Gülxani pənah salatin əHMƏdli səNƏT, SƏNƏtkar



Yüklə 3,82 Mb.
Pdf görüntüsü
səhifə83/147
tarix01.07.2018
ölçüsü3,82 Mb.
#52706
1   ...   79   80   81   82   83   84   85   86   ...   147

 
Sənət, sənətkar və zaman
 
 
 
329 
söhbətlərindən  və  bircə  «qış...»  kəlməsi  ilə  «dəymə,  dəymə»  
təkririnin  müqabil  tərəfindən  ardıcıl  təkrarlanması  «tapşırığı» 
möhkəmlətməklə,  həm  də  uşaqlara  məxsus  şeirə  oynaqlıq, 
axıcılıq gətirir». 
Nəsihətçilik,  didaktik  mövzuda  yazılmış  şeirlərində  də 
onun  yaradıcılığına  xas  xüsusiyyətlər  («Ağ  çay»,  «Ay  can», 
«Aşıq,  nə  aşıq»,  «Tərs»,  «Tağlar»,  «Armud  payı»,  «Arx», 
«Suallar,  suallara  cavablar»),    mövzuya  uyğun  tapdığı  bən-
zətmələr,  əlvan  boyalar,  qələmə  aldığı  mövzuya  uşaqlarda 
maraq  yaratmaq  keyfiyyətləri  M.  Əliyevin  poetik  imkanları 
uşaqlar üçün yazdığı əsərlərdə onu uşaq ədəbiyyatında öz dəsti-
xətti,  üslubu  ilə  seçilən  şair  kimi  tanıdıb.  «Nəğməli  qovaq» 
şeirlər  kitabı  Lenin  komsomolu  mükafatına,  «Çalğıçı  qızlar»  
kitabına  və    «Ovçu  İbişin  macəraları»  silsiləsinə  görə 
Azərbaycan SSR Dövlət Mükafatı laureatı adına layiq görülüb.  
Məstan  Əliyevin  qələm  dostlarından  biri,  uşaq  şeirləri 
müəllifi  kimi  tanınan    Tofiq  Mahmuddur.  1961-ci  ildən 
«Göyərçin» curnalının redaksiyasında işləyirdi, uşaq ədəbiyyatı 
ilə  ardıcıl  məşğul  olmaq  imkanlarına  malik  idi.  Pionerlərin, 
məktəblilərin həyatından bəhs edən «Alpinistlər» poemasından 
əvvəl  şair  «Utancaq  oğlan»,  «Dibçək»  adlı  ilk  uşaq 
kitabçalarını nəşr etdirmişdir. Uşaqların alpinist olmaq arzuları, 
Azərbaycan  torpağına  bəslədikləri  məhəbbət  poemada  əsasdır. 
«Süsən  gəzir  Abşeronu»  poeması  Abşeron  torpağına,  onun 
gözəlliklərinə  həsr  olunub.  «Süsən  adi  balaca  bir  qız  elektrik 
qatarında  Abşerona  gəlir,  hər  yerdə  qeyri-adi    gözəlliklərlə 
üzləşir. Dəniz sahilindəki qayalar, tut ağacı, üzüm bağları, əncir 
ağacı,  gül-çiçək  və  sair  öz  bədii  əksini  tapmışdır.  Poemada 
doğma  təbiətin    gözəlliklərini  görən  və  duyan  insanın  iftixar, 
fərəh hissləri əksini tapmışdır». Bu poema ilə kifayətlənməyən 
şair  Abşeron  haqqında  ikinci  bir  poema  «Süsən,  Toplan  və 
                                                    Gülxani Pənah, Salatın Əhmədli
                                                                            
 
 
330 
sehrli  maşın» poemasını  yazdı.  Xalqının  qəhrəmanlıq dolu  hə-
yatını uşaqlara sevdirməyə çalışan, «Bu torpağı tanı sən» silsilə 
şeirləri  də  şairin  yaradıcılığında  mühüm  yer  tutur.  T.Mahmud 
uşaqlar  üçün  şeirlərlə,  poemalarla  yanaşı    hekayələr,  nağıllar, 
əfsanələr  («Dalğalar»  kitabı)  da  yazmış,  çap  etdirmişdir.  
Təbiətin  gözəlliyi,  insanın  nəcib  əməlləri,  insani  keyfiyyətləri 
əks  olunan    «İgid  təyyarəçinin  qardaşı»,  «İgid  çapar», 
«Maşinist»,  «Adada  hadisə»  kimi    hekayə  və  əfsanələri  bu 
cəhətdən  yüksək  qiymətləndirilir.  Onun  uşaqlara  həsr  etdiyi  
şeirləri  bir  sıra  xalqların  dillərinə  tərcümə  olunmuş,  Tofiq 
Mahmud  da  A.Barto,  V.  Berestov,  Y.Akim  və  başqa 
sənətkarların 
əsərlərini 
dilimizə 
tərcümə 
etmiş, 
uşaq 
ədəbiyyatımızın  zənginləşdirilməsi  üçün  bütün  yaradıcılıq 
imkanlarından istifadə etməyə çalışmışdır. 
Məmməd  Aslanın  70-ci  illərdə  uşaq  poeziyasına  gəlib, 
uşaqlar  üçün  yazdığı  «Dağ  ürəyi»,  «Böyürtkən-böyrütikan», 
«Səhəri  kim  açır»,  «Dəvələr  niyə  köyşüyür»,  «Durnalar  lələk 
salır»  şeir  topluları  nəşr  olunub.  «Göyərçin»,  «Azərbaycan 
pioneri», «Pioner», «Ulduz», «Azərbaycan gəncləri» kimi uşaq 
mətbu  orqanlarında  müntəzəm  çıxış  edən  şair  şifahi  uşaq 
poeziyasına diqqət yetirir, «xalq arasında bu gün unudulmaqda 
olan,  tək-tək  misraları  qalan  poetik    irsi  sözün  əsl  mənasında 
bərpa  etməyə,  eldən  itəni  elə  qaytarmağa»  çalışdığı 
diqqətindədir. Məsələn,  
Dildə, ağızda gəzən  
Durna kimi üzməyi var, 
Nazlı balam şuxlucadır-   
                                                  
beytlərini götürür, poetik misralarda davam etdirir: 
 
Yanaqları şəfəq saçır, 


 
Sənət, sənətkar və zaman
 
 
 
331 
Aynadan işıqlıcadır. 
Nəğmə deyən şirin dili 
Bala bulaşıqcadır. 
Mənim balam tək yaranıb, 
Gildən yaraşıqlıcadır. 
«Quzunu  hardan  alırsan?»,  «Biz  ovçuyuq»,  «Bir  qom 
bənövşə»,  «Ditdili  mindim  çay  keçdim»,  «Tənha  qurbağa» 
şeirlərində  şairin xidməti «köhnə nəğməyə təzə ruh verməkdən 
ibarət olmuşdur».  Belə  şeirlərinin dilinin  «yığcam»lığı,  kövrək 
və  şirəli»liyi  diqqəti  cəlb  edir.  Mükalimələrin  uşaq  marağına 
uyğun uşaq danışıq dilində  qurulması onu «yaddaqalımlı» edir. 
Tənqidçilər  onun  folklordan  bəhrələnmə  imkanlarını 
yüksək  qiymətləndirir.  Uşaqlar  üçün  yazdığı  şeirlərin  ölçüsü, 
biçimi, onların miniatür misralarının sayının çox olmaması,  bu 
xüsusiyyətin, 
mətləbi 
uzatmadan 
çatdırmağa, 
boyaları 
əlvanlandırmağa» 
imkan  verdiyi, 
«bütövlük»,  «tamlıq» 
yaratdığı  da  diqqətdən  qaçmır.  Təbiət  şairi  kimi  tanınmış 
M.Aslanın uşaqlar üçün qələmə aldığı «Dəvələr niyə gövşəyir», 
«Səhəri  kim  açır»,  «Qoca  müəllim»,  «Qorxulu  səfər»  adlı 
poemalarında  da  ən  çox  təsvir  olunan  və  öyülən  təbiətdir.  Bu 
əsərlərdə  təbiət  öz  şəfalı  ab-havası,  ecazkar  gözəlliyi  ilə 
qarşımızda  dayanır.  Şair  kiçik  oxucuların  mənəvi-estetik 
tərbiyəsi  üçün  təbiət  hadisələrini  təbiətdən  seçib  alır». 
Məmməd  Aslanın  həm  uşaq  ədəbiyyatına  məxsus  əsərləri  və 
həm  də  digər  əsərləri  onun  Azərbaycan  xalqının  vətəninə, 
torpağına,  türk  dünyasının  birliyinə  sığınan  şair    kimi  tanıdıb. 
«Ulduz»,  «Azərbaycan  təbiəti»  curnalında,  «Ədəbiyyat  və 
incəsənət» qəzetində,  «Azərbaycan gəncləri» qəzetində  çalışan 
«Yazıçı»  nəşriyyatında  böyük  redaktor,  Azərbaycan  Dövlət 
Teleşirkətinin 
«Ekran-efir» 
qəzetinin 
baş 
redaktoru, 
televiziyada  «Dərədən-təpədən»  verilişinin  rəhbəri  Məmməd 
                                                    Gülxani Pənah, Salatın Əhmədli
                                                                            
 
 
332 
Aslan  60-cı  illərdə  ədəbiyyata  gəlmiş,  «Ömrün  yarı  yaşında», 
«Sazla izimi dünya»,  «Nur içində nur», «Allahın Rəsulu», «Bir 
sultan  yaşardı  Sultantəpədə»,  «Ərzurumun  gədiyinə  varanda» 
və  s.  kitabların  da  müəllifidir  və  bunlar  onun  zəngin 
yaradıcılığının,  bədii  təxəyyülünün  zənginliyindən  xəbər  verir. 
«Türk  xalqları  şeirlərindən  seçmələr»  (1980),    «Yunis  İmrə, 
aşıq  Veysəl,  iki  zirvə»    kitabları  türk  dünyasına,  soykökünə, 
tarixinə  qırılmaz  tellərlə  bağlı  Azərbaycan  sənətkarlarının 
amalında,  əməli  məfkurəsində  türkçülük  ideyalarına  sadiqliyin 
təzahürüdür. 
Bu  gün  uşaqların  sevə-sevə  oxuduğu  Zahid  Xəlilin  ilk 
kitabı  «Uçan çıraqlar»dır (1969). Bu kitabdakı kiçik şeirlər və 
nağılları  tənqidçilərin  diqqətini  cəlb  etmişdi,  «bu  kitab 
ədəbiyyatımıza  maraqlı  bir  uşaq  şairin  gəldiyindən  xəbər  ve-
rirdi.  Gənc  müəllif  ənənəvi  nəsihət  poeziyasından  ustalıqla 
imtina edərək, uşağa əhvalatın özünü göstərir, nəticə çıxarmağı 
isə onların ixtiyarına verir» (Q. Namazov). 
Tezliklə uşaqlar arasında geniş yayılan bu kitabın müvəf-
fəqiyyət  qazanması  şairi  daha  da  ruhlandırdı.  «Mən  rəngləri 
tanıyıram»  kitabını  çap  etdirdi  və  bu  kitabı  da  onun  «maraqlı 
axtarışlarının  nəticəsi»  kimi  dəyərləndirildi.    Əsərlərində 
quşların,  böcəklərin  xasiyyətini,  xarici  görünüşünü,  yaşayış 
tərzlərini poetik bir dillə uşaqlara çatdıran şair burada da öz ilk 
şeirlərindəki  ənənəni  davam  etdirir.  «Göydən  üç  alma  düşdü» 
(1974)  kitabında  yeni  keyfiyyətlər  üzə  çıxdı.  Əvvəlki 
kitablarında    təbiəti  təsvir  edirdisə,  bu  kitabında  «təbiəti 
danışdırmağa başladı»: 
 
Qanqal bir gün söylədi, 
-Tikanım var, kirpiyəm. 
Çiçəklərim gözümdür, 


Yüklə 3,82 Mb.

Dostları ilə paylaş:
1   ...   79   80   81   82   83   84   85   86   ...   147




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə