Gülxani pənah salatin əHMƏdli səNƏT, SƏNƏtkar



Yüklə 3,82 Mb.
Pdf görüntüsü
səhifə111/147
tarix01.07.2018
ölçüsü3,82 Mb.
#52706
1   ...   107   108   109   110   111   112   113   114   ...   147

 
Sənət, sənətkar və zaman
 
 
 
441 
sıra  yazıçı  və  xüsusilə  ədəbiyyatşünaslarımız,  tənqidçilərimiz 
isə öz intellektual səviyyələrinin yüksəkliyini nümayiş etdirmək 
məqsədilə  lazımsız,  anlaşılmaz  istilahlarla  yazılarını  ağırlaşdı-
rırlar.  Nəticə  etibarilə  bu,  ədəbi  dilimizin  korlanmasına  səbəb 
olur».  
Çağdaş ədəbi prosesdə dilimizin saflığı uğrunda mübarizə 
davam  edir.  Postmodernizmə  meyillərdə  «ədəbi  düşüncə  dilini 
və  praktikasını  yabançılaşdırmaq»  cəhdi  pislənir.  Həyatımızın 
hər  sahəsində  olduğu  kimi  ədəbi  prosesdə  də  «özünü 
yeniləşdirmə»  prosesinin  olması  təbii  bir  hal  olsa  da,  bunun 
belə  «kökündənazma»  şəklində  qəbulunun  yolverilməzliyi 
diqqətdən yayınmır. 
Bu  gün  Azərbaycan  ədəbiyyatına  istedadlı  gənclər  gəlir. 
Artıq  öz  əsərləri  ilə  tanınan  gənclərimiz  var.  Gənc  Ədiblər 
Məktəbinin  sıralarında  birləşən  gənclərimizin  keçirdikləri 
dəyirmi  masalar,  təqdim  etdikləri  əsərlərin  müzakirələri, 
internet  vasitəsilə  yayımlanan  əsərləri,  onların  məzmun  və 
ideyaları  bu  gənclərin  gələcəkdə  qazan  biləcək  böyük 
uğurlarından  xəbər  verir.  Onlardan  Xəyal  Rza,    Fərid  Hüseyn, 
Qismət,  Tural  İsayev,  Aygın  Sultanlı,  Şəhanə  Şükür,  Samir, 
Aqşin,  Kəramət, Bünyamin, Cavid, Elvin, Raul,  Rasim, Günel, 
Rəbiqə, Elvin Bakiroğlu, Aysel Əlizadə, Günel Eminli, Nərmin 
Hüseynzadə  kimi  onlarla  ədəbi  mühitdə  tanınan  gənclərimizin 
ədəbiyyatımızı  zənginləşdirəcəyinə  inanırıq.  Onların  bəlkə  də 
böyük  bir  qisminin  adını  çəkmədik.  Amma  inanırıq  ki,  gənc 
ədiblərin  ictimaiyyətə  təqdim  olunacaq  əsərləri  tənqidçilərin, 
ədəbiyyatşünasların    daim  diqqət  mərkəzində  olub  və  yenə  də 
olacaq. 
Elxan Qaraqanın «A» romanı, Şahanə Şükürün «Gələcəyə 
açılan  yollar»,  «Böyük  ömrün  akkordları»,  Tural  İsayevin 
«Azərbaycan  ədəbiyyatında  detektiv  canr»,  «999»,  «Bala 
                                                    Gülxani Pənah, Salatın Əhmədli
                                                                            
 
 
442 
pərvanə»  adlı  kitabında  toplanan  əsərləri,  Cavid  Zeynallının  
«Günəşi  gözləyənlər»  romanı,  Zərdüşt  Şəfinin  «Başqa 
adamlar»  adla  hekayələr  toplusu,  Pərvinin  «Qar  yağacaq», 
«Samir  üçün»,  «Şərq  şirniyyatı»  hekayələri,  Günay  Novruzun 
“Xoxan”  kitabında  toplanan  əsərləri  və  s.  Xüsusi  maraq 
doğurur. Xəyal Rzanın şeirləri 16 yaşından mətbuatda çıxmağa 
başlamışdır.  1996-cı  ildən  başlayaraq  Xəyal  Rza  müxtəlif 
qəzetlərdə  müxbir,  köşə  yazarı,  direktor  və  baş  redaktor 
vəzifələrində  çalışmışdır.  On  beş  ildən  artıq  qələm  təcqubəsi 
olan  Xəyal  Rza  5  kitab  müəllifidir.  İlk  kitabı  “O  dünyaya 
məktublar”  məqalələr  2001-ci  ildə  işıq  üzü  gördü  və   müəllifə 
uğurlar  qazandırdı.  2002-ci  ildə  ikinci  kitabı  “O  dünyada 
görüşərik”  şeirlər  kitabı  işıq  üzü  gördü  və  bir  şair  kimi  onu 
oxuculara  tanıtdı.  2005-ci  ildə  “Ötən  ilin  uğurları”  siyasi 
məqalələrdən  ibarət  kitabı,  2008-ci  ildə  “Söz  dünyası”  adlı 
ikinci  şeirlər  kitabı  və  2012-ci  ildə   “Uğurun  olum”  növbəti  
şeirlər kitabı işıq üzü görmüşdür. Daima yaradıcılıq axtarışında 
olan  Xəyal  Rza  Azərbaycanda  “ilk”ə  imza  ataraq  2001-ci  ildə 
“O  dünyada  görüşərik”  adlı  şerinə  klip  çəkdirmişdir.  Öz 
ifasında 
səsləndirilmiş  üç  şerilər  diskinin 
müəllifidir. 
Azərbaycanda  və  Türkiyədə  müxtəlif  mükafatların  laureatıdır. 
2004-cü  ildə  Azərbaycan  Gənclər  İttifaqı,  Azərbaycan 
Həmkarlar 
İttifaqları 
İdman 
Təşkilatları 
Assosiasiyası, 
Azərbaycan Mədəniyyət İşçiləri Müstəqil Həmkarlar İttifaqının 
Respublika  Komitəsi  tərəfindən  müxtəlif  dilplom  və  fəxri 
fərmanlara,  2011-ci  ildə  (İstanbul)  Avropa  Qazeteçiler  Birliyi 
tərəfindən  “yılın  en  iyi  azeri  şairi”,  2012-də  YYSQ  tərəfindən 
“ilin  yeni  nəsil  şairi”  mükafatlarına,  2014-cü  ildə  Mədəniyyət 
və  Turizm  Nazirliyinin  diplomuna  layiq  görülüb.  Şeirlərinə 
bəstələnmiş  onlarla  mahnı  Türkiyənin  və  Azərbaycanın 
tanınmış  müğənnilərinin  ifalarında  səslənib.  2010-cu  ildən 


 
Sənət, sənətkar və zaman
 
 
 
443 
onun  təklifi  və  təşkilatçılığı  ilə  hər  il  iyun  ayının  5-də 
Azərbaycan  Şairlər  Günü  qeyd  olunur.  Bu  tədbirə  dünyanın 
müxtəlif ölkələrdən tanınmış ədəbiyyat və sənəd adamları dəvət 
olunurlar.  Hazırda  Xəyal  Rza  Azərbaycan  Yazıçılar  Birliyinin 
Mətbuat Xidmətinin rəhbəri və  “Xəyal production” curnalının 
baş  redaktorudur.  Fəaliyyətə  başladığı  qısa  müddət  ərzində 
Azərbaycan Yazıçılar Birliyinin rəsmi saytı olan ayb.az saytını 
yaratmışdır  və  bu  sayt  ədəbiyyat  portalları  arasında  ən  çox 
izlənilən saytlardan biridir.   Azad 
Azərbaycan 
Teleradio 
şirkəti  tərəfindən  çəkilən  Azərbaycan  Yazıçılar  Birliyinin  80 
illik 
yubileyinə 
həsr 
edilmiş 
sənədli 
filmin 
ssenari 
müəlliflərindən biridir.  
«Ulduz»  curnalının  hər  bir  nömrəsində  istedadlı  gənc 
yazarlarımızın  əsərlərini  oxuyanda  ədəbiyyatımızın  nikbin 
sabahını  görürük.  Azərbaycan  ədəbiyyatı  bəşər  ədəbiyyatının 
tərkib  hissəsidir  və  həmişə  böyük  sənətkarları  ilə  birlikdə 
sevilib, tanınıb. 
                                                    Gülxani Pənah, Salatın Əhmədli
                                                                            
 
 
444 
MƏTBU ORQANLAR VƏ  
ƏDƏBİ PROSES 
 
Azərbaycan  ədəbiyyatının  inkişafında  Azərbaycan  Ya-
zıçılar İttifaqının orqanı olan «Azərbaycan» curnalı mühüm rol 
oynamışdır.  Bu  curnalın  ilk  sələfi  «Maarif  və  mədəniyyət»in 
birinci  nömrəsi  1923-cü  ilin  yanvarın  28-də  nəşr  olunmuşdur. 
Müxtəlif xalqların dillərinə tərcümə olunmuş, SSRİ deyilən bir 
dövlətin  ərazisində  olan  çoxmillətli  sovet  ədəbiyyatının  ən 
gözəl 
nümunələri 
kimi 
şöhrət 
tapmış 
Azərbaycan  
ədəbiyyatının  ən  gözəl  əsərləri  demək  olar  ki,  ilk  dəfə 
«Azərbaycan»  curnalında  çap  olunurdu.  Oxucu  kütlələrinin 
rəğbətini,  məhəbbətini  qazanmaqda  «Azərbaycan»  curnalının 
rolu  böyükdür.  Keçmiş  sovetlər  birliyinin  dövründə  yetişən 
böyük  sənətkarlar  üçün  «Azərbaycan»    curnalı  bir  yaradıcılıq 
laboratoriyası idi. 
Sovet hakimiyyətinin  ilk  illərində  Azərbaycanda  «Füqara 
füyuzatı»  (1920-1921)  «Xalq  maarifi»  (1920),  «Yeni  yıldız» 
(1921-1922),  «Azərbaycan    Ali  İqtisad  Şurasının  Əxbarı 
(1921-24), «Kooperativ işi» (1921-25), «Gələcək» (1922) kimi 
curnallar  çap  olunurdusa  da,  bu  curnallarda  elmi,  əxlaqi, 
tərbiyəvi  mövzular  kimi  ədəbi–bədii  mövzular  da  müntəzəm 
çap  olunmurdu.  İri  həcmli,  xüsusi  ədəbi,  elmi  curnala  olan 
ehtiyacı  nəzərə  alıb  N.Nərimanov,  Mustafa  Quliyev,  Tağı 
Şahbazi bir çox maarif xadimləri,  yazıçı və şairlər müstəqil bir 
ədəbi  curnal  yaratmaq  təşəbbüsü  irəli  sürdülər.  «Azərbaycan  
Xalq  Maarif  komissarlığı  1922-ci  il  oktyabrın  14-də  olan 
iclasında  respublikada  maarif  işçilərinə,  müəllimlərə  kömək 
etmək,  ədəbiyyatın,  elmin,  incəsənətin  inkişafına  yardım 
göstərmək  məqsədilə  «Maarif»  adlı  aylıq  curnalın  nəşr 
olunmasını qərara aldı.  


Yüklə 3,82 Mb.

Dostları ilə paylaş:
1   ...   107   108   109   110   111   112   113   114   ...   147




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə