Gülxani pənah salatin əHMƏdli səNƏT, SƏNƏtkar



Yüklə 3,82 Mb.
Pdf görüntüsü
səhifə87/147
tarix01.07.2018
ölçüsü3,82 Mb.
#52706
1   ...   83   84   85   86   87   88   89   90   ...   147

 
Sənət, sənətkar və zaman
 
 
 
345 
«Dəvəçi  şəhidləri»,  Eldar  İsmayılın  «Şəhid  yurdun  şəhid 
övladları»,  Ələmdar  Quluzadənin  «Şəhid  şəhər»,  Əlisəfa 
Azayevin «Qanlı gündəlik», Gülxani Pənahın  «Oğuz şəhidləri, 
itkinləri», 
“Tanrının  unutduğu  Xocalılar”,  “Fələk  belə 
qismət  yazmaz,  Xocalı”,    kitab
ları,  Rəvan  Tohidoğlunun 
«Vətən  naminə»  pyesi,  Ramiz  Duyğun  «Mənim  beşiyim 
mənim»,  Elnur  Caniyevin  «Unudulmayan  çağlar»  kitabı    və  s. 
bu mövzuda dəyərli əsərlərdir. 
Bu  əsərlər  kiçik  yaşlı  uşaqların,  gənc  nəslin  duyğu  və 
düşüncələrinə  doğma  olub,  vətənə,  torpağa  məhəbbət  hissi 
aşılayır.  Uşaq  ədəbiyyatının  bu  gün  də  yaxşı  nümunələri 
yaranır.  Ə.Salahzadənin,  Sevinc  Nuruqızının,  Reyhan  Yusif-
qızının,  Pərviz  Hadinin,  Aysel  Sabirin,  Gülzar  nənənin  və 
başqalarının  əsərləri  müxtəlif  mövzuda  yazılmış  uşaq 
ədəbiyyatı nümunələridir. 
Uşaq  ədəbiyyatının  ayrılıqda  olmasa  da,  böyüklər  üçün 
əsərlər  yazan  şairlərin,  yazıçıların  yaradıcılığında  da  ən  yaxşı 
nümunələri var. 
«Azərbaycan  ensiklopediyası»  nəşriyyatı  üç  cildlik  uşaq 
ensiklopediyasını  nəşr  etdirmiş,    həm  də  23  adda  rəsmli  iri 
ölçülü  kitablar  da  çap  etdirmişdir.  «Bu  kitabçalara  xalqımızın 
mənəvi  sərvəti-sehrli-əfsanəvi  və  məişət  nağıllarından,  əfsanə 
və 
rəvayətlərdən, 
lətifələrdən, 
mövsüm 
və 
mərasim 
nəğmələrindən,  tapmaca  və  yanıltmaclardan  və  b.  nümunələr 
toplanmışdır».  Bu  seriyadan  olan  kitabları  uşaqlar  böyük 
maraqla  qarşılamış,  uşaqlar  üçün  «Gənclik»  nəşriyyatı 
sərkərdələrlə  bağlı  tarixi  hekayələri  özündə  əks  etdirən  şəkilli 
kitablar  (Teymur  Bünyadovun  «Cavanşir»,  «Atropat»,  V. 
Həbiboğlunun  «Mete  Xaqan»,  Ə.  Nicatın  «Şah  İsmayıl»)  çap 
etdirmişdir ki, bu da yaxşı ənənədir. 
                                                    Gülxani Pənah, Salatın Əhmədli
                                                                            
 
 
346 
Uşaq  ədəbiyyatı  ədəbiyyatşünasların  daima  diqqət  mər-
kəzində  olub,  onun  problemləri  araşdırılır,  öyrənilir.  Tədqiqat 
işləri  aparılır,  monoqrafiyalar  yazılır,  uşaq  ədəbiyyatı  müxtəlif 
ali məktəblərdə proqram əsasında tədris olunur. 
Azərbaycan  Yazıçılar  Birliyi  uşaq  ədəbiyyatı  nümunələ-
rinin yaradıcılığının genişləndirməsi, bu ədəbi prosesin inkişafı 
üçün  qayğılarını  əsirgəmir.  «Ulduz»,  «Azərbaycan»  cur-
nallarında  onların  çapına  köməklik  edir,  uşaq  ədəbiyyatının 
sabahına məsuliyyətlə yanaşılır.  
 
 
MÜSTƏQİLLİK DÖVRÜNDƏ 
ƏDƏBİYYAT 
 
Azərbaycan  ədəbiyyatı  həmişə  tarixin  keşməkeşli  dövr-
lərində  belə  min  bir  çətinliklərə  sinə  gərərək  öz  fəaliyyətinin 
davam etdirib. 1990-cı illərdən üzü bəri ədəbiyyatımızı diqqətlə 
nəzərdən keçirdikdə  Azərbaycan ədəbi  mühiti  haqqında  nikbin 
olmaya  bilmərik.  Yaranan  şeirlər,  poemalar,  nəsr  əsərləri, 
tənqid  və  ədəbiyyatşünaslıq  öz  axarında  olub.  Dövrün 
hadisələri,  baş verən ictimai-siyasi hadisələr,  yaşadığımız ağrı-
acılarla  yanaşı  qazandığımız  çox  böyük  tarixi  nailiyyətlər 
ədəbiyyatımızın  mövzusu  olub.  Bir-birindən  əlvan,  rəngarəng 
əsərlər  elə  bir  dövrdə  yaranmağa  başlayıb  ki,  ədəbiyyatımız 
kommunist  ideologiyası,  sovet  senzurası  deyilən  sədləri  aşıb, 
zəncirləri  qırıb,  azadlıq,  müstəqillik  azad  yazıçı,  azad  şair 
psixologiyasını  formalaşdırıb.  Müxtəlif  əsərlərin  yaranması 
üçün  yaranan  ictimai-siyasi,  ədəbi-mədəni  mühit    öz  işini 
görürdü.  20  Yanvar  faciəsi,  milli  müstəqillik  aktının  qəbul 
edilməsi,  Müstəqil  Azərbaycan  respublikasının  yaradılması, 
yaranan  yeni  müstəqil  dövlətimizin  qorunub  saxlanmasıyla 


 
Sənət, sənətkar və zaman
 
 
 
347 
bağlı  gərginlik,  müstəqilliyimizi  əlimizdən  çıxarmaq  üçün 
gedən daxili və xarici siyasətlər, milli-müstəqilliyini əldə etmiş 
ölkəsimizin  başı  üzərini  alan  fəlakətlər  və  Heydər  Əliyevin 
hakimiyyətə  qayıtması  ilə  xaosun,  hərc-mərcliyin  yatırılması, 
ölkədə 
sabitliyin, 
inkişafın 
təməlinin 
möhkəmlənməyə 
başlaması, xüsusilə 1995-ci ildə müstəqilliyimizin qanuni əsası 
kimi  yeni  Konstitusiyanın  qəbul  edilməsi,  ölkədə  keçirilən 
ümumxalq referendumları, demokratik seçkiyə doğru irəliləyiş, 
ölkəmizin beynəlxalq aləmdə daha çox tanınması, onun müstə-
qilliyinin dünya dövlətləri tərəfindən tanınması ədəbiyyatımızın 
mövzusunda əsas idi. 
Azərbaycan  ədəbi  prosesində  böyük  işlər  görülürdü. 
Dağılmaqda  olan  Azərbaycan  Yazıçılar  İttifaqının  dövlət  qay-
ğısı  ilə  təmin  olunması,  bağlanmaq  təhlükəsi  yaranan 
«Azərbaycan»,  «Ədəbiyyat  qəzeti»,  «Ulduz»,  «Qobustan», 
«Literaturnıy  Azerbaydcan»  kimi  mətbu  orqanların  dövlət 
tərəfindən  maddi  durumunun  tənzimlənməsi  ədəbiyyatın  ən 
çətin  anlarda  belə  yaddan  çıxmadığını,  qayğılardan  kənarda 
qalmadığını    göstərirdi.  Heydər  Əliyev  yazır:  «Müstəqilliyin 
qarşımıza  qoyduğu  vəzifələr  çoxdur.  Biz  hüquqi,  demokratik 
dövlət  quruculuğu  yolu  ilə  inamla  addımlayaraq  siyasi  və 
iqtisadi  islahatları  həyata  keçiririk,  iqtisadiyyatı  inkişaf 
etdiririk,  dövlətimizi  möhkəmləndiririk.  Bununla  yanaşı,  son 
illərdə  müstəqilliyin  imkanlarından  istifadə  edərək  tariximizi 
təhlil  etmək,  ədəbiyyatımızı,  mədəniyyətimizi  yenidən    dərk 
etmək  və  dünyaya  nümayiş  etdirmək  sahəsində  çox  işlər 
görülmüşdür.  Sözsüz  ki,  bu  istiqamətdə  bundan  belə  də 
qarşımızda duran mühüm problemlər çoxdur və ümidvaram ki, 
biz  onları  həll  edə    biləcəyik.  Bu  genişmiqyaslı  planların 
mərhələ-mərhələ  gerçəkləşdirilməsi  Azərbaycanın  müstəqil 
                                                    Gülxani Pənah, Salatın Əhmədli
                                                                            
 
 
348 
dövlət  kimi  dünyada  daha  yaxşı  tanınmasına  kömək 
edəcəkdir». 
Heydər  Əliyevin  fərmanı  ilə  ölkəmizdə  «Dədə  Qorqud» 
dastanının 1300 illik yubileyinin dünya miqyasında keçirilməsi 
«milli  dirçəlişə,  özünə  qayıdışa,  müstəqilliyə  təşnəliyin 
monumental  aktı  kimi,  xalqımızın  qədimliyinin  yeni  sübutu 
kimi təzahür etdi». 
Müstəqilliyin  böyük  məsuliyyətini  duyan  ümumilli  lider 
fikirlərində haqlıdır ki, «Müstəqilliyə nail olmaq və həyatın bir 
çox  sahələrində    köklü  dəyişikliklər  etmək  çox  çətin  və  məsul 
bir 
prosesdir. 
Müstəqilliyi 
elan 
etmək, 
onun 
möhkəmləndirilməsi  istiqamətində  dövlət  tədbirləri  həyata 
keçirmək  nə  qədər  vacib  olsa  da,  əsl  müstəqilliyi  qazanmaq 
üçün  bu  hələ  azdır.  Gərək  hər  bir  insan  və  xüsusən  gənc  nəsil 
müstəqilliyin  nə  qədər  müqəddəs  olduğunu  bütün  varlığı  ilə 
dərk etsin. Bunun üçün isə o, azərbaycançılığın, mənsub olduğu 
xalqın mədəniyyətinin, ədəbiyyatının, incəsənətinin, elminin nə 
olduğunu  dərindən  bilməlidir.  Bu,  çox  mühüm  məsələdir. 
Bizim zəngin tariximiz, qədim mədəniyyətimiz və milli-mənəvi 
dəyərlərimiz  «Kitabi-Dədə  Qorqud»  eposunda  öz  əksini 
tapmışdır.  Bu  epos  bizim  ümumi  sərvətimizdir  və  hər  bir 
azərbaycanlı  onunla  haqlı  olaraq  fəxr  edə  bilər.  Dastanın 
məzmununu,  mənasını,  onun  hər  bir  kəlməsini  hər  bir 
azərbaycanlı  məktəbdən  başlayaraq  bilməlidir.  Bu  bizim  ana 
kitabımızdır  və  gənclik  bu  kitabı  nə  qədər  dərindən  bilsə, 
millətini,  xalqını,  vətənini,  müstəqil  Azərbaycanı  bir  o  qədər 
çox sevəcəkdir». 
«Kitabi-Dədə  Qorqud»  ensiklopediyasının  yaradılma-
sında, bu kitabın ərsəyə gəlməsində AYB və onun sədri Anarın, 
Azərbaycan  Yazıçılar  Birliyinin  üzvü  olan  bir  çox  tədqiqatçı, 
folklorşünas,  ədib  və  şairlərimizin  xidmətləri  danılmazdır. 


Yüklə 3,82 Mb.

Dostları ilə paylaş:
1   ...   83   84   85   86   87   88   89   90   ...   147




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə