Gülxani pənah salatin əHMƏdli səNƏT, SƏNƏtkar



Yüklə 3,82 Mb.
Pdf görüntüsü
səhifə115/147
tarix01.07.2018
ölçüsü3,82 Mb.
#52706
1   ...   111   112   113   114   115   116   117   118   ...   147

 
Sənət, sənətkar və zaman
 
 
 
457 
Respublikasının  Baş  nazirinin  müavini,  xalq  yazıçısı  Elçinin 
təklifi  ilə  Mədəniyyət  və  Turizm  Nazirliyinə  və  Azərbaycan 
Yazıçılar  Birliyinə    həvalə  olundu.  «Ədəbiyyat  qəzeti»nin  baş 
redaktoru Ayaz Vəfalının sədrliyi ilə komissiya yaradılması (31 
avqust  2007)  haqqında  qərar  qəbul  edildi.    Mədəniyyət  və 
Turizm  Nazirliyi  həmin  məsələ  ilə  əlaqədar  «Ədəbi 
yaddaşımız-Ədəbiyyat qəzeti»  layihəsinin həyata keçirilməsinə 
qərar verdi. 
«Dünya ədəbiyyatı» dərgisinin əsası 2004-cü ilin mayında 
qoyulub.  Dünya  ədəbiyyatı  nümunələrinin,  eləcə  də  tərcümə 
praktikası 
və 
nəzəriyyəsi 
haqqındakı 
araşdırmaların 
Azərbaycan  dilinə  tərcüməsi  və  təqdim  olunması  işini  yerinə 
yetirir . 
Yaradıcısı  Səlim  Babullaoğlu  ədəbi  fəaliyyətə  tələbəlik 
illərindən  başlamış,  şeir,  hekayə,  esse,  məqalələri  ilə  yanaşı 
bədii  tərcümə  ilə  də  məşğul  olur.  İlk  kitabı  «Tənha»dır.  Baş 
redaktoru  olduğu  «Dünya  ədəbiyyatı»  curnalı  daha  çox 
oricinaldan  tərcümələrə  üstünlük  verir.  Dərgilərin  işıq  üzü 
görməsində Gənclər, İdman və Turizm Nazirliyinin rolu böyük-
dür.   2005-ci  ildən  qısa  adı  «DƏB»  olan  «Dünya  ədəbiyyatın-
dan  books» seriyası  nəşr olunmağa  başlamışdır ki,  indiyə kimi 
bu  seriyadan  ondan  çox  kitab  işıq  üzü  görmüşdür.  «Dünya 
ədəbiyyatı»  dərgisi  «Qloballaşma  ədəbiyyatı»  mövzusunda 
beynəlxalq konfrans təşkil  etmiş,  həmin konfransda digər ölkə 
ədəbiyyatçıları  da  iştirak  etmişdir.  Bu  dərgi  yalnız  bədii 
nümunələrin  öz  dilimizə  tərcüməsini  deyil,  həm  də  bizim 
çağdaş ədəbiyyatın dünya dillərinə tərcümə olunması sayəsində 
fəaliyyəti  də  dəyərlidir.  35  azərbaycanlı  müəllifin  müxtəlif 
canrlı  əsərləri  gürcü,  özbək,  rus  dillərinə  tərcümə  olunmuş  və 
yaxud  da  ki,  elektron  versiyaları  hazırlanmışdır.  «Dünya 
                                                    Gülxani Pənah, Salatın Əhmədli
                                                                            
 
 
458 
ədəbiyyatı»  dərgisi  öz  praktikasında  icazəli  bədii  ədəbiyyat 
nəşretmə mexanizmini son illərdə işə salan ilk qurumdur.  
«Literaturnıy  Azerbaydcan»  curnalı  uzun  illərdir  ki, 
fəaliyyət  göstərir.  Qeyri-Azərbaycan  ədəbi  əlaqələrinin  inki-
şafında böyük rol oynamış «Literaturnıy Azerbaydcan» curnalı 
keçmiş sovetlər birliyinə daxil olan xalqların ədəbi əlaqələrinin 
möhkəmlənməsində 
xidmətləri 
böyükdür. 
Səyavuş 
Məmmədzadə,  A.Xaldeyev,  İvan  Tretyakov,  S.İbrahimova, 
Mənsur  Vəkilov  və  başqaları  bu  curnalın  uğurlu  fəaliyyətində 
böyük xidmətləri olan sənətkarlardır. 
«Körpü» dərgisi nəşr olunmağa başladığı vaxtdan diqqəti 
cəlb etmişdir. Səhifələrində çağdaş ədəbiyyatımız haqqında çox 
dəyərli  ədəbi-tənqidi  məqalələrlə  yanaşı,  istedadlı  gənclərin 
yaradıcılığından  nümunələr  də  dərc  olunmaqdadır.  Dünya 
ədəbiyyatından tərcümələrlə,  ədəbi canrlarla bağlı dünya ədəbi 
prosesləri  haqqında  maraqlı  məqalələrlə  zəngin  «Körpü» 
curnalı  öz  prinsipiallığı,  ədəbi-bədii  keyfiyyətləri  ilə  zəngin 
yazıları  dərc  edir.  Curnalın  baş  redaktoru  Əsəd  Cahangir 
Azərbaycan  ədəbi  tənqidi  sahəsində  uğurlu  yaradıcılığı  ilə 
tanınmış istedadlı qələm sahibidir. 
Çağdaş  ədəbi  prosesin  inkişafında  AYB-nin  orqanları 
olan  «Azərbaycan»,  «Ulduz»,  «Ədəbiyyat»,  «Qobustan»,  «Li-
teraturnıy  Azerbaydcan»,  «525-ci  qəzet»,  «Kredo»,  «Eks-
press», «Yeni Azərbaycan», «Ədalət», «Azadlıq», «Bizim əsr», 
«Sənət»,  «Rezonans»,  «Üç  nöqtə»  qəzetləri  ilə  yanaşı 
«Körpü»nün  səhifələrində  bədii  əsərlərlə  yanaşı,  tənqidi 
yazılara da  yer  verilir.  Vaqif  Yusifli,  Ə.  Cahangir,  Rahid Ulu-
sel,  C.Yusifli,  Bəsti  Əlibəyli,  T.Əlişanoğlu,  Rüstəm  Kamal,  
Nadir  Hüseynzadə,  İ.Musayeva,  G.Pənah,  N.Cabbarlı  dövrün 
ədəbi prosesini geniş və hərtərəfli təhlilini verməyə çalışırlar.  


 
Sənət, sənətkar və zaman
 
 
 
459 
Əsəd  Cahangirin  baş  redaktorluğu  ilə  çıxan  «Körpü» 
ədəbi-tənqidi  dərgisi  2004-cü  ildən  başlayaraq  çap  olunur. 
AYB  bu  curnalın  çapına  yardım  göstərir.  Burada  çap  olunan 
yazılar  öz  sanballığı  ilə  diqqəti  cəlb  edir.  «Platondan  Anara 
qədər»,  Rüstəm  Kamalın  «Nüsrət  Kəsəmənlinin  «tale»  mətni: 
simvolik və gerçəklik», onların «dünya poetikasına, fəlsəfi fikir 
təcrübəsinə  söykənərək»  (R.Ulusel)  yürütdükləri  bənzərsiz 
mülahizələr dəyərləndirilir.  
Çağdaş Azərbaycan ədəbi tənqidi fikrində  modernizm və 
postmodernizm  dünyagörüşünə,  fəlsəfəsinə,  bədii  praktikasına 
münasibət  müxtəlifliyi  özünü  göstərir.  Aydın  Dadaşovun 
«Modernizm  nədi?  Nədi  imodernizm»  («Ulduz»,  2004,  №6), 
Qorxmaz  Quliyevin  «Postmodernizm»  («Azərbaycan»,  2005, 
№9),  Əhməd  Qəşəmoğlunun  «Postmodernizm:  yarımçıq 
dünyagörüşün  məhsulu»  («Ədəbiyyat  qəzeti»,  4  mart  2005), 
Elmar  Vüqarlının  tərcüməsiylə  verilən  Fayaz  Çaqaninin 
«Postmodernizm»    və  s.  məqalələr  içərisində  tədqiqatçı 
alimlərimiz  Q.Quliyevin  postmodernizm  haqqında  «dolğun», 
«aydın»  təsəvvür  yaratdığını  söyləyir:  «Məlum  olur  ki,  bu 
cərəyan  Azərbaycanın  bədii  estetik  şüuruna  nə  dərəcədə 
yararlıdı  və  bu  «məkanda»  necə  qərarlaşa  bilər.  Əhməd 
Qəşəmoğlu  isə  Azərbaycan  mədəniyyət  düşüncəsindən  çıxış 
edərək postmodernizmə  münasibətini  bildirir.  O,  Şərq və Qərb  
mədəniyyətinin 
qarşılıqlı 
münasibətlərinə, 
bir-birini 
təsirləndirmələrinə obyektiv yanaşmada belə bir həqiqət ortaya 
qoyur  ki,  bir  çox  yazarlar  postmodernizmin  nə  demək 
olduğunu, onun genezisini, hansı fəlsəfi, siyasi məziyyətlərdən, 
ənənələrdən qidalandığını, hansı tarixi situasiyada, hansı mental 
kompleksdən,  dünyagörüşündən  törəndiyini  bilmədən  onun 
ətəyindən»  yapışanları  tənqid  edir,  postmodernizmin  Qərbin 
özü 
üçün 
də 
çoxdan 
«köhnəldiyini», 
«bizim 
qoca 
                                                    Gülxani Pənah, Salatın Əhmədli
                                                                            
 
 
460 
cavanlarımızın» isə hələ də ondan «əl çəkmək» istəmədiklərini 
bildirən R.Ulusel  fikirlərində  haqlıdır ki,  «müasir Qərb  çağdaş 
dünya  üçün  daha  çox  klassikası  ilə,  məsələn,  intibah, 
romantizm, XX yüzilliyin monumental roman, poeziya canrları 
ilə,  filosofların  məktəb  yaradıcılığı  ilə  örnək  ola  bilər.  Qoy 
Qərb  özünün  sönmüş  hesab    etdiyi  mədəniyyətini  özü 
göyərtsin.  Bizim  öz  problemlərimiz  var,  bu  problemləri 
kimlərisə  yamsılamaqla  ört-basdır  edə  bilmərik.  Qlobal 
məkanda 
milli 
mədəniyyətimizin 
taleyini, 
varlığını, 
perspektivliyini  düşünə  bilən  adamlar  bunun  nə  demək 
olduğunu yaxşı başa düşürlər» («Körpü» curnalı, 5/ 2007). 
Rəşad Məcidin baş redaktor olduğu «525-ci qəzet» müasir 
oxucu  kütləsini  özünə  cəlb  edə  bilən  bir  mətbu    orqandır. 
Azərbaycan mətbuatında müxtəlif yönümlü, fərqli istiqamətləri 
işıqlandıran onlarla ictimai-siyasi, ədəbi-bədii qəzet və dərgilər 
nəşr  olunur.  Onların  içərisində    «525-ci  qəzet»  xüsusilə 
fərqlənir.    Mətbuat  tarixində  ilk  dəfə  olaraq  gündəlik  nəşr 
olunan «525-ci qəzet» digər nəşrlərin Azərbaycan ədəbiyyatı ilə 
bağlı materialları  səhifələrində işıqlandırmadığı bir vaxtda-hələ 
bir  neçə  il  bundan  əvvəl  ədəbiyyat  sahəsinə  xüsusi  diqqət 
yetirməyə  başlayıb.  «525-ci  qəzet»in  ədəbiyyatın  inkişafı  və 
təbliği  ilə  bağlı  apardığı  işlər  layihələr  şəklində  artıq  bir  neçə 
ildir  ki,  həyata  keçirilir.  Bir  neçə  il  öncə  əksər  qəzetlərin 
səhifələrində ədəbiyyatla bağlı cəmi bir neçə şeir, yaxud hekayə 
verdiyi  vaxtda  sözügedən  qəzet    ədəbiyyatla  bağlı  silsilə 
yazılar,  milli  ədəbiyyatımızın  çağdaş  durumunu  əks  etdirən 
nümunələrə öz səhifələrində geniş   yer  verib.  Qəzetin  xüsusilə 
32  səhifə  həcmində  çap  olunan  şənbə  nömrəsində  ədəbiyyat 
mövzusu daha artıq yer alır.  
«525-ci  qəzet»  siyasi  baxışından,  hansı  ədəbi  cəbhədə 
təmsil  olunmağından  asılı  olmayaraq    gənclərin  yaradıcılığına 


Yüklə 3,82 Mb.

Dostları ilə paylaş:
1   ...   111   112   113   114   115   116   117   118   ...   147




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə