Gülxani pənah salatin əHMƏdli səNƏT, SƏNƏtkar



Yüklə 3,82 Mb.
Pdf görüntüsü
səhifə89/147
tarix01.07.2018
ölçüsü3,82 Mb.
#52706
1   ...   85   86   87   88   89   90   91   92   ...   147

 
Sənət, sənətkar və zaman
 
 
 
353 
tutduqlarını  göstərir.  Anarın  xalq  ədəbiyyatına,  onun  qiymətli 
abidələrinə  diqqətli  olduğu  müstəqillik  dövründən  əvvəl  də 
mövcud  idi.  60-cılar  ədəbiyyatının  ən  inqilabçı  yazıçılarından 
biri  idi.  İlk  dəfə  ekrana  məhz  Anarın  ssenarisi  əsasında  
hazırlanmış  «Dədə Qorqud»  filmi  çıxdı.  Anar  «Dədə Qorqud» 
povestini  yazdı.  Anar  12  boydan  ibarət  «Dədə  Qorqud»  dizi 
filmlərini  yaratdı.  Nəinki  təkcə  böyüklərdə,  eləcə  də  lap  kiçik 
yaşlı  körpələrdə,  gənc  nəsildə  milli  köklərə  bağlılığı  aşılamaq 
üçün böyük fədakarlıqlar göstərən yazıçı kimi tanındı. «Kitabi-
Dədə  Qorqud»  ensiklopediyasının  redaksiya  şurasının  üzvləri 
AYİ-nın  üzvləri  idi.  Başda  redaksiya  şurasının  sədri  Anar, 
redaksiya  şurasında    35  nəfərdən  21-i  (Ağamusa  Axundov, 
Bəhlul 
Abdulla, 
B. 
Vahabzadə, 
Bəkir 
Nəbiyev, 
Ə. 
Mirəhmədov,  Elçin Əfəndiyev,  Füzuli  Bayat,  İsmayıl Vəliyev, 
İsrafil  Abbaslı,  Kamal  Abdulla,  Kamal Talıbzadə,  Kamil  Vəli, 
Məmməd  Adilov,  Nizami  Cəfərov,  Samət  Əlizadə,  Tofiq 
Hacıyev,  Şamil  Cəmşidov,  Yaşar  Qarayev  və  b)  AYİ-nın 
üzvləri  idi.  Onların  hər  birinin  bu  kitabın  ərsəyə  gəlməsində 
böyük  xidmətləri  var,  Dədə  Qorqudla  bağlı  elmi  fikirlərin 
müəllifidirlər.  Məsələn,  Elçin  Əfəndiyev  «Mahmud  və 
Məryəm»  romanında  dastanın  motivlərindən  yararlanıb.  Elmi 
araşdırmalarında 
qorqudşünaslıqla 
bağlı 
maraqlı 
elmi 
mülahizələri  var.  1999-cu  ildə  «Dədə  Qorqud  aliliyi»  kitabı 
Azərbaycan,  ingilis,  ərəb,  alman,  rus,  fars  dillərində  çap 
olunmuşdur.  Kitabda  «eposun  Azərbaycan  və  bütövlükdə  türk 
etnik  mədəni  sistemində  yeri,  milli  və  ümumbəşəri  dəyərlər 
baxımından çağdaşlığı və s. problemlər elmi şərhini tapmışdır». 
Yazıçı,  alim  Elçinin  «Kitabi-Dədə  Qorqud»un  1300  illiyi  ilə 
bağlı  çoxsaylı  yubiley  tədbirlərinin  təşkili  və  keçirilməsində 
müstəsna xidmətləri var. 
                                                    Gülxani Pənah, Salatın Əhmədli
                                                                            
 
 
354 
Azərbaycan  Yazıçılar  birliyinin  də  qatıldığı  1998-ci  ilin 
noyabr  ayının  5-6-da  Antalyada  keçirilən  Türk  Dünyası 
Yazarlarının  IV  qurultayının  əsas  mövzusu  Kitabi-  Dədə 
Qorqud» 
olmuşdur. 
Qurultayda 
AYB-ni 
sədri 
Anar, 
Ə.Amanoğlu, G. Yoloğlu təmsil etmişlər. 
1998-ci  il,  22-24  dekabrında  Bakıda  keçirilən  «İkinci 
Beynəlxalq  «Dədə  Qorqud»  kollokviumu»nda  aşağıda  qəbul 
olunan  qərarları  Azərbaycan  tərəfindən  AYB-nin  sədri  Anar, 
Türkiyə  tərəfindən  isə  Türkiyat  Araşdırmaları  İnstitutunun 
rəhbəri prof. Dr. O.F.Sərtqaya imzalanmışdır. 
1. III Beynəlxalq Dədə Qorqud  kollokviumun gələcəkdə 
keçirilməsi; 
2.  Beynəlxalq  Dədə  Qorqud  kollokviumunun  çıxışlarının 
«Türk 
Dili 
Araştırmaları 
Yıllığı-Belleten 
(1998) 
»də 
yayımlanması. 
3.  Azərbaycanda  hazırlanan  KDQ  ensiklopediyasının 
TÜRKSOY-da nəşri. 
4. KDQ haqqında tanıtma, təhlil, tənqid, araşdırmaların və 
KDQ-nın yeni tərcümələrinin hazırlanması. 
5.  Televiziyada  cizgi  və  televiziya  filmlərinin  hazırlan-
ması. 
6. Beynəlxalq «Dədə Qorqud» mükafatının təsis edilməsi. 
7.Dədə  Qorqud  adının  parklara,  küçələrə  verilməsi  və 
Dədə Qorqud heykəlinin qoyulması və s.  
Azərbaycan  Dövlətinin    başçısı,  ictimai-siyasi  xadim, 
Heydər  Əliyev  «Kitabi-Dədə  Qorqud»  dastanının  1300  illik 
yubileyi  üzrə  dövlət  komissiyasının  sədri    olmuşdur.  1997-ci 
ilin  aprelin  20-də  «Kitabi-Dədə  Qorqud»  dastanının  1300  illik 
yubileyi  haqqında»  fərman  və  1999-cu  ilin  fevralın  21-də 
«Kitabi-Dədə  Qorqud»  dastanının  1300  illik  yubileyi  üzrə 
Dövlət  Komissiyasının  tədbirlər  planı  haqqında»  sərəncam 


 
Sənət, sənətkar və zaman
 
 
 
355 
imzalamışdır. Onun sədrliyi ilə Dövlət Komissiyasının 1999-cu 
il 16 fevral, 1999-cu il 8 aprel və 2000-ci il 11  mart tarixli üç 
iclası  keçirilmişdir.  Bu  iclaslarda  o,  giriş  sözü  söyləmiş  və 
yekun nitqi ilə çıxış etmişdir». 
Dövlət  başçısının  imzaladığı  sənədlərdə,  çıxışlarında, 
müsahibələrində  Dədə  Qorqud  dastanlarını  Azərbaycan 
mədəniyyətinin, ədəbiyyatının, elminin  möhtəşəm abidəsi kimi 
onun  «Azərbaycan  xalqının    dünyagörüşünün  təşəkkül 
tapmasında»kı  misilsiz  rolunu  yüksək  qiymətləndirməsi,  50-ci 
illərdə  onun  tədqiqi  ilə  məşğul  olan  alimlərimizin  (M.Arif, 
H.Araslı,  M.Təhmasib,  Ə.Dəmirçizadə  və  b)  əməyini, 
zəhmətini yüksək qiymətləndirməsi,  yazıçılar, alimlər,  yaradıcı 
ziyalılar arasında dastanla bağlı fundamental  elmi tədqiqatların 
aparılmasını, ədəbi əsərlərin yazılmasını, kino, səhnə, televiziya 
verilişlərinin  təşkil  edilməsini  bir  vəzifə  kimi  qarşıya  qoyması 
dövlət  başçısının  ədəbiyyatımıza,  mədəni  irsimizə,  tariximizə  
qayğısının təzahürü kimi qiymətləndirilir. 
XX  əsrin  son  onillikləri    Azərbaycanda  hər  bir  sahədə 
olduğu kimi ədəbiyyat sahəsində də  gərgin, ziddiyyətli onillik-
lərdir.  60-cılar  kimi  70-80-ci  illərdə  Azərbaycan  ədəbiyyatına 
gələn  yaradıcı  qüvvələr  də  bu  illərin  qatı  burulğanında  yazıb-
yaratmış, ədəbi prosesdə öz dəsti-xətlərini qoymuşlar.  Onların 
yaradıcılığında  bu  dövrün  ən  ağır,  ən  çətin,  eyni  zamanda  ən 
şərəfli illəri əksini tapıb. 
Azərbaycan  ədəbiyyatında  60-cılar  kimi,  70-80-cilər  də 
öz istedadına, yaradıcılıq imkanlarına məxsus nasirləri, şairləri, 
tənqidçiləri, 
ədəbiyyatşünasları 
özündə 
birləşdirir. 
Çox 
maraqlıdır  ki,  bu  dövrün  ədəbi  tənqidi  60-cılarla  90-cılar 
arasında  yetişən,  artıq  ədəbiyyatda  öz  sözünü  demiş  olan  70-
80-ci illər nəslini sanki görmür və görürsə də nədənsə susur.  
                                                    Gülxani Pənah, Salatın Əhmədli
                                                                            
 
 
356 
Belə  qənaətə  gəlmişik  ki,  70-80-cilər  bir  zamanlar  ya-
radıcılıqlarının  çiçəkləndiyi  bir  dövrdə  Qərbi  Azərbaycanda 
gedən  prosesləri,  Sumqayıt  hadisələrini,  milli  azadlıq  uğrunda 
gedən mübarizələri, İyirmi yanvar faciəsini, Qarabağ dərdlərini,  
Kəlbəcər,  Şuşa,  Zəngilan,  Qubadlı,  Ağdam,  Cəbrayıl ağrılarını 
yaşamış,  Azərbaycanın  tam,  müstəqil  bir  dövlət  kimi  bu  gün 
mövcud olması üçün  keçdiyi keşməkeşli,  lakin şərəfli  yolu öz 
gözləri ilə görmüş, aylarla Azadlıq meydanlarında xalqla birgə 
olmuşlar və çətin və sıxıntılı günlər onların qələmə aldığı həyat 
həqiqətlərinin  çoxunun    bu  və  ya  digər  məlum  səbəblər 
üzündən tez işıq üzü görməsinə imkan verməmişdir. Buna görə 
də  bu  gün  onların  yaradıcılığında  Avropa  və  dünya  
ədəbiyyatına  sağlam  münasibət  olsa  da,  onlarda  modernist, 
postmodernist 
ideyalara 
dərindən 
yiyələnməmiş, 
onları 
«kürüyüb»  Azərbaycan  ədəbiyyatına  gətirmək  və  bununla 
ədəbiyyat  aləmində  «yer  tutmaq»  istəyi  olmamışdır.  Onların 
modernist, 
postmodernist 
baxışları 
sənətinin 
içindədir, 
dillərində  deyil,  danışmaqdansa  gözəl  sənət  əsərləri  yaratmağı 
daha  üstün  tutublar.  Yaratdıqları  əsərlərdə  dünya  ədəbiyyatına 
ölməz  sənətkarlar  bəxş  etmiş  Azərbaycan  ədəbiyyatını  «dovğa 
qazanına»  çevirmək,  oxucu  kütləsini  çaşdırmaq  istəyi  yoxdur, 
kürsü,  vəzifə  tutmaq  istəklərindən  çox  gördükləri  həyat  həqi-
qətlərini bədiiləşdirib xalqa çatdırmaq istəkləri, maraqları  daha 
güclüdür. 
Çox  maraqlıdır  ki,  70-ci  illərin  sonu-80-cı  illərin  əv-
vəllərində ədəbiyyata gələn istedad sahibləri,  xalq dərdi,  millət 
təəssübü  çəkən,  Azərbaycanın  dərdinə  şərik    olmağa  çalışan 
istedadlı  qələm  sahibləri  ədəbi  tənqidin  diqqətindən  kənarda 
qalıb.  Ya  ədəbi  tənqid  onların  yaradıcılığına  toxunmaqdan 
çəkinib,  ya  da  elə  o  da  bir  növ  durğunluq  illərini  yaşayıb. 


Yüklə 3,82 Mb.

Dostları ilə paylaş:
1   ...   85   86   87   88   89   90   91   92   ...   147




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə