Gülxani pənah salatin əHMƏdli səNƏT, SƏNƏtkar



Yüklə 3,82 Mb.
Pdf görüntüsü
səhifə117/147
tarix01.07.2018
ölçüsü3,82 Mb.
#52706
1   ...   113   114   115   116   117   118   119   120   ...   147

 
Sənət, sənətkar və zaman
 
 
 
465 
gedən    müxtəlif  dövrlərdəki  hadisələri  özündə  əks  etdirən 
yazılar öz əksini tapır. 
"Kredo"nun səhifələrində dünya ədəbiyyatından seçmələr, 
türk  dünyasının    zəngin  mənbələrindən  nümunələr,  "Kitabi-
Dədə  Qorqud"  kimi  xalqımızın  qiymətli  sənət  abidəsinin  bu 
gün  də  elmin,  ədəbiyyatşünaslığın  diqqət  mərkəzində  olması, 
bu  qiymətli  mənbə,  onun  üzərində  aparılan  elmi  araşdırmalar, 
qorqudşünaslığın verdiyi töhfələr Şərqin böyük klassiklərindən, 
klassik  sənətkarlarımızın  həyatından  və  yaratdığı  bədii 
əsərlərdən  nümunələr,  müasir  Azərbaycan  ədəbiyyatının 
inkişafı,  ədəbiyyatda,  sənətdə  gedən  proseslərlə  bağlı  yazılar 
dərc  edilir,  cəmiyyətimizin  çoxşaxəli  sahələrindən  bəhs  edən 
yazılarında  da  Azərbaycan  ədəbiyyatının  yorulmaz  təbliğatçısı 
kimi çıxış edir. 
Geniş, əhatəli, zəngin, ensiklopedik mövzuları özündə ya-
şadan "Kredo"nun nəşrində böyük əməyi olan Əli Rza Xələfli, 
Elçin  Kamal,  Fariz  Çobanoğlu  və  adlarını  çəkmədiyim  digər 
Azərbaycan  ziyalılarının,  şair  və  yazıçıların  rolu,    əməyi, 
fəaliyyəti  əvəzsizdir.  Onlar  həm  şair,  həm  yazıçı,  həm  də 
mükəmməl,  istedadlı,  vicdanlı,  Zərdabi,  Mirzə  Cəlil  ənənə-
lərinə  sədaqətli,  onların  işinin,  yolunun  davamçısı  kimi  gərgin 
əməkləri  ilə  sevilən,  tanınan  qələm  sahibləridir.  Gərgin 
əməyinə görə verilən   ''Zərdabi '' diplomu, "Araz" ədəbi media 
mükafatı  yorulmaz,  öz  işinə,  sənətinə  sədaqətli  "Kredo"çulara 
halaldır. Onların məqsəd və məramları aydın və safdır. Qəzetdə 
xəlqilik, millilik, müasirlik, elmi-əxlaqi zənginlik, vətənə, xalqa 
xidmətdə təmənna güdməmək,  mediyada öz şəxsi mənafelərini 
deyil,  milli  mənafelərin  daha  üstün  tutmaq  «Kredo»çuların 
qarşılarına qoyduqları vəzifədir. 
"Əkinçi",  "Molla  Nəsrəddin"  kimi  böyük  mətbu    orqan-
larının  davamçısı  olan  "Kredo"  milli  dövlətçiliyimizin,  milli 
                                                    Gülxani Pənah, Salatın Əhmədli
                                                                            
 
 
466 
mənəviyyatımızın  müdafiəçisidir.  Onun  səhifələrini  krassvo-
rdlar,  parnoqrafik  yazılar  bəzəmir,  əldən  getmiş  torpaqlara 
sevgi,  həsrət  dolu  misralar,  yurd  yanğısı,  torpaq  həsrəti, 
qaçqınlıq 
damğası 
vurulmuş 
Azərbaycan 
vətəndaşının 
qayğıları,  dərdləri,  arzu  və  istəkləri çıxarılır.  Çünki kredoçular 
vətən,  torpaq  deyib  nalə  çəkənlərin  harayına  elə  ilk 
səhifələrindəcə hay verdilər, dərdlərinə şərik oldular, öz yazıları 
ilə unutqanlığı kökündən  baltaladılar,  torpağa,  vətənə dönmək, 
yurd yaralarını sarımaq prinsiplərini cəmiyyətin hər gün, hər an 
yadına saldılar  və  bu gündə  bu  yöndə  işlərini davam etdirirlər. 
Sınıq  könülləri  alan,  ürəklərə  ümid,  inam  toxumu  səpən 
"Kredo"nu  ocağa  bənzədənlərin  fikirlərinə  şərik  olaraq  onların 
tutduğu yolu alqışlayıram və «kredo»çu Elçin Kamalın "Ocağa 
nəyə  görə  əl  uzadırlar?  Ona  görə  ki,  ona  uzanan  əlləri  isitmək 
qüdrətinə  malikdir.  Əgər  bir  ocaq  olaraq  kimlərinsə  əlini 
qızdıra  bilmişiksə,  kimlərinsə  könlünə  hərarət  verə  bilmişiksə, 
özümüzü xoşbəxt sayırıq" sözləri yada düşür. 
«Kredo»nun  100-cü  sayının  təqdimat  mərasimində 
deyilən  "Qəzetin  fundamentini-  əsasını  qoyanların  həyat  kre-
dosu müqəddəs bir  yolda   əqidə və  inam uğrunda   mübarizədə 
dönməzlik  prinsipi  olduğundan  "Kredo"  ilk  saylarından 
başlayaraq    milli  dövlətçiliyin,  Azərbaycan  mədəniyyətinin, 
ədəbiyyatının  yorulmaz  mətbuatçısına  çevrildi.  Çox  keçmədi 
ki,  qəzetdə  tutduğu  mövqeyə,  ədəbi  xəttə  görə  hər  yerdə 
ehtiramla qarşılandı və tanınmış Azərbaycan ziyalıları, alimləri, 
filosofları,  tədqiqatçıları,  şair  və  yazıçıları  tərəfindən  sevildi. 
Beləliklə, "Kredo" öz ətrafında nəhəng bir ədəbi və ictimai fikir 
dünyasının  meyarları  sayılan  şəxsiyyətləri  birləşdirə  bildi" 
sözlərini  bu  gün  də  onun  ünvanına  daha  ürəklə,  daha  da 
səmimiyyətlə deyə bilərik. 
 


 
Sənət, sənətkar və zaman
 
 
 
467 
 
                                                    Gülxani Pənah, Salatın Əhmədli
                                                                            
 
 
468 
AZƏRBAYCAN ƏDƏBİYYATI XARİCİ  
ÖLKƏLƏRDƏ 
 
Azərbaycan xalqı sovet dönəmində sovetlər birliyinin  on 
beş  respublikasından  biri  kimi  fəaliyyət  göstərib,  yaşayıb, 
yaradıb.  Ədəbiyyatını,  mədəniyyətini,  elmini  inkişaf  etdirib. 
Azərbaycan  sovet  ədəbiyyatı    nəsr,  şeir,  dramaturgiya, 
ədəbiyyatşünaslıq  sahəsində  yüzlərcə  dəyərli  əsərlərə  sahibdir. 
Bu  əsərlər  ədəbiyyat  tariximizin  qızıl  fonduna  daxil  olmuş 
əsərlərdir.  Bu  əsərlər  sərhədlər  aşmış,  dünya  xalqlarının 
sərvətinə 
çevrilmişdir. 
Ümumbəşəri 
ideyalarla 
zəngin 
Azərbaycan  ədəbiyyatı    bəşəriyyətin  mənəvi  tərəqqisinin  də 
ifadəçisidir.  Ədəbi  əlaqələrin  qüvvətlənməsi,  xalqlar  arasında 
sülh, əmin-amanlıq, dostluq kimi humanist hisslər tərbiyə edən 
Azərbaycan  ədəbiyyatının    həm  SSRİ  ərazisindəki  xalqlarla,  
həm də  xarici ölkə  xalqları  ədəbiyyatı  ilə əlaqəsinin zəngin  və 
qədim  tarixi  var.  Azərbaycanın  ədəbiyyatının  kökü  çox 
qədimlərə  gedib  çıxır,  sərhədləri  bilinməyən  Azərbaycan 
ədəbiyyatının  qiymətli  mənbələri  ən  qiymətli  mənbələr  kimi 
Amerika,  İngiltərə,  Almaniya,  Fransa,  Rusiya,  Türkiyə,  Çin, 
Şərqin ən böyük mədəni abidələri qorunub saxlanan muzeyləri, 
kitabxanaları,  əlyazmalar  mərkəzini  zənginləşdirir.  Avropa, 
Asiya,  Afrika,  Amerikada  Azərbaycanın  mədəniyyətinə, 
ədəbiyyatına  maraq  artır.  Azərbaycan  Yazıçılar  İttifaqı  da 
ardıcıl  və  prinsipial  iş  aparmış,  ölkəmizin  şair  və  yazıçıları 
müxtəlif  ölkələrə  səfər  etmiş,  88  ölkədən  2200-dən  çox 
vətənimizə  yazıçı  gəlmişdir.  Azərbaycanın  Xarici  Ölkələrlə 
Dostluq  və  Mədəni  Əlaqə  Cəmiyyətinin  IV  respublika 
konfransı  iştirakçılarına  Azərbaycan  KP  MK-nın  təbrikində 
deyilir.  «Azərbaycanın  Xarici  Ölkələrlə  Dostluq  və  Mədəni 
Əlaqə  Cəmiyyəti  ictimai  tərəqqinin  ön  mövqelərinə  çıxan 


Yüklə 3,82 Mb.

Dostları ilə paylaş:
1   ...   113   114   115   116   117   118   119   120   ...   147




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə