Gülxani pənah salatin əHMƏdli səNƏT, SƏNƏtkar



Yüklə 3,82 Mb.
Pdf görüntüsü
səhifə90/147
tarix01.07.2018
ölçüsü3,82 Mb.
#52706
1   ...   86   87   88   89   90   91   92   93   ...   147

 
Sənət, sənətkar və zaman
 
 
 
357 
Gözləmə 
məqamını 
tutub, 
yoxsa 
demək 
istədiyindən 
qorxubmu? Qaranlıq qalmış məsələdir. 
Azərbaycan  öz  müstəqilliyini  əldə  etmək  uğrunda  mü-
barizəyə  qalxanda  məhz  yetmişinci,  səksəninci  illərin  sonunda 
ədəbiyyata  gələn  qüvvələr  bu  milli  azadlıq  ideyaları  ilə 
silahlanaraq  mübarizə  meydanına  atıldılar.    Ölkədə  baş  verən 
ictimai-siyasi  hadisələr,  gərginliklər,  hər  gün  Qarabağ  və  ona 
bitişik ərazilərdən gələn həyəcanlı xəbərlər milli duyğuları daha 
da gücləndirirdi. Azərbaycanın öz müstəqilliyini əldə etməsiylə 
«dostluq,  qardaşlıq  ideyalarının  paxırı  üzə  çıxdı»,  həm  xarici 
həm  də  daxili  qüvvələrin  ziddiyyətli  düşüncələri  ölkədə 
vəziyyəti daha da gərginləşdirdi. 
Sumqayıt  hadisələri,  Qərbi  Azərbaycanda,  Qarabağda, 
Xocalıda  baş  verən  dəhşətli  qırğınlar  həmin  dövrlərdə  ədəbiy-
yata gələn istedadlı gənclərin yaradıcılığında əsas mövzu oldu. 
Hər  gün  dolub-boşalan  Azadlıq  meydanında  olan,  20  Yanvar 
faciəsini  öz  gözləri  ilə  görən  bir  qələm  sahibi  kimi 
düşündüklərimizi  yaza  bilərəm.  Elə  bir  dövrdə  idik  ki,  qəlbi-
miz, varlığımız ancaq vətən üçün narahat idi. Baş verən olayları 
yaşadıq.  Nə  qədər  azadlığımızı,  müstəqilliyimizi,  döv-
lətçiliyimizi qorumaq üçün şəhid verdik. Diqqət edilsə, o illərin 
tarixi  analizdən  keçirilsə,  80-ci  illərin  sonu-90-cı  illərin 
əvvəllərində on minə qədər verdiyimiz şəhidlərin demək olar ki 
95  %  könüllü  olaraq  mübarizəyə  atılanlar  idi...  Vətənpərvər, 
torpaq,  el,  təəssübü,  qeyrəti  çəkən  oğul  və  qızlarımız  şəhid 
oldu. O dövrdə şəhid olan on minlərlə gənclərin demək olar ki, 
hamısı  sadə  xalq  kütlələrinin  övladları  idi.  Bircə  fakta  diqqəti 
cəlb  etmək  istərdim  ki,    «Oğuz  şəhidləri,  itkinləri»  kitabını 
yazarkən həm ərazicə,  həm də əhalisinin sayına görə (o zaman 
45  minə  qədər  əhalisi  vardı)  balaca  rayonun  26  kəndini  qarış-
qarış  gəzdim,  şəhid  ailələri  ilə,  onların  qonum-qonşuları  ilə 
                                                    Gülxani Pənah, Salatın Əhmədli
                                                                            
 
 
358 
görüşdüm.  Bu  gün  də  dərdimin  üstünə  dərd  gəlir  hər  dəfə 
yadıma düşəndə ki,  o şəhid  verən  ailələrin  birinin  imkanlı ailə 
olduğunu görmədim. Saxsısı tökülmüş, yarı uçuq, kasıb evlərin 
övladları idi o şəhidlər, o itkin düşmüş insanlar. Könüllü olaraq 
gedənlər, səfərbərliyə alınanlar, küçədən tutulub Qarabağa gön-
dərilənlər, o sadə zəhmət adamlarının övladları idi. 200-ə qədər 
şəhid,  itkin ailəsinin vətən, torpaq, el yolunda şəhid olmuş ata-
anasının,  qardaş-bacısının,  qohum-əqrəbasının  ancaq  vətən, 
xalq  düşünən  gördüm.  O  zaman  çoxumuz  qəlbimizi  bürüyən 
qeyrət  hissi  ilə  onların  qəhrəmanlığını  vəsf  edən  şeirlərimizi, 
ana  kimi  dərdinə  ağladığımız  ağımızı,  həsrət,  vətən  məhəbbəti 
ilə  dolu  bayatılarımızı  yazırdıq.  Hər  bir  şəhidimizə  bayatı  ilə 
sözümüzü  dedik,    ağımızla  ağladıq,  qəhrəmanlığını  eşidəndə 
qəlbimiz riqqətə gəldi, vəsf elədik...  
O  zaman    hər  kəs  heç  özü  də  bilmədən  bu  dövrün  hadi-
sələrini  ədəbiyyata  gətirirdi.  Sərhəd  rayonlara  gedirdik,  əs-
gərlərlə  görüşürdük,  vətənpərvərlik  dolu  şeirlərimizi  onlara 
oxuyurduq,  onların  qəlbini  vətən  məhəbbəti  ilə  döyüşə 
ruhlandırırdıq,  işğal  olunmamış  torpaqlarımızın  qorunması 
naminə  çalışırdıq.    Min  bir  çətinliklə  də  olsa  kitablarımızı  çap 
etdirirdik,  əsgərlərə,  sərhəd  rayonlarına  aparıb  paylayırdıq. 
Onda  nə  ad  san,  nə  şöhrət,  nə  ev-eşik  düşünürdük.  İçimizdə 
ancaq  bir  hiss  vardı,  torpağı    düşmən  tapdağında  qoymamaq, 
yenicə  müstəqilliyini  əldə  etmiş  vətənin  azad,  müstəqil 
yaşamasını təmin etmək, döyüşçülərimizə mənəvi arxa olmaq... 
Biz  babalarımız,  atalarımız  yaşayan  Böyük  Vətən  mü-
haribəsi  dövrünün  ənənələrinə  söykənmişdik.  Şair  sözünün  bir 
orduya  bərabər qüdrət və qüvvətindən  xəbərdardıq.  İşimizi  biz 
də  bu  yöndə  qurmuşduq:  60-cılar  da,  70-cilər  də,  80-cilər  də 
B.Azəroğlu,  F.Qoca,  F.Sadıq,  N.Xəzri,  B.Vahabzadə,  X.R. 
Ulutürk,  N.Həsənzadə,  S.Tahir,  İ.  Tapdıq,  R.Rövşən, 


 
Sənət, sənətkar və zaman
 
 
 
359 
S.Rüstəmxanlı, 
M.İsmayıl, 
Ə.Salahzadə, 
R.Behrudi, 
D.Gədəbəyli,  S.Qaraçöp,  H.Əfəndi,  Salam,  Mahirə  Abdulla, 
Adil  Cəmil,  Ayaz  Vəfalı,  Afaq  Məsud,  Ağa  Laçınlı,  Aqil 
Abbas,    Akif  Səməd,  Azad  Qaradərəli,  Bəhmən  Vətənoğlu, 
Sücaət,  Əlirza  Xələfli,  Fariz  Çoban,  B.  Bayramov,  Bəhlul 
Orucoğlu,  Çingiz  Əlioğlu,  Vaqif  Bəhmən,  Elçin  İsgəndərzadə, 
Eldar  Baxış,  Hüseyn  Kürdoğlu,  Gülxani  Pənah,  Elçin  Şıxlı, 
Ədalət  Əsgəroğlu,  Əli  Vəkil,  Əlisa  Nicat,  Xaqani  İsmayıl, 
Qaçay Köçərli, Məleykə Səma.... Bu siyahını artırmaq olar. 
Çağdaş  dövrümüzün  istedadlı  tənqidçiləri,  ədəbiyyatşü-
nasları  yetişir.  Kamal  Abdullayev  dilçi,  tənqidçi,  ədəbiy-
yatşünas,  həm  də  dramaturq  (son  illərdə  nasir  kimi  də)  kimi 
tanınır.  «Azərbaycan  dilində  sadə  cümlə  sintaksisinin  nəzəri 
problemləri» (rus dilində, (1983), (1999), «Müəllif-əsər-oxucu» 
(1985), «Əvvəl-axır yazılanlar» (1990), «Yolun əvvəl və axırı» 
(1993),  «Unutmağa  kimsə  yox»  (1994)  əsərləri  ilə  yanaşı 
«Ruh»  (pyeslər)  (1997),  «Bir,  iki,  bizimki»  (pyes),  «Kədərli 
seçmələr»  (2002),  «Qəribədi,  deyilmi»  (şeirlər)  (1998)  bədii 
əsərlərin  müəllifidir.    Kamal  Abdullanın  yaradıcılıq  fəaliyyəti 
genişdir.  «Azərbaycan  dili»,  «Qoşma»,  «Dəfinə»  televiziya 
verilişlərinin  yaradıcısı,  aparıcısı  kimi  də  tamaşaçıların 
rəğbətini qazanmış istedadlı qələm sahibidir. 
Ədəbiyyatşünas,  tərcüməçi,  folklorşünas  Qəzənfər  Pa-
şayev    bədii  yaradıcılığa  60-cı  illərdən  başlamışdır.      Ədəbi-
elmi  fəaliyyətində İraq ədəbi  mühitinin tədqiqi,  təbliği  mühüm 
yer  tutur.  Tərtib  etdiyi  «Kərkük  bayatıları»  (Rəsul  Rza  ilə 
birlikdə,  1968),  «Arzu-Qənbər  dastanı»  (1971),  «İraq-Kərkük 
atalar  sözləri»  (1978),  «İraq-Kərkük  bayatıları»  (1984), 
«Kərkük  tapmacaları»  (1984),  «Kərkük  folklor  antologiyası» 
(1987), «Nəsiminin divanı» (1987) əsərləri dünyaya səpələnmiş 
ortaq  türk  ədəbi-mədəni,  mənəvi  dünyası  ilə  doğmalarını 
                                                    Gülxani Pənah, Salatın Əhmədli
                                                                            
 
 
360 
məlumatlandırmaq, 
türk-Azərbaycan-Kərkük 
bədii 
söz 
sənətinin 
ortaq 
xüsusiyyətlərini 
araşdırmaq 
işində 
ədəbiyyatşünaslığımıza zəngin töhfələrdir. «Altı il Dəclə, Fərat 
sahillərində»  əsərinin  dili,  üslubu,  bədii  və  elmi  keyfiyyətləri 
yazıçı  qabiliyyətindən  xəbər  verir.  «İraq  Türkman  folkloru», 
«İraq-Türkman folklorunun canrları», «Alın yazısı» (2004) «Bu 
İngiltərədir» kitabları kütləvi tiraclarla nəşr olunmuş əsərləridir. 
Tədqiqatçının  («Nostradamusun  möcüzəli  aləmi»  əsəri) 
Nostradamusun  yaradıcılığı  ilə  bağlı  uzunmüddətli  tədqiqat 
əsəri zəngin tədqiqatçı zəhmətinin bəhrəsidir.  
Qəzənfər  Paşayevin  A.Dümanın  ingilis  dilindən  tərcümə 
etdiyi «Qafqaz səfəri» (şərikli), Sula Benetin «Necə yaşayasan, 
yüzü  haqlayasan» (1989),  Aqata  Kristinin  «Mavi  qatarın sirri» 
əsərləri ən yaxşı tərcümə əsərləridir. 
Qəzənfər  Kazımov  tənqidçi,  ədəbiyyatşünas,  tədqiqatçı 
alim  kimi  oxuculara,  elm  adamlarına,  sənət  adamlarına  yaxşı 
tanışdır.  Ədəbi  fəaliyyətə  60-cı  illərdən  başlamışdır.    Dövri 
mətbuatda ən çox məqalələri ilə çıxış edən alim, tədqiqatçı kimi 
tanınır.  Çox  maraqlıdır  ki,  60-cılar  nəslinin  alimləri, 
ədəbiyyatşünasları  dilimizin,  ədəbiyyatımızın,  soyumuzun, 
kökümüzün  tarixiylə,  milli-mənəvi  dəyərləri  ilə  daha  çox 
maraqlanmağa 
başlamış, 
sovet 
dönəmində 
yetişmiş 
ədəbiyyatşünaslarımızın  bəzilərin  qoyduğu  ədəbi  ənənələri 
davam  etdirmişlər.  Onların  türk-Azərbaycan  ədəbi-mədəni-
bədii sərvətlərinin müasir nəslə tanıdılması, tarixinin yazılması 
sahəsində  uğurlu  fəaliyyətləri  müasir  ədəbiyyatşünaslığımıza, 
Azərbaycan  ədəbiyyatı  tariximizə  misilsiz  töhfələrdir.  Sovet 
imperiyasının  siyasi  ideologiyasına  qarşı  çıxan,  senzuranın 
pərdəsini  dağıdan  60-cılar  nəslinin  ədəbi  tənqidçiləri, 
ədəbiyyatşünas alimləri gərgin elmi axtarışlar aparmış,  bu gün 
dünya  mədəniyyəti  xəzinəsinə  əvəzsiz  incilər  bəxş  etmiş, 


Yüklə 3,82 Mb.

Dostları ilə paylaş:
1   ...   86   87   88   89   90   91   92   93   ...   147




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə