Gülxani pənah salatin əHMƏdli səNƏT, SƏNƏtkar



Yüklə 3,82 Mb.
Pdf görüntüsü
səhifə120/147
tarix01.07.2018
ölçüsü3,82 Mb.
#52706
1   ...   116   117   118   119   120   121   122   123   ...   147

 
Sənət, sənətkar və zaman
 
 
 
477 
yazmışdır». 1965-ci ildə  Ulan-Bator nəşriyyatı onun «Seçilmiş 
əsərləri»ni  (1  cildlik)  çap  etdirir.    Bolqar  oxucuları  arasında 
böyük  şöhrət  qazanan  R.Rzanın  altmışdan  çox  əsəri  bolqar 
dilinə  tərcümə  olunub.  Onun  yaradıcılığını  xaricdə  sevdirən 
beynəlxalq  imperializmi  qəzəblə  ifşa  və  tənqid  etməsi,  dövrün 
mühüm  hadisələrinə  şair  kimi  diqqətli  olması,  imperializmin 
yeni-yeni  fitnələrini  ifşa  etməsi  də  təsirini  göstərmişdir. 
Hindistanda, Pakistanda R.Rzanın yaradıcılığı tanınırdı. İraqda, 
Kanada  da,  tanınır.  Kanadada  nəşr  olunan  «Bizim  Şimal 
qonşumuz»  ədəbi  curnalının  baş  redaktoru  Lizon  Karter 
R.Rzanın    şeirlərinin  qərb  qitəsində  yayıldığını  bildirir: 
«Kanadada  poeziya  ilə  az  maraqlanırlar  və  şeir  kitabları  çox 
nadir  hallarda  təkrar  nəşr  olunur.  Lakin  Rəsul  Rzanın 
şeirlərində o qədər  yüksək humanizm  var ki,  Kanada və  ABŞ-
da  onları  minlərlə  oxucu  alıb  oxuyur  və  aydan-aya  oxucuların 
sayı artır». 
Alim  və  tədqiqatçılar  bir  maraqlı  cəhəti  qeyd  edirlər  ki, 
«Qərb  yarımkürəsi  mətbuatı  Rəsul  Rza  şeirini  poeziyada  yeni 
bir  kəşf,  müasir  insanların  beynəlxalq  miqyasda  hiss  və 
duyğularını  sənətkarlıqla  ifadə  edən  qüvvətli  bədii-estetik  bir 
vasitə kimi qiymətləndirir» (N. Axundov). Çex şairi İrci Toufer 
yazır:  «Rəsul  Rza  Azərbaycan  poeziyasının  görkəmli 
simalarından  biridir.  O,  qədim  zamanlardan  bəri  ənənə  halını 
almış  şeir  formasından  fərqli  olaraq  Azərbaycan  poeziyasına 
yeni  şeir  forması  gətirmişdir.  O,  novator  şairdir.  R.Rza 
yaradıcılığının  xüsusi  cəhəti  dilinin  təbiiliyi,  rəngarəngliyi, 
müasir  lirikaya  xas  olan  incəlik  və  lakonikliyidir.  O,  fikir  və 
zəka  şairidir.  Dolğun  ideya  və  dərin  məzmun  onun  şeirlərinin 
əsasını təşkil edir». 
Qərbi  Berlinin  məşhur  ədəbiyyatşünası  Hans  Peter  Əh-
məd Şmideo Azərbaycan ədəbiyyatının xaricdə yayılması, nəşri 
                                                    Gülxani Pənah, Salatın Əhmədli
                                                                            
 
 
478 
sahəsində  xeyli  iş  görmüşdü.  O,  1969,  1972,  75-ci  illərdə 
Azərbaycanda  olmuş,  yaradıcı  şəxsiyyətlərlə  əlaqə  saxlamış, 
B.Vahabzadənin  əsərlərini  alman  oxucularına  tanış  etmişdi. 
Əhməd  Şmide  onun  «Açılan  sabahlara  salam»  adı  ilə  seçilmiş 
şeirlərini Ankarada (1977) nəşr etdirmişdir, Azərbaycan klassik 
şeir 
nümunələrini 
(Vaqif, 
Nəsimi) 
tərcümə 
edib. 
B.Vahabzadənin  yaradıcılığı  İraq,  İran,  Türkiyə  ədəbi 
ictimaiyyətinə  çox  tanışdır.  Yuqoslaviyanın  Sarayevo  (1976) 
şəhərində  keçirilən  beynəlxalq  poeziya  günlərində  Azərbaycan 
şairi  Hüseyn  Arif  təmsil  edirdi.  Yuqoslaviya  mətbuatı  onun 
«Düşüncələr»  şeirini  və  ədəbiyyatımız  haqqında  müsahibəsini 
dərc  etdirmişdir.  Azərbaycanın  Xarici  Ölkələrlə  Əlaqələr 
Cəmiyyətinin  sədri  Nəbi  Xəzri  dünyada  ədəbi  əsərləri  ilə 
tanınan  şairlərimizdəndir.  Onun  əsərləri  İtaliya,  İspaniya, 
monqol, İraq xalqlarının dillərinə tərcümə olunmuşdur. Keçmiş 
«İspaniya-SSRİ» cəmiyyətinin təşəbbüsü ilə Madriddə «Enoo» 
nəşriyyatı  N.Xəzrinin  lirik  şeirlər  kitabını  «Günəşli  yağış»  adı 
ilə  ispan  dilində  nəşr  etdirmişdir.  Bu  kitabda  şairin  həm 
Azərbaycan,  həm  də  Çexoslovakiya,  Yuqoslaviya,  Fransa, 
Yaponiyaya həsr olunmuş şeirləri var. 
Azərbaycan  poeziyasının  İraqda  təbliğində  Əbdüllətif 
Bəndəroğlunun,  Türkiyədə  Ərzurum  universitetinin  müəllimi 
Əli  Yavuz  Akpınarın  xidmətlərini  xüsusilə  qeyd  etməliyik. 
Sabirin 
«Hophopnamə»sini, 
N.Xəzrinin 
şeirlərini 
də 
Azərbaycan dilində sovet dövründə nəşr etdirmişdir. Ə.Kürçay-
lı  («İtaliya  dəftəri»),  Ramiz  Heydər  keçirilən  beynəlxalq  fes-
tivallarda  iştirak  etmişdir.  M.Rahimin  əsərləri  bolqar,  macar, 
polşa və başqa ölkələrinin mətbuatında dərc olunmuş, oxucular 
arasında  geniş  maraq  doğurduğu  bildirilir.  N.Həsənzadənin 
alman ədəbiyyatının  nümayəndəsi  Karl Otto ilə  yaxından tanış 
olduğu,  əlaqələr  saxlamış  olduğu,  əsərləri  çap  olunduğu 


 
Sənət, sənətkar və zaman
 
 
 
479 
məlumdur.  N.Həsənzadə  1975-ci  ilin  yayında  Yuqoslaviyanın 
Sarayevo  şəhərində  keçirilən  beynəlxalq  poeziya  günlərində 
iştirak  etmiş,  «Zadarska  Reviya»  (1976,  №    1,  2)  curnalında 
«Həyat» adlı şeiri dərc olunmuşdur. 
Doktor  Cavad  Heyətin  redaktorluğu  ilə  çıxan  «Varlıq» 
curnalı  Azərbaycan  ədəbiyyatından  nümunələr  verir.  Şimali 
Azərbaycan  ədəbiyyatının  ədib  və  şairlərinin  əsərlərini  dərc 
etdirir.  Curnalda  R.  Rza,  Əlibəyli,  Ə.Kürçaylı,  N.Xəzri, 
M.Araz,  N.Həsənzadə,  B.Azəroğlu,  C.Novruz,  Qabil,  A.Zey-
nallı,  F.Qoca,  T.Bayram,    İ.Kəbirli,  V.İbrahimin  və  başqa  şair 
və yazıçıların əsərlərindən nümunələr və haqqında biblioqrafik 
məlumat verilmişdir. 
Fransız  yazıçısı  Lui  Araqon  «Sovet  ədəbiyyatı»  (1955) 
kitabında  qədim  dövrdən  başlayaraq  onun  görkəmli  simaları 
haqqında təəssüratını yazır. 
Azərbaycan  poeziyası  kimi  onun  nəsr,  dram  əsərləri  də 
xarici  ölkə  xalqlarının  dillərinə  tərcümə  olunmuşdur.  Məşhur 
hind  yazıçısı  Çand  Krişan  «Molla  Nəsrəddin»  curnalının  öz 
tarixində beynəlxalq əhəmiyyətə malik olduğunu göstərir. 
«Portuqaliya-SSRİ»  cəmiyyəti  Azərbaycan  haqqında 
kitablar  seriyası  nəşr  etdirir.  Həmin  kitabda  «Azərbaycana 
səyahət»  oçerkini  respublikamızda  dostluq  səfərində  olmuş 
Seabra  Denis  yazmış,  burada  M.F.Axundov,  Ü.Hacıbəyov 
yaradıcılığı  haqqında  məlumat  verilir.  S.S.Axundovun,  N.Nə-
rimanovun,  Ə.Vəliyevin,  Ə.Əbülhəsənin,  G.Hüseynoğlunun  
əsərlərindən ayrı-ayrı parçaların tərcüməsini verir. 80-ci illərdə 
Avropada  Azərbaycan  ədəbiyyatına  dair  (1981,  Berlin)  «Nar 
dənələri.  Müasir  Azərbaycan  hekayələri»  qiymətli  kitabda 
Azərbaycan  nəsrinin  14  nümayəndəsinin  yaradıcılığından 
nümunələr  verilmişdir.  Ç.Hüseynovun  («Açarsız  qapılar»), 
Mirzə  İbrahimovun  («Məntiq  Həsənoviç»),  İ.Əfəndiyevin 
                                                    Gülxani Pənah, Salatın Əhmədli
                                                                            
 
 
480 
(«Yaylaq  qonşumuz»),  İsa  Hüseynovun  («Şəppəli»),  Həsən 
Seyidbəylinin  («Xidmət  lifti»),  G.Hüseynoğlunun  («Ata»,  «İki 
qapı»,  «İlk  qədəm»),  Elçinin  («On  ildən  sonra»),  Maqsud 
İbrahimbəyovun  («Bayquş  uçdu»),  Anarın  («Mən,  sən,  o  və 
telefon»),    Ramiz  Rövşənin  («Sirr»),  Sabir  Əhmədovun 
(«Axşam  gəzintisi»),  Ə.Əylislinin  «(«Nar  dənələri  haqqında 
nağıl»), İ.Məlikzadənin («Fantaziya») hekayələridir.  
Xaricdə  geniş  yayılan  povest  və  romanlar  «Abşeron», 
«Səhər»,  «Komissar»  (M.Hüseyn),  «Böyük  dayaq»,  «Gələcək 
gün»  (M.İbrahimov),  «Bir  gəncin  manifesti»  (Mir  Cəlal), 
«Məhəmməd,  Məmməd,  Məmiş»  (Ç.Hüseynov)dir.  M.Hü-
seynin «Abşeron» romanı Almaniyada, «Dənizdə buruq» adı ilə 
çap  olunmuş,  roman  haqqında  maraqlı  məqalələr  dərc 
edilmişdir.  Albaniyada da  bu roman geniş  yayılmışdır.  Fransız 
dilinə də tərcümə olunmuşdur. Azərbaycanın görkəmli yazıçısı 
M.Hüseyn sülh elçisi kimi Hindistanı, Varşavanı, Afrikanın bir 
sıra  ölkələrini  səyahət  etmişdi.  Yaradıcılığı  ilə  dünya 
xalqlarının da rəğbətini qazanmışdır. 
İ.Əfəndiyevin  «Söyüdlü  arx»  romanı  1962-ci  ildə  slovak 
dilində  Praqada  çapdan  çıxmışdır.  M.İbrahimovun  «Gələcək 
gün»  romanı  İran    imperializmini  ifşa  edən  bir  roman  kimi 
bolqar,  alman,  macar,  polyak,  rumın,  fars,  ərəb,  çin  və  başqa 
xalqların  dillərinə  tərcümə  olunub.  «Böyük  dayaq»  romanı 
1961-ci ildə Buxarestdə rumın dilində nəşr olunub. Mir Cəlalın 
«Hekayələr»  kitabı  rumın  dilinə,  «Bir  gəncin    manifesti» 
povesti çex və rumın xalqlarının dillərinə tərcümə edilərək nəşr 
edilmişdir. 
İmran Qasımovla Həsən Seyidbəyli «Uzaq ölkələrdə» po-
vestini  yazarkən  Avropanın  bir  sıra  ölkələrində  olmuş, 
mükəmməl  olaraq  yazdıqları  bu  əsəri  nəfis  şəkildə  bolqar 
dilində  nəşr  edilmişdir.  Əsər  Fransada,  İtaliyada  və  digər 


Yüklə 3,82 Mb.

Dostları ilə paylaş:
1   ...   116   117   118   119   120   121   122   123   ...   147




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə