Gülxani pənah salatin əHMƏdli səNƏT, SƏNƏtkar



Yüklə 3,82 Mb.
Pdf görüntüsü
səhifə74/147
tarix01.07.2018
ölçüsü3,82 Mb.
#52706
1   ...   70   71   72   73   74   75   76   77   ...   147

 
Sənət, sənətkar və zaman
 
 
 
293 
vəsaitini  yeni  pedaqoci  prinsiplər  əsasında  tərtib  etmişdir. 
Yazıçı-tənqidçi Seyid Hüseyn bu kitabı yüksək dəyərləndirərək 
yazırdı:  «Hərçənd  bu  kitab  zahirdə  uşaqlar  üçün  yazılmışdırsa 
da,  lakin  bütün  ənənəyi  milliyəsi...  nağıl  və  hekayələri,  milli 
misal  və  nəğmələri  uşaqlara  məxsus  oyuncaqları  tərtib 
etdiyindən  bizi  keçmişimizlə  aşina  edir.  Keçmişimizə  qarşı 
bizdə  milli  duyğu  oyandırır...  Möhtərəm  Firudin  bəy  Köçərli 
cənabları bizdən ötrü kəndi hədiyyəsi ilə böyük bir cığır açdı». 
Firudin  bəy  Köçərli  uşaq  ədəbiyyatıyla  bağlı  bir  sıra 
məqalə  və  məktublarında  dilin  saflığı  məsələsini  ön  plana 
çəkirdi.  «Ana  dili»  məqaləsində  bu  məsələni  xüsusilə  qarşıya 
əsas  vəzifə  kimi  qoyurdu.  O  yazırdı:  «Hər  millətin  özünə 
məxsus ana dili var ki, onun məxsusi malıdır. Ana dili millətin 
mənəvi  diriliyidir,  həyatının  mayəsi  məziləsindədir...  Hər  kəs 
öz anasını və vətənini sevdiyi kimi, ana dilini də sevir». 
O  həm  xalq  ədəbiyyatını  toplamış,  həm  ədəbi–tənqidi 
təfəkkürünü inkişaf etdirən əsərlər yazmış, həm də uşaqlar üçün 
hazırlanan  dərsliklər  haqqında  maarifçilik  mövqeyindən  çıxış 
etmişdir, 
onların 
məqsədyönlü 
fəaliyyətləri 
nəticəsində 
onlardan  sonra  Ş.Əfəndizadə,  Ə.A.Münzib,  A.Ağabəyli, 
B.Mürşid,  C.Əsgərzadə,  Ə.Cəfərzadə,  F.Ağazadə  yetişmiş, 
Azərbaycanın  bir  çox  əyalətlərində  müəllimlik  fəaliyyəti  ilə 
məşğul  olmuş,  maarifin  inkişafı  üçün  çalışaraq,  əllərindən 
gələni  əsirgəməmiş,  uşaqlar  üçün  əsərlər,  dərsliklər  yazmış, 
hazırlamışlar.  Bu  dövrdə  yetişməkdə  olan  romantik  ədib  və 
şairlər  də  realist  və  maarifçi  ədiblər  kimi  elmi,  maarifi,  xalq 
kütlələrinin  savadlanmasını  əsas  bilir,  yeni  nəslin  təlim  və 
tərbiyəsində  ortaq  mövqe  tuturdular.  M.Hadi,  H.Cavid, 
A.Səhhət, C.Cabbarlı,  A.Divanbəyoğlu, Ə.Cavad kimi ziyalılar 
maarifi  təbliğ  edir,  yeni  üsullu  məktəblərdə  təhsil  alan 
gənclərin  həyatından  sevinclə  danışır.  M.Hadinin  «Məktəb 
                                                    Gülxani Pənah, Salatın Əhmədli
                                                                            
 
 
294 
şərqisi»,  «Qızlar  bağçası»  əsərləri  buna  nümunədir:  «Məktəb 
şərqisi»nin  yazıldığı  dövrdə  xalq  hələ  məktəbin,  elmin 
əhəmiyyətini  kifayət  qədər  bilmir,  öz  uşaqlarının  gələcək 
taleyini ruhaniliyə və ticarətə bağlamağa səy göstərirdilər: Şair 
məktəbi  cəhalət  yuvasını  işıqlandıran  Günəşə,  təbiətə  sığal 
verən  güzgüyə,  açıq  ürəklərə  həyat  verən  beşiyə  bənzədir: 
H.Cavid  «Qız  məktəbi»  şeirində  zəngin  bir  ailədə  böyümüş 
qızın  sadə  davranışını,  təhsilə,  elmə,  müəllimə  hörmət  və 
məhəbbətini,  özünə  ziynəti  «bilik»  olduğunu,  yeni  ruhlu 
ziyalıların  gəlişini  sevinclə  qarşılayır.  Ümumiyyətlə,  uşaq 
ədəbiyyatı  yeni  yetişən  gənc  nəslə  gözəl  insani  keyfiyyətlər 
aşılayır,  onların  dünyagörüşünün  formalaşdırır.  Ona  görə  də 
maarifçi xadimlər birinci növbədə  yaradılmış dərsliklərin yaxşı 
cəhətlərini  qiymətləndirməklə  bərabər  nöqsanlarını  da  görüb, 
vaxtında qarşısını almaq üçün çalışmışlar. 
Dərsliklərə daxil  edilən əsərlərdə vətənpərvərlik,  millilik, 
humanist  duyğulara  hörmət,  qocalara,  uşaqlara,  qadınlara 
rəğbət  bəsləmək  hissinin  ön  plana  çəkilməsi  vacibliyi,  tərtib 
edilən  dərsliklərdə  «ədəbiyyatımızın  ideya  zənginliyi,  bədii 
qüdrəti, milli xüsusiyyətləri»nin parlaq əksini tapması məsələsi 
ön 
plana 
çəkilirdi. 
Romantik 
Azərbaycan 
 
yazıçısı 
A.Divanbəyoğlunun 
«İlan», 
«Fəhlə» 
hekayələri 
uşaq 
ədəbiyyatının yaxşı nümunələri kimi dəyərləndirilir. Ə.Cavadın 
sadə,  oynaq,  əlvan  şeirləri  olan  «Müəllim»,  «Quşlara»,  «Mən 
Tuqayam, bir quşam», «Beşik» kimi əsərləri uşaq ədəbiyyatının 
yaxşı  nümunələridir.  Cəfər  Cabbarlının  «Bahar»,  «Qürub  çağı 
bir  yetim»,  «Boranlı  qış  gecəsi»  uşaqlar  üçün,  yeniyetmə 
uşaqların  oxuması  üçün  dəyərli  bilinir.  XX  əsrin  birinci  ilk 
illərində  uşaq  mətbuatına  ehtiyac  artdı.  «Molla  Nəsrəddin»dən 
sonra  «Zənbur»,  «Kəlniyyət»,  «Babayi–əmir»,  «Məzəli», 
«Tuti»,  «Bəhlul»,  «Lək-lək»  kimi  satirik  curnallar  fəaliyyətə 


 
Sənət, sənətkar və zaman
 
 
 
295 
başladı  ki,  bunlar  uşaq  mətbuatına  da  cığır  açdı.  «Dəbistan» 
(1906-1908),  «Rəhbər»  (1906-1907),  «Məktəb»  (1911-1920) 
məcmuələri milli uşaq ədəbiyyatının inkişafına geniş yol açmış 
oldu. Nəriman Nərimanov yazırdı: «Bu vaxtadək kitabsızlıqdan 
uşaqlarımız  zərərli,  əqidəni  pozan  kitablar  oxuyub  naəlac 
qalmışlar.  «Dəbistan»  isə  bu  tövr  kitabların  aradan  götürül-
məyinə  səbəb  olub,  zəmanəmizə  lazım  olan  məlumatlar 
verməyini  gözləyirik.  Bəli,  oxuyanlarımızda  qeyrət  görünür, 
hər  kəs  öz  qüvvəsinə  görə  işləyir.  İşləyin,  qeyrətli  qardaşlar, 
işləyin. Qoy millətin afərin səsi sizə ürək verib qeyrətinizi dəxi 
artırsın». 
Yeniyetmələrin  təlim–tərbiyəsinə,  zehni  inkişafına  təsir 
edən,  onlarda  xalqa  məhəbbət  hissi  tərbiyə  etmək  ruhunda 
fəaliyyətini  davam  etdirən  «Dəbistan»ı  C.Məmmədquluzadə, 
Sabir  alqışlayır,  bu  curnalın  səhifələrində  maarifpərvər 
ədiblərimiz əsərlərini,  tərcümələrini  nəşr etdirirdilər. «Rəhbər» 
curnalı  pedaqoci  təmayüllü  curnal  olub  «təlim  –tərbiyə 
məsələlərinə  rəhbərlik  məqsədi  daşımışdır.  Hər  iki  curnalın 
ətrafına  istedadlı  yazıçılar,  şairlər,  pedaqoqlar,  geniş  dünya-
görüşə  malik  ziyalılar  cəlb  edilmişdir.  Yazıçılar  uşaqlar  üçün 
yazdıqları 
əsərlərində 
böyüklərin 
mühakiməsini, 
həyat 
təcrübəsini, ictimai həyat haqqında düşüncələrinin nəzərə aldığı 
kimi,  onların  da  yaş  xüsusiyyətlərini,  anlama,  qavrama 
qabiliyyətinə qarşı diqqətli idilər. Uşaqları az–çox sinifdənxaric 
oxu  materialları  ilə  təmin  edən  bu  curnallar  bağlansa  da, 
maarifçi  ziyalılar  öz  fəaliyyətini  dayandırmadılar,  1911-ci  ildə 
çar  hökuməti  «Məktəb»  adlı  uşaq  curnalının  nəşrinə  icazə 
verməyə 
məcbur 
oldu. 
Qafar 
Rəşad 
Mirzəzadə 
və 
Əbdürrəhman  Əfəndizadənin  redaktorluğu  ilə  bu  curnal  nəşrə 
başladı.  Ən  uzun  ömürlü  bu  curnal–uşaq  curnalı  olan 
«Məktəb»,  Azərbaycanda  konkret–sinif–dərs  şəraitindən  kənar 
                                                    Gülxani Pənah, Salatın Əhmədli
                                                                            
 
 
296 
oxu  vərdişlərini  təmin  edən,  balacaların  təlim  –tərbiyəsini 
istiqamətləndirən yeganə mətbuat orqanı idi». (A.Hacıyev). Bu 
curnalın  nəşrində  Nəriman  Nərimanovun  fəaliyyəti  böyük  idi. 
Bu  curnalda  nəşr  olunan  əsərlərdə  (Əlisəttar  İbrahimovun 
«Məktəbli»,  «Aqil  uşaq»,  «Ağca»,  «Mərhəmətli  ata», 
«Müəllim»,  «Zavallı  qız»,  Ə.Hüseynzadənin  «Uşaq  və  ana», 
«Məktəbə  dəvət»,  Camo  bəy  Aciz  Şirvaninin  «Qəlblər  və 
Heydər»,  «Uşaqlıq»,  «Xonça  nəğməsi»  və  s.)  valideyn-övlad 
münasibətləri, məktəbə, təhsilə çağırış problemləri bədii şəkildə 
verilirdisə,  S.Ə.Şirvani  A.Səhhət,  M.Ə.Sabirin  satirik-didaktik 
təmsilləri,  rus  ədibləri  L.Tolstoy,  Krılovdan  tərcümələrini  də 
vermişdir.  Yeni  məktəbin,  elmin,  təlim  və  tərbiyənin  roluna, 
gənc  nəslin  böyük  gələcəyinə  inam  ifadə  edən  S.Ə.Şirvaninin 
«Oğluma  nəsihət»,  M.Ə.Sabirin  «Məktəb  şagirdlərinə», 
Ə.Nəzminin  «Məktəb  uşağı»,  A.Səhhətin  «İki  uşaq», 
H.Cavidin  «Bir  qız»,  R.Əfəndiyevin  «Qızlarıma  nəsihət», 
Q.Ə.Cənnətin  «Öyüd»  əsərləri  də  «Məktəb»  curnalının 
səhifələrində  çap  olunurdu.  1920-ci  ildən  nəşrini  davam 
etdirən,  «uşaq  aləminin  salnaməsi»  adlanan  «Məktəb»  curnalı 
on  illik  fəaliyyəti  dövründə  Azərbaycan  uşaq  ədəbiyyatının 
yaranması, təşəkkülü üçün çox iş görmüşdür. 
Azərbaycan  milli  ədəbiyyatımızın,  o cümlədən uşaq ədə-
biyyatının  inkişafında    Azərbaycan  Xalq  Cümhuriyyətinin 
(1918-1920)  özünəməxsus  dövrü  var.  Bu  dövrdə  xalqımız  bir 
əsrdən artıq davam edən köləlik zəncirini qırdı, müstəqil həyata 
qədəm  qoydu,  azadlığını  əldə  etdi,    türk  dili  dövlət  dili  elan 
olundu,  milli  mətbuatımızda  nəşr  imkanları  genişləndi,  türk 
dünyası  ilə  əlaqələr  genişləndi,  milli  kökə  qayıdış,  «ictimai 
ideallarla  zəngin  bir  ədəbiyyatın  yaranmasına  təkan  verdi». 
1919-cu  ildə  Bakı  Dövlət  Universiteti  yarandı  və  bu 
Azərbaycanın «elm,  mədəniyyət və maarif tarixinin ən mühüm 


Yüklə 3,82 Mb.

Dostları ilə paylaş:
1   ...   70   71   72   73   74   75   76   77   ...   147




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə