Gülxani pənah salatin əHMƏdli səNƏT, SƏNƏtkar



Yüklə 3,82 Mb.
Pdf görüntüsü
səhifə104/147
tarix01.07.2018
ölçüsü3,82 Mb.
#52706
1   ...   100   101   102   103   104   105   106   107   ...   147

 
Sənət, sənətkar və zaman
 
 
 
413 
nəfəsə  yazıb  bir şeiri.  Amma oxucu  yüz dəfə oxuyur,  hər dəfə 
nəsə  görür,  səbirlə  bir  də  qayıdır  bu  misralardakı  mənaları 
tutmağa… 
Ətirli güllərə dair, 
Bitməyən sevincə, 
ümidsiz kədərə, 
solmayan güllərə dair, 
sönməyən oda dair, 
əbədiyyətə dair, 
aclığa dair, 
bir şeir böyüyür ürəyimdə. 
Böyüyür, böyüyür… 
Böyüyür, ancaq… 
Heç vaxt yazılmayıb, yazılmayacaq. 
Hər hansı  bir şair,  nasir,  dramaturq haqqında  söz demək, 
onun  fikirlərinə,  ideyalarına  bədii  dillə  müdaxilə  etmək  bir 
qədər  çətin  olsa  da,  deyilməlidir.  Hər  bir  qələm  sahibi    yalnız 
görüb duyduqlarını qələmə alır. 
Azərbaycan  ədəbiyyatında  az  yaşıyla  müəyyən  qədər 
ədəbiyatda  iz  qoymuş  yazarlarımız  var.  Faiq  Şamil  oğlu 
İsmayılovun  «Qarı»  povesti,  Qarabağ  şəhidlərinə  həsr  etdiyi 
yazıları,  gündəlikləri  onun  çoxşaxəli  yaradıcılığının  bəhrələri 
idi.    Onun  lirik  şeirlərini  və  poemalarını  Azər  Turan  («İynə 
boyu  şeirlər»  (2003)  nəşr  etdirmişdi.  Vaxtsız  əcəl  onun 
yaradıcılığını  yarımçıq  qoysa  da,  əldə  edilən  əsərləri  onun 
istedadlı qələm sahibi olduğunu göstərir. 
Qarabağ,  Xocalı  soyqırımı,  bir  əsrdə  beş  dəfə  deporta-
siyaya məruz qalmış Qərbi Azərbaycanlı soydaşlarımızın taleyi 
yazıçıların,  şairlərin,  dramaturqların  yaradıcılığında  bədii 
ifadəsini  tapmışdır.  Xaqani  İsmayıl  (o  eyni  zamanda  2003-cü 
ildən  soyqırım  «Tanıtım»  təşkilatının  sədridir)  «Qarabağ 
                                                    Gülxani Pənah, Salatın Əhmədli
                                                                            
 
 
414 
taleyimiz»  mənzum  dram  və  satirik  şeirlər  (1990)  toplusunun, 
«Haqsız  dünya»  (2001),  «Azəri  soyqırımı»  (tarixi  mənzum 
pyes)  kitablarında,  İdris  Verdiyevin  «Dağ  havası»,  «Kəlbəcər 
həsrəti»,  «Taxılmamış  mayor  paqonu»  şeirlər  kitabı,  Bəhmən 
Vətənoğlunun,  Sücaətin,  Mirsəyyafın,  Əli  Vəkilin  yaradıcılığı 
təpədən-dırnağa qədər yurd həsrəti, torpaq sevgisi, başı bəlalar 
çəkmiş  vətən  torpaqlarına  qayıtmaq  arzusu,  düşmənə  nifrət 
hissi ilə doludur.  
Akif  Aşırlının  «Türkün  Xocalı    soyqırımı»  (2004)  kitabı 
1992-ci  ilin  25  fevral  gecəsi  erməni  və  rus  birləşmələrinin 
Xocalı  şəhərində dinc azərbaycanlılara qarşı törətmiş olduqları 
qətllərə  aid  tarixi  oçerklər  silsiləsidir...  Kitabda  əks  olunan 
publisistika  nümunələri  türklərə  qarşı  erməni  terrorunun  tarixi 
kökləri, 
Dağlıq 
Qarabağ 
münaqişəsi, 
ötən 
yüzildə 
azərbaycanlılara  qarşı  törədilən  soyqırımlar,  erməni  terror 
təşkilatlarının  çağdaş  dünyamız  üçün  doğurduğu  təhlükələr 
barədə  maraqlı  məlumatlar,  fotolar,  müəllif  şərhləri  ilə  zəngin 
olduğu bildirilir. 
Yusif  Kərimovun  «Sarı  sim» kitabında toplanan Qarabağ 
ağrılarını  özündə  əks  etdirən  «Dünyanın  tamah  dişi», 
«İçimizdən  içimizə atəş» povestləri,  «Arzu  istehkamları»,  «Qu 
rəqsi» kinossenarilərində Qarabağ dərdi,  nisgili,  işğal olunmuş 
torpaqlarımızın  ağrı-acısı  və  bunu  doğuran  səbəblər  öz  əksini 
tapmışdır.  Yusif  Kərimovun  «Yollar»,  «Bir  buta  gül»,  
«Tavridada  şimşək  çaxır»,  «Üçbucaq»,  «Qırmızı  sahil», 
«Qarabağ  şikəstəsi»  və  s.  kitablarında  toplanan  əsərləri  də 
oxuculara tanışdır. 
Məleykə  Səma  ədəbi  fəaliyyətə  90-cı  illərdən  başlamış, 
ömrü  müharibələrdə,  səngərlərdə  keçmiş,  fəal  ictimaiyyətçi, 
döyüşçü, həm də həkim, şəfqət bacısı idi. Dövri mətbuatda şeir, 
oçerk,  məqalələrlə  çıxış  etmiş,  «Azərbaycan  qadını»,  «Xatun» 


 
Sənət, sənətkar və zaman
 
 
 
415 
curnallarının,  «Tale»  qəzetinin  cəbhə  bölgəsi  üzrə  xüsusi 
müxbiri  olmuşdur.  «Qəlb  hönkürtüsü»,  «Anamın  susan 
nəğmələri»  şeirlər  kitabında  vətən  məhəbbəti,  döyüş  ruhu, 
qəhrəman  qardaşlarına  qəhrəman  döyüşçü  bacının  məhəbbəti, 
vətən  sevgisi,  dara  düşmüş  torpağa,  yurda  qovuşmaq  həsrəti, 
mübarizəyə  çağırış,  düşmənə  nifrət  ruhu  əsasdır.  Az  ömrüylə 
başı  minbir  müsibətlər  çəkmiş,  dəfələrlə  döyüşlərdə  yaralansa 
da,  öz  silahdaşlarının  yanında  olmuş,  həm  cismən,  həm  də 
ruhən döyüşən şair qəlbli, şir ürəkli, vətənpərvər Məleykə Səma 
əsrimizin  ikinci  böyük  dəhşətli  müharibəsinin  iştirakçısı, 
cəbhəçi,  döyüşçüsü  kimi  Azərbaycan  ədəbiyyatı  tarixində 
qalacaq.  Yazdığı    şeirlərindəki  müasirlik  ruhu  onu  həmişə  hər 
dövrdə  muüasir  bir  vətənpərvər  şair  kimi  yaddaşlara  həkk 
edəcək. 
Şair-dramaturq Abdulla Qurbani erməni işğalçılarına qar-
şı  mübarizədə  könüllü  olaraq  vuruşan  qələm  sahiblərindəndir. 
O,  milli  ordu  sıralarında    vuruşmuş,  Murovdağ  (1993-1995) 
döyüşlərində  iştirak  etmişdir.  «Şəhidlər  dastanı»,  «Gültəkin 
qayası»,  «Murov  dağ  karvanı»,  «Millətin  oyaq  gecəsi»,  «Ana, 
Murovdan gəlirəm», «Koroğlunun Ağdərə səfəri», «Vətən bizə 
arxalanır»,  «Meşəli  od  içində»  kimi  iyirmidən  çox  kitabında 
əsgər-döyüşçü-şair kimi tanınır. 
Şair-publisist  Zərəngiz  Dəmirçi  Qayalı  «Vəfam  mənim» 
kitabında Xocalı hadisələrinə həsr etdiyi «Cavab ver», «Mənim 
şair  qardaşlarım»,  «Vəfam  mənim»  poemalarında  Xocalı 
hadisələrini,  müharibənin  xalqımıza  vurduğu  yaraları,  mənəvi 
sarsıntıları qələmə almışdır.  
Xeybər Göyyallı 80-ci illər ədəbi mühitində tanınmış şair-
lərimizdəndir.  Prinsipial  curnalist,  şair  Xeybər  Göyyallının  ilk 
şeirləri  «Ulduz»,  «Gənclik»  curnallarında  dərc  olunmuşdur, 
maraqlı,  yaddaqalan  publisistik  yazıların  müəllifi  kimi  də 
                                                    Gülxani Pənah, Salatın Əhmədli
                                                                            
 
 
416 
tanınır. «Baba Məmmədov», «İnsan səsi», «İki qardaş əfsanəsi» 
və s. kitabların müəllifidir. 
İslam Sadıq tanınmış qələm  sahibidir.  «Torpaq səxavəti» 
(1983),  «Leyla  bulağı»  (1989),  «Ağrı,  ürəyim  ağrı»  (1995), 
Qanlı  saz»  (2002),  «Qanlı  çay  daşı»  (2003),  «Yelimə  uçan 
buludlar»  (2003)  şeirlər  və  poemalar  müəllifi  İslam    Sadığın 
maraqlı araşdırmaları, tədqiqat işləri diqqətəlayiqdir.  «Susmaq 
qızıl» (tarixi publisistika), «Koroğlu kim olub» (monoqrafiya), 
«Ermənilərin  Birinci  Pyotrla  görüşü»  və  s  kitabları,  müxtəlif 
qəzet  və  curnallarda  dərc  olunan  publisist  məqalələri,  elmi 
mülahizələri bu cəhətdən diqqətəlayiqdir. 
Qərbi  Azərbaycan,  Qarabağ,  Xocalı  soyqırımı  haqqında 
onlarla  bədii  əsər  yazılıb.  Roman,  povest,  esse,  hekayə  dram 
əsərlərindən  ibarət  olan  bu  əsərlərdə  Xocalı  soyqırımı,  erməni 
faşistlərinin törətdiyi qanlı qırğınlar öz əksini tapıb.  
F.Qoca  üçün  doğma  millətin,  xalqın  dərdi  dərdlərdən  də 
ağırdır.  Bu  gün  Qarabağ  ətrafında  gedən  faciəli  hadisələrin 
faciəli  anlarını  yaşayan  qız-gəlinlərimizin  -erməni  murdar-
larının  əsir,  girov  götürdüyü  günahsız  məxluqatların  düşmən 
pəncəsində  inləməsi  balaca dərd deyildir.  Fikrət Qoca xalqının 
sənətkar  oğlu  kimi  bu  dərdləri  yaşayır  və  şeirlərində, 
əsərlərində  bu  dərdləri  qələmə  alır..  Əsir  düşən  bir  qızın 
faciəsinə dözə bilmir: 
Erməni əlində əsirdir çiçək. 
İgid oğulsansa, gəl bu dərdi çək. 
Daha mən nə əksəm, dərd göyərəcək. 
Bu dərdlə yaşamaq ağırdır, ağır 
-deyən şair: 
Əli silah tutan bir oğul varsa, 
Əsir düşə bilməz millətin qızı. 
Boğmaqla susmayır vicdanın səsi. 


Yüklə 3,82 Mb.

Dostları ilə paylaş:
1   ...   100   101   102   103   104   105   106   107   ...   147




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə