Gülxani pənah salatin əHMƏdli səNƏT, SƏNƏtkar



Yüklə 3,82 Mb.
Pdf görüntüsü
səhifə103/147
tarix01.07.2018
ölçüsü3,82 Mb.
#52706
1   ...   99   100   101   102   103   104   105   106   ...   147

 
Sənət, sənətkar və zaman
 
 
 
409 
Tənqidçi  bu  fikrində  də  haqlıdır  ki,  «Kitabi-Dədə  Qor-
qud»  milli-tarixi  köklərlə  bağlı  bədii  qaynaqdır  və  bu  yöndən 
milli  utopiya  nümunəsi  yazan  Anarın  bir  çox  ədəbi-bədii 
mənbələrə,  məsələn,  «Məlikməmmədin  nağılı»  ilə  bərabər 
dastana da müraciəti qanunauyğundur. Dastanla «Ağ qoç, qara 
qoç»u bağlayan daxili  məzmun  bağları da  ilk  növbədə  millilik 
məsələsi ilə əlaqədardır». 
Əsəd  Cahangir  M.Cəlilin  «Anamın  kitabı»  əsəri  ilə  «Ağ 
qoç,  qara  qoç»  əsəri  arasındakı  oxşar  münasibətləri 
araşdırmazdan  öncə  Anarın  böyük  tarixi  şəxsiyyətlərə  müna-
sibəti,  milli  təəssübkeşlik  hisslərinə  toxunur.  Onun  «Dədə 
Qorqud»  dastanları  əsasında  ssenarisini,  Üzeyir  Hacıbəyov 
(«Uzun  ömrün  akkordları»),  Hüseyn  Cavid  («Cavid  ömrü») 
haqqında  yazdığı  əsərlərini  «yazıçının  davamlı  və  gərgin 
maarifçilik  fəaliyyətinin  tərkib  hissəsi»  kimi  qəbul  edir  və 
Anarın  folklora,  klassik  irsə  «sevgi  üstündə  köklənmiş  və 
çağdaş  dünya  ədəbi-mədəni  prosesinə  açıq  dünyagörüşü 
Azərbaycan  gənclərinin  bir  neçə  nəslinin  milli  vətənpərvər 
ruhda  tərbiyələnməsində,  onların  bədii-estetik  zövqünün  yük-
səlməsində  misilsiz  rola  malikdir»  -  deyir.  Anarın  əsərində 
«Anamın  kitabı»na  müraciət  iki  amil-ideoloci  amil  və  bədii 
estetik amillər araşdırılır və bildirilir ki, «Anarın «Ağ qoç, qara 
qoç»  əsəri  M.Cəlilin  «Anamın  kitabı»ndan  sonra,  yeni  tarixi 
şəraitdə Yeni Azərbaycanın Kitabı-Azərbaycannamədir». 
Tənqidçi  dünya  utopiya-antiutopiya  ənənələrinə  diqqə-
timizi  cəlb  edir.  Anarın  milli-ədəbi-bədii  qaynaqlarla  yanaşı, 
dünya ədəbi-bədii təcrübəsindən də yararlandığı üzə çıxarılır və 
bununla  bağlı olaraq  haqlı olaraq bu qənaətə gəlir ki,  «bu əsər 
utopiya-antiutopiya  canrının  bir  neçə  min  ildə  əldə  edilmiş 
nailiyyətlərini  sıxılmış  şəkildə  özündə  əks  etdirir.  Eyni 
zamanda, 
Anar 
dünya 
utopiya-antiutopiya 
ənənəsinə 
                                                    Gülxani Pənah, Salatın Əhmədli
                                                                            
 
 
410 
yaşadığımız  dövr,  çağdaş  Azərbaycan  gerçəkliyi,  bir  yazıçı  və 
bir  insan  olaraq  fərdi  qənaətlərindən  doğan  vacib  yeniliklərini 
əlavə edir». 
Bütün  bunlar  müstəqilliyimiz  dövründə  yazılmış  bir  sıra 
roman  və  povestlər  kimi  Anarın  əsərinin  aktuallığını,  bədii 
dəyərini,  onun  vətəndaşlıq  narahatlığını,  vətənin  sabahı  üçün 
keçirdiyi həyəcanları,  müəyyən bir dövrdə yaşadığımız mənəvi 
sarsıntılardan  doğan,  sabaha  baxan,  vətənin  sabahı  üçün 
döyünən,  narahatlıqla  döyünən  ürəyin  keçirdiyi  həyəcanları-
reallıqları 
utopik 
bir 
dillə 
qələmə 
aldığı 
əsərdə 
ümumiləşdirməsidir,  arzuladığı  və  qorxduğu,  özü  də  bütün 
dəhşətiylə  qorxduğu  problemli  vətənin  sabahı  üçün  narahat-
lıqlarla doludur bu əsər. 
Əsəd  Mahirə  Abdullanın  «Qatmaqarışıq  nizam»  adlı 
kitabı  haqqında  yazdığı  «Ana  bilgiyə  varanlar»  («Körpü», 
2007),  «Ağ  vərəq  göy  qələm  qismətin  oldu»  («Ədəbiyyat 
qəzeti»  2008),  «Yaxın  gəncliyin  nağılı»,  «Banu  Çiçək  sən  de-
yilmisən», «Tale başın üstə səma kimidir», («Gənclik» curnalı), 
«Hardasa  bir  qu  quşu  var»,  «Drama-truyk»  və  adını 
çəkmədiyim yüzlərcə məqalələrin müəllifidir. 
Bəsti  Əlibəyli    tərcümələri,  ədəbi-tənqidi  məqalələri, 
şeirləri ilə dövri mətbuatda müntəzəm çıxış edir.
 «Salam sənin 
min bir adından biri» şeirlər kitabının müıllifidir.
 «Onuncu 
portret»  əsərində  xalq  yazıçısı  Anarın  70  illiyi  münasibətilə 
onun ümumi  yaradıcılığının,  «Durna  çırağı»  monoqrafiyasında 
Azərbaycan  publisistikası  və  realist  nəsrinin  tanınmış 
nümayəndəsi yazıçı-curnalist Əli İldırımoğlunun yaradıcılığının 
geniş təhlil və tədqiqini verir, «Çağdaş tənqid və ədəbi proses, 
2004-2007»  məqaləsində  ədəbi  proseslə  bağlı  maraqlı  tənqidi 
mülahizələrini  oxucularla  bölüşür. 
Onun  “İncə  günahkarı”, 
“Bizim  kimi  olmayan  adam”,  “Sönmə-yən  ulduzlar” 


 
Sənət, sənətkar və zaman
 
 
 
411 
publisist  əsərləri  vardır. 
Çox  yaxşı  haldır  ki,  müstəqillik 
dövründə dram əsərləri də  yaranırdı.  Milli azadlıq,  müstəqillik 
əldə  etmiş  Azərbaycan  xalqının  apardığı  tarixi  mübarizə, 
azadlığını əldə etmiş xalqımızın başına gətirilən müsibətlər, 20 
Yanvar  faciələri,  Xocalı  soyqırımı,  Qarabağ  dərdi,  xalqın  əzm 
və iradə qətiyyəti, bu əsərlərin məzmun və ideyasını təşkil edir. 
 
Ə.Əmirlinin  «Ağqoyunlular  və  Qaraqoyunlular»,  Eldar 
Baxışın  «Uzun  Həsən»,  M.Çəmənlinin  «Cavad  xan»,  V.Əsəd-
ovun  «Didərginlər»,  G.Pənahın  «El  bir  olsa...»,  «Xocalı,  ay 
Xocalı»,  R.  Səməndərin  «Girovlar»,  N.Hacızadənin  «Qisas 
Qiyamətə qalmaz» dram əsərləri yarandı. 
Müstəqillik  dövründə  yaranan  dram  əsərlərinin  çoxu  çap 
oluna bilməsə də, tamaşaya qoyula bilməsə də, az da olsa teatr 
səhənələrimizə yol tapanlar da olmuşdur. Bu dövrdə tariximizin 
müxtəlif mərhələlərində  «milli azadlıq, müstəqillik, torpaq, el-
oba,  vətən  təəssübü  çox  müasir  səslənir».  İ.Əfəndiyevin 
«Hökmdar və qızı», B.Vahabzadənin «Özümüzü kəsən qılınc», 
N.Həsənzadənin  «Pompeyin  Qafqaza  yürüşü»,  sosial  planda 
yazılmış  dram  və  komediyalar  (M.  İbrahimbəyovun  «Neft 
bumu,  hamıya  gülümsəyir»,  Elçinin  «Ah,  paris,  Paris»,  «Mən 
sənin  dayınam»,  «Dəlixanadan  dəli  qaçıb  və  yaxud  mənim 
sevimli  dəlim»,  H.Orucovun  «Bu  dünyanın  adamları», 
A.Babayevin  «Əlin  cibində  olsun»,  ailə-məişət  mövzusunda 
yazılmış  İ.Əfəndiyevin  «Ağıllılar  və  dəlilər»,  Ə.Əmirlinin 
«Onun  iki  qabırğası»,    «Varlı  qadın»,  B.Vahabzadənin 
«Rəqabət»,  M.Haqverdiyevin  «Ah,  qadınlar,  qadınlar»  və  s), 
psixoloci  aspektdə  yaranan  Elçinin  «Qatil»,  F.Mustafanın 
«Tıxac», 
«Əqrəb 
bürcü», 
K.Abdullanın 
«Ruh», 
R.İbrahimbəyovun  «İlgək»,  E.Hüseynbəylinin  «Labirint»  və  s. 
əsərləri var. 
                                                    Gülxani Pənah, Salatın Əhmədli
                                                                            
 
 
412 
Vaqif  Bəhmənlinin  «Bahar-payız  arası»  (1979),  «Dünya 
ayaq üstədir» (1981), «Bar ver, ümid ağacım» (1983), «Yolum 
üstə  bitən  gül»  (1986),  «Ömürdən  uzun  gecə»  (1988), 
«Seçilmiş  poetik  əsərləri,  üç  cilddə»  silsilə  əsərlərindən 
«Poeziya-1» (2006), «Poeziya-2» (2006) kitablarında toplanmış 
əsərləri  onun  XX  əsrin  milli  poeziyasının  tanınmış  şairi  və 
publisisti  olduğunu  sübut  edir:  «Vaqif  Bəhmənlinin  poeziyası 
əşya  və  varlıqların  qeyri-adi  təəssüratlarından  doğan  poetik 
biçimli,  sərrast  deyimli  bədii  təfəkkürlə  yoğrulub.  Onun 
poeziyasını sağlam və bənzərsiz səmimiyyəti ilə dünyanın başa 
düşdüyü  qlobal  dərdlərin,  ağrıların  və  düşüncələrin  bədii 
məhsulu  kimi  qəbul  etmək  olar».    Yüksək  obrazlılıq,  poetik 
bənzərsizlik,  səmimiyyət,  lakonizm,  ifadəlilik,  «ümumi 
poeziyanın  tarixi  təcrübəsi  ilə  çağdaş  axtarışları  birləşdirən 
estetik  tamlıq»    Vaqif  Bəh-mənlinin  əsərlərinin  başlıca 
üstünlüyü  olduğu  bildirilir.  70-ci  illərdən  ədəbiyyata  gələn, 
ondan çox şeir, poema və bədii tərcümədən ibarət kitabları çap 
edilmiş,  Azərbaycan  publisistikasının  dəyərli  nümunələri  olan 
yüzlərlə məqalələrin də müəllifidir. 
Nüsrət  Kəsəmənlinin  lirik  şeirləri  poeziyasevərlərin 
dilində-ağzında gəzirdi.  «Bəstəkarlar onun  misralarını,  müğən-
nilər şeirlərini tutiya kimi qəbul edir, musiqisi, ruhi-rəvanlığı öz 
içində  olan  bu  şeirləri  nəğmələrə  çevirirdilər.  Nəğmələri  sərin 
su  kimi,  dağ  çeşmələrinin  abi-həyatı  kimi  ürəklərə  hopurdu, 
könüllərə  dolurdu,  xalqın  mənəvi  sərvətinə  çevrilirdi». 
Yaddaşlarda  məhəbbət  şairi  kimi  qalan  N.Kəsəmənlinin 
«Sevirsənsə»,  «Gözlərimin  qarası»,  «Özümə  bənzədiyim 
günlər»,  «Gümüş  yuxular»,  «Təklikdə  danışaq»  və  s. 
kitablarında toplanan əsərləri  lirik duyğularla zəngindir. 
  Maarif  Soltan  70-80-cilər  nəslindəndir.  Onun  qələmə 
aldığı  mövzular  irihəcmli  deyil.  Bəzən  adama  elə  gəlir  ki,  bir 


Yüklə 3,82 Mb.

Dostları ilə paylaş:
1   ...   99   100   101   102   103   104   105   106   ...   147




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə