Gülxani pənah salatin əHMƏdli səNƏT, SƏNƏtkar



Yüklə 3,82 Mb.
Pdf görüntüsü
səhifə105/147
tarix01.07.2018
ölçüsü3,82 Mb.
#52706
1   ...   101   102   103   104   105   106   107   108   ...   147

 
Sənət, sənətkar və zaman
 
 
 
417 
Heç nəylə getməyir namus ləkəsi. 
Düşmən qanı ilə yuyulsun gərək. 
-deyir.  Vicdanı  çarmıxa  çəkir  şairi,  bu  dərdlə  yaşamaq  ağır 
olduğu  kimi  «bu  dərdlə  ölmək  də  ağırdır,  ağır»-deyir.  Namus, 
qeyrət hissi, düşmənə nifrət, «yaddaşı göynədən yaxın keçmiş» 
şair üçün «olub keçən deyil, yanıb keçəndi». 
Şair bu ac, murdar qüvvələrin 90-cı ildə Azərbaycan üzə-
rinə  tanklar  yeritməsini,  dinc  əhalini  gülləbaran  etməsini, 
xalqımıza  böhtan  ataraq  öz  murdar  siyasətini  həyata  keçirmək 
üçün  onun  milli  azadlıq  duyğularını  beşikdə  ikən  boğmaq 
cəhdini,  Azərbaycana  tanklarını,  toplarını  yeritməsini  nifrətlə 
xatırlayır.  İndi  də  çeçen  xalqının  onların  çirkin  siyasətinin 
qurbanına çevrilməsinə, onların böhtanlarına dözmür:”  
Dəhşətli 20 Yanvar faciəsini, Qarabağ müharibəsinin, Xo-
calı  faciəsinin  dəhşətlərini  özündə  əks  etdirən  hekayə,  roman, 
povest,  poema,  dram  əsərləri,  publisistik  əsərlər  yazıçıların 
yaradıcılığında 
geniş 
təsvirini 
tapmışdır. 
Ə.Əmirlinin 
«Meydan»,  İ.Məlikzadənin  «Qırmızı  şeytan»,  S.Rüstəm-
xanlının  «Dünya  təmizlənir»,  F.Mustafanın  «Ölümə  açılan 
qapı»,  G.Pənahın  «Xocalı,  ay  Xocalı»,  «Səbr  elə,  səbrimə  dağ 
çəkən 
yurdum...», 
Əli 
Həsənlinin 
«Nəslin 
qiyamı», 
M.Abdullanın  şeirləri,  N.Məmmədlinin  «Zəngulə»,  Günel 
Anarqızının  «Oğlun  Qarabağ»  kitabında  toplanan  əsərləri  həm 
qocaman  nasir  və  şairlərimizin,  həm  də  tənqidçilərimizin 
dəyərləndirdiyi əsərlərdir. 
Sərvaz  Hüseynoğlu  Aran  bölməsinin  sədri,  «Ədəbiyyat 
qəzeti»nin  məsul  işçisidir.  70-ci  illərdən  dövrü  mətbuatda 
əsərləri  dərc  olunur.    «Mənə  yaxın  gəlin»  (1991),  «Analar  bir 
günəşdir»,  (1991),  «Bayıl  türməsi»  (1994),  «Qarabağda  talan 
var»  (1995),  «Əzizim  keçmə  məndən»  (1997),  «Ana,  mən 
qəribəm,  qərib»  (1998)  və  s.  kitablarında  toplanan  lirik 
                                                    Gülxani Pənah, Salatın Əhmədli
                                                                            
 
 
418 
şeirlərində  vətən  məhəbbəti,  torpaq  yanğısı,  vətəndaş  dərdi, 
qaçqın, köçkün əzabları, sarsıntıları müasir dövrün problemləri 
bədii əksini tapmışdır. Publisistik  yazıları ilə də tanınan Sərvaz 
istedadlı şairlərimizdəndir.  
Kəmalə  Nəsrinin  yaradıcılığı  da  vətən  sevgisi,  türkçülük 
ideyaları,  yurd  həsrəti  kimi  zamanın  mühüm  problemlərini 
özündə  əks  etdirən  yaradıcılığa  malikdir.  «Gözləyirəm  gün-
doğanı»  şeirlər  toplusu  maraqlı,  yaddaqalan,  poetik  misralarla 
zəngindir.  
Gənc  yaşlarından  qəzaya  uğramış  istedadlı  şair  Kazım 
Kədərli  90-cı  illərdən  yaradıcılığa  başlamış,  müxtəlif  mətbu 
orqanlarında   şeirləri dərc olunmuşdur.  Həyat   eşqi,  vətən sev-
gisi şeirlərində əsas aparıcı mövzulardır.  
«Onlar öz qələmlərini  müstəqillik  və  istiqlal  yolunda,  öl-
kəmizin  böyük  dərdi  olan  Qarabağ  məsələsində,  20  Yanvar-
Qara  yanvar  günlərində  alman    faşistlərindən  daha  qəddar  və 
daha amansız olan erməni işğalçıları və s. kimi faciələrlə bağlı 
şeirlər,  poetik  nümunələr  yaratmaq  uğrunda  öz  qələmlərini 
silaha  çevirmişlər.  Sevindirici  haldır  ki,  şeirə-sənətə  yenicə 
gələnlər  də  xalqımızın  başına  gələn  və  gətirilən  faciələr, 
sitəmlər,  insanlıqdan,  ədalətdən,  insafdan  kənar  həmin 
azğınlıqlar  haqqında  hiddətlə,  nifrətlə,  öz  istedad  və  imkanları 
daxilində qələmə sarılırlar. İndi xalqımızı düşündürən ən ümdə 
problemlər  haqqında,  xüsusilə  vətənpərvərlik,  ana  torpağa 
məhəbbət  və  sədaqət,  xalqımızın  sosial  problemləri,  ekologiya 
və  təbiət  barəsində  qənaətbəxş  şeirlər  yazılır,  poeziyaya  yeni-
yeni qüvvələr, istedadlar gəlir» 
Ədalət Əsgəroğlunun "Sabahını itirməyən adamlar" kitabı 
uğurlu  yaradıcılıq  imkanlarının  məhsuludur.Kitabda  şairin  son 
illərdə  yazdığı  şeirlər toplanmışdır.  Buradakı şerlərin  mövzusu 
xalq  yaradıcılığı  ruhunda  yazılmış  vətən,  torpaq  sevgisinə 


 
Sənət, sənətkar və zaman
 
 
 
419 
dünyanın  əşrəfi  olan  insan,  onun  qarşılaşdığı  problemlərə, 
səadətinə, 
xoşbəxtliyinə, 
dünyanın 
qayğılarına 
həsr 
olunmuşdur. 
Ədalət Əsgəroğlunun şeirlərindəki   Qarabağ,  Şuşa,  Laçın 
həsrəti  özünün  dediyi  kimi  "sinəsində  qızılgüllər  açılan 
döyüşçü  ola  bilmə"yən,  "taleyin  dərddən  ağır  qapılarına 
çırpıl"an,  "ağ  günlər  şairi  ola  bilmə"yən  bir  vətəndaş  şairin 
acılarındadır: 
Ay haray, qaçın gəlir, 
Yolları açın gəlir. 
Şuşa dağımın üstə 
Dağ boyda Laçın gəlir. 
  "Qarabağlı 
partizan 
qız" 
şeirində 
əsir 
düşmüş 
vətənpərvər  azərbaycanlı  qızının  mərdliyini,  qətiyyətini, 
qeyrətini, ölümdən qorxmadığını: 
   
    Həbsxanada da 
   
     hamıdan xoşbəxt yaşamaq olar 
   
     bir gün azad olacaqsa Vətən. 
-dediyi misralarda ümumiləşdirir 
Ədalət  Əsgəroğlunun  «Dərdimizin  qan  rəngi»  poeması 
Xocalıya  həsr  edilsə  də,  Vaqif  Yusifli  demişkən  «hədəf  daha 
genişdir.  Buradan son 20  ilin  Azərbaycan  məmləkəti Dərdimi-
zin qan rəngi obrazında  metaforikləşib.  Qan  burada Xocalıdan 
bütün dünyaya yayılan fəryadın, ahın, kədərin simvoludur. Qan 
burada  tarixdir-bir  məmləkətin  təklənməsi,  səsinin,  fəryadının 
boğulması, öz içində qərq olmasıdır, Ədalət Əsgəroğlunun qan 
kəlməsinin  doğurduğu  bütün  mənalara,  metaforik  çalarlara  üz 
tutur». 
.... nə əcəb, 
Dərd deyirlər buna? 
Yox, oğlum, dərd deyil bu! 
                                                    Gülxani Pənah, Salatın Əhmədli
                                                                            
 
 
420 
Bu, müqəddəs bir can! 
Ortalıqda dumduru qan, 
Axır.... axır... axıracan 
Qan boyalı villalardan 
Cana doymuş çadıracan...  
Özünəməxsus  üslubu,  təkrarsız  poetik  dili  olan  Hüseyn 
Kürdoğlunun şeirlərində aparıcı mövzu vətənpərvərlikdir.  
Ay aman, gözümdən  könlümdən yenə, 
Qarabağ, Qarabağ, Qarabağ keçir! 
Ziyarət, İşıqlı, Qırxqız, Mıxtökən, 
Gözəl Gəmiqaya, Dəlidağ keçir. 
Hər  misrasında  Həkəri,  Dəlidağ,  Qarabağ,  Ağbulaq  ya-
şayan şair köksündə Qaçaq Nəbi, Soltan nərə çəkən dağlarının, 
qayalı-daşlı Laçının düşmən əlində əsir olmasına dözmürdü və 
dözmədiyindən  əridi,  getdi.  Ruhu  o  yerlərdə  dolaşan,  gözü 
dünyadan  vətən  həsrəti  ilə  bağlanan  şairin    «Gözümdən, 
könlümdən  Qarabağ  keçir»,  «Yenilməyən  bir  bayrağa 
döndünüz»,  «Vətən  dərdi  sönməz  olur»,  «Çıxaydım  Laçında 
İşıqlı dağa», «Uca dağlar kimi ağardı başım»... kimi şeirlərində 
uca dağlar kimi «başı ağaran» şair: 
Dərd boyamış dağlar kimi başım ağ, 
Ömür keçdi, həm yazım, həm qışım ağ, 
Yaraşarmı miskin ömrü daşımaq, 
O diyarın, o torpağın oğluna? 
-sorur. Bu sorumda sınaq, bu sorumda döyüşə çağırış, düşmənə 
nifrət,  kin,  qəzəb  yaşayır.  Dağların  sinəsində  yatan    şəhid-
lərimizin 
«gur-məşələ» 
«şam-çırağa» 
dönməsi, 
onların 
ümidlərinin bir gün çin olacağına inam, Azadlığa dastan olmuş 
adlarının  hər  kitabda  «min  varağa»  çevrildiyini  və  onların 
arzularını gerçəkləşdirəcəklərinə inanır: 
Tanıdarıq qaniçənə həddini, 


Yüklə 3,82 Mb.

Dostları ilə paylaş:
1   ...   101   102   103   104   105   106   107   108   ...   147




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə