Gülxani pənah salatin əHMƏdli səNƏT, SƏNƏtkar



Yüklə 3,82 Mb.
Pdf görüntüsü
səhifə86/147
tarix01.07.2018
ölçüsü3,82 Mb.
#52706
1   ...   82   83   84   85   86   87   88   89   ...   147

 
Sənət, sənətkar və zaman
 
 
 
341 
təbiətin  bütün  canlı  və  cansız  əşyaları  obrazlaşdırılır, 
danışdırılır.  Qələmə  aldığı  personacları  səciyyələndirərkən 
müxtəlif  üsullardan  istifadə  edir.  Yaratdığı  tiplər  söhbətləri, 
davranışları  ilə  özlərini  ifşa  edirlər  Müasir  dövrdə  təmsil 
canrında  yaxşı  əsərlər  yazan  Mərkəz  Qacar  yüzlərlə  təmsilin 
müəllifidir  və  bunlar  da  didaktik  keyfiyyətlərlə  («Qırıldayan 
sağsağan»,  «Qurd  və  pələng»,  «Ərizəsi  alınan»,  «Qaz  ərizəsi» 
və  s)  zəngindir.  Onun  həm  təmsilləri,  həm  qəzəlləri,  həm  də 
digər  əsərləri  ədəbi  posesin  inkişafına  xidmət  edir.  Təmsilləri 
daha  oricinal  və  az  yazılan,  şairin  yaradıcılığının  böyük  bir 
sahəsini əhatə edən canrdır. 
Fatma  Həsənqızının  uşaqlar  üçün  yazdığı  «Tibb  bacısı», 
«Nurlu  meşənin  nağılı»,  «Şir  qəzəbi»,  «Anası  öpməyən  qız», 
«Elçisi  gülüm  olanın  başına  külüm  olar»  pyesləri,  «Xocalı 
soyqırımı»,  «Həqiqətin  həqiqətləri»,  «Mərhəmət»  hekayələri 
uşaq  ədəbiyyatına,  onların  milli  ruhda  böyüməsinə  təsir  edən 
maraqlı bədii əsərlərdir.  
Sovet imperiyası 70  ildən sonra öz hegemon  Kommunist 
ideologiyasına sahib dura bilmədi. 1991-ci ilin 18 sentyabrında 
SSRİ  tərkibində  olan  xalqların  eləcə  də  Azərbaycan 
Respublikasının  öz  müstəqilliyini  əldə  etməsi,  ölkədə  hər 
sahədə olduğu kimi ədəbiyyatın, mədəniyyətin inkişafına da öz 
təsirini  göstərdi.  Ölkədə  sosial-iqtisadi  sahələrdəki  yeniliklər, 
elmin,  təhsilin,  mədəniyyətin  yeni  quruluşda  inkişafına  şərait 
yaratdı.  
Ədəbiyyatımızın  böyük  bir  bölməsi  olan  uşaq  ədəbiyyatı 
sahəsində  də  dəyişikliklər    oldu,  kiril  əlifbasından  latın  əlif-
basına  keçildi.    Yenicə  öz  müqəddaratını  özü  həll  etmək  
səadəti  nəsib  olan  ölkəmizə  xarici  müdaxilələr  gücləndi. 
Qarabağ  və  onun  ətrafındakı  rayonlarımız  erməni  faşistləri 
tərəfindən  işğal  edildi.  Qərbi  Azərbaycan  torpaqlarından 
                                                    Gülxani Pənah, Salatın Əhmədli
                                                                            
 
 
342 
qovulan  milyondan çox soydaşlarımız qaçqın  və  köçkün taleyi 
yaşamağa  məcbur  edildi.  Erməni-rus  birləşmələri  tərəfindən 
zəbt  edilən  torpaqlarımızda  talançılıq  baş  alıb  gedirdi. 
Respublikamızı  təlatümə  salan  siyasi    mübarizələr,  kobud 
təhqir,  dedi-qodular,    mətbuat  ziddiyyətləri  təhlükəli  həddə 
çatdı. Belə bir ağır dövrdə Yazıçılar Birliyi baş verən hadisələrə 
biganə  qala  bilmirdi.  Qurultaylarda,  keçirilən  konfranslarda 
ədəbiyyatın  taleyi,  «uşaq  ədəbiyyatının  problemləri»  üçün 
narahatlıq  güclənirdi.  1992-ci  ilin  sentiyabrın  25-də  Mətbuat 
komitəsi, Azərbaycan Yazıçılar Birliyi və Xalq Təhsil Nazirliyi 
və  Elmlər  Akademiyası  birlikdə  «Uşaq  ədəbiyyatının 
problemləri»nə  dair  konfrans  keçirdi.  Yaranmış  gərginliklər, 
uşaq ədəbiyyatı ilə məşğul olan sənətkarların xaricə üz tutması, 
bir  qisminin  sənətini  dəyişməsi  və  s.  məsələlər  konfransda 
qoyuldu.  Müstəqillik illərinin bu dövründə uşaq ədəbiyyatı üç 
xətt üzrə inkişaf edirdi. Yeni yaranan, çap olunan uşaq əsərləri 
vardı,  klassiklərimizin  uşaq  əsərləri  təkrar  nəşr  edilirdi,  dünya 
uşaq ədəbiyyatından tərcümələr edilirdi. İqtisadi çətinlik özünü 
bariz surətdə  göstərsə də, hər üç sahədə ədəbiyyatımız inkişaf 
etdirilirdi.  Ə.  Salahsadə    «Yanıltmaclı  əlifba»,  Davud  Aslan 
«Ağ  göyərçinim»,  Ə.  Kərim  «Çəkməli  ayı»,  Qaçay  Köçərli 
«Qanlı  hekayələr»,  Tofiq  Qaraqaya  «Uçan  nəğmə»,  Nizami 
Paşa Saraclı   «Balam  niyə  bal dadır»,  Teymur Elçin  «Babalar, 
nənələr,  nəvələr»,  G.  Hüseynoğlu  «Kişi  kimi»,  Z.Xəlil  «Odlar 
yurdunun  paytaxtı»,  Pərviz  Hadi  «Qaranquş  yuvası»,  Mahirə 
Abdulla   «Türk oğlu, türk qızıyam»,  Aləmzər Əlizadə «Göyün 
işığı», Sultan İsmayıl  «Ağ gül, Ağa gül, Ay gül», R.Yusifoğlu 
«Aylı  cığır»,    G.Pənah  «Nifrətin  zərif  qurbanı»,  «Nunuş», 
«Mosu»,  «Qaranquş  yuvası»,  R.Əfəndiyeva  «Lalənin  ləçəyi», 
Ə.Səmədlinin  «Çinarlı  şəhərin  nəğmələri»  şeir  toplusu, 
Ə.Yasinzadənin  hərbi  vətənpərvərlik  mövzusunda  hekayələri, 


 
Sənət, sənətkar və zaman
 
 
 
343 
povestləri  və  s  hekayələr,  şeirlər,  nağıllar  bu  dövr  uşaq 
ədəbiyyatına töhfələr idi.  
Teymur  Elçin,  Xanımana  Əlibəyli  dünyasını  dəyişdi, 
İ.Tapdıq,    M.Aslan,  Z.  Xəlil  öz  mövqelərini  başqa  səmtə 
yönəltdilər.  İ.Tapdıq  Türkiyəyə  üz  tutdu.  Z.  Xəlil  nəsrə  keçdi. 
Məmməd  Aslan  teleşirkətə  işə  keçdi  və  belə  gözəl  uşaq 
ədəbiyyatı  məclislərinin  yeri  də  görünməyə  başladı.  Bu 
ədəbiyyat  yenə də  inkişaf  idi.  R.  Yusifoğlu uşaqlar üçün  yaxşı 
əsərlər  yazan  şairdir.  Onun  «Aylı  cığır»  (1992)  toplusunda  da 
öz  dəsti-xəttinə  sadiq  qalaraq  kiçik  yaşlı  balalara  məzmunlu, 
yaddaqalan,  dili  səlis,  axıcı  şeirlər  bəxş  etmişdir.  Bu  şeirlər 
mövzu  cəhətdən  «maraqlı»  bilinir:  «Toplunun  birinci  bölmə-
sindəki  şeirlər  qədim  qalalardan  bəhs  edir.  Şair  hər  qalanın 
tarixinə  və  bu  gün  sökülüb  dağılmış  görkəminə  diqqəti  cəlb 
edir, heç olmasa böyüklər bilmir, kiçiklər bilsinlər. Balacaların 
diqqətini  tarixi  abidələrimizin  keçmişinə  yönəltməklə  həm 
tarixi  öyrənmək,  həm  də  bu  gün  ona  qayğı  göstərməyə 
(«Yanardağ», «Bu qobu daşlı qobu», «Laylay, Qəbələm laylay, 
«Örənqala»,  Gəmiqaya»,  Xocamçaxlı  qalası»,  «Qorqud  baba» 
və s.) bir çağırışdır. 
Rüzgar  Əfəndiyeva  «Lalənin  ləçəyi»  şeirlər  toplusunda 
latın əlifbasını bədii deyimlərlə təsvir edib.  
Tofiq  Qaraqayanın  balacalar  üçün  yazdığı  əsərlər  el 
ədəbiyyatı,  aşıq  şeiri  ruhunda  verilir.  «Bax»  şeirində  təsvir 
etdiyi lövhələr xalq deyimindədir: 
 
Yol qırağı meşəlik, 
Ağaclarda bara bax. 
Arılar qonub gülə, 
Pətəklərdə bala bax. 
 
                                                    Gülxani Pənah, Salatın Əhmədli
                                                                            
 
 
344 
Dərələrdə çən-çisək, 
Çəmənlərdə çiyələk, 
Dağ ətəyi biçənək 
Yamaclarda qara bax... 
 
Davud  Aslanın  «Ağ  göyərçinim»  şeirlər  toplusunda 
maraqlı  şeirlər  var.  Kənd  uşaqlarının  həyatından,  onların  bu 
mühitə  bağlılığından,  təhsil  və  tərbiyələrindən,  valideynlərinə 
köməyindən  bəhs  edən  «Çəkməli  ayı»  kitabında  toplanmış 
hekayələri  təcrübəli  qələmin  məhsulu  kimi  dəyərləndirilir. 
Xalqımızın  20  Yanvar,  Qarabağ  faciələri  uşaq  ədəbiyyatında 
mühüm  yer  tutur.  Sevinc  Nuruqızının  «Çərpələng»  (2002),  
«Sarı  dız  və  vız»  (2003),  «Qisas»  kitablarında  toplanmış 
şeirləri müasirliyi ilə diqqəti cəlb edir.  
Ölkəmiz müstəqillik uğrunda döyüşlərdə böyük qurbanlar 
verdi.  Azərbaycan  dəhşətli  Qara  20  Yanvar  faciəsini  yaşadı, 
Qarabağ uğrunda gedən döyüşlərdə on minlərlə gəncimiz şəhid 
oldu.  Azərbaycan  ədəbi  mühiti  bu  hadisələrə  biganə  qalmadı. 
Onlarla  şəhidlərimizin  vətən  uğrunda  apardıqları  döyüşlərdəki 
göstərdikləri  qəhrəmanlıqları  özündə  əks  etdirən  kitablar 
yarandı  ki,  bunlar  gəncliyimizin,  yeni  yetişməkdə  olan  gənc 
nəslin, 
xüsusən 
də 
uşaqların 
vətənpərvərlik 
ruhunda 
böyüməsində  mühüm  əhəmiyyətə  malik  idi.  Azərbaycanın  hər 
guşəsindən Qarabağ uğrunda mübarizələrə atılan, o torpaqlarda 
şəhid  olan,  qanlı  döyüşlərdə  itkin  düşən,  son  nəfəsinə  qədər 
vuruşan vətən oğullarının qəhrəmanlıq dolu ömrünü əks etdirən 
Rafiq  Səməndərin  «Şəhidlər»,  «Ağdərə  şəhidləri»,  Qaçay 
Köçərlinin  «Qanlı  hekayələr»,  Ülvi  Bünyadzadənin  «Ülvi 
duyğular»,  «Bir  ölümün  acığına»,  Vaqif  Cəfərlinin  «Tovuz 
şəhidləri»,  Vilayət  Quliyevin  «Azərbaycanda  erməni  zülmü», 
Avtandil  Ağbabanın  «Ağbaba  şəhidləri»,  Aydın  Əbdüləhədin 


Yüklə 3,82 Mb.

Dostları ilə paylaş:
1   ...   82   83   84   85   86   87   88   89   ...   147




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə