Gülxani pənah salatin əHMƏdli səNƏT, SƏNƏtkar



Yüklə 3,82 Mb.
Pdf görüntüsü
səhifə109/147
tarix01.07.2018
ölçüsü3,82 Mb.
#52706
1   ...   105   106   107   108   109   110   111   112   ...   147

 
Sənət, sənətkar və zaman
 
 
 
433 
bu  dil  sahəsində  bir  fikir  hasil  edibsən...!  («Həyat»,  1906,  № 
181). 
Bu da göstərir ki, XIX əsrin sonu, XX əsrin əvvəllərindən 
üzübəri  yazıçı  dili,  bədii  dil  məsələləri  həmişə  diqqət 
mərkəzində olmuşdur. Dilin inkişafı, saflığı bədii əsər üzərində 
araşdırılır.  «Bədii  əsərin  dili  üzərində  işləyərkən  yazıçını  fikir 
və  hisslərin    təbiiliyi,  hadisə  və  obrazların  müəyyən  metod 
əsasında təsviri maraqlandırır». 
Azərbaycan  yazıçılarının,  şairlərinin  dil  mədəniyyəti 
müəyyən ənənələrə söykənir. Milli ədəbi dilimiz xalq dilinə son 
dərəcə yaxındır. M.F.Axundov milli dilimizin inkişafında canlı 
danışıq dilinin əsas mənbə olduğunu yaradıcılığı ilə sübut etdi. 
Dilçilər onun «ədəbi dil ilə canlı xalq dili arasındakı uçurumun 
məhv  edilməsinin  labüdlüyünü  öz  yaradıcılığı  ilə  parlaq 
şəkildə»  isbat  etdiyini,  yaratdığı  komediyaların  dili  ilə  milli 
ədəbi  dilimizin  inkişafını  təmin  etdiyini  bildirirlər.  Məhz  XX 
əsrin əvvəllərində ədəbi dilin müxtəlif təmayüllər tərəfindən öz 
milli 
zəminindən  uzaqlaşdırılması  təhlükəsi 
yarananda, 
Axundovun  canlı  xalq  dili  ilə  milli  dil  arasında  əlaqələri 
möhkəmləndirmək 
ideyalarının 
üzərini 
təhlükə 
alanda 
C.Məmmədquluzadə  bu  missiyanı öz üzərinə götürərək «ədəbi 
bədii  dilin,  mətbuat  dilinin  təmizliyi  və  inkişafı,  bədii  dil  ilə 
xalq  dili  arasındakı  səddin  məhv  edilməsi,  xalq  dili  söz  və 
ifadələrinin bədii dildə üstün və aparıcı mövqeyi, dilin sadəliyi, 
təbiiliyi  və  təmizliyi  uğrunda  görkəmli  bir  curnalist  və  yazıçı 
kimi  yorulmadan  mübarizə»  aparır.  Onun  bütün  əsərlərində, 
məqalələrində  və  felyetonlarında,  dram  əsərlərində  dilimizin 
aktual məsələləri əsas yer tutur.  
Əsl    sənətkarın,  xalq  sənətkarının  dilə  münasibəti  yarat-
dığı  əsərin  özündə  özünü  göstərir.  Mirzə  Cəlil,  mollanəsrəd-
dinçilərin ənənələrini sovet dövründə daha geniş şəkildə davam 
                                                    Gülxani Pənah, Salatın Əhmədli
                                                                            
 
 
434 
etdirən  şairlərimiz,  ədiblərimiz  S.Vurğun,  S.Rüstəm,  R.Rza, 
M.Rahim,  M.Müşfiq,  M.İbrahimov,  M.Hüseyn,  S.Rəhimov, 
Mir  Cəlal,  S.Rəhman  kimi  «odlu  qüvvələr  dilçilərimizin  də 
işini  görmüş,  böyük  bir  dövrdə  yaranmış  qiymətli  nəsr  və 
poeziya  nümunələrinin  dil  və  sənətkarlıq  məsələləri  barədə  ilk 
sözü əksərən özləri söyləmişlər. ... onlar həm  yazıçı,  şair,  həm 
də görkəmli filoloq-tənqidçi idilər». Hər dövrün öz tənqidçiləri 
olduğu  bir  zamanda  30-cular  nəslinin  «dilçi-tənqidçiləri 
olmadı.  Onlar  öz  milli  ruhu,  mübarizlik  və  döyüşkənliyi  ilə 
gələcəyə yol açdılar. Onlar elə bir qüvvə idilər ki, əslində dilçi-
tənqidçi  onların  önündə  kölgədə  qalırdı.  Ə.  Dəmirçizadə 
kimilər yönünü tarixə tutmaqda düz etmişdilər. O, hələ keçmişi 
öyrənməli idi ki, gələcəyə nüfuz edə, düz baxa bilsin. Odur ki, 
yeni  əsərlərin  ideya-estetik  keyfiyyətlərinə  hər  cəhətdən  sənət 
ustaları  özləri  baxırdılar».  (Q.Kazımov).  M.S.Ordubadinin  və 
C.Cabbarlının  dilindəki  poeziya,  C.Cabbarlının  dramaturgiya 
və  S.Vurğunun  şeir  dilindəki  yüksəklik,  M.İbrahimovun 
dilindəki 
əhatəlilik 
və 
bədii 
ümumiləşdirmə 
qüdrəti, 
S.Rəhimovun  dilinin  təbiiliyi  və  söz  tutumu,  M.Cəlalın  gözəl, 
incə,  mənalı dili,   S.Rüstəmin dilindəki  sərrastlıq və tribunluq, 
R.Rzanın  dilindəki  lirika,  satira  və  müəmmaların  sintezi  və 
başqa  yazıçı  və  şairlərimizin  dil-üslub  xüsusiyyətləri  müasir 
dövrümüzdə araşdırılır, tədqiq edilir. 
Onların ənənələrini 60-cılar nəsli də davam etdirdi. Anar, 
Elçin,  İ.Hüseynov,  S.Əhmədov,  İ.  Şıxlı,  Q.İlkin,  İ.Məlikzadə 
adını  çəkmədiyim  60-cılar  nəslinin  sözə  yanaşmaq,  sözdən 
istifadə  etmək  yolu  vardır  və  bu  onların  üslubunu 
müəyyənləşdirib.  Onlar  bədii  yaradıcılığında  dili  xalqa 
sevdirirlər. Dilinə, millətinə sevgisi olmayanın bəşəri duyğuları 
yaxşı mənada ola bilməz.  


 
Sənət, sənətkar və zaman
 
 
 
435 
X.Rza  «Laylam  mənim,  nərəm  mənim»  şeirini  elə  bir 
şəkildə oxuculara təqdim edir ki, onun təhlilinə ehtiyac qalmır. 
Bir  şeirin  içindədir  ona  məhəbbət  də,  o  şeirin    bədii  dilimizə 
xidmət  imkanları  da,  o  dilin  bədiiyət  dili  də,  bu  dildə  ana 
laylasıyla  göz  açan,  bu  dilin  keçib  gəldiyi  yolu,  başı  mə-
şəqqətlər çəkən bu dilin ölümsüzlüyu, bu dildə azadlıq ideyaları 
ilə köhlənib əsrlərlə  yadellilərə qarşı  vuruşan,  dilini,  torpağını, 
xalqını düşünən, mübarizə aparan oğullarını, füsunkar təbiətini, 
vüqarlı dağlarını, şeir dilini tapan şair: 
Mənim dilim məğrur baxmış 
Üzərindən gəlib keçmiş 
Ürəyini dəlib keçmiş 
Oxların qanlı ucuna. 
Baş əyməmiş ərəblərin 
Qol zoruna, 
Dil zoruna 
Qılıncına, qırmancına!.. 
Bax, bu dildə «hücum» deyib 
İtaliya dağlarında 
Dağ çəkmişdir faşistlərə 
Mehdim mənim! 
Bax, bu dildə şeir dedi 
Səməd Vurğun Moskvada... 
Mənim dilim Göy Göl, Xəzər 
 Mənim dilim Şahdağıdır! 
Qoy dilçilər öcəşsinlər, 
Yoxdur bəhsə meylim mənim. 
Heç bir dildən əskik deyil 
Bəşərin dil ağacının 
Şah budağı dilim mənim! 
Təkcə cümlə deyil, təkcə səs deyil, 
                                                    Gülxani Pənah, Salatın Əhmədli
                                                                            
 
 
436 
Xalqımın gözünün odu, ziyası, 
Canı, şah damarı, arteriyası, 
Ən böyük mirası sabahkı nəslə! 
Zamandan zamana, əsrdən əsrə 
Vuruşa yol gələn davalı dilim! 
Babək qılıncının davamı dilim! 
Kim qoruya bilməyirsə 
Öz yurdunu, yuvasını. 
Udmasın yurd havasını. 
Kim qorumur öz dilini 
İtsin mənim gözlərimdən ilim-ilim. 
O sahili bu sahillə  birləşdirən 
Ulu körpüm, qılıncımdır, 
Günəşimdir mənim dilim! 
Bu  sətirlərdədir  «ana  dilin  poetik  vüsəti,  zora  dözümü, 
vüqarı, kəsəri...». 
Məmməd  Araz  «bu  dil  hamının  başa  düşəcəyi,  hamının 
danışmağa  qadir  ola  bilmədiyi  yüksək  bədii-obrazlı  dildir.  Bu 
dili  kamil  bilirsənsə,  demək,  qanında  Nizami,  Füzuli,  Sabir 
qanının  zərrələri  var.  Bu  dil  küləklərin,  suların,  səsi  çox  çətin 
eşidilən ulduzların belə dilini öyrənməyə qabildir»-deyir. 
Nəriman Həsənzadə: 
Dil-xalqın verdiyi ən böyük əsər, 
Onun qoynu isti, qanı təmizdir. 
Adicə «vurğular», ya «işarələr», 
Minillik mənəvi sərvətimizdir. 
-misralarında  dilimizin  böyük  imkanlarını,  dil-üslüb  incəlik-
lərini, fonetik, qrammatik gözəlliklərini, qədimliyini, ululuğunu 
ümumiləşdirir. 
Fikrət Qoca : 
Bir xalqam Xəzər sahilində, 


Yüklə 3,82 Mb.

Dostları ilə paylaş:
1   ...   105   106   107   108   109   110   111   112   ...   147




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə