Gülxani pənah salatin əHMƏdli səNƏT, SƏNƏtkar



Yüklə 3,82 Mb.
Pdf görüntüsü
səhifə80/147
tarix01.07.2018
ölçüsü3,82 Mb.
#52706
1   ...   76   77   78   79   80   81   82   83   ...   147

 
Sənət, sənətkar və zaman
 
 
 
317 
gözəlliyi,  vətənə  məhəbbəti,  tarixi  bayramların  vəsfi,  lirik 
nəğmələrlə  yanaşı,  kiçik  yaşlı  uşaqlar  üçün  «Sizin  səsiniz», 
«Yatın  balalar»,  «Sərçə»,  «Dərs  səhəri»  şeirləri  yaddaqalan, 
uşaqların  ən  çox  əzbər  öyrəndikləri  şeirlərdir.  «Qayalı 
sahillərdə»,  «Ayqız»,  «Uşaqlara»,  «Ayaq  səsləri»,  «Nə  oldu» 
və  s.  şeirlərində  ataya,  anaya  məhəbbət,  böyüklərə  hörmət  və 
ehtiram,  uşaqlıq  və  gənclik  hissləri  öz  ifadəsini  tapır.  Uşaq 
aləminə,  uşaq  psixologiyasına  dərin  bələdlik  duyulur.  Onun 
şeirlərində  yay  tətili  xatırlanan  «Hanı  tonqal»  şeirinə  diqqət 
yetirək: 
Axşam düşəndə, 
Tonqal qalanır. 
Dirəkdə bayraq 
Heç dalğalanmır. 
Qağayı vurur, 
Özünü suya. 
Bomboz qayalar 
Getmiş yuxuya. 
Onun yaratdığı «Tapmacalar» silsilə şeirləri («Kəpənək», 
«Qarışqa»,  «Şamaxı,  Naxçıvan»  və  s)  uşaqları  «yaradıcı  fikrə 
cəlb edən, axtarışlara yönəldən əsərlər» kimi dəyərlidir. Zeynal 
Cabbarzadənin  məktəblilərin,  onların  istək  və  arzularının 
ifadəsi  olan  200-dən  çox  şeirinə,  mahnısına  musiqi 
bəstələnmişdir.  «Ögey  ana»  filmində  İsmayılın  mahnısı, 
«Azərbaycanım», «Alagöz», «Arzular», «Sürəyya», «Neftçilər» 
və  s.  mahnıları  bu  gün  də  dillər  əzbəridir.  Bu  gün  də  sevilən 
mahnıların  müəllifi  Zeynal  Cabbarzadə  ana  laylaları  qədər 
şirin, təsirli, uşaq qəlbində fərəh, sevinc, həyəcan oyadan şeirlər 
müəllifidir: 
Göydə bulud sovuşsun, 
Kipriklərin qovuşsun. 
                                                    Gülxani Pənah, Salatın Əhmədli
                                                                            
 
 
318 
Laylay quzum, a laylay, 
İki gözüm, a laylay. 
Sən nə şirin balasan, 
Görüm yüz il qalasan, 
Laylay baharım laylay. 
Laylay nübarım laylay. 
Uşaqlar  üçün  yazdığı  poemalar  və  nağıllar  («Məni  ba-
ğışlayın»,  «Qəhrəman  oğlu»,  «Qonaq»,  «Linda»,  «İçərişəhər», 
«Karvan  gedir»,  «Bizim  metro»,  «Dnepr  sahillərində»  şairin 
uşaq  aləminə,  onun  duyğu  və  düşüncələrinə  hörmət,  sabahına 
qayğı ilə doludur. «Qəhrəman oğlu» poemasında atası cəbhəyə 
gedən,  döyüşlərdə  qəhrəmanlıqla  həlak  olan,  elin  qayğısı  ilə 
boya-başa  çatan  Çinarın  daxili  aləmi,  ağlabatan,  inandırıcı  bir 
məntiqlə,  bədii  ifadələrlə  verilir.  Onun  öz  uşaqlıq  illərini  yada 
salan,  «dəcəllik  etdiyini»  acı-acı  xatırlayan,  «günahlarının 
bağışlanması  üçün»  bu  gün  hər  bir  fədakarlığa  hazır  lirik 
qəhrəman  («Məni  bağışlayın»)  obrazı  yaddaqalandır;  sərhəd 
kəndlərdə  yaşayan  uşaqların  ayıq-sayıqlığı,  «qonaq»  adı  ilə 
kəndə  gələnin  casus  olduğunu  başa  düşüb,  «ağıllı    tədbir 
hazırlayan»  («Qonaq»)  uşağın  cəsarəti,  Eston  xalq  əfsanəsi 
əsasında  qələmə  alınan  Kalevin  üç  oğlunun  qəhrəmanlığından 
bəhs  edən,  vətən  yolunda  canlarından  keçən  bu  oğullar  üçün 
göz  yaşı  tökən    ana  Lindanın  iztirabları  («Linda»),  dostluq 
mövzusunda  yazılmış  («Dnepr  sahillərində»)  əsərlərdə  saflıq, 
mərdlik,  uzaq  keçmişi,  zəngin  tarixi  verilən  («İçərişəhər») 
İçərişəhərin  tikilişi,  «xalqın  əmrilə  şəhərdən  sahilə  yeraltı  yol 
çəkən  memarla  bağlı  əhvalatlar»  yaddaqalan  obrazlarla  zəngin 
əsərlərdir.  «Bizim  metro»    əsəri  nağıl  ünsürlərindən  istifadə 
yolu  ilə  yazılıb.  Burada  müharibədən  sonra  ölkədə  gedən 
quruculuq işləri verilir.  


 
Sənət, sənətkar və zaman
 
 
 
319 
Z.Cabbarzadə  30  illik  ədəbi  yaradıcılığının  çox  böyük 
hissəsini  həm  də  uşaqlara,  gənclərə  həsr  edən,  əsərlərilə  uşaq 
ədəbiyyatında dərin iz buraxan istedadlı şairdir. 
 Uşaq  ədəbiyyatı  yeniyetmələrin,  gənclərin  tərbiyəsində 
mühüm  rol  oynayan  ədəbiyyatdır.  Ona  qayğı  həmişə  diqqət 
mərkəzində  olub.  1962-ci  ilin  oktyabrın  24-də  Azərbaycan 
Yazıçılar  İttifaqının  müşavirəsi  çağırılır.  Burada  uşaq 
ədəbiyyatının  vəziyyəti  müzakirə  edilir.  İ.Qasımov,  S. 
Rəhimov,  R.  Rza,  Q.  Qasımzadə  məruzə edir.  Bu  məruzələrdə 
M.  Rzaquluzadənin,  M.  Seyidzadənin,  T.Elçinin  yaradıcılığı 
ətraflı 
təhlil 
olunur, 
uşaq 
ədəbiyyatının 
inkişafında 
nailiyyətlərimiz  qeyd  olunur.  «1969-cu  il  26  mart tarixli  SOV 
İKP  MK-nın  və  SSRİ  Nazirlər  sovetinin  «Sovet  uşaq 
ədəbiyyatının  inkişafı  haqqında  tədbirlər»  ilə  bağlı  qərarı 
ədəbiyyatımızdakı  nailiyyətlərlə  yanaşı,  uşaq  ədəbiyyatındakı 
nöqsanları  da  göstərir.  Yazıçılar  qarşısında  ciddi  yaradıcılıq 
vəzifələri  qoyulur,  onlara  dolğun  məzmunlu,  ideyalı  əsərlər 
yazmaq tövsiyə edilir. Eyni zamanda uşaq ədəbiyyatının nəzəri 
problemlərinin dərindən  işlənməsinə çox böyük diqqət yetirilir. 
Bu  qərarın  nəticəsində    tənqidçilər,  ədəbiyyatşünaslar    uşaq 
ədəbiyyatı  ilə  bağlı    yazılan  əsərləri  təhlil  edir,  onların 
yazdıqları  yaxşı  əsərlərin    bədii  ideya  və  məzmun 
keyfiyyətlərini    araşdırır,  ən  yaxşı    əsərləri  təqdir  edir. 
Yazıçıların  X  qurultayında    B.  Nəbiyevin    «Uşaq  ədəbiyyatını 
böyük  tələblər  səviyyəsinə  qaldıraq»  adlı  məruzəsində    bu 
məsələlər öz əksini tapmışdır.  Azərbaycan Yazıçılar İttifaqının 
1972-ci  il  18  fevral    plenumu  uşaq  ədəbiyyatının    daha  da 
inkişaf  etdirmək  vəzifələri  ilə  bağlı  SOV  İKP-nin    XXVI 
qurultayının  qərarları  ilə  bağlı  idi.  M.  İbrahimov,  Z. 
Cabbarzadə,  M.Seyidzadə,  P.  Xəlilov  və  başqaları    uşaq 
ədəbiyyatının 
müxtəlif 
məsələlərinə  öz 
münasibətlərini 
                                                    Gülxani Pənah, Salatın Əhmədli
                                                                            
 
 
320 
bildirdilər.  Bütün  tədbirlər  yüksək  səviyyəli  uşaq    əsərlərin 
yazılmasına yönəldilmişdi. 
Azərbaycan  Yazıçılar  İttifaqının  1976-cı  ildə  çağırılan  
qurultayında  M.Cəfərov  «İki  qurultay  arasında  Azərbaycan 
uşaq  ədəbiyyatı»  mövzusunda  məruzə  edir.  «Müəllif  uşaq 
ədəbiyyatının  nailiyyətlərini  həm  klassik  Azərbaycan  uşaq 
ədəbiyyatı,  həm  də  dünya  uşaq  ədəbiyyatının  inkişafı  ilə 
təmasda işıqlandırır.  
Bu  dövrdə  Azərbaycan  uşaq  yazıçıları    yeni  əsərlərlə 
ədəbiyyatımızı zənginləşdirirlər. Gənc nəslin tərbiyəsində bədii 
ədəbiyyatın  rolu  daha  da  artır,  «buna  görə  də  ədəbiyyatda 
bədiilik,  forma  və  məzmunun  bədii  vəhdəti,  ideya  aydınlığı, 
fikrin  bütövlüyü  və  lakonik  ifadəsi,  bədii  obrazların  kamilliyi, 
bütün  bunlarla  yanaşı,  ümumiləşdirmə  və  müasirlik  kimi 
başlıca  amillər  uşaq  ədəbiyyatının  bədii  dəyərini  artırmışdır. 
Məhz  bu  məziyyətlərinə  görə  Azərbaycan  uşaq  ədəbiyyatının 
keçdiyi  inkişaf  yolunda  60-70-ci  illəri  yeni  mərhələ 
adlandırmaq  olar».  Bu  dövrdə  yaranan  əsərlərdə  milli  ənənəvi 
mövzularla  yanaşı  böyük  kəşflər,  ölkədə  gedən  böyük 
quruculuq işləri, beynəlxalq aləmdə baş verən  hadisələr, xarici 
ölkə  gənclərinin  həyatı  ədəbiyyatımıza  gətirdiyi    «yeni 
məzmun,  yeni  ruh»la  yaddaqalandır.  Bu  dövr  poeziyamız, 
xüsusilə 
uşaq 
poeziyası 
tənqidçilər, 
ədəbiyyatşünaslar 
tərəfindən  geniş təhlil və tədqiqini tapmışdır. Azərbaycan uşaq 
poeziyasının  «1960-1990-cı  illərdə  yeni  inkişaf  mərhələsinə, 
daha ciddi axtarışlar dövrünə qədəm qoyduğu, «bu dövrdə uşaq 
şeirinin    müxtəlif    nəsillər»in    nümayəndələri  təmsil  etdiyi, 
«yarım  əsrdən  artıq  bu  ədəbiyyatın  önündə  gedən    M. 
Rzaquluzadə,  M.  Seyidzadə,   M.Dilbazi,  R.  Rza,  Ə.  Cəmil,  N. 
Rəfibəyli» kimi  qocaman söz ustalarının yazdığı əsərlər dəyərli 
bilinir.    Onların  S.Ə.Şirvani,  M.Ə.  Sabir,  A.  Səhhət,  R, 


Yüklə 3,82 Mb.

Dostları ilə paylaş:
1   ...   76   77   78   79   80   81   82   83   ...   147




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə