Gülxani pənah salatin əHMƏdli səNƏT, SƏNƏtkar



Yüklə 3,82 Mb.
Pdf görüntüsü
səhifə102/147
tarix01.07.2018
ölçüsü3,82 Mb.
#52706
1   ...   98   99   100   101   102   103   104   105   ...   147

 
Sənət, sənətkar və zaman
 
 
 
405 
Əsədə  xas  qiymətləndirməsiz  təhlilin  nümunəsini  onun  bu 
kitabına toplanmış əsərlərində də görmək mümkündür».  
Əsəd  Cahangir  Kaşğarlı  «Divanı»nın  ən  ləyaqətli  araşdı-
rıcılarından  biridir,  yaxşı  tədqiqatçı  və  tənqidçidir.  Onun  «Ağ 
saç,  qara saç» əsəri də uğurlu əsərlərindən biridir.  Tənqidçinin 
Anar yaradıcılığına müraciəti təsadüfi deyil. Hər bir sənət əsəri 
sənətkarın uğuru deməkdir.  
Eyni zamanda bu uğur onu oxucusuna, xalqına, dövlətinə 
sevdirir.  Dünyada  məşhur  yazıçılar  çoxdur.  Anar  Əsədin 
özünün  dediyi  kimi  onun  üçün  «Yer  üzündə  Anardan,  eləcə 
də...  və  daha  neçə-neçə  Azərbaycan  nasirindən  doğma  yazıçı 
yoxdur.  Çünki  onlar  insana  məxsus  ümumbəşəri  duyğuları, 
düşüncələri  anamın  mənimlə  danışdığı  dildə,  mənə  tanış  və 
doğma  zaman-məkan  hüdudunda  təsvir  ediblər  və  indi  də  bu 
missiyanı  yerinə  yetirirlər.  Nəinki  tanış  ola  bildiyim  dünya 
ədəbiyyatı  nasirləri,  hətta  müasiri  olduğum  Azərbaycan 
yazıçıları  arasında  isə  dünyagörüşümün,  bədii  zövqümün 
formalaşmasına Anar qədər təsiri olan yazıçı çox az olub». 
Anarın  əsərləri  Ə.Cahangirin,  eləcə  də  yaşıdlarının  ara-
sında  əldən-ələ  gəzib.  Əsəd  onlardan  biri  olub.  Sənətinə  səcdə 
etdiyi  Dostoyevski,  Drayzerlə  yanaşı  Anarı  da  görüb.  Zaman 
keçdikcə,  illər  ötdükcə özünə  verdiyi  suallar  qarşısında  oturub 
onların  əsərlərində  «övqatını»  oxşayan  amilləri  axtarıb  və  o 
zaman çox asanlıqla «dəqiq ifadə edə bilməyəcəyəm» desə də, 
«bu ovqatın dadı yaddaşımda bir ağırlıq, bir sarsıntı kimi qalıb. 
Elə  bir  ağırlıq  ki,  onu  üstündən  illər  keçəndən  sonra  da 
çəkirsən, elə bir sarsıntı ki, ürəyə saldığı izlər ömrü boyu qalır. 
Bədii ədəbiyyat haqqında təsəvvürləri hələ tam formalaşmamış 
o  tələbənin  təsəvvüründə  «Cinayət  və  cəza»  və  «İdiot», 
«Amerika  faciəsi»  və  «Dahi»,  «Beşmərtəbəli  evin  altıncı 
mərtəbəsi»  və  «Əlaqə»ni  birləşdirən  də  yəqin  ki,  bu  imiş...» 
                                                    Gülxani Pənah, Salatın Əhmədli
                                                                            
 
 
406 
deyir və ona görə də çox səmimi bir etirafla onun əsərlərindən 
biri  «Ağ  qoç,  qara  qoç»  haqqında  düşüncələrini  «insanlarla 
bölüşmək» arzusunu etiraf edir. 
Anarın  «Ağ  qoç,  qara  qoç»  əsəri  Azərbaycan  nəsri  tari-
xində  sanballı,  xüsusi  çəkiyə  malik  bir  əsər  kimi  dəyərlən-
dirilmişdir.  Bu  əsər  mənim  də  bir  oxucu  kimi  diqqətimi  cəlb 
etmiş,  bir  neçə  il  əvvəl  «525-ci  qəzet»də  bu  əsər  haqqında 
düşüncələrimi oxucularla bölüşmüşəm. Vaqif Sultanlı da əsərin 
təhlilini  aparmış,  «Ağ  qoç,  qara  qoç»  əsərində  «son  illərdə 
siyasi-iqtisadi  böhranların  insanların ruhunda,  mənəviyyatında, 
zehnində yaratdığı yadlaşma, özgələşmə duyğusu»nun «yüksək 
sənətkarlıqla ifadəsini» tapmış olduğunu  söyləmiş və bu əsərdə 
C.Məmmədquluzadənin  «Anamın  kitabı»  faciəsinin  «ideya-
estetik  ruhunun  açıq  şəkildə  duyulduğu»,  Anarın  əsərdə 
«zəmanəmizin  doğurduğu  problemləri  bütün  çılpaqlığı  ilə  əks 
etdirə»  bildiyini,  romanda  böyük  problemlər  qoyulduğunu,  bu 
problemlərin həlli yolunun bədii ifadəsini tapdığını qeyd edir. 
Əsəd  Cahangirin  bu  əsər  haqqında  oricinal  düşüncələri 
diqqətdənqaçılmazdır.  Onun  dünya  ədəbi-bədii,  ictimai,  fəlsəfi 
fikir  tarixində  utopiya  və  antiutopiya  haqqında  mülahizələri 
maraqlıdır.  Müraciət  etdiyi  utopik  əsərlərin  müəllifləri 
T.Morun,  utopik  cəmiyyətin  təsvirini  verən  Platonun, 
İ.Florskinin dini-teokratik, V.Andredin burcua, A.Komenski və 
C.C.  Russonun  pedaqoci,  F.Bekonun  elmi-texniki,    anarxist 
utopiyalarına  münasibət  bildirilir  və  müəllif  bu  utopiyalar 
sırasında 
Anarın 
utopiyasını 
«milli 
utopiya» 
kimi 
səciyyələndirir və haqlı olaraq bildirir ki, «bu da bir millət kimi 
özünüdərk  mərhələsini  yaşayan,  müstəqilliyə  çıxan  Yeni 
Azərbaycan  vətəndaşının  arzu  və  ideallarına  tamamilə 
uyğundur». 


 
Sənət, sənətkar və zaman
 
 
 
407 
Tənqidçi  utopik  arzuların  reallığı  kimi  qəbul  etdiyi  XX 
əsr  sosialist  inqilabı  haqqında,  «yalançı  bərabərlik  və  qardaş-
lığı»  özünün  «kredosuna»  çevirən  proletar  inqilabının  bir  sıra 
elmi-texniki  nailiyyətləri  həll  etsə  də,  «utopiyanın  ən  vacib 
şərtlərindən  birinin-mənəvi-əxlaqi  təkmilləşmə  problemi»  həll 
edə  bilməməsini  əksinə,  bu  problemin  kəskinləşməsini,    iki 
dünya  müharibəsi  yaşamış  bəşəriyyətin  faciəsini  «inqilablar 
əsri» kimi tanıdığını qeyd edir. Marks, Lenin ideyalarının iflasa 
uğradığını, 
bunun  sənətkarların  gözündən 
qaçmadığını, 
«antiutopik canrın» Y.Zamyatin «Biz», O.Hakslin «Yeni gözəl 
dünya»,  C.Oruellin  «1984»  kimi  əsərlərinin  ortaya  çıxdığını, 
hər  üç  romanın  «Stalin  totalitarizminə,  saxta  bolşevik 
ideallarına  qarşı  kəskin  sarkazmla  dolu»  əsərlər  kimi 
qiymətləndirir və Anarın «Ağ qoç, qara qoç» əsərinin özəlliyini 
onda  görür  ki,  «dünya  utopik  və  antiutopik  ənənəsini  sintez 
edən  yazıçı  ancaq  utopik,  yaxud  ancaq  antiutopik  əsər 
yazmayıb, utopiya və antiutopiyanı paralel zamanlarda mövcud 
olan  məkanlar  kimi  qələmə  alıb.  Bunlardan  birincisi,  şübhəsiz 
ki,  insanın daxili dünyası,  arzu  və  idealları,  ikincisi  isə onunla 
daban-dabana zidd olan gerçəklikdir. Əsərdə qarşılaşan utopiya 
və antiutopiyanın timsalında əslində insanın daxilindəki zaman 
məkanla  «xarici»  zaman-məkan  qarşılaşdırılır  və  onlar 
arasındakı  antoqonizm  «Ağ  qoç,  qara  qoç»a  açıq-aşkar  bir 
faciəvi ton verir...». 
Bu  əsərin  «milli  bədii  düşüncə»  tariximizdə  üç  əsas  qatı 
ilə  bağlı  olmasını  söyləyən  tənqidçi  bunların  tarixən  olduğu 
kimi  əsərdə  də  «iç-içə»  olduğunu  «nağıl,  dastan  və  yazılı 
ədəbiyyat  qatları»-«Məlikməmmədin  nağılı»,  «Kitabi-Dədə 
Qorqud»,  Mirzə  Cəlilin  «Anamın  kitabı»  pyesi  ilə  bağlı 
təhlilini verir. 
                                                    Gülxani Pənah, Salatın Əhmədli
                                                                            
 
 
408 
Əsəd  Cahangirin  «Məlikməmmədin  nağılı»  ilə  «Ağ  qoç, 
qara  qoç»  əsərini  müqayisəli-tipoloci  təhlili  maraqlıdır. 
Aparılan  fərqli  və  oxşar  keyfiyyətlərin  müqayisəli  təhlili 
oricinaldır.  Əsərin  ən  ümumi  strukturunu  «nağıl»  qatıyla 
bağlayan tənqidçi digər əsər  haqqında deyilən  fikirlərin  əksinə 
olaraq fikirlərində haqlıdır ki, «Ağ qoç, qara qoç» əsərin hər iki 
hissəsi  «istər  birinci  hissə-utopiya,  istərsə  də  ikinci  hissə  -
antiutopiya  nağıl  strukturu  və  nağıl  üslubundadır»  və  onu  da 
əlavə edir ki, «bu daha çox və ilk növbədə təxəyyülə əsaslanan 
utopiya «canrının» özünün nağılvari səciyyəsindən doğur». 
Müqayisəli  şəkildə  təhlil  və  tədqiqat  işləri  aparan  Ə.Ca-
hangir  bu  fərqləri    müxtəlif  yollardan  araşdırır.  Bu  məsələyə 
müxtəlif  «planlarda»  baxır.  Birinci  «məkan-zaman»  planını 
götürür və bu fikirdə israrlıdır ki, «yazıçının təsvir etdiyi utopik 
və antiutopik zamanlar tariximizin  bir-birini ardıcıl olaraq əvəz 
edən  dövrləridir.  Behişti-Badi  Kubə  inqilabaqədərki,  Bakı 
Kommunisti  sovet  dövrü,  Bakı  Siti  isə  müstəqil  Azərbaycanın 
simvolik  kodları,  Utopik  Bakı  isə  yazıçının  gələcəyə  dair 
arzularının təcəssümüdür». 
Nağılla  əsər  arasındakı  fərqin  özünü  «subyekt-qəhrəman 
planında» da, «predmet-simvollar planında» təhlil və tədqiqi də 
maraqlıdır. Tənqidçinin öz oricinal fikirləri maraq doğurur.  
Tənqidçi «Ağ qoç, qara qoç» əsərində «Kitabi-Dədə Qor-
qud»  dastanına  sənətkarın  müraciətini  araşdırır  və  gəldiyi 
nəticə  budur ki,  «dastanla  yazıçının  son əsərini  bağlayan tellər 
daha  çox  daxili  məna,  daxili  «sücet»  paralelliyindədir:  yurd 
sevgisi,  torpaq  itkisindən  doğan  ağrı,  sosial  ədalətin 
tənzimlənməsi, ən vacibi milli birlik və anlaşmaya, iç oğuz-diş 
oğuz  qarşıdurmasını həll etməyə çağırış, bir də bütün bunların 
sonucu kimi milli özünüdərk!». 


Yüklə 3,82 Mb.

Dostları ilə paylaş:
1   ...   98   99   100   101   102   103   104   105   ...   147




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə