Gülxani pənah salatin əHMƏdli səNƏT, SƏNƏtkar



Yüklə 3,82 Mb.
Pdf görüntüsü
səhifə113/147
tarix01.07.2018
ölçüsü3,82 Mb.
#52706
1   ...   109   110   111   112   113   114   115   116   ...   147

 
Sənət, sənətkar və zaman
 
 
 
449 
Azərbaycan  ədəbiyyatının  inkişafında  da,  böyük  sənətkarların 
yetişməsində  də    misilsiz  rol  oynamışdır.  Uzun  müddət 
repressiyalara 
məruz 
qalmış 
Azərbaycan 
ədəbiyyatı 
«Azərbaycan» 
curnalı 
ilə 
qoşa 
addımlamışdır. 
Çox 
ziyalılarımız  təzyiqlərə  məruz  qalıb.  «Azərbaycan»  curnalının 
səhifələrində dərc olunan  yazılarda kommunist  ideologiyasının 
zərərli  təzyiqləri  nəticəsində  böyük  sənətkarlarımıza,  yüksək 
elmi 
potensial 
qüvvəyə 
malik 
alim, 
ədəbiyyatşünas, 
tənqidçilərimizə qarşı amansız yazılar da dərc edilirdi: «Həmid 
Araslı,  Feyzulla  Qasımzadə,  Mikayıl  Rəfili,  Məmməd  Cəfər, 
Mir  Cəlal  kimi  məşhur  Azərbaycan  alimlərinin  ən  böyük 
günahı  kimi  bu  göstərilirdi  ki,  onlar  «Marksizm-leninzim» 
metodologiyası  ilə  kifayət  qədər  silahlanmamış,  bu  metodu öz 
işlərinə  tətbiq  etməmişdilər».  Bu  da  alimlərimizin,  eləcə  də 
ədəbi  mühitimizin  geniş  dolaylarından  xəbər  verirdi.  Bir 
çərçivəyə sığmayan, buxovları qəbul edə bilməyən, o zəncirləri 
öz  düşüncələrindən  qırıb-atan  bir  kommunist  ideologiyasına 
deyil,  bəşəri  düşüncələrə,  amallara  xidmət  edən  Azərbaycan 
ədəbiyyatının da  inkişaf etdiyini,  bu ədəbi  metodu dəstəkləyən 
alimlər  ordusunun  varlığından  xəbər  verir.  Onlar  çox  gözəl 
başa  düşürdülər  ki,  «bəzi  klassiklərin  yaradıcılığına  da  «əl 
gəzdirilir»,  orta  əsrlər  poeziyasında  parlaq  iz  buraxmış  böyük 
mütəffəkkir şair İmadəddin Nəsiminin nöqsanı kimi göstərilirdi 
ki,  «o,  həqiqi  azadlıq  yolunu    görə  bilməmişdi».  Adı  çəkilən 
məqalədə 
Abbasqulu 
ağa 
Bakıxanov 
idealizmdə 
günahlandırılır.  Məhəmməd  Hadiyə  isə  o  zamanın  dəhşətli  
yarlıqlarından  biri  yapışdırılır,  bu  böyük  sənətkar  «Burcua 
millətçisi»  kimi  damğalanırdı.  Beləliklə  də,  «Azərbaycan» 
curnalı    ölkəmizdə  ədəbi  yaradıcılıq  proseslərini  özündə 
hərtərəfli  əks etdirən, qərəzsiz bir güzgü olmuşdu. Bu güzgüdə 
ruha qol-qanad, xəyala pərvəriş verən fərəhli məqamlar çoxdur. 
                                                    Gülxani Pənah, Salatın Əhmədli
                                                                            
 
 
450 
Lakin on illərin arasından yenidən baxanda, onda qanqaraldan, 
ürəkgöynədən  məqamların  da»  (Bəkir  Nəbiyev)  olduğu  bir 
daha  sübut  edir  ki,  70  illik  bir  sovet  dönəmində  yaşamış, 
yaratmış, bu gün Azərbaycan ədəbiyyatı tarixində yetişmiş şair, 
alim,  nasir  və  tənqidçilərimizin  ömür  yolu  kimi  yaradıcılıq 
yolları da keşməkeşli bir dövr keçmiş, öz amalı, idealı uğrunda 
yazan-yaradanların  ruhu,  qol-qanadı  burcua  millətçisi,  xalq 
düşməni, 
vətən 
xaini 
damğaları 
altında, 
kommunist 
ideologiyasına sığmadığından baş vermişdir. 
«Azərbaycan» maddi imkansızlıq nəticəsində 90-cı illərdə 
bağlanmaq  təhlükəsi  yarananda  dövlətimiz,  xüsusilə  ədə-
biyyatın  ən  yaxın  dostu,  ümummilli  liderimiz  H.Əliyevin    bir 
dövlət  başçısı  kimi  şəxsi  qayğısı  nəticəsində  yenidən 
fəaliyyətini  bərpa  edə  bildi.  Bu  ədəbiyyatımıza  90-cı  illər  bu-
rulğanında  ən  böyük  dəstək  idi.  İctimai-siyasi  ziddiyyətlərin 
kəskinləşdiyi  bir dövrdə dövlət ədəbiyyata qayğısını diqqətdən 
qaçırmırdı. 
Azərbaycan 
Yazıçılar 
Birliyinin 
yaşaması, 
fəaliyyəti üçün gördüyü  işlə tarixin səhifələrinə  yazılıb.   Əmin 
Əfəndiyev fikirlərində haqlıdır ki, «Mübarizələrlə dolu 80 illik 
uğurlu  bir  inkişaf  yolu  keçərək    ədəbiyyatımızın  və 
mədəniyyətimizin  parlaq  güzgüsünə,  xalq  həyatının  ədəbi 
salnaməsinə  çevrilmiş  «Azərbaycan»  curnalı    hansı  adla 
çıxmasından  asılı  olmayaraq,  fəaliyyətinin  bütün  mərhə-
lələrində  özünün  məqsəd  və  əqidəsinə  sadiq  qalmış,  xalqın 
istək və arzusunu əks etdirmiş, ədəbi-mədəni həyatımızı ardıcıl 
olaraq  dolğun  bir  şəkildə  işıqlandırmağa  çalışmışdır.  Çap 
olunduğu  bütün  illər  ərzində  Azərbaycan  xalqının  həyatında, 
ədəbiyyat,  maarif  və  mədəniyyət  sahəsində  elə  bir  mühüm 
hadisə  olmamışdır  ki,  o  curnalın    səhifələrində  öz  əksini 
tapmamış olsun. Klassik irsin öyrənilməsi, müasir ədəbi proses, 
ədəbiyyatşünaslıq və ədəbi tənqidin inkişafı, teatr, musiqi, kino, 


 
Sənət, sənətkar və zaman
 
 
 
451 
eyni  zamanda  incəsənətin  digər  sahələrinin  işıqlandırılması, 
dilimizin  saflığı  uğrunda  mübarizə,  dünya  xalqlarının    ədəbi-
mədəni  həyatına  aid  maraqlı  materialların  müntəzəm  olaraq 
verilməsi  curnalın  daim  diqqət  mərkəzində  olmuş,  o, 
respublikada  ictimai-siyasi  və  elmi  fikrin  təbliğinə  həmişə 
qayğı göstərmişdir».  
İlk əsərləri ilk dəfə «Azərbaycan» curnalının səhifələrində 
dərc  olunan    bu  gün  elə  şair  və  ədiblərimiz  vardır  ki, 
Azərbaycan  ədəbiyyatının  inkişafında  böyük  xidmətləri  danı-
lmazdır.  X.Rza,  M.Araz,  İ.Hüseynov,  B.Nəbiyev,  Y.Qarayev, 
K.Talıbzadə,  N.Cəfərov,  N.Şəmsizadə,  K.Abdulla  kimi  son 
illərin  yetirmələri  də  bu  siyahıdadır.  Onların  curnalın 
səhifələrində  dərc  olunan  yazıları  ədəbiyyatımızın    inkişafına, 
sağlam  ədəbiyyatın  daha  da  inkişaf  etdirilməsinə,  bəşəriyyətə 
böyük  dühalar  verən  ədəbi  irsimizin  ənənələrini  qoruyub 
saxlamağa 
xidmət 
edir, 
dünya 
ədəbiyyatında 
müasir 
Azərbaycan  ədəbiyyatının  da  özünəməxsus  layiqli  yeri 
olduğunu sübut edən əsərlərdir. 
Curnalın biblioqrafiyası tərtib edilmişdir. Birinci təşəbbüs 
1968-ci  ildə    curnalın  1940-1965-ci  illərdəki  25  illik  fəaliy-
yətini  özündə  əks  etdirən  biblioqrafik  göstərici  M.F.Axundov 
kitabxanasında  hazırlansa  da,  istənilən  nəticə  əldə  edilmir. 
Curnalın  50  illiyi  ilə  bağlı  1973-cü  ildə  Rasim  Tağıyev  
«Azərbaycan  curnalının  biblioqrafiyası»  (1923-1972)  adlı 
vəsait    hazırlayır,  çap  edilir.  1923-cü  ildən  üzübəri  80  ildə 
curnalın  1000-ə  yaxın  nömrəsi  dərc  olunub.  «Azərbaycan-80 
Biblioqrafik  göstərici  (1923-2003),  544    səhifəlik  kitab,  2004-
cü  ildə  çap  edilmiş  bu  göstərici    «Azərbaycan»    curnalının 
1923-cü ildən bu günə qədər 80 ildə çapdan çıxmış 900-ə yaxın 
sayında,  eyni  zamanda  1926-  cı  ildən  curnala  əlavə  olaraq  
ayrıca  buraxılmış  «Ədəbi  parçalar»  adlı  məcmuədə  dərc 
                                                    Gülxani Pənah, Salatın Əhmədli
                                                                            
 
 
452 
olunmuş bütün materialları əks etdirir. Göstərici hazırlanarkən, 
curnalın  hər  bir  sayı  diqqətlə  nəzərdən  keçirilmiş,  ilk  növbədə 
ədəbiyyatla  əlaqədar  müxtəlif  səpkili  materiallara  üstünlük 
verilmiş,  onlar  Azərbaycan,  rus,  MDB  və  digər  xarici  ölkə 
xalqları  üzrə  ayrı-ayrılıqda  qruplaşdırılmış,  burada  əvvəlcə 
bədii əsərlər canrlara görə sistemləşdirilmiş,  daha sonra ədəbi-
tənqidi  məqalələr  eyni  qayda  ilə  tövsiyə  edilmişdir.  Bölmələr 
daxilində  bir  qayda  olaraq  müəlliflər  əlifba  sırası  ilə,  onların 
əsərləri  isə  xronoloci  ardıcıllıqla  verilmişdir».  80  il  ərzində 
əsərləri  bu  curnalda  çap  olunan  ədib  və  şairlərimizin, 
alimlərimizin  adı,  əsərlərinin  adı  bu  kitabda  göstərilmişdir.  
Nizami  adına  Ədəbiyyat  İnstitutu  tərəfindən  hazırlanmış 
«Azərbaycan»  curnalının  80  illiyinə  həsr  edilmiş  bu 
biblioqrafik  göstərici  zaman-zaman  böyük  sənətkarlarımızın 
məhəbbətlə,  hörmətlə  yanaşdığı  «Azərbaycan»  curnalının 
Azərbaycan  ədəbiyyatında  oynadığı  mühüm  tarixi  rolunu 
qiymətləndirib:  «Biz  hamımız  «Azərbaycan»  curnalının 
şinelindən  çıxmışıq»  (Nəbi  Xəzri),  «Azərbaycan»  bütün 
ədiblərimiz,  şairlərimiz  üçün  məktəb,  «yazıçılıq  akademiyası» 
olmuşdur»  (S.  Rəhimov),    «Bizim  H.Cavid,  M.Müşfiq, 
S.Vurğun,  S.Rüstəm,  R.Rza,  S.Rəhimov,  M.İbrahimov  və  s. 
kimi qüdrətli söz ustalarımız bu dərginin səhifələrində yetişmiş 
və  ədəbiyyatımızı  formalaşdırmışdır  (B.  Vahabzadə).  «Şüurlu 
həyatımın  böyük  bir  hissəsi  bu  curnalla  əlaqədə  keçmişdir.  O, 
mənim  üçün  mənəvi,  bədii  qida  mənbələrindən  biri  olmuşdur 
(Məmməd Arif), «Biz respublikamızı bir gün də bu məcmuəsiz 
təsəvvür edə bilmirik. Bu məcmuə qapı-pəncərəmizdən evimizə 
dolan  günəşli,  təmiz  havadır»  (M.Dilbazi)  deyən  böük 
sənətkarlar «Azərbaycan» curnalının həm elmi, həm də mədəni 
həyatında oynadığı rolu yetərincə dəyərləndirmişlər: 


Yüklə 3,82 Mb.

Dostları ilə paylaş:
1   ...   109   110   111   112   113   114   115   116   ...   147




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə