Gülxani pənah salatin əHMƏdli səNƏT, SƏNƏtkar



Yüklə 3,82 Mb.
Pdf görüntüsü
səhifə88/147
tarix01.07.2018
ölçüsü3,82 Mb.
#52706
1   ...   84   85   86   87   88   89   90   91   ...   147

 
Sənət, sənətkar və zaman
 
 
 
349 
Onların  həm  bədii  yaradıcılığında,  həm  də  elmi,  publisistik 
yazılarında «Kitabi-Dədə Qorqud» mövzusu xüsusi yer tutur.  
Anarın 1985-ci ildə «Azərbaycan» curnalının 1-ci nömrə-
sində  «Dədə  Qorqud»  kinodastanı  nəşr  olundu.  Bu  kinodastan 
özündə bütövlükdə Dədə Qorqud obrazlarını,  sücetlərini ehtiva 
edirdi.  Və  bu  əsəri  «çağdaş  dünyamızın  problemlərinin  bədii 
həllinə həsr olunmuş» əsər kimi dəyərləndiririk. 
Əsərin  şöhrəti  dünyaya  yayılmış,  1988-ci  ildə  Moskvada 
«Detskaya  literatura»  nəşriyyatında,  nəfis  şəkildə,  illüstrasi-
yalarla  (rəssam  T.Nərimanbəyov),  E.Vəzirova  və  V.Portnov 
tərəfindən tərcümə edilərək nəşr olunmuş, X. Koroğlu kitaba ön 
söz  yazmışdır.  Qeyd  edək  ki,  Xalıq  Koroğlu  «Kitabi-Dədə 
Qorqud»un  ədəbi-tarixi,  poetik, 
müqayisəli  aspektlərdə 
öyrənilməsi  sahəsində  yeni  istiqamət  müəyyənləşdirmiş»  bir 
alim kimi qiymətləndirilir və onun qorqudşünaslıqla bağlı elmi 
fəaliyyəti  çox  geniş  və  əhatəlidir  və  onun  qorqudşünaslıqla 
bağlı fəaliyyətini «bütöv bir məktəb» adlandırırlar. 
Hər  hansı  xalq-ədəbi  irsi  nə  qədər  zəngin  olsa  da,  bir  ya 
iki  əsas  kitaba,  təməl  kitaba,  Ana  kitaba  malikdir.  Belə  baş 
kitab  xalqın  varlığını  ən  dolğun  və  bitkin  şəkildə  əks  etdirir, 
onun mənliyini, mənşəyini, məskənini təsdiq edir, keçmişini və 
gələcəyini  müəyyənləşdirir.  Xalqın  həyat  tərzini,  güzəranını, 
ədəb-ərkan  qaydalarını,  milli  xarakterin  özəlliyini,  ruhunu, 
mahiyyətini  tam  şəkildə  əks  etdirir,  «İliada»    və  «Odisseya» 
qədim  yunanların,  «İncil»  qədim  yəhudilərin,  «Mahabharata» 
və «Ramayana» hindlilərin, «Şahnamə» iranlıların, «Kalevala» 
finlərin,  «İqor  polku  haqqında  dastan»  rusların,  «Manas» 
qırğızların, 
«Sid», 
«Roland», 
«Nibelunqlar» 
dastanları 
ispanların, 
fransızların, 
almanların, 
«Koblandı-Batır» 
qazaxların  belə  əsərlərindəndir.  Azərbaycan  türk  xalqının  şah 
əsəri, Ana kitabı «Dədə Qorqud» dastanıdır». 
                                                    Gülxani Pənah, Salatın Əhmədli
                                                                            
 
 
350 
Anar  dastana  müasir  dünya  mədəniyyəti  kontekstindən  
yanaşmış  və  «Kitabi-Dədə  Qorqud»    ensiklopediyasının 
yaradılması  ideyasını  irəli  sürmüşdür.  Onun  uşaqlar  üçün 
yazdığı  dizi  filmlər  Dədə  Qorqud  boyları  əsasında  yazılmışdır 
və    onun  bədii  yaradıcılığı,  «Dədə  Qorqud»la  bağlı  keçirilən 
qurultaylardakı,  simpoziumlardakı  elmi  məruzə  və  çıxışları 
«qorqudşünaslığın tarixinə daxil olmuşdur». 
«Kitabi-Dədə Qorqud» ensiklopediyası kitabına Azərbay-
can  Yazıçılar  İttifaqının  sədri  Anar  Rza    yazdığı  müqəd-
diməsində  («Türk  dünyasının  nadir  söz  abidəsi»)  bildirir: 
«Azərbaycanda  «Kitabi-Dədə  Qorqud»  ensiklopediyasının 
yaradılması  çoxdankı  arzumdur,  hələ  1984-cü  ildə  yazdığım 
«Dədə Qorqud dünyası»  essemdə bu barədə təklif irəli sürmüş-
düm....  «Kitabi-Dədə  Qorqud»  ensiklopediyası  xalqımıza, 
mədəniyyətimizə,  bütün  türk  xalqlarına,  dünya  qorqud-
şünaslığına və türkologiya elminə hava və su kimi lazımdır. 
Yazıçı  bu  ensiklopediyanın  yaranmasında  əsas  məqsədi 
açıqlayır:    «Dədə  Qorqud  dünyasına  dalmaq  coğrafi  adlar, 
tarixi  hadisələrin  əfsanələşmiş  əksi,  qəbilə,  tayfa  adları,  adət-
ənənələr,  dilimizin  kökləri  ilə  bağlı  bu  gün  də  yaşayan  və 
yaxud unudulmuş sözlər və başqa bu kimi son dərəcədə önəmli 
məsələləri  arayıb  araşdırmaq  deməkdir  və  bütün  bunların  elmi 
soraq,  məlumat  şəklində  biçimlənməsi  ensiklopediyanın  əsas 
məqsədidir». 
Anar  kitaba  yazdığı  müqəddimədə  «alp»,  «boy»  sözləri 
ilə  bağlı  tutarlı  fikirlərini  bildirir.  Dastanın  oğuz-türk  abidəsi 
kimi  «Azərbaycan,  Doğu  Anadolu,  Qafqaz  mühitiylə  bağlı 
olduğunu»,  dünya  qorqudşünaslarından  gətirdiyi  faktlarla 
izahını  verir.  Dastanın  ilk  və  geniş  şəkildə  tədqiqatını  aparan 
Bartoldun 
onun 
Qafqaz 
mühitində 
yarandığı 
fikrini, 
A.Y.Yakubovski, 
V.M. 
Cirmunski, 
A.N.Kononov, 


 
Sənət, sənətkar və zaman
 
 
 
351 
K.A.İnostrantsevin  də  onun  fikriylə  razılaşdığını,  dastanın 
«mükəmməl  nəşrini  çap  etdirən  böyük  türk  alimi»  O.Ş.Gök-
yayın  Drezden  nüsxəsində  Azərbaycan  şivəsi  özəlliklərinin 
gözə  çarpdığı  fikrini,  Məhərrəm  Erginin  (M.  Ergin  yazır: 
«Kitabi-Dədə  Qorqud»  bütünlükdə  Azərbaycanın  törəməsidir. 
Bu  barədə  şəxs  adları  və  kitabın  toponimiyası  çox  şey  deyir. 
Yalnız  bu  deyil,  əsərin  dilində  də  Azərbaycan  damğası  var») 
fikirlərini,  X.Koroğlunun  fikirlərini  dəstəkləməklə  yanaşı, 
türkçülüyünə sadiq alim kimi bu fikrində də haqlıdır ki, «KDQ-
ni israrlı şəkildə Azərbaycanla bağlamaq cəhdləri bu möhtəşəm 
abidəni 
Türkiyə 
türklərindən, 
yaxud 
Orta 
Asiya 
türkmənlərindən  ayırmaq,  almaq  niyyəti  güdmür  və  belə  bir 
mənasız təşəbbüs mümkün də deyil. Bu xalqların tarixi kökləri, 
dilləri,  mədəni  və  ədəbi  abidələri  qədim  dövrlərdə  də,  orta 
əsrlərdə də, ən son zamanlara qədər də ortaq olmuşdur və KDQ 
Azərbaycanın  olduğu  qədər  də  Türkiyənindir.  Dastanın  öz 
mətni  əsasında  onun  Azərbaycanla  sıx  bağlılığını  bir  daha 
göstərməyimizin 
yalnız 
bircə 
səbəbi 
var-Azərbaycan 
torpaqlarında  türk  dilində  danışan  xalqımızın  qədimliyini  bir 
daha  təsdiq  etmək,  KDQ-nın  bu  gün  bizim  üçün  böyük 
əhəmiyyəti ondan ibarətdir ki, bir danılmaz həqiqəti təsdiq edir: 
KDQ oğuzlarının, yəni bugünkü Azərbaycan və ona qonşu olan 
bölgələrdə  yaşayan  oğuzların  qədimliyi,  başqa  sözlə  desək, 
dastanın  qədimliyi  bu  doğma  torpaqlarda  yaşayan  Azərbaycan 
türklərinin  bu  torpaqlarda  yaşamalarının  çox  uzaq  tarixinin 
göstəricisidir». 
Anar  bir  alim-tədqiqatçı  kimi  də  maraqlı  fikirlərini  söy-
ləyir. Kitabda onların yarı oturaq, yarı köçəri həyat sürsələr də 
yerlərinin  məlum  olduğu,  yalnız  bircə  boyda  (ən  arxaik  boy 
olan  «Basatın  Təpəgözü  öldürdigi  boy»da  deyilir:  «Məgər, 
xanım,  bir  gün  Oğuz  otururkən  üstünə  yağı  gəldi.  Dün  içində 
                                                    Gülxani Pənah, Salatın Əhmədli
                                                                            
 
 
352 
ürkdi,  köçdi.  Qaçıb  gedərkən  Aruz  qocanın  oğlancığı  düşmiş, 
bir aslan  bulup götürmiş,  bəsləmiş.  Oğuz genə  əyyamla gəlüb, 
yurduna qondu.  Oğuz xanın  ilqıçısı gəlüb xəbər gətürdi»  və s)  
öz yerlərindən köçüb yenidən ora qayıtmalarına işarə olduğunu, 
oğuzların  xanı  Oğuzun  adının  «yalnız  bir  dəfə»  çəkildiyini 
qeyd edir və bu fikirlərini irəli sürməkdə də haqlıdır: «Demək, 
bu  boyun  hadisələri  Oğuz  xanın  yaşadığı  çox  əski  bir  zamana 
aid  edilə  bilər.  İkincisi,  oğlanın  (Basatın)  aslan  tərəfindən 
bəslənib böyüdülməsi də çox arxaik bir motivdir. Həmin boyun 
başqa əfsanəvi personacı Təpəgöz kimi bu obrazın kökləri çox 
uzaqlara,  hətta  qədim  yunan  əsatiri  dövrünə  çatır.  Deməli,  bu 
çox  qədim  dövrdə  oğuzlar  müəyyən  bir  yurdda  daimi 
«otururlarmış»  və  yağının  basqınından  hürkərək  gecəynən  öz 
yerlərini tərk etmiş, amma bir əyyamdan sonra yenidən qayıdıb 
öz  yurdlarına  «qonmuşlar».  Təpəgöz  mifinin  məhz  Qafqazla 
əlaqədar olması Oğuzlar  yurdunun ta əskidən  bəri  Azərbaycan 
torpaqlarında  yerləşməsinin  çox  arxaik  bir  əfsanədə  əks-
sədasıdır». 
Dastanın  yaşıyla  bağlı  mübahisəli  məsələlərə  də  diqqət 
yetirən Anar onun yaşının 1500 ildən çox olduğunu söyləmək-
də  haqlı  olan  alimlər  qarşısına  müxtəlif  mənbələrdən  gələn 
tarixi  məqamları  qoyur.    Dastanın  yaradıcısı  Dədə  Qorqudla, 
onun  şəxsiyyətiylə  bağlı  mübahisəli  məsələlərə  da  aydınlıq 
gətirməyə  çalışan  yazıçı  onun  qədimliyini  sübut  edən  şeir 
texnikasıyla  bağlı  maraqlı  fikirlər,  «dastanın    yaranmasından  
əlimizdəki    nüsxələrdəki  şəklinə  qədər  keçdiyi  dövrləri  şərti 
olaraq»  beş  mərhələyə  ayırması,  dastanın  dili,    dastanın 
mətnindəki  «diri,  şirin,  yapışıqlı  yumor»,  boyların  hər  birinin 
«müstəqil, başqa boylardan asılı olmayaraq anlaşıla bilən bitkin 
«Oğuznamələr»  olduğu  haqqında  maraqlı  fikirləri  yazıçıların 
müstəqillik  dövründə  də  öz  kökünə,  soyuna  bağlılığını  əsas 


Yüklə 3,82 Mb.

Dostları ilə paylaş:
1   ...   84   85   86   87   88   89   90   91   ...   147




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə