyə 
qayıtmadım»  kitabında  toplanan  hekayələri,  «Qaçaq  Nəbi» 
əsəri,  Hidayət  Orucovun    şeir  və  poemaları  («Məni  səs-
ləyəndə»,  «Məhəbbət  qocalmır»,  «Dənizi  harayladım»,  «Zirvə 
cığırı»,  «Qaynaq»,  «Doxsanıncı  illər»  və  s  kitablarında 
toplanmış  şeir  və  poemaları,  nəsr  və  dram  əsərləri  («İrəvanda 
xalq qalmadı»,  «Sabaha çox  var»,  «Sözün  vaxtı  və s),  Hüseyn 
Kürdoğlunun  «Səhər  nəğmələri»,  «Yurdumu  gəzə-gəzə», 
«Qaya çiçəkləri», «Doğma diyarım», «Çiçək təbəssümü», «Ata 
yurdum»,  «Dördtelli  durnam»,  «Bu  dünya  bir  karvan  yolu», 
«Min bir bayatı» və s. kitablarında toplanan əsərləri, Xeyrəddin 
Qocanın «Filankəslər», «Hərə öz payını götürsün», «Marallar», 
«Gərək  yazam»,  «Bu  dünyadan  məktublar»  satira  və  yumor 


Yüklə 3,82 Mb.

Dostları ilə paylaş:
1   ...   102   103   104   105   106   107   108   109   ...   147




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə