Gülxani pənah salatin əHMƏdli səNƏT, SƏNƏtkar



Yüklə 3,82 Mb.
Pdf görüntüsü
səhifə116/147
tarix01.07.2018
ölçüsü3,82 Mb.
#52706
1   ...   112   113   114   115   116   117   118   119   ...   147

 
Sənət, sənətkar və zaman
 
 
 
461 
geniş  yer  ayırır.  Qəzetin  başlıca  prinsipi    fərqli  fikir  nümayiş 
etdirməyindən  asılı  olmayaraq  ədəbi  istedadı  olan  şəxslərin 
yaradıcılığını  işıqlandırmaqdır.  Artıq  bir  neçə  ildir  ki,  «525-ci 
qəzet»  «İlin  ən  yaxşı  bədii  əsəri»  layihəsini  davam  etdirir. 
İndiyədək sözügedən layihə çərçivəsində tanınmış yazıçılardan  
Anar, Elçin Əfəndiyev, Kamal Abdulla  və başqalarının əsərləri 
ilin ən yaxşı bədii əsəri seçilib.  
Bu  yaxınlarda   «525-ci qəzet»  mətbuat tarixində  ilk dəfə 
olaraq    «Dünya  ədəbiyyatı»  dərgisinin  dəstəyi  ilə  dünya  və 
Azərbaycan ədəbiyyatının tanınmış nümayəndələrinin əsərlərini 
«525  kitab»  layihəsi  çərçivəsində  nəşr  etdirir.  Layihə  ilə  bağlı 
artıq Nobel  mükafatçılarından İ.  Brodski,   O.  Pamuk,  eləcə də 
ədəbiyyatımızın  tanınan  simalarından  Anar,  Ədalət  Əsgəroğlu 
və  digərlərinin  əsərləri  nəşr  olunub.  2009-cu  ildə  layihə 
çərçivəsində  dünya  ədəbiyyatından  Boris  Pasternak,  Söhrab 
Sipehri,  Mişel  Uelbek  və  modern  gürcü  şeirlərindən  seçmələri 
də  nəşr  etməyi  nəzərdə  tutur.  Bu  siyahıya  həmçinin 
Azərbaycanın  tanınmış  qələm  adamlarından  Elçin,  Ramiz 
Rövşən,  Səlim  Babullaoğlunun  çap  olunacaq  əsərləri  də 
daxildir.  
«525-ci  qəzet»də  həmçinin  çağdaş  ədəbi  proseslər, 
keçirilən  dəyərli  kitabların  təqdimatı,  Gənc  Ədiblər  Məktəbi 
üzvlərinin bədii və publisistik yaradıcılığı  öz əksini tapır. Eləcə 
də  müasir  ədəbiyyatımızda  tanınmış  yazıçıların      yeni  yaranan 
bəzi irihəcmli əsərləri,  hekayələri qəzetdə nəşr olunur və ədəbi 
ictimaiyyət tərəfindən maraqla qarşılanır.  
Azərbaycan  ədəbiyyatının  təbliğində  “Kaspi”  qəzetinin 
rolunu  da  xüsusilə  qeyd  etməliyik.  Onun  səhifələrində    bədii 
cəhətdən  dəyərli,  oxucu  üçün  maraqlı  olan  poeziya  və  nəsr 
əsərlər çap olunur. Şairə, alim Sona Vəliyevanın baş redaktoru 
                                                    Gülxani Pənah, Salatın Əhmədli
                                                                            
 
 
462 
olduğu, onun zəhməti sayəsində bu gün də çap olunan “Kaspi” 
qəzeti  uzun ömürlü mətbu orqanlardan biridir. 
Azərbaycan  Yazıçılarının  ən  çox  üz  tutduğu  "Kredo" 
qəzeti  zamanın mətbu orqanıdır. 
Öz  səhifələrində  ictimai-siyasi,  ədəbi-bədii-tarixi  mövzu-
lara yer ayıran "Kredo" qəzeti fəaliyyət göstərdiyi müddətdə bir 
çox  mətbu  orqanların  görə  bilmədiyi  işləri  elə  şərəflə  yerinə 
yetirdi ki, bu gün biz iftixarla deyə bilərik ki, "Kredo" zamanın 
qəzetidir,  şair,  yazıçı,  alim,  tarixçi,  ədəbiyyatşünasların 
qəzetidir. 
İndiki  dövrdə  qəzetlər  dərc  etmək,  onun  uzunömür-
lülüyünü təmin edə bilmək çox çətindir. Sirr deyil ki, Azərbay-
canın mətbuat aləmində xeyli sayda qəzetlər nəşr olunur. Lakin 
bu  qəzetlərin  heç  də  hamısı  oxucu  marağını,  oxucu  rəğbətini 
qazana bilmir. Elə qəzet və curnallarımız var ki, aylarla işıq üzü 
görmür,  ictimaiyyət  arasında  özünü  doğrulda  bilmir.  Müxtəlif 
səbəblərdən nəşrini dayandırır, ya da nəşr azalır. 
"525-ci qəzet", "Kredo", «Ekspress», "Zerkalo", "Ədəbiy-
yat"  və  bəzi  adlarını  çəkmədiyim  qəzetlər  isə  oxucu  marağını 
üstələyib.  Bu  qəzetlər  içərisində  "Kredo"  öz  dəsti-xətti    ilə 
seçilir. Bu gün "Kredo" mətbuat aləmindəki problemlərlə çiyin-
çiyinə dayanaraq dözüm, iradə və cəsarət nümayiş etdirir. Onun 
səhifələrində  Azərbaycanın  mədəni  quruculuğunun,  sosial 
həyatının  hər  sahəsinin  izi  var.  "Kredo"  "Əkinçi",  "Molla 
Nəsrəddin",  "Açıq  söz",  "Azərbaycan"  kimi  böyük  ideyaları 
özündə  yaşadan  mətbu  orqanıdır.  Bu  qəzetdə  dərc  olunan 
yazılarda obyektivlik güclüdür. 
Bu  qəzetdə  xalqımızın  öz  soykökünə  bağlılığını,  şərəfli 
tarixini,  bəşəri  dəyərlərini  özündə  yaşadan  mövzular  çap 
olunur.  "Kredo"  öz  səhifələrində  Azərbaycanın  problemlərini, 
qayğılarını yaşadır. 


 
Sənət, sənətkar və zaman
 
 
 
463 
"Kredo"  öz  səhifələrində  məmnunluqla  bütün  mövzulara 
yer  ayıra  bilir.  O,  təkcə  sənət,  ədəbiyyat  aləmi  deyil,  müxtəlif 
digər sənət, peşə ilə əlaqədar olan mövzuları da öz səhifələrinə 
çıxarır.  Bir-birindən  maraqlı,  oxunaqlı  bu  mövzular "Kredo"ya 
marağı  artırır.  "Kredo"nun  səhifələrində  nələr  yoxdur,  hansı 
problemlər  açılmır,  narahatlıq  doğuran  hansı  problemlər 
yoxdur?  Biz  onun  səhifələrində  Azərbaycan  xalqı  üçün  çox 
böyük 
maraq 
doğuran 
böyük 
ziyalılarının, 
tarixi 
şəxsiyyətlərinin  keçdiyi  həyat  yolundan  bəhs  edən  mövzuları, 
cəmiyyətin müxtəlif təbəqələrinin arzu və istəklərini əks etdirən  
problemləri  və  onun  həlli  yollarını  özündə  əks  etdirən  yazıları 
görürük.  
Dünyanın  bir  çox  tarixi  şəxsiyyətləri,  onların  həyatı, 
fəaliyyəti ilə bağlı bir-birindən maraqlı  yazılar  da Azərbaycan 
oxucusunun dünyagörüşünü, biliyini artırır. 
"Kredo" sözə hörmətlə  yanaşan,  onun ədalət və kəsərlili-
yinə  inanan,  mənəvi  dəyərlərimizə  işıq  tutan  bir  orqandır. 
"Kredo"nun  ən  böyük  xidmətlərindən  biri  də  odur  ki,  o öz  sə-
hifələrində ədəbi proseslərə geniş yer ayırır. Onun səhifələrində 
gedən  yazıların  çəkisi,  tutumu  bunu  da  deməyə  əsas  verir  ki, 
"Kredo"  "Ədəbiyyat"  qəzetinin,  "Azərbaycan",  "Ulduz"  kimi 
ədəbi-bədii  orqanların  layiqli  davamçısıdır.  Əgər  "Kredo" 
özündə  bütün  mövzuları  kənara  qoyub  yalnız    ədəbiy-
yatşünaslıq    məsələlərindən  və  ədəbi-bədii  əsərlərdən  tərtib 
olunmuş  olsaydı,    o,  bununla  da  geniş  oxucu  kütləsinin  rəğ-
bətini  qazanmış  olardı.  Bir-birindən  maraqlı,  xalqımızın 
ictimai-siyasi  həyatını,  insan  taleyini,  cəmiyyətdə  gedən  pro-
sesləri, Azərbaycan xalqının qayğılarını, dərdlərini, əldən gedən 
torpaqlarının 
geri 
qaytarılması 
uğrunda 
gedən 
siyasi 
mübarizələri  özündə  əks  etdirən  mənalı,  gözəl  hekayə,  roman, 
poema,  şeir,  oçerklər  oxucu  diqqətindən  yayına  bilməz. 
                                                    Gülxani Pənah, Salatın Əhmədli
                                                                            
 
 
464 
Ədəbiyyat-sənət  haqqında  söylənilən  elmi-nəzəri  mülahizələr 
ədəbiyyatın düzgün, saf inkişaf yolu tutmasına kömək edir. 
"Kredo" zamanın qəzetidir. Hər gün cəmiyyətdə baş verən 
hadisələrə,  ictimai proseslərə öz ziyalı  münasibətlərini  bildirən 
elm,  sənət  adamları,  onların  ictimai  fəaliyyəti  ilə  bağlı 
yürüdülən  fikirləri əhatə edən  yazılar  məzmun rəngarəngliyinə 
görə  "Kredo"nun  hörmətini,  nüfuzunu  gündən-günə  artırır. 
"Kredo"da  sənət  adamlarının  ərsəyə  gətirdiyi  dərin  məzmunlu 
əsərlər,  xalqımızın  ictimai-siyasi-mədəni  həyatında  baş  verən 
yeniliklər, 
dövlətçiliyimizin 
inkişafı 
yolunda 
aparılan 
məqsədyönlü  işlər,  elm-sənət  yolunda  əldə  edilən  yeniliklərlə 
bağlı  məlumatlar  dərc  olunur.  Azərbaycan  gəncliyinin  dünəni, 
bu  günü,  Azərbaycanın  iqtisadi  məkanında  gedən  sürətli 
inkişaf,  Azərbaycan-Ermənistan,  Dağlıq  Qarabağ  münaqişəsi 
ilə  bağlı  ziddiyyətli  məsələlər  verilir.  Cəmiyyətdə  gedən 
proseslər qərəzsiz və real müstəvi üzərində işıqlandırılır, böyük 
siyasi  liderimiz  olan  Heydər  Əliyevin,  onun  davamçısı  İlham 
Əliyevin  Azərbaycanda  yaratdığı  iqtisadi-siyasi  sabitlik,  onun 
dünya  arenasında  yeri,  dövlətimizin  və  xalqımızın  dövlət-xalq 
münasibətlərinin, 
dövlətçilik 
prinsiplərinin 
möhkəmləndirilməsindəki 
əvəzsiz 
rolu 
işıqlandırılır, 
unudulmaz  sənət  adamlarının,  böyük  alimlərin,  filosofların, 
tarixin  müxtəlif  məqamlarında  yetişmiş  tarixi  şəxsiyyətlərin, 
repressiya  qurbanlarının  acınacaqlı,  faciəli  taleyi  ilə  bağlı 
məlumatlar verilir, Azərbaycanın həm mədəni, həm siyasi, həm 
də  ictimai  inkişafında  mühüm  rol  oynayan  dövlət  başçılarının, 
xalq 
ədəbiyyatının 
inkişafında 
misilsiz 
rol 
oynayan 
sənətkarların,  aşıqların,  ozanların,  uluların,  dahi  sənət 
adamlarının,  ən  böyük    tarixi  abidələrimizin,  dilimizin 
inkişafında-Azərbaycan  dilinin  dövlət  dili  kimi  inkişafında 


Yüklə 3,82 Mb.

Dostları ilə paylaş:
1   ...   112   113   114   115   116   117   118   119   ...   147




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə