Gülxani pənah salatin əHMƏdli səNƏT, SƏNƏtkar



Yüklə 3,82 Mb.
Pdf görüntüsü
səhifə118/147
tarix01.07.2018
ölçüsü3,82 Mb.
#52706
1   ...   114   115   116   117   118   119   120   121   ...   147

 
Sənət, sənətkar və zaman
 
 
 
469 
Azərbaycan  xalqının  diqqətəlayiq  nailiyyətlərinin  geniş  xarici 
ictimaiyyətin  nəzərinə  çatdırılmasında  öz  fəaliyyəti  ilə  layiqli 
kömək göstərir». 
Bu cəmiyyət dünyanın bir çox ölkəsində Azərbaycan gün-
ləri  keçirmiş,  Azərbaycanın  yazıçı,  şair  və  alimləri  müxtəlif 
ölkələrdə  keçirilən  ədəbi  yığıncaqlarda  yaxından  iştirak  et-
mişdir.  Müharibədən  sonrakı  dövrdə  xarici  ədəbi  əlaqələrimiz 
genişlənir.  Bu  işin  ilk  təşəbbüsçüsü  S.  Vurğun  1948-ci  ildə 
Bratislavada  mədəniyyət  xadimlərinin  ümumdünya  kon-
qresində iştirak etmiş, öz təəssüratlarını və  «Zəncinin arzuları» 
poemasını  qələmə  almışdı.  Həm  rəsmi,  həm  də  qeyri-rəsmi 
xarici  ədəbi  əlaqələr  Azərbaycan    sovet  ədəbiyyatının 
müharibədən  sonrakı  inkişafında  yeni  istiqamətin  yaranmasına 
səbəb  olmuşdur.  «İmperializmə,  müstəmləkəçiliyə  qarşı 
bilavasitə  canlı  müşahidələr  nəticəsində  yazılmış  bədii  əsərlər 
ədəbiyyat  tariximizdə  mühüm  yer  tutur.  Əvvəllər  bu  mövzuda 
əsərlər  mətbuat,  siyasi  ədəbiyyat  və  başqa  məlumat 
mənbələrinə əsasən  yazılırdı. 50-ci  illərdən  isə  xarici  mövzuda 
əsərlərin 
bir 
çoxu 
bilavasitə 
yazıçılarımızın 
canlı 
müşahidələrinin məhsuludur». 
1980-ci  ildə  Azərbaycanda  Yazıçıların  Ümumittifaq  Ya-
radıcılıq Konfransı keçirilir. «Xalqların dostluğu-ədəbiyyatların 
dostluğudur» 
devizi 
altında 
keçirilən 
bu 
konfransda 
Çexoslovakiya  Yazıçılar  İttifaqının  sədri  Yan  Kozak,    ƏXDP 
MK  siyasi  bürosunun  üzvü,  şair  Pəncşiri  Qulam  Dəstəgiri, 
Misir  şairi  Əbdürrəhman  əl-Xəmisi  kimi  bir  çox  xarici  qonaq 
iştirak  edirdi.  «Cəfər  Cabbarlı,  S.Vurğun,  M.Hüseyn, 
M.İbrahimov,  Mir  Cəlal,  S.  Rüstəm,  R.Rza,  İ.Əfəndiyev, 
S.Rəhimov,  M.Rahim,  N.Xəzri,  B.Vahabzadə,  Anar,  Elçin, 
Ç.Hüseynov  və  başqa  yazıçı  və  şairlərimizin  əsərlərini  təkcə 
Sovet İttifaqında deyil,  xarici ölkələrdə də tanıyırdılar. M.Arif, 
                                                    Gülxani Pənah, Salatın Əhmədli
                                                                            
 
 
470 
F.Qasımzadə,  H.Araslı.  M.Cəfər,  M.Rəfili,  Ə.Mirəhmədov, 
F.Zamanov,  K.Talıbzadə  kimi  ədəbiyyatşünasların  elmi 
monoqrafiyaları,  məqalələri  xarici  elmi  dairələrdə  də  istifadə 
olunurdu.  Kuba  şairi  Fəyyad  Xamis  «Odlar  diyarı»,  Luis 
Süardans  «Payızda  Xəzər  sahilində»,  Miqel  Barnod  «Mən 
Bakıya  gəlmişəm»  şeirlərində  Azərbaycanı,  Bakını  tərənnüm 
edirdilər.  Kuba  mətbuatında  zəngin  Azərbaycan  ədəbiyyatı 
tarixi  və  mədəniyyəti  geniş  işıqlandırılırdı.  1959-cu  ildə 
Hollandiyalı  professor  Nizami  muzeyinə  baxdıqdan  sonra 
xatirə  kitabında  yazırdı:  «Gözəl  Bakı  şəhərində  olmaq  və 
Azərbaycan  ədəbiyyat  tarixini  əks  edən  muzeyə  getmək  mənə 
böyük ləzzət verdi. Məndə daş kimi möhkəm əqidə yarandı ki, 
Azərbaycan  xalqının  mənim  vətənimdə  az  məlum  olan 
mədəniyyəti və ədəbiyyatına aid daha bir şey öyrənəm». 
Azərbaycan klassik ədəbiyyatı dünya ədəbiyyatına, dünya 
ədəbi  fikrinə  qüvvətli  təsir  göstərdiyi  müxtəlif  tədqiqat 
əsərlərində faktlarla sübut edilmişdir. 
Nizami yaradıcılığının Yaxın və Orta Şərqin ədəbi inkişa-
fına  böyük  təsir  göstərdiyi,  onun  «Xəmsə»si  əsasında  onlarla 
yeni  «Xəmsə»  yarandığı,  «Leyli  və  Məcnun»  əsəri  əsasında 
müxtəlif ölkələrdə  «Leyli  və  Məcnun»  sücetli əsərlər  yazıldığı 
məlumdur.  Bu  qədim  ərəb  əfsanəsi,  Nizamiyə  əbədi  şöhrət 
qazandırdı. Nizami, Xaqani, Füzuli, Nəsimi, Saib Təbrizinin və 
onlarla  qüdrətli  qələm  sahiblərinin  əsərləri  dünyanın  məşhur 
əlyazmalar fondunda saxlanır. 
Nizami  irsi  Gürcüstan,  Ermənistan,  Orta  Asiya,  Bizans, 
Rusiya,  Çin,  Hindistan,  Misir,  İran,  İraq,  Avropa,  Suriya, 
Səudiyyə  Ərəbistanı,  Makedoniya,  Misir,  Həbəşistanda, 
M.F.Axundov kimi Azərbaycan ədəbiyyatının banisinin zəngin 
yaradıcılığı Yaxın Şərqdə, Rusiyada, Qərbdə məşhur idi.  1905-
1906-cı illər inqilabının güclü dalğası milli oyanışa səbəb oldu. 


 
Sənət, sənətkar və zaman
 
 
 
471 
Belə  bir  dövrdə  dünya  mədəniyyəti  xəzinəsinə  Azərbaycan 
M.Ə.Sabir,  C.Məmmədquluzadə  kimi  ədəbi  simalar  verdi. 
Onların fəaliyyətinin Yaxın Şərqdə ədəbi oyanışa səbəb olduğu 
məlumdur. 
«Molla 
Nəsrəddin» 
curnalı 
öz 
sferasını 
genişləndirərək 
onu 
milli 
zəmində 
deyil, 
ümumbəşər 
səviyyəsinə  qaldırmışdı.  Müstəmləkə  zülmü  altında  inləyən 
Asiya  və  Afrika  xalqlarının  o  zamankı  həyatından  bəhs  edən 
mövzulara  curnalın  səhifələrində  geniş  yer  verilirdi.  Curnalın 
əməkdaşlarından  biri  yazırdı:  «...bizim    o  cümlədən  Nyu-
Yorkda, Hindistanda, Kəlküttədə, London, Berlin, Paris, Roma, 
İstanbulda,  Misir  və İranın  bir çox  şəhərlərində,  Rusiyanın  hər 
tərəfində abunəçilərimiz vardı». 
1959-cu  ildə  Moskvada  Azərbaycan  ədəbiyyatı  və  in-
cəsənəti  ongünlüyü  möhtəşəm  bir  vüsət  aldı.  Azərbaycan  ədə-
biyyatının  və  mədəniyyətinin  böyük  tərəqqisi  göz  önündə  idi. 
Müharibədən sonra Azərbaycanda kitab çapında digər xalqların 
ədəbiyyatına  da  geniş  yer  verilirdi.  1946-1953  cü  illərdə  858 
adda bədii ədəbiyyat kütləvi tiracla nəşr edilmişdir ki, bunların 
65-i  SSRİ  xalqlarının,  59-u  xarici  ölkələrin  ədəbiyyatına  aid 
kitablar idi. 250-si  rus ədəbiyyatına məxsus idi. Həmin dövrdə 
Azərbaycan  ədəbiyyatının  132  əsəri  rusca  çapdan  çıxmışdı. 
SOV  İKP  MK  2-ci  qurultaydan  keçən  20  il  ərzində  sovet 
ədəbiyyatının, 
onun 
tərkib 
hissəsi 
olan 
Azərbaycan 
ədəbiyyatının beynəlxalq aləmdə nüfuzunun artdığını yazıçılara 
göndərdiyi  məktubunda  qeyd  edir:  «Həmin  illər  ərzində  sovet 
ədəbiyyatının  beynəlxalq  nüfuzu  artmış,  onun  oxucu  dairəsi 
Sovetlər  İttifaqının  hüdudlarından  kənarda,  xüsusilə  xalq  
demokratiyası  ölkələrində  müqayisəyə  gəlməz  dərəcədə 
artmışdır.  Sovet  ədəbiyyatı  milyonlarca  xarici  oxucunun 
rəğbətini  ona  görə  qazanmışdır  ki,  o,  daima  zəhmətkeşlərin 
mənafeyini  müdafiəyə  qalxır;  imperializmin  insana  nifrət 
                                                    Gülxani Pənah, Salatın Əhmədli
                                                                            
 
 
472 
ideologiyasına  zidd  olaraq  insanpərvərlik,  sülh  uğrunda 
mübarizə,  xalqlar  arasında  dostluq  ideyasını  müdafiə  edir. 
Bəşəriyyətin işıqlı gələcəyinə inam ruhu ilə dolğundur». 
Azərbaycan  və  dünya  mədəni  əlaqələrində  beynəlxalq 
əhəmiyyət kəsb edən iki böyük tədbir-Asiya və Afrika xalqları 
ilə  11  Sovet  həmrəylik  konfransı  (1964,  Asiya  və  Afrika 
ölkələri  yazıçıları  ilə  Sovet  əlaqə  Komitəsinin  iclası  (1966) 
Bakıda  keçirilmiş,  Azərbaycanda  olan  xarici  qonaqlar 
respublikamız 
haqqında 
təəssüratlarını 
əsərlərində 
əks 
etdirmişlər.  Azərbaycan  yazıçıları  müxtəlif  ölkələrin  həyatın-
dan,  beynəlxalq  məsələlərə  aid  çoxlu  bədii,  publisistik  yazılar 
yazırlar. Tədqiqatçılar fikirlərində haqlıdır ki, o dövrdə tək-tək 
Azərbaycan  yazıçısı  tapılardı  ki,  xarici  ölkədə  olmamış  olsun. 
İstər  keçmiş  sosialist,  istərsə  də  kapitalist  ölkələrində  müxtəlif 
simpozium, konfrans və iclaslarda iştirak etmiş şairlərimiz çox 
idi.  S.Vurğun    Polşa,  Almaniya,  Bolqarıstan,  İngiltərə,  Çində, 
M.İbrahimov  Asiya,  Afrika  və  Avropanın  bir  çox  ölkələrində, 
Rəsul  Rza  Avropa  ətrafında,  ərəb  ölkələrində,  Hindistanda, 
Mehdi Hüseyn , O. Sarıvəlli, N.Xəzri, B.Vahabzadə, İ.Qasımov 
Fransa  və  İtaliyada,  eləcə  də  bir  çox  başqa  yazıçılarımız 
dünyanın  bir  çox  ölkələrində  olmuş,  müxtəlif  ictimai  şəraitdə 
yaşayan xalqların həyatının canlı müşahidəçisi olmuşlar. Əkbər 
Ağayev  yazır:  «...  Dünyanın  bir çox  yerlərində təkcə 20-30-cu 
illərdə  sovetlər  diyarına  səfər  etmiş  xarici  ölkə  yazıçılarının 
adlarını  çəkmək  lazım  gəlsə,  çox  uzun  bir  siyahı  yaranar. 
Budur,  məsələn,  həmin  dövrdə  Azərbaycanda  olmuş  yazıçılar 
Con  Rid,  Bernhard  Kellerman,  Anri  Barbüs,  Nazim  Hikmət, 
Bella  İlleş,  Andor  Qabor,  Mate  Zalka,  Bruno  Yasenski, 
İohannes  Bexer,  Pol  Vayyan  Kütüyere,  Karl  Qrünberq,  Emil 
Madaras,  Villi  Bredel,  Oskar  Maria  Qraf,  Erist    Toller,  Can 
Rişard Blok». 


Yüklə 3,82 Mb.

Dostları ilə paylaş:
1   ...   114   115   116   117   118   119   120   121   ...   147




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə