Gülxani pənah salatin əHMƏdli səNƏT, SƏNƏtkar



Yüklə 3,82 Mb.
Pdf görüntüsü
səhifə110/147
tarix01.07.2018
ölçüsü3,82 Mb.
#52706
1   ...   106   107   108   109   110   111   112   113   ...   147

 
Sənət, sənətkar və zaman
 
 
 
437 
Danışıram Odlar dilində- 
-  misralarında  Azərbaycan  dili  mənasında  onun  ikinci  adını 
poetikaya  gətirir.  Azərbaycan  dili-Odlar  dilinə,  onun  oynaq, 
şeiriyyət dilinə məftunluğunu ifadə edir.  
Bu misraları artırmaq olar. Hər şair, hər yazıçı, hər sənət-
kar  dilin  müsəlləh  əsgəri  olub,  onu  qoruyub,  onu  üfürə-üfürə 
içib.  Sabir  Rüstəmxanlı  şeir  dilinin  kamilliyini  müəyyən  edən 
bir  cəhəti  qeyd  edir  ki,  «Əsl  şairin  poetik  əsərləri  dil 
baxımından  elə  bir  səviyyədə  olmalıdır  ki,  onların  dəfələrlə 
yazılıb-pozulduğu, söz üzərində əməliyyat hiss olunmasın,  şeir 
canlı bir varlıq kimi bütöv və göründüyü kimi monolit təsəvvür 
edilməlidir».  Sözə  məsuliyyətlə  yanaşan  sənətkarlarımız sözün 
bədii  qüdrətini,  dilimizin  bədii  söz  imkanlarını  həmişə 
yaratdıqları əsərlərdə yaşatmağa çalışıblar. 
Nasirlərimizin,  dramaturqlarımızın  əsərlərinin  dili,  təsvir 
dilinin  canlılığı,  ifadəliliyi,  oxucu  zövqünə  uyğun,  təmine-
dicidir. 
Anar,  Elçin  və  digər  nasirlərimiz  bu  gün  də  dil  məsələ-
sində məsuliyyətlidirlər. 
Anarın  "Ağ  qoç,  qara  qoç"  əsəri  vaxtında,  zamanında 
yazılmış  əsərdir.  Bu  əsəri  ilə  o,  bir  zamanlar  Azərbaycanın 
müstəqilliyi,  dilinin  saflığı  uğrunda  mübarizə  aparan  fədakar 
Cəlil  Məmmədquluzadəni  xatırladır.  Anarın  əsərində  Mirzə 
Cəlil  ruhu  duyulur.  Onun  "Anamın  kitabı"  əsərini,  "Azər-
baycan"  məqaləsini  göz  önünə  gətirək.  Azərbaycanın  müs-
təqilliyi  və  dilinin  saflığı  məsələsini  XX  əsrin  əvvəllərində 
Mirzə Cəlil necə qoymuşdursa, XX1 əsrin əvvəllərində də Anar 
bu məsələni beləcə qarşıya qoyur. Son onilliklərdə Azərbaycan 
öz  müstəqilliyini  yenidən  bərpa  etdi,  dilimiz  dövlət  dili  elan 
edildi,  latın  əlifbasına  qayıtdıq.  Dövlət  dil  sahəsində  xeyli 
yeniliklər  etdi.  Lakin  Azərbaycan  vətəndaşı  öz  dilindən  sosial 
                                                    Gülxani Pənah, Salatın Əhmədli
                                                                            
 
 
438 
şəraitini  yaxşılaşdırmaq  üçün  istədiyi  kimi  yararlana  bilmir. 
Azərbaycanın 
iqtisadiyyatına 
xarici 
dövlətlərin 
kapital 
gətirməsi,  yeni  iş  yerlərinin açması,  açılan  iş  yerlərində  ingilis 
dilini  bilməyən  qabiliyyətli  mütəxəssislərin  işlə  təmin  oluna 
bilməməsi  və  nəhayət,  yenidən  bir  əcnəbi  dilinin  oduna 
atılmağımız  hər  bir  ziyalını  düşündürməlidir.  Azərbaycan 
sahibkarlarına 
son 
illərdə 
yaradılmış 
imkanlar 
genişləndirilməlidir.  Əgər  Azərbaycan  öz  iqtisadiyyatını  müs-
təqil  şəkildə  inkişaf  etdirib,  öz  sahibkarlıq  qabiliyyətini 
yüksəklərə  qaldıra  bilməsə,  onun  dilini  Bakı  Sitisindəki  dil 
faciəsi,  mənəvi-əxlaqi  böhran  gözləyir.  Anarın  "Ağ  qoç,  qara 
qoç" əsərində qoyduğu problemlərdən biri də budur: 
Bura -mer, Bura -mer 
Vuraya səs ver, səs ver. 
Görmüsünüzmü triller. 
Varmı burda killer? 
Lazım deyildir bizə 
Marazmatik plebeylər, 
Xarizmatik pleyboylar 
Biz gəlmişik buraya 
Səs verməyə Buraya. 
Məlik  ayağa  durdu.  Bəsiydi,  bundan  artığına  dözməyə 
taqəti qalmamışdı. Yaşılbaş məxluq: 
-Hara father, hələ Bura özü çıxacaq. 
Məlik masaların arasıyla çıxışa tərəf getdi. Yerlərdən ona 
söz atırdılar: 
-Father hara? Hələ strip-tiz olacaq, lap sənin malındır. 
 Məlik  bir  təhər  salondan  çıxdı…az  qala  qaça-qaça  bu 
küçədən  uzaqlaşdı.  Bir  neçə  küçə  ötdü,  deyəsən  azmışdı.  Heç 
kəs də yoxdu ki, xəbər ala." 


 
Sənət, sənətkar və zaman
 
 
 
439 
Burada  Cəlil  Məmmədquluzadənin  "Ay  yazıq  Vətən!"  " 
Ax,  gözəl  Azərbaycan  vətənim!  Harada  qalmısan!"  "Bəs  sən 
hardasan, ay biçarə Vətən! Gəlin, gəlin mənə bir yol göstərin!" 
deyə dərd içində iniltilərini eşidirik.  
Hər  bir  xalqın  ədəbi  dilinin  yaranmasında,  inkişafında 
formalaşmasında  bədii  ədəbiyyatı  yaradan  yazıçılar  böyük  rol 
oynayır.  Azərbaycan  ədəbi  dil  tarixində  bədii  ədəbiyyat  və 
onun  dili  bu  ədəbiyyatı  yaradanların  dəsti-xətti  həmişə  aparıcı 
yer tutmuşdur.  Dilimiz çox  mürəkkəb  və çətin  yollardan keçib 
gəlib,  bu  ümumxalq  sərvəti  qorumaq,  saxlamaq,  inkişaf 
etdirmək  ağırlığı  ədəbi  nəslin  üzərinə  düşür.  «Ədəbiyyatın  ilk 
ünsürü  dildir;  dil  ədəbiyyatın  silahı  və  faktlarla,  həyat 
hadisələri ilə birlikdə onun materialıdır» (M.Qorki).  
Dil  ədəbi  prosesdə  yazıçının  mövqeyini,  xalqımızın  
mədəni inkişafında rolunu,  yerini müəyyənləşdirən amillərdən-
dir.  Məsələn,  Vaqif    yaradıcılığı  başdan-başa  hamı  üçün  başa 
düşülən    xalq  üslubunda  yazıldığından  bizim  üçün  çox 
qiymətlidir.  Xalq  dilinin  zənginliyi,  rəngarəngliyi  «cilalanmış 
şəkildə» bədii dildə öz əksini tapır. «Bədii dil ədəbi dilin mən-
zərəsini  əks  etdirir.  Yazıçı  dilin  potensial  imkanlarını  üzə 
çıxarır, onu inkişaf etdirir. 
1930-cu  illərdən  sonra  mətbu  orqanların  sayının  artması, 
ədib  və  şairlərin  böyük  tiraclarla  əsərlərinin  nəşri    ədəbi  dilin 
inkişafında  yazıçının  rolunu  artırır.  Azərbaycan  Yazıçılarının 
VII  qurultayında    məruzə  və  çıxışların  demək  olar  ki, 
hamısında  dil  problemləri  ön  plana  çəkilir.  Azərbaycan 
Yazıçılar İttifaqı bu məsələylə bağlı  ayrıca plenum çağırmışdır. 
Bu  plenumda  (1984.  may)  poeziya,  nəsr,  ədəbi  tənqid  və 
ədəbiyyatşünaslıq  əsərlərinin  dili  haqqında  dörd  məruzə 
dinlənilmiş,  bu  məruzələrin  «mətnləri    «Şeirimizin  dili» 
(S.Rüstəmxanlı),  «Dramaturgiya  dili»  (İ.Rəhimli),  «Dilin 
                                                    Gülxani Pənah, Salatın Əhmədli
                                                                            
 
 
440 
həqiqəti  və  həqiqətin  dili»  (N.Cabbarov),  «Tənqidçi  təfəkkürü 
və  tənqidin  dili»  (Y.Qarayev)    adları  ilə  «Ədəbiyyat  və 
incəsənət»  qəzetinin  1984  -cü  il  15,  29  iyun  və  13  iyul  tarixli 
nömrələrində  çap  olunmuşdur.  Bu  məruzələrdə  ədəbi-bədii 
dilimizin  ümumi  fonunda  son  dövr  ədəbi  əsərlərinin,  eləcə  də 
tənqidi  əsərlərin,  ədəbiyyatşünaslıq  əsərlərinin  dil  və  üslub 
xüsusiyyətləri  haqqında  ətraflı  söhbət  açıldı,  uğurlu  cəhətlər 
qeyd  edildiyi  kimi,  səhvlər,  dilin  inkişafına  mənfi    təsir 
göstərən  cəhətlər  də  ciddi  tənqid  edildi.  Məruzələr  ətrafındakı 
çıxışlarda da əhəmiyyətli fikirlər söylənildi. 
Hələ  20-30-cu  illərdə  yeni  dövrün  ədəbi  dilini  yaratmaq 
kimi çox böyük bir vəzifə qarşıya qoyulmuşdu. Azərbaycan dili 
ərəb  və  fars  dillərinin  əsrlərdən  bəri    hakim  kəsilmiş 
məngəsindən  xilas  edildi,  zəngin,  saf  dilimiz-  xalq  dilimiz 
əsasında  ədəbi  dilimizin  möhkəm  əsasları  yarandı.  40-50-ci 
illərdə  daha  da  inkişaf  etdirildi,  dövrün  tələbləri  səviyyəsinə 
qaldırıldı.  1960-80-ci  illərdə  möhkəm  milli  əsaslar  üzərində 
inkişafı davam etdirildiyindən daha zəngin, gözəl, mənalı oldu. 
Yazıçılarımız,  tənqidçilərimiz,  güclü  xəlqiliyi,  bədiiliyi,  xalq 
ədəbiyyatı  dilindən  qaynaqlanma  halları  dəstəkləyir.  İ.Şıxlı 
ədəbi dilin taleyində yazıçının rolunu çox həssaslıqla müəyyən 
edən 
müasir 
ədəbi 
prosesi 
dil 
baxımından 
düzgün 
qiymətləndirən  yazıçıdır.  O  yazır:  «Sözün  həqiqi  mənasında 
yazıçı olanlar ədəbi dilin təzələnməsi, zənginləşməsi prosesində 
ehtiyatla  iştirak  edirlər...  Son  onilliklərdə,  xüsusilə  bəzi  gənc 
qələm sahibləri arasında Azərbaycan ədəbi dilini təzədən təftiş 
etmək,  təzə  ədəbi  dil  yaratmaq  təşəbbüslərinə  də  rast  gəlirik. 
Belələrinin  bir  qismi,  çox  təəssüf  ki,  bu  indi  də  davam  edir, 
ədəbi dili məhəlli sözlərlə zibilləyir, dilin sadəliyi, xəlqiliyi adı 
altında  bəsitliyə  gedib  çıxır,  anadan  olduğu  kəndin  danışıq 
tərzini,  «leksik  zənginliyini»  bədii  dilə  gətirmək  istəyirlər.  Bir 


Yüklə 3,82 Mb.

Dostları ilə paylaş:
1   ...   106   107   108   109   110   111   112   113   ...   147




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə