Gülxani pənah salatin əHMƏdli səNƏT, SƏNƏtkar



Yüklə 3,82 Mb.
Pdf görüntüsü
səhifə99/147
tarix01.07.2018
ölçüsü3,82 Mb.
#52706
1   ...   95   96   97   98   99   100   101   102   ...   147

 
Sənət, sənətkar və zaman
 
 
 
393 
Ədəbiyyatımızda  belə  mövzulara  çox  rast  gəlmişik,  onların 
hamısı  bədii  cəhətdən  dəyərli  də  deyil.  Amma  Əli  Rzanın  bu 
«ittihaf»ları  bənzərsizdir.  Bənzərsizliyinin  bir  cəhəti  də  onun 
ittihaflarında  duyduğumuz  bəşərilikdir,  insanın  insana  qayğısı, 
məhəbbətidir.  Bu  ittihaflar  dilucu  deyilməyib,  onlarda  bir  şair 
qəlbinin  üzdə  görünməyən,  sətirlərin,  sözlərin  içində  yatan 
dərya  misallı  xalları  var.  O  «gül»lər,  «buta»lar  Əli  Rzada 
olduğu qədər bir çox şairlərin yaradıcılığında görünmür.  
Şahmar  Əkbərzadənin  yarımçıq  şair  taleyinin  onu 
tanıyanların  qəlbində  yaratdığı  ağrı-acıları  ümumiləşdirən 
''şairin  taleyi''  şeiri  fəlsəfədir.  Nədir  şair  taleyi?-  İnsan  övladı 
üçün ömrünü,  həyatını təhlükədə qoyub ona od-həyat gətirdiyi 
üçün  zəncirlənmiş  Prometey  taleyi,  ''qisməti  tənhalıq  tamı'',  
qisməti,  piri  ''cəllad  kötüyü'',  ''sinəsi  bir  edam  yeri'',  meyvəsi 
doğmalaşan  bar  ağac»ıdır.  Şahmar  Əkbərzadə  ömrünün 
yarımçıqlığında bir insan  yoxluğundan doğan dərd-qəm qalaq-
qalaqdır. 
Əli  Rzanın  tanıdığı  bir  ''bazar''  var.  Dünyanın  bu 
bazarında hərə bir şey satır, satsın cəhənnəmə, qoy dolandırsın 
özünü,  şəxsi  boğazını  saxlasın,  amma  bu  bazarda  şairin 
qəzəbinə  tuş  gələnlər,  dünyanın  rahatlığını  pozanlar  bazar 
haqqını,  nizamını  pozanlardır.  Onlar  ki,  dünyanın  ''bazarını'' 
''açıblar''- orda ''şıdırığı torpaq alveri gedir''.  
                 Bir tərəfdə Kosova,  
                 Bir tərəfdə Qarabağ satılır… 
Yanıb  ''kösövə''  dönmüş  o  Qarabağ  şairin  and  yeri,  yurd 
yeri,  Məkkəsi,  qibləsidir.  Əlindən  alınıb,  satılıb,  ''sahibinin 
sinəsinə  dağ  çəkilib,  yüz  min  atlar  içində  seçilən  Qarabağ 
atlarının sahibi başqa,  satanı başqa, alanı başqadır''. Bu haqsız, 
ədalətsiz  dünyada  şair  çox  şey  gözləyir.  Nə  qədər  ki  bu 
dünyada    ''dostunu,  arkadaşını,  lap  doğma  qardaşını  satanlar 
                                                    Gülxani Pənah, Salatın Əhmədli
                                                                            
 
 
394 
var''  tənəli  baxışlardan  utanmır,  dərisi  qızarmır,  gönü  qalındır, 
onun  üçün  bu  dünyada  hər  şey  pulla  ölçülür,  mənəviyyat 
kasaddır,  onların  əməlləri  dünya  bazarına  da  yol  açır.  O, 
murdar  qəlblilər  üçün  nə  insanlıq  var,  nə  bəşər  var.  Öz  çılğın, 
vəhşi  arzularını,  azğın  nəfslərini    cilovlaya  bilməyənlər 
Fələstin,  Kosova,  Qarabağ  faciəsini  törətdi,  İraqı  cəhənnəmə 
çevirdi. Şairi narahat edən bunlardır, bunların axırı isə yoxdur. 
Çünki  dünyada  özünə  ''bazar  açanlar''  var,  insanlıq  deyilən  bir 
varlığa qarşı çıxmaqla 
                                Nələ bazara çıxarılmağa  
                                             Nə çox mallar var. 
                                 Nələ neçəsinin yalağına  
                                              tökülməyə dadlı yallar var. 
                                  Növbədə İran var, 
                                              Aldadıb tovlanan Turan var. 
                                   Bazardı da nə iman var 
                                               Nə Quran var.   
Bəli,  ən  kiçik  bazarda  çəkidə  aldadan-satan,  hətta  çəki 
daşlarının içinə, çölünə əl gəzdirənlər elə dünyanın satılmasının 
təşkilində əlləri ''bulaşanlardır''. Ona görə də şair bazara etinasız 
yanaşır.  Onun  ''…Bazardı  da  nə  iman  var  nə  Quran 
var''misrasının canında nələr yoxdur? İlahi ''bazardı da….''o son 
nöqtələr  hər biri çuqundan tökülmüş,  qaldırılması,  götürülməsi 
qeyri-mümkün  olan  insan  dərdi,  faciəsi,  əzabı  ilə  doludur. 
Bunları  şair  görür,  yaşayır.  Ona  görə  gah  hirslənir,  gah 
laqeydləşir,  gah  da  sözaltı  söz  qılıncının  tiyəsini  elələrinin 
ürəyinə  saplayır.  ''Haqq  ilə  nahaqq  kəllə-mayallaq  olan''  bir 
dövrdə  yaşayan  şair  doğrunu  yalan  yerinə,  «yəhəri  palan 
yerinə»,  «pulsuzu  kalan  yerinə»  satan  bu  dünyanın  bazarı 
''hərracdır'',''hərənin canına dolub bir cür azar''-deyir.  


 
Sənət, sənətkar və zaman
 
 
 
395 
Əli Rza Xələfli  millətinin,  xalqının  başına gətirilən dərd-
lərin,  faciələrin  kökünü  axtarır.  Görür,  görəndə  göynəyir, 
göynərtisi  şeirə  dönür,  yana-yana  bir  üzü  ümidsiz,  bir  üzü 
giley-güzar  içində  çırpınır.  Bir  yerə  yığışmayan,  ''hərəsi  bir 
dildə  danışan''  millətinin  milli  qeyrət  çəkən  oğulları  arasında 
söz  birliyinin,  əməl  birliyinin  olmaması  ucbatından  ''ta-
pammadıq  dərdimizi'',  ''yaxşı-yaman  qarışdı,  seçəmmədik 
mərdimizi'', ''sözümüzü zor elədik, acıtması qırdı bizi'', ''Vallah 
Allaha  qardaşdı,  qorumadıq  yurdumuzu''-  deyir.  Bu  deyimdə 
yenə günü-günə satmamağı, bir araya gəlməyi, birləşməyi, ''acı 
bağırsaq kimi'' uzanan bu yollarda, bu faciələr əlində məhv ola 
biləcək təhlükəni görməyə çağırır həmvətənlərini: 
                        Sökməmiş indi sökək, 
                        Əkməmiş indi əkək, 
                        Deməmiş indi deyək, 
                        Bəlkə bir gün sordu bizi. 
-misralarında  bu  gün  xalqın,  əldən  getmiş  torpaqların,  tale 
yüklü  məsələlərin  həlli  naminə  ortaq  bir  fikrə  gəlməyin,  bir-
ləşməyin, bir olub bizlərdən asılı olan məsələlərin həlli naminə 
hərəkət etməyin vaxtı çatdığını bildirir.  
Əli Rza Xələfli şeirlərində müxtəlif qələm dostlarına, şəx-
siyyətlərə  müraciətlə  yazdığı əsərlərində də Vətən qeyrəti çək-
mək,  Azərbaycan  xalqının  yaralarına  məlhəm  olmaq  istəyi, 
millətinin qeyrətini,  təəssübünü çəkənlərə  məhəbbət və hörmət 
daha lirik və təsirli bir dillə tərənnüm olunur. 
Bu  gün  ədəbiyyatşünasların  qarşısında  çox  böyük  məsul 
vəzifələr durur. Ədəbiyyatın bu bulanıq burulğanında duruluğu 
göz oxşayan sənət, qələm sahiblərinin yaradıcılığı haqqında söz 
demək,  onun  bütöv  yaradıcılığı  haqqında    ədəbi-tənqidi 
fikirlərini 
açıqlamaq, 
ədəbiyyatın 
inkişafında 
səmərəli 
xidmətləri  ilə  seçilənləri  seçib  «saf-çürük»  edib,  xalqına 
                                                    Gülxani Pənah, Salatın Əhmədli
                                                                            
 
 
396 
çatdırmaq  özü  də  ədəbiyyatın  xeyrinədir.  Sənətimizin  milli-
mənəvi  kökləri  üzərində  inkişafına  mayak  olmaq  lazımdır. 
Bəzən  qələm  sahibi  azad  sənət  siyasətinin  də  nəyə  xidmət 
etdiyini  düzgün  anlamalı,  qarşısına  qoyduğu  məqsədlərə 
çatmaq  üçün  xalq,  milli  mənafe  çərçivəsində  yeriməlidir. 
Məqsədimiz  dünyaya  Nizami,  Füzuli,  Nəsimi,  Vaqif,  Vurğun, 
Rəsul  Rza    və  adını  çəkmədiyim  neçə-neçə  sənətkarlar  vermiş 
Azərbaycan  ədədbiyyatının  XX-XXI  əsrdə  də  öz  yoluyla 
getməkdə olduğunu, hələ bundan sonra da bəşəri ədəbiyyatı öz 
zəngin əsərləri il zəngindləşdirəcəyini göstərməkdir. 
Bu  gün  Əli  Rzaların,  Məmməd  Aslanların,  Sücaətlərin, 
Bəhmən  Vətənoğullarının….,  neçə-neçə  sənətkarın  öz  layiqli 
qiymətini almamasında  günahkarıq. Təkcə öz əsərləri ilə deyil, 
bütün  yaradıcılığı  ilə  ədəbiyyatımızın,  mədəniyyətimizin 
inkişafına  çalışıb,  baş  redaktoru  olduğu  «Kredo»  qəzetinin 
fəaliyyəti buna sübutdur. 
Allahverdi  Eminov,  ədəbiyyatşünas,  tənqidçi,  alim  kimi 
60-cı illərdən dövri mətbuatda çıxış edir. «Elmi fantastik canrın 
nəzəri  problemləri,  yaradıcılıq  psixologiyası  ilə  məşğul  olur. 
«Payıza  qədər»  (esselər),  «Sarı  çiçək»  (fantastik  povestlər), 
«Yuxuda dirilən adam» (roman), «Boz itin ölümü» (hekayələr) 
və  s.  bədii  kitabları  ilə  yanaşı  «Pedaqogika»,  «Gördüklərim, 
yazdıqlarım»,  unutduqlarım»,  «Sözdən  saray  tikən»  şair  kimi 
onlarla elmi, publisist kitabların da müəllifidir.  
Müstəqillik dövrünün tənqidi və ədəbiyyatşünaslığı özün-
dən  əvvəlki  dövrlərdə  yaranmış  «ən  yaxşı,  ən  mütərəqqi, 
novator  ənənələrinə»  əsaslanarq  müəyyən  bir  mərhələyə  çat-
mışdır.  «Tənqid  və  ədəbiyyatşünaslıq  həmin  illərdə  də  milli 
müstəqilliyimizin  inkişafı,  onun  humanitar  sahələrdə  də 
bərqərar  olması  üçün  çox  işlər  görmüşdür.  Tənqid  və 
ədəbiyyatşünaslıq  ədəbiyyat  tarixi,  müasir  ədəbi  proses, 


Yüklə 3,82 Mb.

Dostları ilə paylaş:
1   ...   95   96   97   98   99   100   101   102   ...   147




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə