Gülxani pənah salatin əHMƏdli səNƏT, SƏNƏtkar



Yüklə 3,82 Mb.
Pdf görüntüsü
səhifə108/147
tarix01.07.2018
ölçüsü3,82 Mb.
#52706
1   ...   104   105   106   107   108   109   110   111   ...   147

 
Sənət, sənətkar və zaman
 
 
 
429 
da  müəllifi  Qulamrza  müəllim  Dünya  Azərbaycanlıları 
Konqresinin  İsveçin  Malmo  şəhərində  keçirilən  Beşinci 
qurultayının  iştirakçısı  olub,  həmin  ildə  (2001)    Dünya 
Azərbaycanlılarının  Bakıda  keçirilən  qurultayında  məruzə 
etmiş,  Dünya  Azərbaycanlıları  Əlaqələndirmə  Şurasının  sədr 
müavini seçilmişdir. Krım, Balkar, Avrasiya Türk ədəbiyyatları  
Qurumunun Türk dilinə xidmət ödülünə layiq görülüb». 
Türkoloq,  publisist  Cavad  Heyət  böyük  bir  həyat  yolu 
keçib. Təbrizdə doğulub, Tehran universitetinin tibb fakültəsini 
bitirib.  Tələbəlik  illərindən  tarix  və  ədəbiyyata  da  maraq 
göstərib.  Tibb  sahəsində  böyük  uğurları  ilə  yanaşı,  tarix, 
ədəbiyyat,  mədəniyyət  sahəsində  də  böyük  elmi  araşdırmalar 
müəllifi  kimi,  tədqiqatçı  alim  kimi  tanınır.  «Azərbaycan 
ədəbiyyat  tarixinə  bir  baxış»  (1980),  «Azərbaycan  şifahi  xalq 
ədəbiyyatı»  (1988),  «Türklərin  tarix  və  mədəniyyətinə  bir 
baxış»  (1993),  «Türk  dili  və  ləhcələrinin  tarixinə  bir  baxış» 
(1987), 
«İki 
dilin 
müqayisəsi» 
və 
s. 
kitabları 
ilə 
ədəbiyyatşünaslıq,  dilşünaslıq,  folklorşünaslıq  elminə  də 
dəyərli  töhfələrini  verən  Cavad  Heyət  ədəbiyyatımızın 
dostudur.  
Nasir,  şair,  publisist  Aqşin  Ağkəmərlini  tanıyırıq.    İlk 
şeirləri,  hekayələri  məcmuəsi  olan  «Dənizdən  bir  damla», 
«Söyüd  ağacı»,  «Kibritçi  qız»  və  s.  şeir  kitabların  müəllifidir. 
M.Müşfiqin «Şəngül-məngül», N.Həsənzadənin «Söyüd ağacı» 
kitablarını  Tehranda  ərəb  əlifbası  ilə  çap  etdirmişdir. 
«Kimmerlərin 
tarixi» 
elmi 
monoqrafiyası, 
«Cənubi 
Azərbaycandakı  yer  adları»  kitabları  kütləvi  tiracla  buraxılıb. 
1993-cü  ildən  «Murov  dağı»  aylıq  ədəbi-tarixi  curnalının 
təsisçisi və baş redaktorudur» . 
Məhəmməd Biriya, Məhəmmədəli Məhmid,  Məhi, Məm-
mədəli  Müsəddiq,  Məmməd  Dadaşzadə,  Behruz  Həqqi, 
                                                    Gülxani Pənah, Salatın Əhmədli
                                                                            
 
 
430 
Bəxtiyar  Ərşadi,  Əbdülhüseyn  Lalə,  Əbülfəz  Hüseyni,  Əli 
Cavadpur,  İrəc  Mirzə,  Məleykə  Turel  və  b.  Cənubi  Azərbay-
canın  istedadlı  qələm  sahibləridir.  Bu  siyahını  xeyli  artırmaq 
olar.  Onların  çoxu  AYB-nin  üzvüdürlər.  Bu  gün  də  AYB-nin 
Cənub Azərbaycan bölməsi fəaliyyət göstərir. O tayda yaşayan 
Azərbaycan 
ədibləri, 
şairiləri, 
alimləri 
ilə 
əlaqələr 
genişləndirilir.  İstedadlı,  gənc  şair  Sayman  Aruz  Cənubi 
Azərbaycan bölməsinin rəhbəridir, bu işdə fəaliyyəti böyükdür.  
Azərbaycan  dili  çox  qədim  dildir.  XI  əsrin  məşhur  azər-
baycanlı  alimi,  şairi  Xətib  Təbrizi  (1030-1108)  ərəb  filosofu 
Əbül-üla Məərri ilə görüşündə deyir: «Bir gün məsciddə Əbül-
üla  Məərri  ilə  oturmuşdum.  İki  il  qədər  vardı  ki,  vətəndən  və 
dostlardan xəbərim yox idi. Bu zaman təbrizli qonşularımızdan 
biri məscidə daxil oldu.. Söhbətdən sonra Əbül-üla soruşdu ki, 
siz  hansı  dildə  danışırdınız?  Dedim:  «Azərbaycan  dilində». 
Dedi  ki,  sizin  dili  anlamıram,  amma  nə  ki,  danışmışsınız 
xatirimdədir».  O,  danışdıqlarımızın  hamısını  hərfi-hərfinə 
təkrar  etdi.  Mən  onun  bu  hafizəsinə  təəccüb  etdim».  Burada 
Əbül-ülanın hafizəsindən çox diqqəti çəkən doqquz yüz il əvvəl 
dilimizin  varlığı,  bu  dilin  qədimliyi,  bu  dildən  danışan 
xalqımızın varlığı, bu dilin mükəmməl bir dil oduğu faktıdır. 
Müəyyən  tarixi  səbəblərə  görə  Azərbaycan  uzun  zaman 
dövlət dili olmamış, elmdə, ədəbiyyatda fars dili üstünlük təşkil 
etmiş,  məcbur  olmuş  sənətkarlarımız  XII-XIII  əsrlərədək  öz 
əsərlərini  fars  dilində  yazdığından  çoxu  dünyada  İran 
ədəbiyyatı nümayəndələri kimi qələmə verilmişdir.  Lakin ərəb 
və  fars dilləri Nizami  və Xaqani kimi klassikləri onları yetirən 
Azərbaycan xalqından ayıra bilmədiyi kimi, «Azərbaycan dilini 
də xalq kütlələrinin ürəyindən qopara bilməmişdir». Bizə gəlib 
çatan  XIII  əsr  Azərbaycan  şairi  Həsənoğlunun  azərbaycanca 
yazılmış  oynaq  və  şux  qəzəli  bir  daha  sübut  edir  ki,  bu  dil  on 


 
Sənət, sənətkar və zaman
 
 
 
431 
illərdə deyil,  min  illərdə  formalaşmış, «münbit zəminəsi,  dərin 
kökü»  olan  dildir  və  fars  və  ərəb  dilləri  ilə  bərabər  yaşamış, 
xalq  yaratdığı  bayatılarını,  lirik  nəğmələrini,  mahnılarını, 
zəngin  zərb-məsəllərini,  atalar  sözünü,  tapmacalarını,  zəngin 
nağıl  və  dastanlarını  bu  dildə  yaratmış,  yazılı  dilimizi  də 
yaşatmışdır.    Nizami  «Xəmsə»ni  farsca  yaratsa  da,  onun 
poemalarında işlətdiyi doğma Azərbaycan dilinə məxsus sözlər 
Azərbaycan  dilindən  yazılı  ədəbiyyata  keçən  sözlərdir.  «Bu 
sözlər Firdovsidə yoxdur, bu sözlər azərbaycanlı Nizaminin öz 
ana  dilindən  gələn  sözlər  və  ifadələrdir».  Azərbaycan  xalqının 
fikir və arzuları mənəvi zənginliyi məhz dilimizin o zəngin ifa-
dələri ilə ifadə olunub. Məşhur İran şairi filosofu, səyyah Nasir 
Xosrov  (1004-1088)  Azərbaycan  şair  Qətran  Təbrizi  (1010-
1080) haqqında deyir: «Qətran çox gözəl şeirlər yazırdı, ancaq 
fars dilini yaxşı bilmirdi» fikrini H.Araslı «haqlı» sayır: «Çünki 
Qətran  və  onun  yolunu  davam  etdirən,  Yaxın  Şərqdə  xüsusi 
məktəb  halını  alan  Gəncə  və  Şirvan  şairləri  öz  milli 
xüsusiyyətlərini  şeirlərində  canlandırdıqları  zaman  onların 
bədii ifadə tərzləri klassik İran şeirindən fərqlənirdi». 
Yeni  eranın  başlanğıcından  VII  əsrə  qədər  Azərbaycan 
mədəniyyəti müxtəlif inkişaf prosesi keçirmişdir. 
Azərbaycan  yazıçılarının  ən  böyük  xidmətlərindən  biri 
onların  Azərbaycan  ədəbi-bədii  dilinin  inkişafı,  cilalanması, 
yeni  dövrün  dilinə  çevrilməsi  sahəsində  görülən  işlərdəki 
böyük  roludur.  Hər  xalqın  öz  ədəbi  dili  onun  inkişafının  hərə-
kətverici  qüvvələrindən  biridir.  Maddi  və  mənəvi  tərəqqisinin 
mübarizə silahıdır, «geniş kütlələrin tərbiyə  vasitəsidir,  kütləni 
qabaqcıl  elmi  və  mədəni  nailiyyətlərə  qoşan  birgə  yaradıcılıq, 
kollektiv  fəaliyyət  işinin  alətidir».  Dilimizin  inkişafında  söz 
ustadlarının da rolu böyükdür. 
                                                    Gülxani Pənah, Salatın Əhmədli
                                                                            
 
 
432 
Milli  dilin  saflığı  uğrunda  mübarizələrimiz  keçən  XIX 
əsr-XX əsr dövründə xüsusilə ziyalılarımızın qarşısına qoyduğu 
vəzifələr  olub.  Keçən  əsrlərdə  ərəb-fars  mənbəyinə,  türk-
osmanlı  və  rus-Avropa  dillərinə  meyilli  ziyalılarımızın  ədəbi 
dilimizin 
saflığını 
korlayanların 
Mirzə 
Cəlil 
(«Bizim 
obrazovannılar», «Papaslar», «Pəkeyi» felyetonlarını, «Anamın 
kitabı» pyesini yada salaq), Ü. Hacıbəyov, F.Köçərli tərəfindən 
yetərincə  təhlil  və  tənqidi  bizə  məlumdur.  «Molla  Nəsrəddin» 
curnalının  1906-cı  il  38-ci  nömrəsində  belə  bir  şəkil  təsvir 
olunur: Üç nəfər birini yıxıb, hərəsi ağzına bir dil uzadır-birinin 
üstündə  fars  dili,  ikincisində  rus  dili,  üçüncüsündə  ərəb  dili, 
yıxılanın  ayağının  altına  isə  «Azərbaycan  türkü»  sözü  yazılıb. 
Bütöv şəklin altında bu sözlər var: «Ay qardaşlar, mən ki dilsiz 
xəlq  olunmamışam,  bu  dilləri  ağzıma  soxursuz»..  Lüzumsuz, 
alınma  sözlərlə  ana  dilini  korlayan,  zibilləyən  əcnəbi  dil 
faktlarını yerli-yersiz dilimizdə işlətmək dilimizə qarşı bir ögey 
münasibət  olduğunu  XX  əsr  Azərbaycan  ədəbiyyatının 
korifeyləri  dərindən  anlamış,  daima  dilimizin  incəliklərini 
qoruyub  saxlamağa,  zəngin  xalq  dilinin  imkanlarından 
yaralanmaqla gözəl əsərlər yaratmağa çalışmışlar. Dilçilərimiz, 
tənqidçilərimiz həmişə dilin gözəlliyi, saflığı uğrunda mübarizə 
aparmışdır. Bunun məsuliyyətini yaxşı duyan, ana dili varlığını 
çuğlayan, ana dilli  əsərlərin uzunömürlüyü faktdır. N.Nərima-
nov  deyirdi:  «Ana  dili!  Nə  qədər  rəfiq,  nə  qədər  ali  hissiyati-
qəlbiyyə  oyandıran  kəlmə!  Nə  qədər  möhtərəm,  müqəddəs,  nə 
qədər  əzəmli  bir  qüvvə!  Ana  dili!    Bir  dil  ki,  mehriban  bir 
vücud öz məhəbbətini, şəfqəti-madəranəsini sənə o dildə bəyan 
edibdir. Bir dil ki, sən dəxi beşikdə ikən bir lay-lay şəklində öz 
ahəng  və  lətafətini  sənə  eşitdirib,  ruhun  ən  dərin  guşələrində 
nəqş bağlayıbdır. Bir dil ki,  həyat və kainat haqqında ilk əvvəl 


Yüklə 3,82 Mb.

Dostları ilə paylaş:
1   ...   104   105   106   107   108   109   110   111   ...   147




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə