Gülxani pənah salatin əHMƏdli səNƏT, SƏNƏtkar



Yüklə 3,82 Mb.
Pdf görüntüsü
səhifə79/147
tarix01.07.2018
ölçüsü3,82 Mb.
#52706
1   ...   75   76   77   78   79   80   81   82   ...   147

 
Sənət, sənətkar və zaman
 
 
 
313 
Yerə döşənir tağı. 
Şair  tərəvəz,  bostan  bitkiləri  ilə  yanaşı  ana  təbiətin  flora 
və  faunasını,  onun  gözəl  çiçəklərini  də  uşaqlara  sevdirməyə 
çalış**ır: 
Bənövşəyəm, Bənövşə, 
Qışda yatıb torpaqda 
Yaz başında həmişə 
Açıram çöldə, bağda. 
Ətirliyəm, göyəm, 
Bahar qızı çiçəyəm. 
Tez açıb, tez soluram... 
«Ağaclar»  bölməsində  Rəsul  Rza  çinar,  palıd,  şam, 
qovaq,  qələmə,  narbənd,  akasiya,  cökə,  söyüd,  qarağac  və  s. 
ağacların  növlərini,  harada  bitdiyini  yığcam,  uşaqların  dərk 
edəcəyi dillə təsvir edir.  «Ev quşları»  bölməsində cücə,  xoruz, 
beçə,  qaz,  ördək,  arı  və  s,  «Çöl  quşları»  bölməsində  bülbül, 
kəklik,  qartal,  durna,  qaranquş,  turac  və  s.  haqqında  danışır. 
Nağıllarımızda  onların  qəhrəmanların  arzu  və  istəyini  yerinə 
yetməsində kömək edən «rəmzi obrazlar» olduğunu söyləyir. 
«Balacaların  təbiət  ensiklopediyası»  silsilə  şeirləri  uşaq-
larda  təbiətə,  onun  incəliklərinə  həm  maraq  oyadır,  həm 
uşaqların  biliklərini  zənginləşdirir,  həm  də  estetik  maraqlarını 
ödəyir. Şairin uşaqlar üçün yazdığı şeir və poemaları ilə yanaşı, 
mənəvi  estetik  tərbiyəsi  ilə  bağlı  elmi-nəzəri  fikirləri  də  var. 
«Uşaqlar  üçün  ədəbiyyatın  ideya-bədii  səviyyəsini  yüksəltmək 
uğrunda» 
məqaləsində    uşaqların  estetik  tərbiyəsində 
ədəbiyyatın  rolunu  görür:  «Uşaq  ədəbiyyatı  nəcib  ənənələrlə-
uşaqlarda  gözəl  hisslər  tərbiyə  etmək,  onlarda  kiçik  yaşından 
zəhmətə,  biliyə  həvəs  oyatmaq,  uşaqların  sağlam  ruhi 
inkişafının qayğısına qalmaqla zəngindir». 
                                                    Gülxani Pənah, Salatın Əhmədli
                                                                            
 
 
314 
Uşaq  ədəbiyyatının  inkişaf  dövrünün  əvvəlki  dövrlərə 
(Sabir,  Səhhət,  Şaiq)  nisbətən  zəif  inkişaf  etdiyinə,  geri 
qaldığına  təəssüfünü  bildirir.  Eyni  zamanda  bu  vaxta  qədər 
Azərbaycan uşaq ədəbiyyatına dair ciddi təhlilli, onun yaranmış 
ənənələrini,  yolunu,  istiqamətini  nəzərdən  keçirən  və  bu 
ədəbiyyat  haqqında  az-çox  bütöv,  elmi  fikir  söyləyən  tənqidi 
məqalə» yazılmadığından gileylənir. 60-cı illərdə yaranan uşaq 
ədəbiyyatı  nümunələrini  təhlil  edir,  nəzərdən  keçirir,  mövzu 
məhdudluğundan  danışır.  Öz  fikirlərini  söyləyən,  klassik 
Azərbaycan yazıçılarının həyatından bəhs edən əsərlər «kiçiklər 
üçün  böyük  ədəbiyyat  ola  bilər.  «Kiçiklər  üçün  böyük 
ədəbiyyat»  məqaləsində  Füzuli,  Axundov,  Vaqif,  Sabir, 
C.Məmmədquluzadə, Ü.Hacıbəyov, N. Nərimanov, C.Cabbarlı, 
S.Vurğunun, eləcə də xalqın azadlığı uğrunda mübarizə aparan 
bir çox inqilab qəhrəmanlarının həyatından bəhs edən əsərlərin 
yazılması,  çapı  da  uşaq  ədəbiyyatının  inkişafına  xeyir  gətirə 
biləcəyini  qeyd  edir.  R.  Rza  təkcə  özünün  deyil,  digər 
sənətkarların  da  uşaq  ədəbiyyatının  inkişafına  kömək  etmək 
vəzifəsini məsul bir vəzifə kimi bildirir.  
Uşaqların  həyatından  bəhs  edən  maraqlı  əsərlər  müəllif 
Əyyub  Abbasov  50  illik  ömrü  müddətində  bir-birindən  gözəl, 
məktəbli  uşaqların  yaddaqalan  surətlərini  yaratmışdır.  Onun 
«Çal, Ülkərim,  bir də çal» şeirində müəllimləri və valideynləri 
qarşısında 
musiqidən 
imtahan 
verən 
Ülkərin 
ifaçılıq 
qabiliyyətini, istedadını alqışlayır: 
O çaldı Koroğludan, 
Alqış sardı salonu. 
Durub gedərkən yenə, 
Alqışladılar onu. 
Arası kəsilmədən. 
Qız geri döndü dərhal, 


 
Sənət, sənətkar və zaman
 
 
 
315 
Gülə-gülə baş əydi. 
«Çal, Ülkərim. Bir də çal»- 
Dedi könlündə ana. 
Qız səhnədən çəkildi, 
Yenə də əl çaldılar. 
Ülkər qayıdıb gəldi 
Məharətlə çaldı o, 
«Qoşa yarpaq» havası, 
Könüllərə elə bil 
Axdı sevinc dəryası. 
«Nailə»,  «Çiçəklər  arasında»,  «Qəşəng  və  Çiçək»,  «Qır-
mızı  bayraqlı  gəmi»  poemaları  da  uşaq  ədəbiyyatının  ən  yaxşı 
nümunələri kimi dəyərləndirilir.  
«Nailə»  poemasında  valideynin  uşaq  üzərində  nəzarəti 
problemi  qoyulur.  Dərsindən  «iki»  almış  Nailənin  zəif  oxu-
masında,  bütün  günü  uşaqlara  qoşulub  oynamaqla  məşğul 
olmasında  valideynlərin  səhlənkarlığı  da  gizlədilmir.  «Bu 
əməksevər  və  səmimi  ailənin»  nöqsanının  gizlətməməsini, 
«uşağa  ciddi  nəzarət  etmək  lazımdır»-fikrini  əsas  tutmasını 
şairə tənqidçilər təhlilində haqq qazandırır. 
 «Çiçəklər arasında», «Qəşəng və Çiçək» poemaları kiçik 
yaşlı  məktəblilər  üçün  yazılıb.  «Birinci  poemada  yay  tətilinə 
çıxan  şagirdlərin  vətənin səfalı  və  mənzərəli  yerlərinə səyahəti 
təsvir edilir. Uşaqlar bitkilər və onların xassələri  ilə tanış olur, 
yaylaqlarda  çobanlar  öz  həyatlarından  danışırlar.  Burada 
uşaqlar  Koroğlu qalası,  qiymətli  və parlaq daşlar,  Yeddi  bulaq 
haqqında  maraqlı  söhbətlərə  qulaq  asırlar.  Bütün  bu  görüş  və 
söhbətlər uşaqların biliyini daha da zənginləşdirir». 
Ə.Abbasov  uzun  müddət  təhsil  sahəsində  çalışdığından, 
uşaq,  məktəbli  psixologiyasına  dərindən  bələd  olduğundan 
                                                    Gülxani Pənah, Salatın Əhmədli
                                                                            
 
 
316 
əsərlərində  bitkin,  oricinal  uşaq  obrazları  yaratmağa  müvəffəq 
olmuşdur. 
Uşaq  ədəbiyyatına  Zeynal  Cabbarzadə  də  gözəl  əsərlər 
bəxş  etmişdir.  Onun  bədii  yaradıcılığı  uşaqların  həyatından 
bəhs  edən  şeir,  nəğmə,  nağıl  və  novellalarla  zəngindir. 
Müharibənin ilk günlərindən cəbhəyə gedən Z. Cabbarzadə orta 
məktəbdə  oxuduğu  illərdə  şeirləri  ilə  mətbuatda  çıxış  etmiş, 
müharibə  illərində  Ə.Əlibəyli,  M.Aranlı,  B.  Qasımzadə  ilə 
birlikdə  zabit  rütbəsində  cəbhədə  olarkən  cəbhə  mövzusunda 
şeir  və  məqalələr  yazmışdır.  Piyada  məktəbində kursant olmuş 
(1941-42),  kiçik  leytenant  rütbəsi  ilə  416-cı  atıcı  diviziyasının 
döyüşçüsü Naursk rayonunda hərbi əməliyyatda ağır zədələnir, 
eşitmə  və  görmə  qabiliyyətini  itirir.  Hərbi  xəstəxanada 
yaradıcılığını  davam  etdirən  şair  şeirlərini  Yazıçılar  İttifaqına 
göndərir.  Səməd  Vurğun  onun  səhhətindən  xəbər  tutub  onun 
qayğısına  qalır.  «Ədəbiyyat  qəzeti»ndə  şeirlərini  çap  etdirir. 
Yazıçılar  İttifaqına  üzv  qəbul  etdirir.  Sağalandan  sonra 
«Ədəbiyyat  qəzeti»ndə  işləyən,  bədii  yaradıcılığını  davam 
etdirən şairin «Xaniman» adlı ilk şeirlər kitabı, 1947-ci ildə isə 
«Əfzələddin  şah»  mənzum  nağılı  çapdan  çıxır.  Bu  illərdən 
başlayaraq  ömrünün  sonuna  qədər  «Pioner»  curnalının 
redaktoru  olan  Z.Cabbarzadə  «fikrə,  mənaya  üstünlük  verən, 
yığcamlığa  diqqət  yetirən  təsvirçilikdən  və  sözçülükdən  uzaq, 
çox  ciddi,  mühüm,  həyati  məsələlərə  diqqət  yetirən»  şair  kimi 
dəyərləndirilir. 
Onun 
yuxarıda 
adlarını 
çəkdiyimiz 
kitablarından  sonra    «Şeirlər»  (1952),  «Çinar»  (1952),  «Bahar 
gəlir» (1954), «Dnepr sahillərində» (1956),  «Arzular» (1958), 
«Yaylaqda» (1960), «Sizin səsiniz» (1963), «Məni bağışlayın» 
(1965),  «Güllər»  (şeirlər,  nəğmələr,  poemalar)  (1974),  «Uca 
dağ  başında»  (1980)  və  bu  kimi  kitabları  çap  olunub.  Bu 
kitablardakı  mövzu  cəhətdən  rəngarəng  şeirlərdə  onun  təbiəti, 


Yüklə 3,82 Mb.

Dostları ilə paylaş:
1   ...   75   76   77   78   79   80   81   82   ...   147




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə