Gülxani pənah salatin əHMƏdli səNƏT, SƏNƏtkar



Yüklə 3,82 Mb.
Pdf görüntüsü
səhifə119/147
tarix01.07.2018
ölçüsü3,82 Mb.
#52706
1   ...   115   116   117   118   119   120   121   122   ...   147

 
Sənət, sənətkar və zaman
 
 
 
473 
Azərbaycan  ədəbiyyatı  xaricdə  böyük  maraqla  qarşıla-
nırdı.  50-dən  çox  ölkəyə  70-ci  illərdə  16  mindən  çox    kitab 
göndərilmişdi.  Azərbaycanın  kinofilmləri  dünyanın    müxtəlif 
ölkələrinə  ayaq  açmışdı.  Bu  kinofilmlərin  ssenarilərini  yazan 
Azərbaycan    ədib  və  şairləridir.  İraqın  «Yurd»  qəzeti 
Azərbaycan  ədəbiyyatını  ardıcıl  olaraq  təbliğ  edirdi.  1975-ci 
ildə  Azərbaycanda  sovet  ədəbiyyatı  günləri  keçirildi.  Bu    za-
man respublikamızda qonşu ölkələrdən, eləcə də xaricdən gələn 
ədəbiyyatçılar  respublikamızın  müxtəlib  bölgələrini  gəzmiş, 
xalqımızla  yaxından  tanış  olmuş,  xaricdən  gələn  otuza  kimi 
qonaqlar ölkəmiz haqqında xoş təəssüratlarla getmişlər. Fransız 
yazıçısı  Cak  Qoşeron  Azərbaycanda  sovet  ədəbiyyatı 
günlərində keçirdiyi təəssüratı,  rəğbəti  belə  ifadə  edir:  «...Mən 
səyahətimi 
Fransada 
da 
davam 
etdirəcəyəm. 
Sizin 
ədəbiyyatınızın  köməyi  ilə  təxminən  on  il  bundan  əvvəl  Rəsul 
Rza  şeirlərindən  bir  neçəsini  fransız  dilinə  tərcümə  eləmişəm. 
Çalışacağam  ki,  Azərbaycanda  yeni  görüşümə  kimi  bu  gözəl 
diyarın,  səmimi  xalqın  poeziyasının  yeni  nümunələri  ilə  də 
fransız oxucularını tanış edim...». 
Qərbi  Avropa  ölkələrində  Azərbaycan  şeirinə  böyük  ma-
raq  vardı.  «Yurd»un  1976-cı  il  294-cü  nömrəsində  Əbdüllətif 
Bəndəroğlu  şair  Ağacavad  Əlizadə  ilə  geniş  müsahibəsində 
Azərbaycan  xalqı  ilə  İraq  xalqının  dostluğunun  zəngin 
ənənələrindən  söhbət  açılır.  Cəfər  Cabbarlının  «Ana»  şeiri 
(İraq.  «Qardaşlıq»  curnalı,  1969),  Xəlil  Rzanın  «Məni  tez 
aldatmaq  olur»  (İraq.  Birlik  səsi»,  1972),  Ə.  Vahidin,  Şahmar 
Əkbərzadənin  və  s.  yaradıcılığından  nümunələr  verilmişdir. 
«Xarici 
dillərdə 
ədəbiyyat» 
seriyasından 
Almaniyada 
buraxılmış  «Sovet  xalqları  ədəbiyyatı  kitabında»  Nizami, 
Xaqani,  Füzuli.  Vaqif,  Axundov,  C.Cabbarlı,  M.İbrahimov, 
                                                    Gülxani Pənah, Salatın Əhmədli
                                                                            
 
 
474 
N.Nərimanov,  M.S.Ordubadi,  M.Rahim,  M.Hüseyn,  S.Vurğun 
haqqında da oçerk verilmişdir. 
S.Vurğunun  xarici  səfəri  nəticəsində  «Avropa  xatirələri» 
(1947-50)  silsilə  şeirləri  beynəlxalq  məsələlərə  həsr  olun-
muşdur.  Azərbaycan  şairlərinin  yaradıcılığı  xarici  ölkə  şair-
lərinin,  elm adamlarının diqqət  mərkəzində olub.  Bilfrid Bran-
de  1977-ci  ildə  Azərbaycan  klassik  və  müasir  ədəbiyyatından 
nümunələr  salınmış  84  səhifəlik  Xrestomatiyasını  Visbadendə 
nəşr etdirmişdir. 1965-ci ildə Leypsiq biblioqrafiya institutunun 
nəşriyyatının  çap  etdirdiyi  «Dünya  ədəbiyyatı  leksikonu»nda 
Nizami,  Füzuli.  M.F.Axundov,  S.Vurğun,  H.Mehdiyə  yer 
verilmişdir.  S.Vurğunun  irsi  Yaxın  Şərq  ölkələrində,  Afrika, 
Asiya ölkələrində də xalq kütlələrinin rəğbətini qazanmışdır. S. 
Rüstəmin  bir  sıra  şeirləri  fars,  türk,  alman,  çex,  bolqar,  rumın 
dillərinə tərcümə olunmuşdur. Yaxın və Orta  Şərq ölkələrində 
40-cı  illərdən  tanınan  S.Rüstəm  ərəb  şərqində  daha  məşhur 
olduğu  bildirilir.  Məsələn,  bolqar  məktəblərində  dördüncü 
sinifdən  başlayaraq  Nizami,  Xaqani,  Füzuli,  C.Cabbarlı, 
S.Vurğun,  S.Rüstəm,  R.Rza,  M.İbrahimov,  Ə.Cəmil,  Z.Xəlil, 
Q.Qasımzadə 
və 
başqalarının 
əsərlərindən 
nümunələr 
öyrədilir».    Amerika  musiqiçisi  Karol  Fanestok  S.Rüstəmin 
«Sadə 
insan-kommunist» 
şeirinə 
mahnı 
bəstələmişdir. 
«Sovetskaya  literatura»  curnalının  əməkdaşları  Amerika 
bəstəkarının  məktubunu  Bakıya  göndərmişdi.  Azərbaycan 
ədəbiyyatını  dünya  arenasında  məşhurlaşdıran  amillərdən  biri 
kimi onun dərin «beynəlmiləl» ədəbiyyatı olmasında olduğunu 
bildirirlər:  «Bütün  dünya    irticaya,  imperialist  müharibələrinə, 
faşizmə,  müstəmləkəçiliyə  qarşı  çevrilmiş,  sülh  və  demokrati-
yanı  tərənnüm  edən  bir  sıra  görkəmli  əsərlərimizi  öz  ana 
dilində  oxuyan  xarici  vətəndaşlar  Azərbaycan  xalqının  həqiqi 
istedadının, humanizminin şahidi olurlar». 


 
Sənət, sənətkar və zaman
 
 
 
475 
 Ərəb ölkələrində Azərbaycan ədəbiyyatına maraq qədim-
dən  olub  və  yenə  də  var.  Füzulinin  400    illik  yubileyində  
məşhur  İraq  alimi,  Tehran,  London  akademiyalarının  üzvü, 
prof.  Hüseyn  Əli  Məfhuz  ədəbiyyatımızın  yüksək  inkişafını 
dəyərləndirmiş  Azərbaycanla  İraq  arasında  ədəbiyyat  və 
incəsənət  xadimlərinin  əlaqələrini  qüvvətləndirilməsini  arzu 
etdiyini  dəfələrlə  bildirmişdir.  Azərbaycan  xalqının  müasir 
həyatının geniş təsvirini verən roman və povest və başqa canrlı 
əsərlərə 
maraq 
nəticəsində 
 
«Abşeron», 
«Komissar» 
(M.Hüseyn),  «Bir gəncin  manifesti» (Mir  Cəlal), «Yerin  sirri» 
(M.Süleymanov), «Söyüdlü arx» (İ.Əfəndiyev), «Gələcək gün» 
(M.İbrahimov) bir sıra xarici dillərə tərcümə edilmişdir. 
 Sovet dövründə Türkiyə ilə ədəbi-mədəni əlaqələrimizdə 
müəyyən canlanma hiss olunurdu. Onlarla Azərbaycan yazıçısı 
Türkiyədə,  Türk  ədibləri  Azərbaycanda  olmuşdu.  Mehdi 
Hüseyn  Türkiyə  səfəri  ilə  bağlı  yazdığı  xatirələrində  türk-
Azərbaycan ədəbi əlaqələrinə olan marağı əks etdirmişdir. 
Azərbaycan şair və  yazıçılarının tərcüməçilik  fəaliyyətini 
də    qiymətləndirməliyik.  Hökümə  Bülluri,  S.Vurğunun  «Zən-
cinin  arzuları»  əsərinin  üslubu,  intonasiyasını  qorumaqla, 
oricinallığı  saxlamaqla  fars  dilinə  tərcümə  etmişdir.  Bakıda 
nəşr  olunan  «Dost  əlləri»  kitabı  fars,  ingilis,  ərəb,  fransız 
dilində  buraxılmışdır.  Tanınmış  Azərbaycan  yazıçılarının  qısa 
tərcümeyi-halı 
və 
əsərlərindən 
nümunələr 
verilmişdir. 
Beynəlxalq  mətbu  orqanlarla  əlaqə  saxlayan  Azərbaycan 
şairləri hələ 1947-ci il aprelin 5-də Sofiyada çıxan qəzetdə fəal 
iştirak  edirdilər.  40-cı  illərdə  Təbrizdə  nəşr  olunan  «Vətən 
yolu»  qəzetində  Azərbaycan  ədəbiyyatına  dair  onlarca  məqalə 
və  bədii  əsər  dərc  olundu.  Cənubi  Azərbaycanda  yaşayıb-
yaradan  böyük  Azərbaycan  şairi  Şəhriyarla  əlaqələr  saxlanır. 
Məmməd  Rahim  Azərbaycan  curnalının  1967-ci  il  4-cü 
                                                    Gülxani Pənah, Salatın Əhmədli
                                                                            
 
 
476 
nömrəsində  «Şəhriyara  açıq  məktub»  rübailərini  dərc  etdirir. 
Şəhriyar  bu  rübailərə  «Məmməd    Rahim  həzrətlərinə  cavab» 
şeirini  yazıb  cavab  verir.  Şimali  Azərbaycan  ədəbi  mühitinə 
yaxınlığını, dostlarını yad edir: 
«... Bu təqsimat bundan artıq olammaz, 
Atom əsri ixtilaflar qalanmaz, 
Bir qanun olmasa dünya dolanmaz, 
İndi dünya yüz də desən sağ-soldu, 
Müşək üçün iki saatlıq yoldu. 
 
...Heydər baba üz Bakıya çöndərir, 
Hey gül dərir, bağlar sizə göndərir, 
Sözlərini hey əndirir, döndərir, 
Sənlə, Süleyman Rüstəmin yad edir, 
Bir şiyvəylə Şəhriyarı yad edir». 
B.Vahabzadə,  S.Rüstəm,  N.Xəzri  və  başqalarıyla  yaxın 
əlaqə  saxlayan  şairin  Azərbaycan  ədəbiyyatına  dərin  marağı 
var. 
Hələ  müharibə  illərində  R.Rzanın  «Leytenant  Bayramın 
gündəliyi»  əsəri  ingilis  dilinə  tərcümə  olunub,  «İnternasional 
literatura»  curnalında  dərc  olunmuşdu.  60-cı  illərdə  başqa 
əsərləri  də  ingilis  dilinə  tərcümə  edir.  R.Rzanın  beynəlmiləl 
şeirləri  xarici  ölkə  xalqlarına  yaxşı  tanışdır:  «Rəsul  Rzanın 
səyahət  və  rəsmi  səfərlər  münasibəti  ilə  gəzib  dolaşdığı 
ölkələrin  xəritəsi  genişdir.  Rəsul  Rza  bir  sıra  sosialist  və 
kapitalist ölkələrində olmuşdur.  O,  Hindistanda,  İndonaziyada, 
Çexoslovakiyada, 
Albaniyada, 
Polşada, 
Hollandiyada, 
Yuqoslaviyada,  Avstriyada,  Fransada,  İsveçrədə,  İtaliyada, 
Bolqarıstanda,  Türkiyədə,  Misirdə,  Livanda,  İraqda  və  s. 
ölkələrdə maraqlı müşahidələr aparmışdır. O, həmin səfərlərdən 
aldığı  təəssüratın  nəticəsi  olaraq  onlarca  dəyərli  şeirlər 


Yüklə 3,82 Mb.

Dostları ilə paylaş:
1   ...   115   116   117   118   119   120   121   122   ...   147




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə