Gülxani pənah salatin əHMƏdli səNƏT, SƏNƏtkar



Yüklə 3,82 Mb.
Pdf görüntüsü
səhifə78/147
tarix01.07.2018
ölçüsü3,82 Mb.
#52706
1   ...   74   75   76   77   78   79   80   81   ...   147

 
Sənət, sənətkar və zaman
 
 
 
309 
dan fərqlənir, bunu Q. İlkinin uşaq həyatını, uşaq aləmini, uşaq 
psixologiyasını yaxşı bilməsiylə əlaqələndirən tənqidçi alimlər, 
yazıçının  bir  sıra  hekayələrində  mütilikdən,  tənbəllikdən, 
qorxaqlıqdan  uzaq  uşaq  obrazlarını,  çətinlikdən  asanlıqla  baş 
çıxaran, mübariz və əməksevər olduqlarını qeyd edirlər. Qılman 
İlkin  həm  böyüklər  üçün,  həm  də  gənc  nəsil,  yeniyetmə  və 
uşaqlar üçün yazılmış gözəl əsərlər müəllifi kimi tanınır.  
Azərbaycan  uşaq  ədəbiyyatının  inkişafında  xidmətləri 
olan  Yusif  Əzimzadə  də  uşaq  psixologiyasını  yaxşı  bilən, 
«qaynar  həyatımızın  müxtəlif  sahələrindən  uşaqları  maraqlan-
dıran  rəngarəng  mövzuları  seçməyi»  bacaran  və  böyük  yaşlı 
uşaqların    təlim  və  tərbiyəsində  mühüm  rol  oynayan,  onların 
«zövqünü»  oxşayan  əsərlər  müəllifidir.  «Vətən  oğlu»  adlı  ilk 
hekayəsi  1949-cu  ildə  «Ədəbiyyat  qəzeti»ndə  dərc  olunub. 
«Çiçəklər səltənəti» adlı  ilk  nağıl -pyesi tamaşaya da qoyulub. 
O,  «Partizan  oğlu»,  «İlk  görüş»,  «Onun  həyatı»,  «Görüşdən 
sonra»,  «Usta  Pirməmməd»,  «Qardaşlar»,  «Murad  dayının 
xatirəsi»,  «Qaranquşa  hay  verin»,  «Yenə  görüşəcəyik», 
«Mənim mahnılarım» və s. əsərlərin müəllifidir. Uşaqların xalq 
nağılları  şəklində  yazılmış  əsərlərə  daha  çox    maraq 
göstərdiyini  nəzərə  alıb,  «Nəsrəddin»  əsərində  xalq  nağıl  və 
lətifələrindən  yararlanıb.  Əsərdə  uşaqları  maraqlandıran, 
onların  diqqətini  cəlb  edən  epizodlar,  rəngarəng  səhnələr, 
folklora xas dil səlisliyi, obrazlılığın əsərdə mühafizə olunması, 
xalq  yaradıcılığına  məxsus  «vətənə  məhəbbət,  düşmənə  nifrət, 
xalqımızın  mübarizə  tarixi,  təbiət  gözəlliyinə  vurğunluq,  insan 
əməyinə  ehtiram,  böyüklərə  hörmət,  azad  sevgi,  xeyirxahlıq, 
ehtiyacı  olanlara  kömək  etmək,  dostluqda  sədaqət  kimi» 
qiymətli  motivlərin  saxlanması  tənqidçilərin  təhlilində  əsas 
məsələlər kimi diqqətəlayiqdir.  
                                                    Gülxani Pənah, Salatın Əhmədli
                                                                            
 
 
310 
Uşaqlar  üçün  yazdığı  əsərlərin  mövzularının  əlvanlığı, 
dərin  və  aktual    ideyası  ilə  seçilən  Mir  Mehdi    Seyidzadədir. 
«Təbiəti  sevmək,  onun  ecazkar  gözəlliyindən  zövq  almaq, 
təbiət  hadisələrini  düzgün  qavramaq,  ondan  nəticə  çıxarmaq, 
müxtəlif  bitkilərin  təsərrüfat  əhəmiyyətini  öyrənmək  istəyən 
uşaq  və  gənclər  Mir  Mehdi  Seyidzadənin  əsərlərini  sevirdilər. 
Onun  «Pinti  Həsən»,  «Pilotlar»,  «Neftə  doğru»,  «Təzə  şəhər» 
və  s.  əsərlərində  gənc  nəslin  tərbiyə  məsələlərinə  toxunduğu, 
«Nərgiz», 
«Kiçik 
təyyarəçi», 
«İsgəndər 
və 
çoban», 
«Meyvələrin  bəhsi»  əsərlərinin  rus,  tatar,  türkmən  və  digər 
dillərə  tərcümə  edildiyi  bildirilir.  Az  yaşlı,  eləcə  də  orta  yaşlı 
yeniyetmələr üçün yazdığı əsərlər diqqəti cəlb edir. Onun «Kim 
güclüdür?»  əsəri  azyaşlı  uşaqlar  üçün  yazılmışdır.  Təbiət, 
cəmiyyət haqqında yetərincə məlumatı olmayan uşaqlara bulud, 
buz,  günəş,  yağış,  yer,  sel,  çay  və  s.  haqqında  edilən  maraqlı 
söhbətlər  əsasında  müəllif  təbiətin    sirlərini  uşaqlara  açır. 
Təbiət  fəslinin  səciyyəvi  xüsusiyyətlərini  özündə  əks  etdirən 
«Bahar»,  «Yay»,  «Payız»,  «Qış»,  «Oğlum  Bahadır»  kimi 
mövsümi    şeirlərin  müəllifi  Mir  Mehdi  Seyidzadə  bütün  ədəbi 
fəaliyyətini  uşaqların  təlim  və  tərbiyə  işlərinə  həsr  edən 
«müasir  həyatın  qaynar  səhifələrindən  götürdüyü  mövzuları 
real və rəngarəng boyalarla uşaq və gənclərin başa düşəcəyi bir 
tərzdə»  təsvir  etməyə  nail  olan  yazıçı  kimi  yüksək 
qiymətləndirilir.  A.  S.  Puşkinin  «Qızıl  xoruz  nağılı»,  «Ölmüş 
şahzadə  qız  və  yeddi  pəhləvan»,  «Çar  Soltan»,  «Qızıl  balıq 
nağılı»,  «Keşiş  və  Balda»,  V.A.Cukovskinin  «Yatmış  şahzadə 
qızın  nağılı»,  «Cırtdan»,  «Çəkməli  pişik  nağılı»,  «Meşə 
soltanı», «Quşcığaz» əsərlərini ana dilimizə tərcümə etmişdir. 
Mikayıl  Rzaquluzadənin  «Qaranquş  yuvası»  (1945),  «El 
gücü»  (1948),  «Dan  söküləndə»  (1952),  «Qu  gölü»  (1955), 
«Ovçu  Elişlə  qoçaq  Aytəkinin  nağılları»  (1956),    «Ölkənin 


 
Sənət, sənətkar və zaman
 
 
 
311 
çiçəkləri»  (1962),  «Nəsillərdən  nəsillərə»  (1965),  «Dəniz 
nağılı»  (1967)  və  s.  əsərləri  uşaq  ədəbiyyatının  ən  yaxşı 
nümunələridir.  Folklor  motivləri  əsasında  («El  gücü»,  «Ana 
ürəyi, dağ çiçəyi», «Sehrli söz», «Dəniz nağılı», «Dəli Ozan»), 
təbiətə,  heyvanlara  aid  («Dan  söküləndə»,  «Ovçu  Elişlə  qoçaq 
Aytəkinin  nağılları»  və  s),  vətənpərvərlik,  əməyə  məhəbbət, 
humanist  ideyalar  təbliğ  edən  («Ağaclar»  «Qu  gölü», 
«Qaranquş  yuvası»,  «Şahin»)  əsərlər  yazmışdır.  «Qu  gölü»  
hekayəsi  xüsusilə  diqqəti  cəlb  edir,  uşaqların  əməyə,  zəhmətə 
marağını daha da artıran əsərdir,  bütövlükdə uşaq və gənclərin 
təlim-tərbiyəsi,  onlarda  əməyə  məhəbbət  aşıladığı,  təbiətdən 
zövq almağı bacarığı yaratdığı bildirilir. 
Bu  dövr  uşaq  ədəbiyyatının  inkişafında  R.  Rzanın 
xidmətləri  böyükdür.  Onun  əsərləri  emosionallığı,  lirik  bədii 
tutumu,  ədəbi-ictimai  keyfiyyətləri  ilə  diqqəti  cəlb  edir. 
«Oğullar»,  «Qızım»,  «Göyər,  çinarım,  göyər»,  «Pillələr  və 
illər»  şeirlərində  övlada  məhəbbət,  onlara  xoş  gün  arzusu, 
gəncliyin  imkanlarından  yetərincə  yararlanma  nəsihəti,  vətənə, 
yurda, torpağa sevgi aşılama, dostluq, səmimiyyət duyğuları və 
s. təbliğ olunur. 
Ay qızım, əziz qızım, 
Dəftəri təmiz qızım. 
Səni xoşbəxt yaradır, 
Azad ölkəmiz, qızım. 
Həyata  yenicə  qədəm  qoymuş    övladında  həm  onu  azad, 
xoşbəxt  yaşadan  vətənin,  dövlətin  diqqət  və  qayğısını,  həm  də 
belə  bir  dövləti,  xalqı  sevmək  hisslərini  balaca  qızına  aşılama 
da  əsasdır.  Zəhmətkeş,  vətənpərvər  görmək  istədiyi    vətən 
övladlarından  olan  bu  sevə-sevə  tərənnüm  etdiyi  balaca  fidan, 
yenicə dünyanın gözəlliklərini duymaqda olan  vətən övladıdır, 
zamanın    dayanmadığını,  bu  gün  qayğısız,  şaqraq  uşaqlığını, 
                                                    Gülxani Pənah, Salatın Əhmədli
                                                                            
 
 
312 
sabah odlu, alovlu gəncliyini yaşayacaq insandır. İllər elə gedir, 
zaman  elə  şütüyür  ki,  nə  vaxt  qocalıq  qapını  döyür,  xəbəri 
olmur  və  belə  bir  insan  ömrü  haqqında  şair  «Pillələr  və  illər» 
şeirində  təbiətin  qanunları  haqqında  oxucuya,  «poetik  dillə» 
məlumat verir, «ona bilmədiklərini öyrədir «Nəvəmə məktub», 
«Qızıma və yoldaşlarına» şeirlərində gənclərin təlim və tərbiyə 
məsələləri, «İlkin məktəbə getdi», «Təranənin oyuncaqları»nda 
məktəbə  can  atan  körpələrin  ilk  uğurlu  qədəmlərindən  bəhs 
edirsə,  eyni  zamanda  onların  keçirdikləri  hiss-həyəcanlar, 
emosional aləmi verilir. 
 «Balacaların  təbiət  ensiklopediyası»  şairin  uşaq  ədə-
biyyatı sahəsində səmərəli fəaliyyətindən xəbər verir. Bu silsilə 
şeirlərin əsasında kiçik  yaşlı uşaqların  marağı əsas götürülərək 
çap etdirilən şəkilli kitabçalar («Güllər, çiçəklər», «Ev quşları», 
«Cücələr» (1976), «Bostan və tərəvəz bitkiləri», «Çöl quşları», 
«Ağaclar»  (1977)  və  s.)  bitkilər,  canlılar  haqqında  uşaqlarda 
təsəvvür  yaradır  və  Rəsul  Rzanın  bu  təsvir  üsulu  poetik 
fəaliyyəti ilə seçilir. Burada forma və məzmun uzlaşır. «Bostan 
və  tərəvəz  bitkiləri»  bölməsi  şairin  «yarpız,  bibər,  kök, 
çuğundur,  pomidor,  kələm,  şamama,  kartof,  kəvər,  ispanaq, 
keşniş,  nanə,  cincilim,  lobya,  noxud  və  s  haqqında  çox 
müxtəsər  mənzum  oçerklər»i  adlanır.  Tənqidçilər  ona  görə 
bunlara oçerk deyir ki, « bu bitkilərin təsvirindən, bədii obrazlı 
ifadəsindən  daha  çox  hər  bir  bitkinin  həm  zahiri  əlaməti,  həm 
də tamı haqqında müxtəsər danışılır» (Q. Namazov). Bitkilərin 
müalicəvi xüsusiyyətləri burada öz əksini tapır: 
Dadlı, yeməli olur, 
Azərbaycan qarpızı. 
Qabığı zol-zol, yaşıl, 
İçi tamam qırmızı, 
Nazik olur saplağı, 


Yüklə 3,82 Mb.

Dostları ilə paylaş:
1   ...   74   75   76   77   78   79   80   81   ...   147




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə