Gülxani pənah salatin əHMƏdli səNƏT, SƏNƏtkar



Yüklə 3,82 Mb.
Pdf görüntüsü
səhifə82/147
tarix01.07.2018
ölçüsü3,82 Mb.
#52706
1   ...   78   79   80   81   82   83   84   85   ...   147

 
Sənət, sənətkar və zaman
 
 
 
325 
Tullanır hər tərəfə, 
Yellənir gəldi hara, 
Bir gündə neçə dəfə,  
Dəyir daşa, divara. 
İki rəng olur donu, 
Mən çox sevirəm onu. 
 
Onun  şeirlərində  olduğu  kimi  poemalarında  da  uşaqlara 
aşılanan  nəcib  əxlaqi  keyfiyyətlər  əsasdır.  «Məni  Günəşə  at» 
kitabındakı  poemalar  («Çoxbilmiş  çəpişlər»,  «İsa  və  Musa»,  
«Mərcanqulu  qalası»,  «Dınqılda,  sazım,  dınqılda»,  «Anamın 
nəğməsi»,  «Aman  ovçu»)  xalq  nağıl  və  əfsanə  motivləri  ilə 
zəngindir. 
«Ulduzların 
qucağında», 
«Bir 
yay 
səhəri» 
poemalarının  mövzusu  müasir  həyatdan  götürülüb.    Müasir 
həyatı keçmişlə müqayisəli şəkildə əks etdirən «Bir yaz səhəri»  
poemasında 
şairə 
«doğma 
vətənimizi 
yeniyetmələrə 
sevdirməyi,  onları  mübarizəyə  hazırlamağı,  qarşısına  məqsəd 
qoyduğu  bildirilir.  1980-ci  ildə  çap  olunan  «Əziz  komissar» 
kitabında  toplanan  şeirlərində  şairə  vətənin  gözəlliyindən, 
zəngin  təbiətindən,  heyvanlar  aləmindən,  körpələrin  təhsil  və 
tərbiyəsindən  poetik  bir  dillə  söz  açır.  Sadə,  aydın,  təbii  və 
canlı  dildə  yazan,  lirik-epik  şeirlərində  həmişə  səmimi  olan 
şairənin kiçik yaşlı uşaqların qəlbinə asanlıqla yol tapan əsərlər 
müəllifi olduğu tənqidçilər tərəfindən dönə-dönə vurğulanır. 
Uşaq  ədəbiyyatının  ən  yaxşı  nümunələrini  yaradan 
Teymur Elçin «Qar qız» (1955) şeiri ilə ədəbiyyata gəlib. 1959-
cu  ildə  «Qulaq  asın,  danışım»,  «Bip-bip»  kitabları  çapdan 
çıxıb.  Sonralar  yazdığı  müasir  mövzulu  şeirləri,  folklordan 
qaynaqlanan  əsərləri  «Qızılduz,  Yaşar,  nur  Nənə»  (1962),  
«Din-dan»  (1964),  «Bahar,  adlar,  uşaqlar»  (1966),  «Sözlər, 
nəğmələr, nağıllar, laylalar» (1969), «Şəkərim, duzum» (1977), 
                                                    Gülxani Pənah, Salatın Əhmədli
                                                                            
 
 
326 
«Torağayın  nəğməsi»  (1979)  və  s.  kitablarında  toplanıb. 
«Analar və laylalar»  şeirlər silsiləsində balaca oxucularına belə 
bir  fikir  aşılayır  ki,  «hər  anaya  öz  balası  əzizdir.  Ona  görə  də 
ana öz laylasında balasına ən nəcib insani keyfiyyətlər aşılayır. 
O,  bəzən  uzun  gecələr  yuxusuz  qalıb  körpə  balasına  həzin-
həzin layla çalır». Onun yaradıcılığında təbiət mövzusu əsasdır. 
Təbiətin gözəllikləri bütün əlvanlığı ilə verilir. Uşaqlara təbiəti 
sevdirmək  istəyən  şair  onları    onun  gözəlliklərindən  zövq 
almağa,  eləcə  də  ətraf  yaşıllığı  qorumağı  vətəndaşlıq  borcu 
olduğunu bilməyi öyrətmiş olur.  
T.Elçinin  şeirlərində elm  və texnikanın  inkişafı öz əksini 
tapır,  bu,  müasir  elm  və  texnika  barədə  uşaq  təsəvvürünü  ge-
nişləndirməsinə imkan yaradır. «Bip-bip» poeması bu cəhətdən 
diqqətəlayiqdir: «Şair  burada uşaqların  nəzərini siqnallara cəlb 
edir.  Ayrı-ayrı  nəqliyyat  vasitələri  haqqında  anlayış  əldə  edən 
uşaqlar  səs  siqnallarının  vəzifəsi  ilə  də  tanış  olurlar.  Burada 
şairin  məqsədi  təkcə  nəqliyyat  vasitələrini  sadalamaq  deyil, 
əsas 
ideyanı 
ifadə 
etmək 
üçün 
qabaqcadan 
zəmin 
hazırlamaqdır: 
 
Saat yatır, Bir-bip yatmır, 
Nə paravoz, nə də maşın, 
Yüyürməkdə ona çatmır. 
Bip-bip uçur axşam-səhər, 
Çatmaz ona təyyarələr. 
Bəs o kimdir? 
Bip-bip nədir? 
 
Şifahi xalq ədəbiyyatından, onun motivlərindən məharətlə 
istifadə edən Teymur Elçin «Qarğanın məktəbində», «Qar qız», 
«Billurənin  nağılı»,  «Getdin  gördün»,  «Dovşanın  evi»,  «Üç 


 
Sənət, sənətkar və zaman
 
 
 
327 
qardaş,  üç  bacı»,  «Dovşan,  tülkü,  canavar»  poemalarını  yazıb. 
Onun «Qarğanın məktəbində»  nağılında uşaqlarda «ana dilinə 
mahnı  və  nəğmələr  vasitəsilə    məhəbbət  oyatmaq,  xalqa, 
Vətənə  sədaqətlə  xidmət  etmək  kimi  xeyirxah  ideyalar  təbliğ 
olunduğu  kimi,  qoluzorluluq,  müstəbidlik,  ikiüzlülük,  mütilik 
tənqid olunur. 
Uşaq  ədəbiyyatına  şair  İlyas  Tapdığın  əsərləri  də  gözəl 
nümunələr  sayılır.  «Kəndimizin  çobanı»,  «Bulaq  başında»  
kitabları  55-60-cı  illərdə  yazılmışdır  və  bu  kitablar  kiçik  yaşlı 
uşaqların  və  məktəblilərin  həyatını,  məşğuliyyətini,  marağını, 
təlim-tərbiyəsini  əks  etdirmiş  əsərlər  sayılır.  60-70-ci  illərdə 
yazdığı  əsərlərin  çoxunu  uşaq  aləminə  həsr  etmişdir:  «Arxalı 
dağlar»  (1962),  «Çimnaz  oynayır»  (1967),  «Təpələr»  (1969), 
«Bir evim  var» (1970), «Bir gülün qönçəsi» (1971), «Meşənin 
mahnısı»  (1973),    «Çiçəklərim»  (1979)  və  s.  kitabların 
müəllifidir.  «Meşənin  mahnısı»  şeirlər  kitabına  görə  yüksək 
mükafata-  Lenin  komsomolu  mükafatına  layiq  görülən    İlyas 
Tapdığın    uşaq  şeirləri  gürcü,  rus,  ukrayna,  latış,  türkmən 
dillərinə  tərcümə  olunub.  Y.Raynis,  Y.Berns,  L.Ukrainka, 
P.Brovka,  E.  Mecelaytis  və  s.  görkəmli  şairlərin  əsərlərini 
dilimizə  tərcümə  edən  lirik  şairdir.  Və  şeirlərində  təbiət  aləmi 
əsas mövzulardan biridir. O, təbiətdə baş verən hadisələri uşaq 
təfəkkürünə uyğun  bir dillə qələmə alır,  onlarla təbiət arasında 
doğma  olan  hissləri  qələmə  alır.  Məsələn  «Bildirçin»  şeirində  
uşağın diliylə danışır, onunla quş arasında ünsiyyət qurur: 
 
Bildir uçub bağçanı 
Meşə bildi Bildirçin. 
Arzu baxıb çağırdı: 
«Çildir. Çildir, Bildirçin». 
Dedi: -Hanı quyruğun? 
                                                    Gülxani Pənah, Salatın Əhmədli
                                                                            
 
 
328 
Mənə bildir, Bildirçin. 
Bəlkə pişik qoparıb, 
Neçə ildir, Bildirçin? 
 
Uşaq  ədəbiyyatını  öz  yaradıcılığı  ilə  zənginləşdirən 
Məstan  Əliyevin  «Qartal»,  «İlk  görüş»,  «Çəmən  qızı», 
«Nərgizim», 
«Addımlar,  addımlar»,  «Nəğməli  qovaq», 
«Obalardan  əsən  yellər»  kitablarında  toplanmış    əsərləri 
uşaqlara həsr olunub.  Xalq ədəbiyyatından  yararlanmaqla uşaq 
ədəbiyyatının  ən  yaxşı  nümunələrini  yaratmaq  ənənəsi  M. 
Əliyevin yaradıcılığında  da davam etdirilir. Tədqiqatçılar onun 
poeziyasında  təsvir  və  tərənnüm  deyil,  «mükalimələrdən, 
qarşılıqlı  sual-cavablardan»  istifadə  etdiyini,  obrazların 
«hərəkət  və  davranışları  ilə  «səhnəciklər»  yaratdığını  təhlil  və 
tədqiqində  əsas  götürürlər.  «Bir  söz  səndən,  bir  söz  məndən» 
şeirində bu xarakter diqqətə çatdırılır: 
-Kollarda qarağat qalıb. 
-Dəymə, dəymə. 
-Yaydan qışa sovqat qalıb. 
-Dəymə, dəymə. 
-Tənəkdə bir, iki salxım. 
-Dəymə, dəymə. 
-Gəlsənə dadına baxım. 
-Dəymə, dəymə. 
- Hə, bildim, bunları qış.. 
-Dəymə, dəymə. 
-Bəlkə quşlara saxlamış? 
-Dəymə, dəymə. 
 və  şair  «nə  şəraiti,  nə  ilin  hansı  fəsli  olduğunu,  nə  də 
uşaqların meyvələrin sovuşduğu yerə səyahətini təsvir edir. Bu 
mənzərələr  dialoqların  arxasında  gizlənmişdir.  Surətlərin 


Yüklə 3,82 Mb.

Dostları ilə paylaş:
1   ...   78   79   80   81   82   83   84   85   ...   147




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə