Gülxani pənah salatin əHMƏdli səNƏT, SƏNƏtkar



Yüklə 3,82 Mb.
Pdf görüntüsü
səhifə112/147
tarix01.07.2018
ölçüsü3,82 Mb.
#52706
1   ...   108   109   110   111   112   113   114   115   ...   147

 
Sənət, sənətkar və zaman
 
 
 
445 
Bu  curnalın  redaksiyası  indiki  Sabir  adına  bağın  yaxınlı-
ğında  Maarif  evində  yerləşdi  və  ilk  redaktoru  görkəmli  maarif 
xadimi,  istedadlı ədib Tağı Şahbazi (Simurq) oldu. İlk nömrəsi 
1923-cü  ilin  yanvarın  28-də  nəşr  olundu.  Mustafa  Quliyev  bu 
curnalın  məqsəd  və  vəzifələrini  belə  şərh  edirdi:  «Ümid  ediriz 
ki,  bu  məcmuə  ümumazərbaycan  ədib  və  mühərrirlərinin  fikri 
ittihadına,  ədəbiyyatımızın  tədqiq  və  intişarına  yardım 
edəcəkdir.  Bu  barədə  Azərbaycan  maarifi  yolunda  hər  bir 
qələm  əhlinin  bizə  yardım  etməsi  onların  vicdani  borcudur» 
(«Azərbaycan»  curnalı  və  Azərbaycan    Sovet  ədəbiyyatının 
aktual problemləri». Elm» nəşriyyatı, (1977). 
Curnal  ilk  nömrəsindən  oxucuların  böyük  rəğbətini  qa-
zandı.  Curnalın  sorağı  qonşu  respublikalara,  Moskvaya,  Tbi-
lisiyə,  Krıma  və Orta Asiyaya da  yayılır.  Ədəbiyyatşünas alim 
Salman  Mümtaz  «Nəsimi»  adlı  məqalədə  bu  curnalın  nəşrini 
sevinclə  qarşılayırdı:  «Ədəbi  bir  məcmuənin  nəşrini  çoxdan 
gözləyirdik.  Böylə  bir  məcmuəni    görməyə  müvəffəq  olduq. 
Daha  bundan  sonra  mühərrir    arqadaşlarımız  istədikləri  kimi 
Azərbaycanın  əski  və  yeni  ədəbiyyatından  ətraflı  olaraq  bəhs 
etməyə  imkan  bulacaqlar.  Biz də onların qələmindən çıxan  bir 
çox  yeni  naşənidə  nəşidələr,  bakir  və  parlaq  mövzular  və 
sənətkaranə şeirlər oxumaqla zövqiyab olacaq və sırası gəldikcə 
arabir  fürsətdən  istifadə  edərək  bir  qaç  sətir  qaralamaq 
cəsarətində bulunacağız». 
Curnal tezliklə türkdilli xalqlar arasında da geniş yayıldı, 
xarici ölkələrdə curnala abunə yazılmağa başlandı. Ermənistan, 
Gürcüstan,  Krım,  Tatarıstanda,  Türkmənistanda,  Özbəkistanda 
çıxan  curnallar  öz  səhifələrində  bu  curnalın  nömrələrinə 
xülasələr  və  biblioqrafik  məlumat  verirdi.  Simferopolda  «Oxu 
işləri»,  Özbəkistanda  «Maarif  və  oxutucu»,  Tatarıstanda 
«Maarif»,  Tiflisdə  «Dan  yıldızı»,  «Qızıl  şəfəq»,  Mahaçqalada 
                                                    Gülxani Pənah, Salatın Əhmədli
                                                                            
 
 
446 
«Maarif  yolu»,  «İstanbulda»,  «Aydınlıq»,  «Türkiyədə»  və 
başqa məcmuələr Azərbaycanda çıxan «Maarif və mədəniyyət» 
curnalı  ilə  əlaqələr  saxlayırdı.  Curnal  1924-cü  ildə  avqust 
nömrəsindən  sonra  (8-ci  nömrə)  müvəqqəti  fəaliyyətini 
dayandırsa  da,  on  aydan  sonra  1925-ci  ilin  iyulunda  yenidən 
nəşrə başladı. Gənc curnalist Mikayıl Rəfili curnala məsul katib 
seçildi,  redaksiya  heyətində  Abdulla  Şaiq,  H.Çobanzadə, 
Əhməd  Pepinov  kimi  ziyalılar,  ədiblər  vardır.  Bu  curnalda 
Almaz  İldırımın,  Müniri,  Səməd  Mənsur,  Əhməd  Cavad, 
İsmayıl 
Hikmət, 
Cabbar 
Əfəndizadə 
kimi 
istedadlı, 
Azərbaycanın  müstəqil  və  azad  bir  dövlət  kimi  yanaşmasını 
arzulayan mübariz qələm sahiblərinin də yazıları dərc olunurdu.  
1928-ci  ilin  yanvar  ayından  curnal  «İnqilab  və  mədəniy-
yət»  adı  ilə,  Azərbaycan    proletar  Yazıçıları  Cəmiyyətinin 
orqanı  kimi  fəaliyyətə  başladı.  Curnalda  Cəlil  Məmməd-
quluzadə,  Ə.Haqverdiyev,  Süleyman  Sani  Axundov,  Abdulla 
Şaiq, Yusif Vəzir Çəmənzəminli, Cəfər Cabbarlı, Tağı Şahbazi 
kimi  tanınmış  qələm  sahibləri  ilə  yanaşı,  «Gənc  qələmlər» 
rubrikası  altında  yeni  gənc  ədəbi  nəslin  nümayəndələrinin  də 
əsərləri  dərc  edilirdi.  1924-cü  ildə  təşkil  edilmiş  ədəbi–bədii 
dərnəklərdə  fəaliyyət  göstərən  Süleyman  Rüstəm,  S.Vurğun, 
Mikayıl  Müşfiq,  Ə.Nazim,  M.Rəfili,  Ə.Fövzi,  Məmməd  Arif, 
Məmməd  Rahim,  Abdulla  Faruq,  Rəsul  Rza,  M.Rzaquluzadə, 
Nigar  Rəfibəyli,  Ə.Əbülhəsən,  Mirvarid  Dilbazi,  Mirzə 
İbrahimov, Mehdi Hüseyn və başqalarının əsərləri çap edilirdi. 
Curnalda dünya  xalqlarının  ədəbiyyatından Herodot,  Ho-
mer,  Sofokl,  Elxil,  Firdovsi,  Ömər  Xəyyam,  H.Heyne,  Viktor 
Hüqo,  A.S.Puşkin,  M.Y.Lermontov,  N.B.Qoqol,  L.H.Tolstoy, 
R.Rollan,  A.Barbüs  və  başqalarının  əsərlərindən  tərcümələr, 
onların  həyat  və  yaradıcılığı  haqqında  məlumatlar  da  verilirdi 
ki, bu da curnalın keyfiyyətini xüsusilə artırırdı. 


 
Sənət, sənətkar və zaman
 
 
 
447 
Ədəbi tənqidlər, ədəbiyyatşünaslıqla bağlı verilən yazılar, 
onların  ədəbi  əsərlər  haqqında  maraqlı  fikirləri  curnalda  öz 
əksini  tapırdı.  P.Axundov,  M.Cəlal,  H.Zeynalov,  Əli  Nazim, 
Məmmədkazım  Ələkbərli,  Əmin  Abid,  Mikayıl  Rəfili, 
M.Hüseyn,  Məmməd  Arif,  Əziz  Şərif,  Mikayıl  Rzaquluzadə, 
Hidayət  Əfəndiyev  və  s.  yazdığı  dəyərli  tədqiqat  əsərləri, 
N.Nərimanovun, 
Ə.Qarayevin, 
D.Bünyadzadənin, 
S.M.Əfəndiyevin,  N.Sultanovun  və  digər  görkəmli  ziyalıların 
ilk publisist yazıları da curnalın səhifələrində dərc olunurdu. 
1936-cı  ilin  iyun  ayından  curnalın  adı  dəyişdirilərək 
«Revalyusiya və kultura» adı ilə çıxmağa başladı ki, bu da rus-
laşdırma siyasətindən,  Rusiyanın  hegemonluq niyyətindən  irəli 
gəlirdi.  Curnalın  nəşrində  geriləmələr,  səhifələrində  yaradıcı 
ziyalılar  ilə  yanaşı  həkimlərin,  müəllimlərin  də  məqalələrinin 
dərci  ola  bilsin  ki,  Azərbaycan    ədəbiyyatındakı  yüksək 
irəliləmələrə qısqanc münasibətdən doğurdu. 
Böyük  Vətən  müharibəsi  dövründə  bütün    qüvvələrimiz 
faşizmə  qarşı  mübarizəyə  cəlb  edilir.  Ədəbi  mühitdə  də  bu 
vəziyyət  özünü  bariz  şəkildə  göstərir.  Müsəlləh  əsgər  ideyası 
ilə «silahlanmış» şair və yazıçılarımız həm qələmi ilə,  həm də 
süngü  ilə  faşizmə  qarşı  mübarizəyə  qalxdı.  Həmin  illərdə 
«Vətən 
uğrunda» 
adıyla 
çıxmağa 
başlayan 
curnalın 
səhifələrində  S.Vurğun,  Rəsul  Rza,  Süleyman  Rüstəm.  M.Ra-
him  və  demək  olar  ki,  bütün  istedadlı  qələm  sahiblərinin 
yazdıqları şeirləri curnalın səhifələrində dərc olunurdu.  Həmin 
illərdə curnalı Məmməd Arif redaktə edirdi. Müharibədən sonra 
1946-cı ilin iyun ayından 1952-ci ilin dekabrına qədər curnalın 
adı «İnqilab və mədəniyyət» adı ilə nəşr olunsa da, 1953-cü ilin 
yanvarından dəyişilərək «Azərbaycan» adı ilə nəşrə başlayır.  
«Azərbaycan» curnalının ardıcıl fəaliyyəti nəticəsində şair 
və  yazıçılarımız,  eləcə də ədəbiyyata  yeni gəlməkdə olan gənc 
                                                    Gülxani Pənah, Salatın Əhmədli
                                                                            
 
 
448 
nəsil  üçün  «Azərbaycan»  curnalı  bir  ədəbi  məktəb  olmuşdur. 
1923-cü  ildən  «Maarif  və  mədəniyyət»  adı  ilə  nəşrə  başlayan, 
«Azərbaycan  ədəbiyyatı  ilə  birlikdə  boy    atıb  böyümüş 
sosializm 
quruculuğunun 
bütün 
mərhələlərindən 
müvəffəqiyyətlə  keçərək    indi  oxucu  kütləsinə    malik  həcmcə 
böyük, sanballı «Azərbaycan» curnalına çevrilmişdir». 
«Azərbaycan»  curnalının  baş  redaktoru  İntiqam  Qasım-
zadə  «Azərbaycan-80  biblioqrafik  göstərici»  (1923-2003) 
kitabında  yazır:  «Ötən  illər  ərzində  əvvəlcə  «Maarif  və 
mədəniyyət», sonra «İnqilab və mədəniyyət», «Revolyusiya və 
kultura»,  «Vətən  uğrunda»  və  nəhayət  «Azərbaycan»    adı 
altında  çıxan  bu  curnalın  900-dən  artıq  sayı  nəşr  olunmuşdur. 
Və  ölkəmizdə  yaradılmış    minlərlə  ədəbi-bədii  nümunələr; 
roman, povest və hekayələr, poema və şeirlər ədəbiyyatşünaslıq 
əsərləri,  tənqidi  məqalələr,  dünya  ədəbiyyatından  tərcümələr, 
folklor nümunələri,  publisist  yazılar  və daha  nələr,  nələr  məhz 
burada  dərc  edilmişdir.  Odur  ki,  «Azərbaycan»  curnalı 
ədəbiyyatımızın  güzgüsüdür  desək  yanılmarıq.  Söz  sənəti  ilə 
məşğul  olan  qələm  sahiblərinin  neçə-neçə  nəslinin    axtarışları 
da,  uğurları  da,  büdrəmələri    də  bu  güzgüdə  əksini  tapmışdır. 
Bu mənada «Azərbaycan» curnalının nüsxələri ədəbiyyatımızın 
tarixini  öyrənən  hər  bir  kəs  üçün-istər  tədqiqatçı-  alim,  istərsə 
də  adi  bir  oxucu  üçün    əvəzsiz  bir  mənbə,  zəngin  bir 
xəzinədir».   
Curnal  istər  sovet  dövründə,  istərsə  də  bu  gün  ən  «qo-
caman»  mətbu  orqanı  kimi  fəaliyyət  göstərməkdədir.  Müxtəlif 
adlar altında  uzun bir zaman fəaliyyət göstərən curnal həm şair 
və  yazıçılarımızın,  həm  böyük  ziyalı  nəslinin,  böyük  bir  gənc 
nəslin    sevimli  mətbu  orqanı  olduğu  kimi  kommunist-sosialist 
ideoloqlarının    ideologiyasını  ifadə  edən    bir  orqan  kimi  də 
fəaliyyət  göstərmiş  olsa  da,  zamanın  sınaqlarından  çıxmış, 


Yüklə 3,82 Mb.

Dostları ilə paylaş:
1   ...   108   109   110   111   112   113   114   115   ...   147




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə