Gülxani pənah salatin əHMƏdli səNƏT, SƏNƏtkar



Yüklə 3,82 Mb.
Pdf görüntüsü
səhifə95/147
tarix01.07.2018
ölçüsü3,82 Mb.
#52706
1   ...   91   92   93   94   95   96   97   98   ...   147

 
Sənət, sənətkar və zaman
 
 
 
377 
özlərinin  siyasi  kəskinliyi,  mübarizliyi  ilə  əvvəlkilərdən  köklü 
surətdə  fərqlənən  parlaq  poetik  nümunələrini  yaratmış  dövrü 
kimi»  səciyyələndirir.    «Afrikanın  səsi»,  «Vətən,  ya  ölüm», 
«Laylam  mənim,  nərəm  mənim»,  «Nifrətim  var»,  «Bahar 
kimi»,  «And  içirəm»,  «Mənim  şeirim»,  «Mən  Şərqəm», 
«Qonaq  çağırıram  bəşəriyyəti»  və  s  əsərlərində  «iki  əsas  və 
aparıcı  istiqamət,  məram  və  məqsəd  vardır  ki,  bunlardan  biri 
vətənimizin  dərd-sərini  sətiraltı  mənalarla  göstərməkdirsə, 
digəri  ümumiyyətlə,  qeydsiz-şərtsiz,  açıq-açığına  planetin, 
dünyanın  istisnasız  olaraq,  bütün  bəşəriyyətin  taleyini  daha 
qlobal şəkildə düşünməkdən ibarətdir. Müəyyən hallarda isə bu 
iki  xəttin  hər  ikisinin  bir-birini  tamamlaması,  birgə,  müştərək 
şəkildə  alınması,  qavranması,  yaşanması  sonra  isə  misralarda 
bədii  inikası  problemidir.  Yəni  şairin  ürəyi  bir  teleekran  kimi 
həm özünü,  həm də özgəni göstərə bilir; çünki  həqiqi  sənətkar 
üçün  «özü»  və  «özgəsi»  yoxdur.  Bütün  qitələrin,  bütün 
ölkələrin,  bütün  insan  məskənlərinin  Azadlıq  günəşi  ayrı-
seçkilərsiz  olmalıdır.  Burada  məhəlliçilik,  lokallıq,  xüsusilik 
olmamalıdır. X.R.Ulutürk də məhz azadlıq, istiqlal, müstəqillik 
problemlərini  birgə  şəkildə,  bütöv,  bitkin  halda  mənalandırır. 
Onun əsərlərində Qərb də, Şərq də, Asiya da, Avropa da, hətta 
uzaq  Afrika  da  bütün  insanların  birgə  yaşadığı  vahid,  nəhəng 
bəşəri ev, bəşəri oda kimi səciyyələndirilməlidir». 
Xəlil  Rzanın  getdiyi  bu  yolun  ilk  cığırını  açanlar  vardı; 
R.Rza («Qızılgül olmayaydı»), S. Vəliyev («Qanadı sınmış quş 
da  uçarmış»),  M.  Hüseyn  («Yeraltı  çaylar  dənizə  axır»),  N. 
Xəzri  («O  uzaq  gecə»)  əsərləri  ilə  açmışdı.    Onlardan  bir  az 
sonra Y.Səmədoğlu «Qətl günü», Elçin «Ölüm hökmü», X.Rza 
«Davam  edir  37»  əsərini  yaratdı.  Şeirdə  novatorluğu, 
yenilikçiyi  S.  Vurğundan  sonra  yaradan  üçüncü  nəslin 
nümayəndələri  (Ə.Kərim,  M.Araz,  X.Rza  Ulutürk,  F.Qoca,  F. 
                                                    Gülxani Pənah, Salatın Əhmədli
                                                                            
 
 
378 
Sadıq,  C.  Novruz,  M.  Əliyev,  M.Yaqub,  V.Səmədoğlu, 
Ə.Salahzadə,  İ.İsmayılzadə, M.İsmayıl, Ağa Laçınlı,  Ağacəfər 
Həsənli,  Ağasəfa,  Ağəddin  Mansurzadə,  Allahverdi  Tağızadə 
və b.) «öz mənəvi atalarının yolunu namusla, vicdanla, həm də 
yaradıcılıqla  davam  etdirirlər.  İstiqlal  ordeninə  layiq  görülmüş 
B.Vahabzadə, 
M.Araz, 
X.Rza 
ədəbiyyatımızın 
nəhəng 
simalarıdır. 
 X.  Rza  gözəl  tənqidçi,  görkəmli  ədəbiyyatşünas  kimi  də 
ədəbiyyatımızda  yaşayır.  Onun  S.Vurğun,  R.Rza,  M.Müşfiq, 
M.  Dilbazi  və  b.  sənətkarlarımız  haqqında,  poeziya  haqqında, 
bu  poeziyanı  yaradan  şairlərimiz  haqqında  dəyərli  tədqiqat 
işlərinin  («Poemalar  haqqında  qeydlər»,  «Tarixi-romantik 
poema»,  «Ədəbiyyatımızda  poema  canrının  yaranması  və 
inkişafı»,  «Bakının  dastanı»  və  poema  canrının  bəzi 
məsələləri»  və  s)    müəllifidir:  «Bütün  bunlar  isə  şairin 
yaradıcılıq 
diapazonunun 
genişliyindən, 
erudisiyasının, 
dünyagörüşünün,  maraq  dairəsinin  vüsətindən,  əhatəliliyindən 
xəbər  verirdi.  Biz  hələ  onun  yüzlərcə  bütöv  cildlərə  sığmayan 
xatirələrini demirik». 
Yusif Səmədoğlu yaradıcılığı ədəbi tənqidin daima diqqət 
mərkəzində  olmuşdur.  Onun  yaradıcılığına  diqqət  yetirdikdə, 
doğrudan  da,  bir  həqiqətin  şahidi  oluruq  ki,  Yusif  Səmədoğlu 
«yazdığı  əsərlərin  heç  birində  keçilmiş,  tapdalanmış  yollarla 
getməmiş, hər birində elə bir oricinal mövzu və onu ifadə üçün 
elə  bədii  forma  və  yazı  tərzi  tapmışdır  ki,  oxucu  onların 
problematikası, 
xarakterlər, 
təbiət 
təsvirləri, 
dil 
ifadə 
gözəlliyinə,  məna  və  mətləb dərinliyinə  heyran olmaya  bilmir. 
Başqa  sözlə  desək,  onlar  bizi  özlərinin  məzmunu,  ideyası, 
surətlər  aləmi  ilə  cəlb  edir,  hətta  bir  çox  məqamlarda 
heyrətləndirir».  Hekayələrindən  «Foto  –fantaziya»,  «220№-li 
otaq»,  «46-cı  ilin  oyunları».  «Astana»,  «İncə  dərəsində  yaz 


 
Sənət, sənətkar və zaman
 
 
 
379 
çağı» hekayələri öz məzmun və forması, dil üslub imkanlarının 
zənginliyi  ilə  seçilir.  Tənqidçi  K.  Nərimanoğlunun  «Astana» 
əsəri  haqqında  dediklərini  tənqidçi  alimlər  düzgün  sayır  və 
bildirirlər  ki,  tənqidçi  «əsərin  ideyasını  düzgün  dərk  edərək, 
ondakı  rəmzi-metaforik  nüansları  dərindən  duyaraq  yazmışdı 
ki,  Astana  rəmzdir.  El-obada  deyərlər  ki,  qapının  astanasında 
dayanmaq  olmaz,  adamı  vurğun  vurar.  Hekayənin  qəhrəmanı 
da nə içəri girə bilir, nə də çölə çıxa bilir. Nə yaşaya bilir, nə də 
ölmək  istəyir.  Həyat astanası,  insan ömrünün  mənası  haqqında 
bu  ibrətli  əsər  insanı  mənəvi  saflığa  çağırır,  tamah,  var-dövlət 
hərisliyi,  acgözlüyün  psixoloci  əsaslarını  sarsıdır.  Astanada 
dayanan  insanın  gərgin  anları,  əzabları,  olum,  ya  ölüm 
dilemması  qarşısında  duran  insanın  fəci  yaşantıları  oxucunu 
mənəvi-əxlaqi  cəhətdən  təmizləyir.  Bir  növ  katarsisdən  çıxa-
raraq təmiz dağ havasına aparır». 
Yazıçının «Qətl günü», «Deyilənlər gəldi başa» bitməmiş 
romanı,  «Yeddi  oğul  istərəm»,  «Səmt  küləyi»  kinossenariləri, 
yuxarıda  adlarını  çəkdiyimiz  hekayələri  «yaddaqalan,  özü 
barədə fikir doğuran, mülahizələr, mühakimələr yürütməyə əsas 
verən əsərlərdir».  Onun  «Qətl günü» romanı kamil,  dolğun  bir 
roman  olub,  ideya-məzmun,  mövzu  və  problematikasına  görə, 
xarakterlərin  bütövlüyünə  və  müxtəlifliyinə  görə,  bədii  forma, 
şərti-metaforik 
poetikasına 
görə 
XX 
əsr 
Azərbaycan 
romançılığının  ən  mütərəqqi  ənənələrinin  davamı  və  inkişafı 
baxımından  ən  gözəl  nümunə,  ən  uğurlu  ədəbi  hadisə  kimi 
qiymətləndirilir.  Bu  əsər  haqqında  ilk  elmi-nəzəri  fikirlərini 
bildirən  yazıçı  bunu  ədəbi  hadisə  kimi  qiymətləndirməkdə 
haqlıdır.  
Romanda  baş  verən  hadisələrin  «üç  dövrü»  əhatə  etdiyi, 
«kompozisiya bir əsər daxilində müxtəlif dövrlərin hadisələrini, 
insan  talelərini»  birləşdirdiyi,  «bədii  ümumiləşdirmənin  gücü 
                                                    Gülxani Pənah, Salatın Əhmədli
                                                                            
 
 
380 
ilə  bu  üç  dövrün    hadisələri»nin  «əsas  ideyalar,  problemlər 
ətrafında  bir  axarda,  vahid  sücetdə  inkişaf»  etdirildiyi, 
«hadisələrin  gedişindən,  obrazların  mənsub  olduğu  zümrəyə 
uyğun  canlı  danışıq  tərzindən,  yerli  və  milli  koloritin  təbii 
təsvirindən  hadisələrin  hansı dövrdə  baş  verdiyini, tarixi  və  ya 
tarixi-əfsanəvi  şəxsiyyətlərin  təxmini  də  olsa»  hansı  dövrlə 
əhatələndiyini  «müəyyənləşdirmək»  mümkün  olduğunu  qeyd 
etməklə  yanaşı,  tənqidçi  alimlər  bu  fikirdədirlər  ki,  «bəlkə  də 
əsərdəki  çoxsücetlilik,  çoxşaxəlilik,  çox  əhvalatçılıq  bəlkə  də 
ədibin  hekayətlərdən,  rəvayətlərdən,  əfsanələrdən  istifadə  ilə 
deyil,  xarakterlərin  bolluğu  ilə  izah  olunmalıdır.  Lakin  bu 
epizod  və  əhvalatların  hamısı  bir-birinə  qaynaq  edilərək,  çox 
məharətlə bütöv bir vəhdət halına gətirilmişdir. Ona görə də bu 
surətlərin  birinin  romanı,  dramı  və  sərgüzəşti  elə  ustalıqla 
verilir  ki,  onların  hamısını  oxumadan,  onları  mənimsəmədən 
əsəri dərk etmək mümkün deyildir. Bu mənada həmin surətlərin 
hər  birinin  bioqrafiyası,  ömürlüyü  ibrətamiz  bir  pritça-nəsihət 
təsiri bağışlayır». 
Yazıçı  qələmə  aldığı  həyatı,  insanları  bədii  boyalarla 
verir.  Sadə  bir  dillə  təsvir  edir.  Müxtəlif  dövrlərdə  yaşamış 
böyük ideyalarla yaşayan əqidə, məslək sahiblərinin zəmanənin 
əzablarıyla 
üz-üzə 
durduğunu, 
bütün 
mərhumiyyətlərə 
dözdüyünü,  həm şəxsi,  həm də ictimai əzablara «qatlaşdığını», 
yaşadığı  cəmiyyətin  xoşbəxtliyi  uğrunda  mübarizəsini  təbii 
boyalarla  verməyə  nail  olmuşdur.  Beləliklə,  «yazıçı  müxtəlif 
dövrlərdə obrazların düşdüyü vəziyyəti meydana çıxaran sosial-
mənəvi    amilləri  düzgün  aydınlaşdırmağa  çalışmış,  insan 
psixologiyasını  açmış,  onların  pis  əməllərinin  konkret 
şəraitdən,  düşdüyü  vəziyyətdən  asılı  olmasını  sübut  etmişdir. 
İnsan psixologiyasına,  xalq  həyatına,  məişət,  həyat qayğılarına 
yaxşı bələd olan yazıçı hadisələri real və canlı boyalarla,  xırda 


Yüklə 3,82 Mb.

Dostları ilə paylaş:
1   ...   91   92   93   94   95   96   97   98   ...   147




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə