Gülxani pənah salatin əHMƏdli səNƏT, SƏNƏtkar



Yüklə 3,82 Mb.
Pdf görüntüsü
səhifə107/147
tarix01.07.2018
ölçüsü3,82 Mb.
#52706
1   ...   103   104   105   106   107   108   109   110   ...   147

 
Sənət, sənətkar və zaman
 
 
 
425 
toplusu, İbrahim Göyçaylının «Dağlar qoynunda», «Gözlərinin 
işığında»,  «Qoymayın  qızları kədərlənməyə»,  «Uzaq  haraylara 
isinmir  ürək»,  «Ümiddən  uzun  gecə»,  «Yaşadığım  bu  dünya» 
və  s.  kitabları,  Qaçay  Köçərlinin  «Tək  çinar»,  «Günəş  ömrü», 
«Dünya  sənə  oxşayır,  ana»,  «Torpaq  qərib  olmur»,  «Qanlı 
hekayələr»  və  s  kitabları,  Qərib  Mehdinin  «İşıq»,  «Rast», 
«Müsabiqə»,  «Çinar  gün»,  «Səndən  sonra»,  «Xatırlanmaq 
xoşbəxtliyi»,  «Qəhqəhə»  və  s.  kitablarında  toplanmış 
romanları,  povestləri,  xatirələri,    Mahmud  İsmayılovun  «Ağ 
yapıncı» (tarixi roman), «Şəki» (tarixi oçerk), «Xaqani» (tarixi 
roman), «El üçün yan» (tarixi roman), «İki od arasında» (tarixi 
roman),  «Qara  Yusif»  (tarixi  roman)  və  s  kitabları,  Manaf 
Süleymanovun  «Yerin  sirri»,  «Fırtına»,  «Zirvələrdə»,  «Neft 
milyonçusu»  və  s.  kitabları,  Məmməd  Alimin  «Ürəyimin 
şəkli»,  «Oxuyan  qarğılar»,  «Bağışlamaz  vətən  bizi»,  «Yuva 
gördüm  söz  içində»,  «Ölüm  sevgidən  sonradır»,  H.Mi-
rələmovun  «Xəcalət»  əsəri  və  s.  kitabları  müasir  Azərbaycan 
ədəbiyyatının zəngin məxəzlərindəndir. 
Şair-publisist  Zərəngiz  Dəmirçi  Qayalı  «Vəfam  mənim», 
kitabında Xocalı hadisələrinə həsr etdiyi «Cavab ver», «Mənim 
şair  qardaşlarım»,  «Vəfam  mənim»  poemalarında  Xocalı 
hadisələrini,  müharibənin  xalqımıza  vurduğu  yaraları,  mənəvi 
sarsıntıları qələmə almışdır.  
Yumoristik hekayələri  ilə Tural  Anaroğlunun  yaradıcılığı 
diqqəti  cəlb  edir.  Müasir  həyatımızın  elə  məqamları  vardır  ki, 
gülüş  doğurmaya  bilmir.  «Türkiyədən  məktub»,  «Xəstəxana», 
«İsveç  masası»  hekayələri  və  digər  yumoristik  hekayələri 
istedadlı  bir  gəncin  ədəbiyyata  gəlişindən  xəbər  verirdi.  Artıq 
oxucularımız çoxdandır onun imzasını «Azərbaycan», «Ulduz» 
curnallarında,  «Ədəbiyyat  qəzeti»ndən,  «525-ci  qəzet»  və  s 
mətbu  orqanlardan  tanıyır.  Bu  hekayələrdə  Mir  Cəlal, 
                                                    Gülxani Pənah, Salatın Əhmədli
                                                                            
 
 
426 
Seyfəddin  Dağlı,  Haqverdiyev  yumoru  duyulur.  Bəziləri  onda 
Bulqakova,  Mirzə Cəlilə də oxşarlıq görür.  Diqqətlə oxuyanda 
Seyfəddin  Dağlıya,  Mir  Cəlala  daha  çox  oxşarlıq  görünür. 
«Tənha  mələk»  hekayələr  toplusu  istedadlı  bir  gənc  nasirin 
yetişdiyindən xəbər verir. 
Rəşad  Məcid  Azərbaycan  ədəbiyyatına  öz  dəst-xəttilə 
gəlib.  Özünəməxsus  oricinal  yaradıcılıq  qabiliyyətinə  məxsus 
insandır. İstər nəzm, istər nəsr əsərləri, istərsə də bədii publisist 
yazıları olsun, onlarda bir mövzu əsasdır; milli duyğulara, milli 
kökə  bağlılıq.  Elə  bu  bağlılıqda  onun  yaratdığı  əsərlərin  bədii 
dəyərini,  bəşəriliyini  görürük.  Milli-mənəvi  dəyərlərə  hörmət 
prinsipləri üzərində köklənən əsərlərdə var bəşərilik də,  zəngin 
məzmun  da,  ideya  da.  Rəşad  Məcid  bu  cəhətdən    gənc  qələm 
dostlarına örnək ola bilər. 
Burada  diqqətimizi  daha  çox  çəkən    onun  istedadının 
zəngin  imkanlarıdır.  Qəzetin    səhifələrində  dərc  olunan  novel-
lalar,  şerlər,  publisist  yazılar,  hekayələr...  bugünkü  həyat 
hadisələrini  özündə  əks  etdirir.  İnsan  hansı  cəmiyyətdə  ya-
şamasından asılı olmayaraq elə keyfiyyətlərə  malik olur ki,  bu 
keyfiyyətlər  zaman  və  insan  kontekstində  öz  bədii  həllini 
tapdıqda oxucu diqqətindən yayınmır. R.Məcidin «10 sentyabr» 
kitabıda  toplanan  bədii  əsərlərindən  nümunələr  bu  cəhətdən 
diqqətdən  yayınmır.  Burada  hadisələrə  nə  yazıçı  münasibətini, 
nə  əsərin  ideyasına  bir  açıqlama,    nə  də    zərrə  qədər  yazıçı 
müdaxiləsini  görürük.  Burada  dünyanın  hansı  nöqtəsində 
yaşamasından  asılı  olmayaraq  insan  taleyi,  güzəranı,  sosial 
məişət  qayğıları,    bir  ölkə  daxilində  sosializmin  dağılması, 
iqtisadiyyata  dəyən  zərbənin  ağırlığının  yaşayışa  təsiri,  gərgin 
psixoloci  vəziyyət,  qayğı  və  ehtiyacın  insan  mənəviyyatına 
dolayısı  təsiri    və  bununla  belə  insanlığın  qorunub  saxlanması 


 
Sənət, sənətkar və zaman
 
 
 
427 
zamanın  məhək  daşına  çırpılan  başların  ağrısı,  düşüncələrin 
acısı əsasdır.  
Hekayələrində, publisist yazılarında oxucunu necə düşün-
dürə  bilirsə,  lirik  əsərlərində  də  onların  diqqətini  özünə  çəkə 
bilib.  Özü  də  necə  reallıqla,  bəzəksiz-düzəksiz.  Bu  misraları 
oxuyan  hər  kəs  bu  hiss  və  duyğuların  saflığına  inanır.  Hər  bir 
qələm  əhlinin  daxili  zənginliyi  onun  yaradıcılığında  daha  tez 
üzə çıxır.  
Rəşad  Məcid  sənətinə,  qələminə  oxucu  kütləsi  öz  mü-
nasibətini  bildirib.  Xalq  şari  Bəxtiyar  Vahabzadə  onun  şairlik 
istedadını  yüksək  qiymətləndirir.  Anar  onun  curnalistik 
fəaliyyətinin  ən  yaxşı  xarakteristikasını  verir:  «Müasir  Azər-
baycan  curnalistikasında  obyektivliyi  meyar  götürməklə 
mətbuatın  həqiqətən  də  dördüncü  hakimiyyət  olmağa 
qadirliyinə    inam  yaradılmasında  Rəşadın  və  onun  rəhbərliyi  
ilə  işıq üzü görən  «525-ci qəzet»in    mühüm rolu  olubdur.  Baş 
redaktor kimi, mənim fikrimcə, Rəşadın bir xidməti də ictimai-
siyasi  yönlü  qəzetdə  ədəbiyyat  səhifəsinin  yaşamasına  haqq 
qazandırması,  söz  sənətinin  xüsusi  ehtiyac  duyulan  təbliğinə 
əlavə imkan yaratması oldu». 
Rəşad  «yetkin  bir  kadr»  (Anar),  «istedadlı  vətəndaş», 
xalqını təmsil edə biləcək istedadlı şəxsiyyət, hər şey bir yana, 
gözəl qələm sahibi, istedadlı sənətkardır.  
Xanəmir  90-cı  illərdən  yaradıcılığa  başlamış  istedadlı 
gənclərimizdən  biridir.  Türkiyə,  Azərbaycan  mətbu  orqanla-
rında  şeirləri  dərc  olunmuşdur.  «Gül  soyuğu»  kitabının 
müəllifidir.  «Gənc  aydınlar»  curnalının  baş  redaktoru  (1998) 
olmuşdur. 
Azad  Qaradərəlinin  yaradıcılığında  onun  hekayələri 
(«Dostlar»,  «Alma  ağacı,  «Barmaq»,  «Çillə  nağıl»ı)  uğurlu 
                                                    Gülxani Pənah, Salatın Əhmədli
                                                                            
 
 
428 
nağıllar  kimi  qəbul  edilir.  Onun  «Alma  ağacı»  hekayəsindəki 
«ilıq yumor» ədəbiyyatşünasların diqqətindən yayınmır. 
Ədəbiyyatşünaslar  Orxan  Fikrətoğlunun  silsilə  heka-
yələrini qiymətləndirirlər. Onun «Cangüdən», «Milçək», «Dün-
ya haqqında bir nağıl», «Qapı», «Durnalardan», «Kişi», «Toy», 
«Alməmməd  kişi»,  «İthaf»    və  s.  əsərlərindən  oxucunun 
diqqətini  cəlb  edən  məqamlara  toxunurlar,  bu  da  «yazıçının 
dilin 
emosional-ekspressiv 
 
imkanlarından 
məharətlə 
faydalanması, 
lirik-psixoloci 
məqamların 
bolluğu, 
şeiriyyəti»dir.  
 Əldə etdiyimiz müstəqillik bizə imkan verdi ki,  Şəhriyar 
kimi  böyük  sənətkarlarımız  kimi  yazıb-yaradan  millətimizin 
ziyalılarını  tanıyaq.  Şair,  filosof,  ədəbiyyatşünas  Qulamrza 
Səbri  Təbrizi.  Təbrizdə  doğulub,  Təbriz  universitetinin  fars, 
ingilis dili  və pedaqogika  fakültəsində təhsil  alıb  (1953-1958), 
İstanbul  şəhərində  Bəyazid  Universitetinin  ingilis  dili  və 
ədəbiyyatı  fakültəsinə  magistr  (1958)  qəbul  edilmiş,  London 
Univesitetinin  Kinqs  kollecində  magistrliyi  bitirmişdir  (1959-
1963). London BBS (Bi-Bi-Si) radiostansiyasında Şərq və Orta 
Asiya  üzrə  ədəbi  və  siyasi  icmalçı,  həm  də  «Nəzər  saatı»nın 
aparıcısı  olmuş,  elmi  fəaliyyətini  davam  etdirmiş,  «Vilyam 
Bleykin fikirləri» mövzusunda doktorluq dissertasiyası müdafiə 
etmişdir. İran İslam inqilabı dövründə Təbrizdə pedaqoci, elmi 
fəaliyyətini  davam  etdirən  Qulamrza  Səbri  təqiblərə  məruz 
qalmış,  İngiltərəyə  qayıtmağa  məcbur  olmuş,  elmi,  bədii, 
pedaqoci  fəaliyyətini  davam  etdirmişdir.  Tələbəlik  illərindən 
bədii yaradıcılıqla məşğul olan alimin «elmi-kütləvi məqalələri, 
şeirləri  və  müsahibələri  ingilis,  türk,  rumın  dillərində  də  çap 
olunmuşdur.  «Vətən  həsrəti»,  «Mənim  iki  dünyam»,  «Fikir 
dalğaları»,  «Həyat  fəlsəfəsi»,  «Baxışlar,  düşüncələr,  arzular», 
«Sönməz  ocaq»,  «Seçmə  şeirlər»  kimi  onlarla  bədii  kitabların 


Yüklə 3,82 Mb.

Dostları ilə paylaş:
1   ...   103   104   105   106   107   108   109   110   ...   147




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə