Gülxani pənah salatin əHMƏdli səNƏT, SƏNƏtkar



Yüklə 3,82 Mb.
Pdf görüntüsü
səhifə81/147
tarix01.07.2018
ölçüsü3,82 Mb.
#52706
1   ...   77   78   79   80   81   82   83   84   ...   147

 
Sənət, sənətkar və zaman
 
 
 
321 
Əfəndiyev,  A.Şaiq  ənənələrini  davam    etdirdiyi,  gənc  nəslin 
təlim-tərbiyəsinə kömək edən lirik şeirlər, nəğmələr, poemalar, 
nağıllar yazdığı dəyərləndirilir.  
Uşaq  ədəbiyyatının  araşdırıcıları,  tədqiqatçı  alimlər 
Böyük Vətən müharibəsi illərində bərpa və quruculuq işlərində 
püxtələşən  Ə.Əlibəyli,  B.Vahabzadə,  N.  Xəzri,  H.Arif,  H. 
Abbaszadə,  Q.  Qasımzadə,  M.  Gülgün,  N.  Gəncəli,  Qabil, 
C.Cavadlının  uşaqlar  üçün  müxtəlif  mövzuda  şeir,  poema, 
nəğmə,  nağıl  yazdığını,  onların  yaradıcılığında  böyüklər  üçün 
mövzular  əsas  olsa  da,  uşaqlar  üçün  də  yazdıqlarını,  «uşaqlar 
üçün 
yazanda 
həyat 
hadisələrinə, 
canlı 
müşahidələrə 
əsaslandıqlarını»,  uşaqları  da,  böyükləri  də  düşündürən 
mövzuları  qələmə  aldıqlarını    qeyd  edir,  60-cı  illər  uşaq 
poeziyasına  «yeni  bir  təravət»    gətirmiş  əsərlər  kimi 
dəyərləndirilən «Arzu» (N.Xəzri), «Yun corab» (H.Abbaszadə), 
«Balaca  dayə»  (Q.Qasımzadə),    «Fəxrəddinin  səyahəti» 
(Qabil),  «Uşaq  dünyası»  (B.Vahabzadə),  «Şah  və  tutuquşu» 
(N.Gəncəli)  əsərləri  ilə  yanaşı,  bu  illərdə  ədəbiyyata  gələn  S. 
Məmmədzadənin  «Qara  cücə,  ağ  cücə»  (1962),  «Məzəli 
oxucular»  (1965),  C.  Məmmədovun    «Kukla»,  «Poçtalyon» 
(1964),  «Ay  mişar,  tələs  mişar»  (1967),  V.  Nəsibin  «Çəpiş» 
(1962),  «Görüş»  (1964),  Y.  Həsənbəyin  «Ördəyin  balaları» 
(1960),  «Yağışda çimən cücə» (1962), S. Şeydanın «Təyyarə» 
(1964),  «Mən  balaca  kosmonavtam»  kitablarında  toplanan 
«maraqlı və kiçik həcmli poemalar uşaqların əməl və arzularını 
ifadə edən əsərlər» kimi dəyərləndirilir. 
70-ci  illər  uşaq  ədəbiyyatının  həm  keyfiyyətcə,  həm  də 
kəmiyyətcə   zəngin  mündəricəyə  malik olduğunu görürük. 60-
70-ci  illərdə  öz  dəsti-xətti  ilə  tanınan  Ə.  Kərim,  F.  Qoca,  N. 
Həsənzadə,  F.  Sadıq,  Ə.  Kürçaylı,  M.Araz,  C.  Novruz,  X.Rza, 
                                                    Gülxani Pənah, Salatın Əhmədli
                                                                            
 
 
322 
T. Mütəllibov yaradıcılığında uşaq şeiri də xüsusi yer tutur. Ə. 
Kərimin «Laylay»  şeiri ən yaxşı uşaq ədəbiyyatı nümunəsidir: 
 
Gecə oldu tən yarı, 
Balaca tumbul balam,  
Yorğun oyuncaqları,  
Oyatma, ay gül oğlum. 
 
Bax, Ay da küsdü səndən,  
Bax, Ay da getdi batdı. 
Aşıb dağlar başından, 
Qaranlıq yerdə yatdı. 
Oyanar səs salsan Ay, 
Ay kimisən, a laylay. 
 
Tofiq  Mütəllibovun  müxtəlif  illərdə  «Bəxtəvər  uşaqlar», 
«Bağçada  yolka»,  «İşıq»,  «Ləpələrin  nəğməsi»,  «Kəkliklər 
oxuyanda»  kitablarında  toplanan  şeirləri  uşaq  ədəbiyyatının 
yaxşı nümunələrindən sayılır. Onun «Ananın sözləri» şeiri həm 
dilə  yatımlığına  görə,  uşaq  təfəkkürünə  uyğun,  həm  də 
məzmunca maraqlıdır. Şeirdə deyilir: 
 
Anasının yanına, 
Qaçdı balaca Qəşəm. 
Dedi: ana, ay ana, 
Təzə güllər dərmişəm, 
Bundan bağban əminin 
Heç olmadı xəbəri, 
Gizli dərib gətirdim, 
Mən sənə bu gülləri. 
Anası dedi: oğlum, 


 
Sənət, sənətkar və zaman
 
 
 
323 
Çox məyus etdin məni. 
Analar sevməyirlər, 
Oğurluq hədiyyəni. 
 
Tofiq  Mütəllibovun  bir  çox  uşaq  şeirlərinə  bəstəkarlar 
mahnı bəstələmişlər.  
F.Sadığın  tapmaca,  yanıltmac    və  digər  formalarda  uşaq 
şeirləri,  onlarda  bədii  ifadə  vasitələrindən  «bacarıqla  istifadə 
etməsi»ni tənqidçilər xüsusilə qeyd edirlər. Onun «Gilə» şeiri: 
Qəşəng qızam, 
Adım Gilə. 
 Qonaq getdim 
Dayımgilə. 
Yağış yağdı gilə-gilə. 
Ayaqqablarım 
Batdı gilə. 
Onun  «Cırtdan  hara  getmişdi»  nağılı  və  «Ana  əli»  əf-
sanəsi folklor üstə köklənmiş yaxşı  uşaq ədəbiyyatı nümunələri 
sayılır. 
 C.Məmmədovun,  Y.Həsənbəyin,  F.Sahibin,  R.Zəkanın, 
S.  Məmmədzadənin,  S.Şeydanın  uşaq  poeziyası  məzmun  və 
mündəricə  baxımından  diqqəti  cəlb  edir.  Sonrakı  illərdə 
ədəbiyyata  yeni  gənc  ədəbi  qüvvələr  gəlir.  M.Namaz,  Aslan 
Kəmərli,  Ə.Kərimov,  A.Əliyev,  Q.  İsazadə,  Ə.  Cəfərli, 
R.Yusifoğlu,  A.Mahmudlu,  E.  Sadıq,  S.Mustafayev,  Ə.Həkim, 
İ.Kərimov  və  s.  yaradıcılığında  «mövzu  axtarışı,  fikrə 
rəngarəng  boyalar,  yeni  insani  duyğular  və  münasibətlər 
gətirmişdi.  Bununla  yanaşı,  ulduzlar  dünyasına  səyahət,  uzaq 
Tayqada  yeni  həyat,  elm aləmində,  məişətdə diqqəti cəlb edən 
yeniliklər də gənc şairlərin yaradıcılığında başlıca yer tutur. Bu 
yeniliklər  onların  dövri  mətbuatda  çıxışlarında,  yeni  çapdan 
                                                    Gülxani Pənah, Salatın Əhmədli
                                                                            
 
 
324 
çıxmış  kitablarında  və  gənclik  nəşriyyatının  vaxtaşırı  çap 
etdirdiyi  «Ulduz»  (1977,  1981)  toplularında  aydın  nəzərə 
çarpır». 
Uşaq  ədəbiyyatının  inkişafında  Xanımana  Əlibəylinin  öz 
dəsti-xətti  var.  Həkimlik  sənətinə  yiyələnsə  də,  ədəbiyyatı 
sevən,  şeirə,  sənətə  bağlanan  X.  Əlibəylinin    ilk  şeiri  1938-ci 
ildə  («Ana»)  «Azərbaycan  qadını»  curnalında  çap  olunub. 
Müharibədən  sonra  ADU-nun  filologiya  fakültəsini  bitirir, 
bədii  yaradıcılıqla  daha  ciddi  məşğul  olmağa  başlayır. 
Şeirlərinin  çoxunun  mövzusu,  sehri  nağıllı  uşaq  aləmin»dən 
götürülürdü.    «Balaca  həkim»  (1955),  «Dovşanın  ad  günü» 
(1957),  «Meşə  həkimi»  (1958),  «Novruz  və  Murtuz»  (1959),  
«İşləməyən dişləməz» (1961),  «Uşaq mahnıları» (1961),  «Ağ 
çəmən» (1963), «Məni Günəşə at» (1974), «Noğul» (1970)  və 
s.  30-a  qədər  kitabın  müəllifidir.  Onun  «Qızılgül»,  «Süsən 
güldü»,  «Nilufər»,  «İnciçiçəyi»,  «Lalə»,  «İnnab  ağacı»,  «Qara 
şanı», «Alma ağacı» və s. şeirləri uşaq zövqünü oxşayan əsərlər 
kimi dəyərlidir. «Lalə» şeiri bu cəhətdən zəngindir: 
 
Yurduma sərin külək 
Əsəndə axşam çağı,  
Mən başımı əyərək 
Öpürəm bu torpağı. 
 
Xalq  ədəbiyyatının  zəngin  məxəzlərindən  faydalanan 
Xanımana  Əlibəylinin  xalq  ruhunda  yaratdığı  tapmacaları  da 
diqqətəlayiqdir: 
«Tap görüm»  şeirində topun əlamətləri verilir: 
 
Atdım, göyə çatmadı, 
Düşdü çaya batmadı. 


Yüklə 3,82 Mb.

Dostları ilə paylaş:
1   ...   77   78   79   80   81   82   83   84   ...   147




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə