Gülxani pənah salatin əHMƏdli səNƏT, SƏNƏtkar



Yüklə 3,82 Mb.
Pdf görüntüsü
səhifə70/147
tarix01.07.2018
ölçüsü3,82 Mb.
#52706
1   ...   66   67   68   69   70   71   72   73   ...   147

 
Sənət, sənətkar və zaman
 
 
 
277 
«Əhməd  Yəsəvi»,  «Nizami  Gəncəvi  və  SSRİ  xalqları 
ədəbiyyatı»  (məqalələr  toplusu)  və  s  elmi-nəzəri  kitabların 
müəllifidir.  O,  bədii  tərcümə  ilə  də  məşğul  olmuş,  tərcümələri 
20-dən  çox  kitabda  toplanmışdır.  Dünya  uşaq  ədəbiyyatı 
kitabxanası,  50  cilddə  seriyasından  buraxılan  Migel  de 
Servantesin  «Lamançlı  Don  Kixot»  (1.11  kitablar)  irihəcmli 
əsərini,  Herodotun  «Tarix»  kitabını  və  başqaları  buna  nümunə 
göstərə bilərik. 
Rəfael  Hüseynov  ədəbiyyatşünas,  tərcüməçi,  publisist, 
mətnşünasdır.  Nizami  adına  Ədəbiyyat  institutunun  direktoru 
olmaqla  yanaşı,  dövri  mətbuatda  müntəzəm  dəyərli  mqalələri  
ilə  çıxış  edir.  Orta  əsrlər  fars  və  türkdilli  poeziyanın  müxtəlif 
problemlərinə  həsr  edilmiş  otuzdan  artıq  ədəbiyyatşünaslıq 
əsərinin 
müəllifidir. 
Farscadan 
Baba 
Tahir 
Üryanın 
«Dübeytlər»ini dilimizə tərcümə etmiş, «Vaxtdan uca», «1002-
ci gecə», «Məhsəti necə varsa» və s kitabların müəllifidir. «İki 
ömrün işığı» (Nigar Rəfibəyli və Rəsul Rza haqqında) xatirələr 
kitabını, Məhsətinin rübailərindən ibarət kitablarını tərtib etmiş 
Rəfael Hüseynov istedadlı şəxsiyyət, dəyərli alim kimi tanınır. 
Aqşin  Babayev  ədəbiyyatşünas  alim,  həm  də  nasir,  dra-
maturq, tərcüməçi kimi tanınır. «Azadlıq uğrunda» hekayəsi ilə 
yaradıcılığa  başlamışdır.  «Cazibəli  üfüqlər»  (hekayələr), 
«Həmişəbahar»,  «Ağ  ulduzlar»  hekayələr  toplularının,  «Bir 
ürəyin hərarəti», «Bir parça həyat», «Dünya vəfalıdır», «Sünbül 
ətri»  «Kişilər  az  yaşadı»  və  s.hekayə  və  povestlər  kitabının 
müəllifidir.  Əziz  Nesinin  hekayələrini,  Haldun  Tanerin 
«Keşanlı  Əli  dastanı»  pyesini,  Terensin  «Qardaşlar»  pyesini, 
Stefan  Sveyqin  «Naməlum  qadının  məktubu»  əsərini  dilimizə 
tərcümə etmiş, özü də «Yaralar», «Cəza», «Tufan», «Bir parça 
həyat»  və  s.  səhnə  əsərlərini  yazmışdır.  «Azərbaycan  və  türk 
                                                    Gülxani Pənah, Salatın Əhmədli
                                                                            
 
 
278 
dünyası»,  «Türk  ədəbiyyatı  müntəxəbatı»,  «100  yaşlı  Nazim 
Hikmət» kimi ədəbiyyatşünaslıqla bağlı kitabların müəllifidir. 
 Aida  İmanquliyeva,  ədəbiyyatşünas,  tərcüməçi,  tənqidçi 
kimi  tanınır.  «Mixail  Nüaymə  və  X1X  əsr  qabaqcıl  rus 
ədəbiyyatı»  adlı  ilk  mətbu  məqaləsi  1964  -cü  ildə  «Azərbay-
can» curnalında dərc olunmuşdur. Şərq ədəbiyyatının görkəmli 
nümayəndələrinin  əsərlərini  rus  dilinə  ərəb  dilindən  tərcümə 
etmişdir. Livan yazıçısı M.Nüaymənin bir neçə hekayəsini ərəb 
dilindən  ruscaya  çevirmiş,  «Vostoçnı  almanax»da  (Moskva, 
1979, VII buraxılış) çap etdirmişdir. Müasir ərəb ədəbiyyatının 
aktual  problemləri  və  rus-ərəb  ədəbi  əlaqələri  haqqında  dövri 
mətbuatda,  toplularda,  elmi-kütləvi  məcmuələrdə  çap  olunan 
məqalələri  ilə  yanaşı,  «Assosiasiya  pera»  i  Mixail  Nüayme» 
(1975),  «Cübran  Xəlil  Cübran»  (həyat  və  yaradıcılığı)  (1975), 
«Korifei  novo-arabskoy  litreaturı»  (1991),    «Qələmlər  Birliyi 
və  Mixail  Nüaymə»  (2002),  «Yeni  ərəb  ədəbiyyatının 
korifeyləri»  (2003)  adlı  kitabların,  ərəbcədən  «İnsan  və  quş» 
(hekayələr) 
(1974), 
«Ağ 
günlərin 
sorağında 
(İraq 
ədəbiyyatından 
nümunələr) 
(1983) 
tərcümə 
kitabların 
müəllifidir. 
«Ərəb  filologiyası  məsələləri»  məcmuəsinin  tərtibçisi  və 
redaktoru  (1971-1973;  1979-1981),  «Şərq  şairləri  Lenin  və 
Sovetlər  ölkəsi  haqqında»  (1970),  «Böyük  Oktyabr  və  Şərq 
xalqlarının 
milli 
azadlıq 
mübarizəsi» 
(1977), 
«Sovet 
Azərbaycanı  və  xarici  Şərq»  (1980),  «Şərq  filologiyası  məsə-
lələri»  (1986-1987),  «Yaxın  Şərq  xalqları  ədəbiyyatı  impe-
rializmə qarşı  mübarizədə» (1987), «Şərq ədəbiyyatında ənənə 
və  novatorluq»  məqalələr  məcmuələrinin  müəlliflərindən, 
redaktorlarından  bir  olan  Aida  İmanquluyeva  Ərəb  xalqlarının 
ədəbiyyatını Azərbaycan oxucularına tanıtmışdır. 


 
Sənət, sənətkar və zaman
 
 
 
279 
Azərbaycan ədəbiyyatı tarixində tərcüməçi kimi Beydulla 
Musayevin  xidmətləri  böyükdür.  O,  dünya  ədəbiyyatından 
etdiyi  tərcümələrlə  Azərbaycan  oxucularının  dünya  ədəbiyyatı 
haqqında bilgilərinin artırılmasında böyük rol oynamışdır.  30-a 
qədər  tərcümə  kitablarının  müəllifi    Beydulla  Musayev    A. 
Dümanın «Üç muşketyor», Dostoyevskinin «Cinayət və cəza», 
V.Hüqonun  «Səfillər»,  Covanyolinin  «Spartak»  romanlarını, 
Saltıkov  Şedrinin  hekayələrini,  L.  N.  Tolstoyun    on  dörd 
cildliyinin III, IV cildlərini və s. dilimizə tərcümə etmişdir. 
Şair,  alim  və  tərcüməçi  kimi  Ənvər  Rzanın  fəaliyyəti 
diqqəti cəlb edir.  «Göz işığı» adlı ilk şeiri 60-cı illərdə «Ədə-
biyyat  və  incəsənət»  qəzetində  dərc  olunub.    «Sənsiz»,  «Kön-
lümə  bahar  düşüb»,  «Nə  yaxşı  görüşdük»,  «Bəxtəvər  dustaq» 
və  s.  kimi  kitabları  poetik  və  lirik  zənginliyi  ilə  oxucu 
kütləsinin  rəğbətini  qazanmış,  şeirlərinə  mahnılar  bəs-
tələnmişdir.  Şair    oricinal  tərcümələri  ilə  də  ədəbiyyatımızda 
yaşayır.  «İngilis  poeziyasının  Azərbaycan  dilinə  tərcümə 
məsələləri» elmi monoqrafiyanın müəllifidir. Bayronun «Şilyon 
məhbusu», «Mazera», «Parizina» poemalarını dilimizə tərcümə 
etmişdir.  48  illik  ömrünü  ədəbiyyatımıza,  ədəbi  dilimizin 
inkişafına  həsr  edən  nakam  şair,  alim  zəngin  bədii  imkanlara 
malik  sənətkar  kimi  bu  gün  də  oxucuların  sevimli  şairidir. 
Azərbaycan şairlərinin əsərlərini ingilis dilinə tərcümə etmişdir. 
S.Vurğunun  «Azərbaycan»  şeirini  ingilis  dilinə  tərcümə  edən 
şair S. Vurğun dilinə, ahənginə, ritminə sadiq qalmaqla o dildə 
də  şairlərimizin  əsərlərinin  gözəl  səsləndiyini,  hər  dildə 
Azərbaycan poeziyasının sevilə biləcəyini sübut edir. 
1960-cı  illərdən  bu  günümüzə  qədərki  dram  əsərləri 
əvvəlki  dövr  ənənələrinin  məntiqi  davamıdır,  müasirliyə, 
yeniliyə  yeni,  oricinal  baxışı  ilə  seçilir.  «Müasirlik-yenilik  ilk 
növbədə  rəngarəng,  ziddiyyətli,  çoxplanlı,  müxtəlif  xarakterli 
                                                    Gülxani Pənah, Salatın Əhmədli
                                                                            
 
 
280 
mövzularda, 
onların 
psixoloci, 
mənəvi-əxlaqi 
cəhətdən 
təqdimatında  özünü  göstərirdi.  Əxlaq  normaları,  tərbiyə 
məsələləri, təsərrüfat həyatı, əyintilərdən, ziddiyyət və nöqsan-
lardan  xilas  olmaq,  ekologiya  problemi,  su,  hava,  torpaq  və 
digər  yaşamaq  amillərinə  olan  laqeyd  münasibət  dramatur-
giyada  əsas  mövzular  sırasına  daxil  oldu.  Torpaqla,  insanla 
bağlı 
yeni 
konsepsiyanın 
davamlılığı, 
tarixi-əfsanəvi 
mövzuların  dramaturgiyaya,  səhnəyə  tədrici  gəlişi  ənənəyə 
çevrildi. Bu da 1960-90-cı illər dramaturgiyasında, o cümlədən 
Azərbaycan teatr səhnəsində ideya və bədii mündəricə cəhətdən 
imkanların  xeyli  dərəcədə  artmasına,  müasir  ədəbi  mərhələnin 
tələb  və  ehtiyaclarının  ödənilməsinə,  əsasən  də  dram-səhnə 
sənətkarlığının güclənməsinə təbii imkan və şərait yaratdı».  
60-90-cı  illər  dramaturgiyasında  həyatda  baş  verən  ha-
disələr,  zidiyyətlər,  insanın  mənəvi aləmi öz əksini tapırdı.  Bu 
illərin  dram  əsərlərində    xüsusilə  komediyalarının  başlıca 
mövzuları  insanın  hər  cür  vəziyyətdə  belə  öz  ləyaqətini, 
saflığını,  mənəvi  gözəlliyini  qoruya  bilmək  məsələləri  idi. 
İ.Əfəndiyevin  «Qəribə  oğlan»,  A.  Məmmədovun  «Ulduzlar 
görüşəndə»,  «Kişilər»,  «Həmyerlilər»,  S.Dağlının  «Kölgələr 
pıçıldaşır»  və  s.  pyeslərdə  müasir  insanın  mənəvi  aləmini  bir 
sıra  yeni  üsullarla,  psixoloci  planda  açmaq,  kamillik  proble-
minin  müasir  səviyyəsini  göstərmək  60-90-cı  illər  dramatur-
giyasının əsas yaradıcılıq prinsiplərindən idi» (A. Abbasov). 
Bu  dövr  dramaturgiyanın  uğurlarının  ekran  dramaturgi-
yasının inkişafı ilə bağlı olduğu bildirilir. «Böyük dayaq», «Qa-
nun  naminə»,  «Axırıncı  aşırım»,  «Babək»,  «Dədə  Qorqud», 
«Nəsimi» 
kimi 
əsərlərin 
ekranlaşdırılması, 
televiziya 
tamaşalarının  yayılması  və  bunların  səhnələşdirilməsi  diqqəti 
cəlb edir.  


Yüklə 3,82 Mb.

Dostları ilə paylaş:
1   ...   66   67   68   69   70   71   72   73   ...   147




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə