Gülxani pənah salatin əHMƏdli səNƏT, SƏNƏtkar



Yüklə 3,82 Mb.
Pdf görüntüsü
səhifə84/147
tarix01.07.2018
ölçüsü3,82 Mb.
#52706
1   ...   80   81   82   83   84   85   86   87   ...   147

 
Sənət, sənətkar və zaman
 
 
 
333 
-tikanlarım-kirpiyim. 
 
Dəvəyə bax, dəvəyə, 
Ayaqları tərəzi. 
Elə bil ki, lampadı, 
Gözlərinin hərəsi. 
Bu vaxt dəvə qanqalın 
Lap yanına çatırdı. 
Qanqal isə gizlincə 
Tikanını dəvənin 
Ayağına batırdı. 
 
Eh, dəvəyə nə var ki?! 
Dəyişmədi heç halı. 
Otların arasından 
Tapıb yedi qanqalı. 
 
«Quşlar,  Quşlar»,  «Torağaylar oxuyur» kitablarının  bədii 
dəyəri  yüksəkdir.  İkinci  kitabda  klassik  ənənələri,  xalq 
ədəbiyyatı  ənənələri,  həm  də  müasir  rus  və  Avropa  ədəbi 
ənənələri yaşadılır. 
1980-ci ildə nəsr əsərini «Ballıca» kitabını yazır. Nağıl və 
povestlərdən  ibarət  bu  kitabın  ümumi  ruhu  xalq  ədəbiyyatı, 
klassik 
ədəbiyyat 
və 
Avropa 
ədəbiyyatına 
yaxındır. 
N.X.Andersen,  C.  Rodari,  Ş.Perro,  Qrim  qardaşları,  N.Nosov, 
L.Kassil  kimi  sənətkarların  ədəbi  ənənələrini  davam  etdirən 
müəllifin  «maraqlı,  ibrətamiz  nağılları,  hekayələri  də  diqqəti» 
cəlb  etdiyi  və  bununla  müəllifin  «adi  uşaq  hekayələrində  də 
ciddi  ictimai  fikirlər  söyləmək  fikrində  olduğunu  sübut  etdiyi 
bildirilir. 
                                                    Gülxani Pənah, Salatın Əhmədli
                                                                            
 
 
334 
Uşaq  ədəbiyyatının  nəzəri  məsələləri  ilə  də  məşğul  olan 
Zahid Xəlil uşaq ədəbiyyatı problemlərilə bağlı alimlik dərəcəsi 
almış,  Azərbaycan  yazıçılarının  VII  qurultayında  uşaq 
ədəbiyyatına dair məruzəylə çıxış etmişdir. 
Müasir  uşaq  nəsrinin  1960-80-ci  illərdə  ən  gözəl  nümu-
nələrini M.İbrahimov.  M.Rzaquluzadə,  S.Vəliyev,  və  başqaları 
da  yaradıb.    M.İbrahimovun  «Pərvizin  həyatı»,  «Həyatdan 
hekayələr»,  S.Rəhimovun  «Gülən  balıq»,  «Gülsabah».  Mir 
Cəlalın,  Ə.  Məmmədxanlının,  S.Vəliyevin  hekayələri  bu 
qəbildəndir. 60-80-ci illərdə orta nəslin nümayəndələri Q.İlkin, 
E.Ağayev, 
Ü.Əzimzadə, 
G.Hüseynoğlu, 
E.Mah-mudov, 
X.Hasilova,  Həbibə  Zeynalova,  Ə.Babayeva,  Ə.Əmrahov    və 
başqaları təmsil edir: «Onların gənc ədəbi qəhrəmanları inqilabi 
mübarizə  dövründə,  vətəndaş  müharibəsi,  kollektivləşmə  və 
sosializm  quruculuğu  illərində,  Böyük  Vətən  müharibəsinin 
ağır  günlərində  həyatın  çətin  sınaqları  ilə  üz-üzə  gəlmişlər. 
Onlar  erkən  yaşlarından  ataları  əvəz  edib,  zəhmətə  qatlaşmış, 
sinfi  çarpışmalarda  bəzən  öz  mövqeyini  düzgün  müəyyən  edə 
bilməmiş,  hiyləgər  düşmən  tələsində  sarsılmış,  bununla  belə, 
həyatda, quruculuq işlərində xalqla bərabər inamla addımlamış, 
faşizmə  qarşı  mübarizədə  böyüklərlə  çiyin-çiyinə  vuruşmuş, 
arxada təsərrüfatın ən ağır sahələrində çalışmışlar». 
Mənsur  şeir  ustası  Gülhüseyn  Hüseynoğlu  «Beşincilər», 
«İtmiş  keçi»,  «Sübhçağı»  hekayələr  toplularında  təlim-tərbiyə 
məsələlərini,  məktəblilərin  arzu  və  istəklərini,  əməllərini  əks 
etdirir.  
Həbibə  Zeynalovanın    «Sünbül  kukla»,  «Yol  verin,  yol 
verin», «Dilarə bağa gedir», Günəş məndən göyçəkdir». «Qızıl 
alma»  və  s.  kitablarındakı  hekayələri  tənqidçilər  maraqlı 
hekayələr kimi dəyərləndirir. 


 
Sənət, sənətkar və zaman
 
 
 
335 
 Kiçik  yaşlı  uşaqlar  və  məktəblilər  üçün  yazan  yazıçı  İsa 
Hümmətovun  on  beşdən  çox  kitabında  toplanan,  uşaq 
mühitindən  bəhs  edən  povest  və  hekayələrində  «kənd  mühiti, 
təsərrüfat,  təbiət,  müxtəlif  bitkilər,  quşlar  və  heyvanlar  aləmi 
daha  təbii  və  canlı  təsvir  olunur,  bu  əsərləri  ilə  yanaşı,  «Ətirli 
çiçəklər»,  «Nənə,  əlini  mənə  ver», «Nazilə», «Atanın  həsrəti», 
«Baba  yadigarı»,  «Dünyanın  bəzəyi»  əsərlər  təsvir  olunan 
hekayələri də yaradıcılığında müəyyən yer tutur. 
İsa  Hümmətov  müasir  ruhlu  nağıllar  da  yazıb.  «Yaxşılıq 
itmir»,  «İki  molla  və  kəndli»,  «Lovğalığın  nəticəsi»,  «Alabaş 
və  Xoruz»,  «Zalım  ağa  və  balaca»  nağılları  xalq  nağılları 
motivləri  aşılamaq  istədiyi  ideya,  ruh  ilə  müasirdir,  bu 
günümüzlə səsləşir. 
Xalidə Hasilova balacalar üçün yazdığı «Kiçik hekayələr» 
toplusu  ilə  yaradıcılığa  başlayıb.  1966-1972-ci  illərdə 
«Göyərçin»  curnalının  baş  redaktoru,  sonra  isə  «Azərbaycan 
qadını»  curnalının  baş  redaktoru  işləmişdir.    «Lalənin  kitabı», 
«İlk  məktub»,    «Atlaz  yarpaqlar»,  «Unutmaram»,  «Rəna 
evlərini  axtarır»,  «Yaşıl  ayna»,  «Kaman»  və  s.  kitablarında 
toplanan  əsərlərdə  gənclərdə,  uşaqlarda  dostluq,  yoldaşlıq,  bö-
yüklərə  hörmət,  məktəbə,  elmə  maraq,  təbiətə  qayğı,  mü-
haribəyə  nifrət hissi aşılayır.  İlk dəfə  məktəbə getməyə   hazır-
laşan  Solmazın  («Təqvim»)  həyəcanları,  milli-mənəvi  də-
yərlərimizə hörmət («Buyurun əyləşin», «Yaxşı  yoldaş») kimi, 
yaşıllıqları qorumaq kimi xeyirxah, («Baba və Nəvə») əməllərə 
sahib  Baba  ilə  nəvənin  zəhmətinə  elin  qiyməti,  dostluq, 
qorxmazlıq,  humanist  gənclərin    («Mükafat»,  «Ağ  külək»,, 
«Ata») 
əməlləri 
təsvir 
olunan 
hekayələri 
ilə 
yanaşı 
X.Hasilovanın  müharibə  illərini  əks  etdirən  «Ulduzlu  papaq», 
«Rəna  evlərini  axtarır»  kitablarında  toplanan  əsərləri  vardır. 
Gənclərin  ölkədə  gedən  quruculuq  işlərini  özündə  əks  etdirən, 
                                                    Gülxani Pənah, Salatın Əhmədli
                                                                            
 
 
336 
Qazaxıstanın  ucsuz-bucaqsız  çöllərində,  xam  torpaqlarda 
çalışan  zəhmət  adamlarının  hünərindən  bəhs  edən  «Xam 
torpaqlarda»  silsilə  hekayələrlə  yanaşı,  müxtəlif  mövzulu 
maraqlı  povestlər  də  yazmışdır.  «Lalənin  kitabı»,  «Dəniz 
çıraqları», 
«Kaman», 
«Onun 
taleyi». 
«Cəhrayı 
rəng» 
hekayələrində  maraqlı,  yaddaqalan  şagird,  yeniyetmə  obrazı 
yaradan  X.Hasilova  povestlərində  də  bitkin  gənc  obrazları, 
müəllim  surətləri  yaradıb  və  bunlarda  təhsil,  təlim  və  tərbiyə 
məsələləri  əsas  yer  tutur.  «Uşaq  nəsrinin  gözəl  nümunələrini 
yaradan X.Hasilovanın hekayə və povestləri xarakterik uşaq və 
yeniyetmə surətləri ilə zəngindir». 
Ələviyyə  Babayevanın 
«İki 
həyat» 
ilk 
hekayəsi 
«Ədəbiyyat»  qəzetində  nəşr  olunub.  İlk  kitabı  «Mənim  müəl-
liməm»,  «Hekayələr»,  «Tək  ağac»,  «Kənd  yolları»,    «Mənim 
əzizlərim»,  «Payızda»,  «Ayran»,  «Mən  tək  deyiləm»,  «Kənd 
yollarına  səyahət»,  «Babamın  arıxanası»,  «Yenə  bahardır», 
«Kölgə»,  «Yarpaqlar  nə  haqda  pıçıldaşır»,  «Povestlər»  və  s. 
kitabları  nəşr  edilib.  Bu    əsərlərdə  yazıçı  Azərbaycanımızın  
təbiətini,  uşaqların    müasir  həyatını,  xarakterini,  təhsili, 
tərbiyəni, heyvanlar aləmini təsvir etmişdir. Hekayələrində həm 
də  xalqlar  dostluğu,  dostluqda  səmimiyyət  yüksək  təhsil 
uğrunda  mübarizə  əsas  yer  tutur.  L.Tolstoy,  M.  Qorki, 
A.Qaydar,  N.Boqdanov,  V.Stivensak,  V.Astafyev  və  başqa-
larının  uşaqlar haqqında yazdığı əsərləri dilimizə çevirmişdir. 
Bayram Həsənov orta və yuxarı yaşlı uşaqların  («Ayaz», 
«Qonşu»,  «Yaylaq»,  «Çörək»,    «İlk  görüş»,  «Bir  qonşu  var») 
obrazlarını canlandıran povestlər yazmışdır. Bu əsərlərdə yazıçı 
müharibə  illərində,  bərpa  işlərində  kənddə,  eləcə  də  şəhərdə 
uşaqların  tərbiyəsini,  təhsilini,  müəllimlərin  işgüzarlığını  bədii 
boyalarla təsvir etmişdir. Nəriman Süleymanov uşaq hekayələri 
ilə ədəbiyyata gəlib.  «Pioner» curnalında ədəbi işçi,  sonra baş 


Yüklə 3,82 Mb.

Dostları ilə paylaş:
1   ...   80   81   82   83   84   85   86   87   ...   147




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə