Gülxani pənah salatin əHMƏdli səNƏT, SƏNƏtkar



Yüklə 3,82 Mb.
Pdf görüntüsü
səhifə92/147
tarix01.07.2018
ölçüsü3,82 Mb.
#52706
1   ...   88   89   90   91   92   93   94   95   ...   147

 
Sənət, sənətkar və zaman
 
 
 
365 
Dövri mətbuatda üç yüzə qədər ədəbi-tənqidi, elmi-nəzəri 
və publisistik məqalələri dərc olunmuş tənqidçi, ədəbiyyatşünas 
Nizaməddin 
Şəmsizadə 
«Azərbaycan 
sovet 
ədəbiy-
yatşünaslığının  təşəkkülü»  mövzusunda  doktorluq  disser-
tasiyası  müdafiə  etmişdir.  «Ədəbi  tənqidin  tarixi  və  nəzəriy-
yəsi,  genezisi  və  estetik  təbiəti,  ədəbi  prosesdə  rolu,  tənqidçi, 
yazıçı  və  oxucu,  tənqiddə  estetik  meyar,  bədii  mahiyyət  və 
üslub,  Azərbaycan  sovet  ədəbiyyatşünaslığının  təşəkkülü, 
inkişaf  mərhələləri,  yaradıcılıq  metodu  kimi  problemlər  və 
müasir ədəbi prosesin aktual məsələləri ilə məşğul olur». Ədəbi 
yaradıcılıqla  da  məşğul  olan  Nizaməddin  Şəmsizadənin 
hekayələri («Bürkü» hekayələr toplusu), mətbuatda şeirləri dərc 
olunur. 
«Azərbaycan 
ideologiyası», 
«Azərbaycan 
ədəbiyyatşünaslığı»,  «Türk  təfəkkürü  məcrasında»,  «Hıçqıran 
gülüşlər» monoqrafik tədqiqatları geniş yayılmışdır. 
Rəfael  Hüseynov,  Şəmistan  Nəzərli,  Teymur  Kərimli, 
Teymur  Əhmədov,  Tehran  Əlişanoğlu,  Telman  Vəlixanlı, 
Teymur Bünyadov, Teymurçin Əfəndiyev, Təhsin Mütəllimov, 
Tərlan  Novruzov,  Tofiq  Hacıyev,  Cəlal  Abdullayev,  İfrat 
Əliyeva, Vaqif Sultanlı, Vaqif Vəliyev, Vasim Məmmədəliyev, 
Vəli  Məmmədli,  Vəli  Xuluflu,  Vilayət  Quliyev,  Vilayət 
Rüstəmzadə,  Vüqar  Vüqarlı,  Ramazan  Qafarlı, 
Muxtar
  
Kazımoğlu,  Seyfəddin  Rzasoy,
  Yavuz  Axundov,  Yəhya 
Seyidov və başqaları həm ədəbiyyatşünas, 
folklorşünas,
 nasir, 
dramaturq,  şair,  həm  də  tərcüməçilik  fəaliyyəti  ilə  də 
tanınmışdır. 
Vaqif Yusifli fasiləsiz ədəbi-tənqidi fəaliyyəti ilə tanınmış 
alim,  tənqidçi,  ədəbiyyatşünasdır.  «Azərbaycan»  curnalının 
tənqid  və  ədəbiyyatşünaslıq  şöbəsinin  müdiri  olmuş,  hazırda 
curnalın baş redaktor müavini kimi çalışır. Ədəbi fəaliyyətə 70-
ci  illərin  axırlarında  başlamış  «Məmməd  Araz  dünyası» 
                                                    Gülxani Pənah, Salatın Əhmədli
                                                                            
 
 
366 
monoqrafiyasına  görə  Məmməd  Araz  ədəbi  mükafatına  layiq 
görülmüşdür  (1993).  «Nəsr:  konfliktlər,  xarakterlər»  (1986), 
«Yolun  düşsə  Şirvana»  (1993),  «Ürəyimi  səpdim  günəşə» 
(1997),  «Tənqid  yarpaqları»  (1998),  «Karvanbaşı,  yolum 
hayanadır» (1998), «Yollar hayana aparır» (1999), «Tənqid  və 
bədii  söz»  (2002),  «Tənqid  də  yaradıcılıqdır»  kitabları  onun 
zəngin tənqidçilik fəaliyyətinin məhsuludur. 
Vaqif Arzumanlı 20-dən çox kitabında Azərbaycan-Litva, 
Azərbaycan-Pribaltika  ədəbi  əlaqələrini  tədqiq  etmişdir.  1918-
ci  il  qırğınları,  deportasiya,  soyqırım,  qaçqınlıq  mövzusunda 
«Tarixin  qara  səhifələri»,  «Azərbaycan  Xalq  Cümhuriyyətinin 
milli  siyasəti»,  «Tarix  siyasətin-siyasət    tarixin  dililə», 
«Azərbaycan  diasporu»  və  s  kitabların,  litva  və  latış  dilindən 
dilimizə,  dilimizdən  litva  dilinə  tərcümə  olunmuş  onlarla 
kitabın müəllifidir. 
Ədəbiyyatşünas,  publisist,  mətnşünas,  Salman  Mümtaz 
adına  Azərbaycan  Dövlət  Ədəbiyyat  və  İncəsənət  arxivinin 
direktoru,    «Müşfiqin  naməlum  şeirləri»  məqaləsi  ilə 
ədəbiyyata  gəlmiş  Maarif  Teymur  ədəbiyyatımız  və  tariximiz 
haqqında  yüzlərlə  məqalələrin  müəllifidir.  600-dən  çox  sə-
nətkarın  şəxsi  arxiv  fondunun  yaradılmasında  xüsusi  əməyi 
olan,  Ə.Ağaoğlu,  M.Ə.Rəsulzadə,  C.Hacıbəyli,  Ə.Hüseynzadə, 
M.Məhərrəmzadə,  A.İldırım,  Ə.Yusif,  E.Qurtulan  və  digər 
«istiqlal  mücahidləri  haqqında  tapıntı  və  məlumatlarını  dövrü 
mətbuatda»  müntəzəm  çap  etdirdiyi,  A.İldırımın  şeirlərini 
toplayıb nəşr etdirdiyi,  haqqında dəyərli tədqiqat əsəri yazdığı, 
onun  tərtibi  və  müqəddiməsi  ilə  «Unudulmaz  səhnə  ustaları» 
(bioqrafik  oçerklər),  Ə.Şərifin  «Tapıntılar»,  C.Zeynaloğlunun 
«Müxtəsər  Azərbaycan  tarixi»,  Mirzə  Mahmud  Şirvaninin 
«Nəsihəti-Loğman», Y.V.Çəmənzəminlinin  «Tarixi,  coğrafi  və 
iqtisadi  Azərbaycan»,  A.İldırımın  «Qara  dastan»,  «Şərq  rəva-


 
Sənət, sənətkar və zaman
 
 
 
367 
yətləri»,    və  s.  kimi  onlarla  kitabları  çap  olunduğu  məlumdur. 
Ömrünü 
sənətkarların 
şəxsi 
arxiv 
fondunun 
qorunub 
saxlanmasına  həsr  edən,  onların  yaradıcılığını  tədqiq  edən, 
dəyərli  tədqiqat  əsərlərinin  müəllifi    («A.  İldırımın  həyatı  və 
yaradıcılıq  yolu»)  Maarif  Teymurun  bənzərsiz  fəaliyyəti 
ədəbiyyatımızın qorunmasına, inkişafına yönəlmişdir. 
Şahmar  Əkbərzadə  şair,  publisist,  tərcüməçi  kimi  tanın-
mışdır.    «Yüksəlişdə»,  «Mil  üzümçüləri»,  «Anama  layla», 
«Sevgi borc verilməz», «Ona yanıram ki» kitablarında lirik şair 
kimi arzu  və  istəklərini,  duyğu  və düşüncələrini  dolğun poetik 
parçalarda ifadə edir. 
Şair,  şərqşünas,  tərcüməçi  Şahin  Fazil  ərəb,  fars,  türk 
dillərindən  tərcümələri,  qəzəlləri,  tarixi  mövzuda  yazılmış 
əsərləri ilə ədəbiyyatımıza, tariximizə daxil olmuşdur. 
90-cı  illərdə  Azərbaycan  ədəbiyyatında  80-ci  illərə  nis-
bətən  «yeni  çap  olunan  kitab  bolluğu»  yaranmağa  başladı. 
İdeya-məzmun,  sənətkarlıq  cəhətdən  zəif,  bədii  təsir  gücü  az 
olan  bu  zəif  əsərlər  daha  çox  çap  olunmağa    imkan  tapdı.  Əsl 
ədəbi  əsərlər  isə  maddi  çətinlik  üzündən  çap  oluna  bilmirdi. 
Ədəbiyyatda  bir  xaos  vardı.  Bu  xaosdan  istifadə  edən 
qüvvələrin  əlinə  düşən  girəvə  istedadlı  gəncləri  bir  müddət 
kölgədə  qoydu.  Özlərini  istedad  sahibi  kimi  irəli  verməyə 
başlayanlar  qılınc  götürüb  qılıncladı  dünəninin,  keçmişinin  əsl 
ustad  sənətkarlarını.  Onlar  «siyasət»  adamları  idilər.  Bilirdilər 
ki, iki cür şöhrət tapmaq olar, yaxşı, doğru yolla, bir də pisliklə, 
başqalarına qara  yaxmaqla.  İkinci  yol  daha  asan  idi.  Pis ad  ilə 
şöhrət  qazanmağa,  tanınmağa  nə  var  ki,  onsuz  da  quruluş 
dağılmışdı,  xalqın  yarısı  sosialist,  kommunist,  kommunizm 
ideyaları ilə köklənmişdi,  yarısı yeni,  müstəqil, azad bir dövlət 
arzusu  ilə  mübarizə  aparan  qüvvələrlə  birləşmişdi,  keçid 
dövrünün  çətinlikləri,  xaosu  içində  idilər.  Ədəbiyyatda  da  bu 
                                                    Gülxani Pənah, Salatın Əhmədli
                                                                            
 
 
368 
xaos    belələrinin  karına  çatdı.  Tənqidçilərə  qarşı  təzyiqlər 
artdığından  ədəbi  tənqid  sanki  «abrına»  qısılıb  gözləmə 
məqamı  tutdu.  Bu  dövrdə,  ədəbi  mühitdə  ziddiyyətlər  yaradan 
«bu  bir  ovuc»  qüvvə  keçid  dövrünün  «keçilməz  sədlərini» 
mahir bir formada keçdilər və ədəbiyyatın başını qarışdırmaqla, 
klassik  ədəbi  mühitə,  60-cılara  qara  yaxmaqla,  onlardan  sonra 
gələnləri  küsdürməklə  ədəbi  prosesin  axarını  başqa  səmtə 
çevirməklə  özlərinə  müvəqqəti  ədəbi-tənqidin  gözündən  ya-
yındırmaq  imkanı  qazandılar.  Qloballaşan  dünyada  qlobal 
ədəbiyyat  adıyla  ədəbiyyata  keyfiyyətsiz,  zay  məhsulları 
sırımağa  başladılar,  bəzən  ona  «postmodernist,  modernist» 
«yubka»  geyindirdilər,  yenilik  donu  geyindirdilər,  abırsız, 
sərsəm  yazılarla oxucunu  çaş-baş saldılar.  Yetərincə ədəbiyyat 
məsələlərindən 
başı 
çıxmayan 
xalq 
ədəbiyyatdan 
üz 
döndərməyə başladı, kompüterlərə sığındılar.  
Zəif, istedadsız ədəbiyyatçılar əllərinə düşən bu girəvədən 
istifadə etməklə guya texnika əsiri gəlib çatdığından ədəbiyyata 
maraq  azaldığını,  ədəbi  əsərlərin  az  oxunduğunu  bəhanə 
gətirdilər.  Xalqa  sırıdıqları  keyfiyyətsiz  cızmaqaralarını  belə 
müdafiə 
etdilər. 
Amma 
görüşlərdə 
eşitdiklərimiz, 
dinlədiklərimiz  bunun  əksini  göstərirdi,  xalqın  narazılığını 
yaxşı  ki,  diktofonlara  köçürüb  saxlayırıq,  xalq  əsl  ədəbiyyat 
istəyirdi,  M.Cəlalın  dediyi  kimi  adı  üstündə  olan  ədəbiyyatı. 
Ədəb,  əxlaq,  insani  duyğular  ifadə  edən,  insanın  ruhunu 
oxşayan,  milli  dəyərlərə  söykənən  əsərləri  oxucu  dodaqları 
susuzluqdan  çatlamış  insanlar  kimi  ürək  yanğısıyla  istəyirdi. 
Bunlar  isə  ədəbiyyata  yenilik  gətirdiklərini  sərsəm  başlarıyla 
sübuta  çalışırdılar.  Nə  yazıq  ki,  bizim  xalq  bunu  da  yaşadı. 
Amma sabaha  inamla,  ümidlə  baxmaqdan da usanmadı.  Çünki 
belə  bir  dövrdə  xalqın  söykənə  bildiyi  əsl  Azərbaycan 
ədəbiyyatı vardı və min bir çətinliklə də olsa inkişaf edirdi...  


Yüklə 3,82 Mb.

Dostları ilə paylaş:
1   ...   88   89   90   91   92   93   94   95   ...   147




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə