Gülxani pənah salatin əHMƏdli səNƏT, SƏNƏtkar



Yüklə 3,82 Mb.
Pdf görüntüsü
səhifə73/147
tarix01.07.2018
ölçüsü3,82 Mb.
#52706
1   ...   69   70   71   72   73   74   75   76   ...   147

 
Sənət, sənətkar və zaman
 
 
 
289 
satirik  əsərlərini  daxil  etmişdi.  Nizami,  Füzuli,  Krılov  və 
başqalarından  da  tərcümələr  daxil  etmişdi,  lakin  Seyid  Əzim 
Şirvani  bu dərslikləri  nəşr etdirə  bilmir.  A.O.Çernıyayevski  və  
S.  Vəlibəyov  həmin  dərsliklərə  daxil  olan  materialların  bir 
qismini  «Vətən  dili»  kitabına  daxil  etdilər.  Bu  kitaba  uşaqlar 
üçün  Azərbaycan    dilində  klassik  şeirimizdə  material 
olmadığından H.Qaradağlının uşaq şeirlərini daxil etdilər. Milli 
uşaq  şeirlərinin  yoxluğundan  şikayətlənən  müəlliflərin  bu 
dərsliyi  öz  dövründə  geniş  şöhrət  tapmış,  dönə-dönə  nəşr 
olunmuşdur. 
Milli  məktəblərin  açılmasında,  yeni  proqram  və  dərs-
liklərin  yaranmasında  Rəşid  bəy  Əfəndiyevin  xidmətləri 
böyükdür.  1898-ci  ildə  Türkiyədə  «Uşaq  bağçası»  adlı  əlifba 
dərsliyi nəşr etdirir və bu dəfələrlə nəşr olunur. 1901-ci ildə isə 
Bakıda  ədibin  «Bəsirətül-ətfal»  adlı  mükəmməl  irihəcmli 
dərsliyi nəşr olunur. 
«Əkinçi»  qəzetinin  nəşri  maarifçi  ziyalılara  öz  əsərlərini 
çap    etdirməyə  böyük  köməklik  göstərdi.  Azərbaycan    milli 
mətbuatının  təməlini  qoyan  maarifpərvər  şəxsiyyət  Həsən  bəy 
Zərdabi  «Əkinçi»  qəzetinin  nəşrinə  nail  olmaqla,  zəhmətkeş 
kütlələrin,  xalqın  sabahını  düşünən  insanların  fəaliyyətinin 
daha  da  genişlənməsi  üçün  böyük  işlər  gördü.  O  bağlanandan 
sonra  «Ziya»,  «Kəşkül»    «Əkinçi»nin  ənənələrini  davam 
etdirirdi.  Azərbaycan    yazıçılarının,  şairlərinin,  əsərlərinin  çap 
olunmasına  böyük  xidmət  göstərirdi.  «Kəşkül»  qəzetinin 
səhifələrində  maarifpərvər  ziyalılar  oricinal  əsərlər  əsasında 
dərsliklər  tərtib  etmək  haqqında  maarifpərvər  ziyalılarla 
müzakirələr  açırdı  ki,  bu  da  təsirsiz  qalmırdı:  «Həsən  bəy 
Zərdabi  yaradılması  nəzərdə tutulan dərsliklərə   yüksək  ideya-
məzmuna  malik  hekayələr  və  mahnılar  daxil  etməyi,  bu  yolla 
uşaqlarda  vətənpərvərlik    hisslərini  qüvvətləndirməyi  lazım 
                                                    Gülxani Pənah, Salatın Əhmədli
                                                                            
 
 
290 
görürdüsə,  M.Şahtaxtlı  rus  ədəbiyyatından  tərcümə  ilə  yanaşı,  
el arasında geniş yayılmış saysız-hesabsız nağılları, hekayələri, 
rəvayətləri,  atalar  sözlərini,  tapmacaları,  aforizmləri  toplayıb  
kitab  halında  nəşr  etməyi  təklif  edirdi.  S.Vəlibəyov  isə  uşaq 
mütaliəsinə  verilən  quru  didaktizmdən  ibarət  hekayələrin 
əksinə  olaraq,  mövzusu  canlı  həyatdan  götürülmüş,  balaca 
həmvətənləri mənsub olduqları xalqın məişəti, dünyagörüşü ilə 
tanış edən əsərlərə üstünlük verirdi». 
Ədəbiyyatın,  xüsusilə  realist  ədəbiyyatın  fəaliyyətinin 
daha  da  güclənməsi,  Azərbaycan–rus  dilində  açılan  məktəblər 
uşaq  ədəbiyyatının  inkişafına  təsir  göstərirdi.  Abbasqulu  ağa 
Bakıxanov, Qasım bəy Zakir nəsihətamiz ruhlu əsərləri, təmsil 
və hekayələri ilə uşaq ədəbiyyatının meydana çıxmasına imkan 
yaratdı. 
 Seyid Əzim Şirvaninin yaradıcılığı ilə Azərbaycan  uşaq 
ədəbiyyatı  yeni  mərhələyə  daxil  oldu.  Böyük  realist-maarifçi 
tərbiyəvi  lirik  şeirləri,  mənzum  və  mənsur  hekayələri, 
nəsihətamiz təmsilləri, ən başlıcası, satirik mündəricəli əsərləri 
ilə  əsrin  ruhundan  doğan  yeni  məfkurəli  uşaq  ədəbiyyatının 
əsasını qoydu. (Q. Namazov).  
1901-ci ildən 1920-ci ilə qədər olan dövr öz mürəkkəbliyi 
ilə seçilən dövrdür. İnqilabi hərəkat Rusiyanın özündə, eləcə də 
onun  ucqarlarında  milli  şüurun  oyanışına,  elmin,  maarif  və 
mədəniyyətin  çiçəklənməsinə  daha  möhkəm  zəmin  yaratdı. 
Milli dildə tədris olunan məktəblərin sayı artdı. Milli ədəbiyyat 
həmin məktəblərdə tədris olunurdu. Mətbuat ətrafında toplaşan 
Nəriman  Nərimanov,  Cəlil  Məmmədquluzadə,  Mirzə  Ələkbər 
Sabir,  Rəşid  bəy  Əfəndiyev,  Əbdürrəhim  bəy  Haqverdiyev, 
Süleyman  Sani  Axundov,  Firidun  bəy  Köçərli,  Üzeyir 
Hacıbəyov,  Abdulla  Şaiq,  Abbas  Səhhət,  Soltan  Məcid 
Qənizadə, Mahmud Mahmudbəyov kimi tərəqqipərvər yazıçılar 


 
Sənət, sənətkar və zaman
 
 
 
291 
bədii  yaradıcılıqlarını  davam  etdirməklə  bərabər  müəllimlik 
edir,  dərsliklər  tərtib  edir,  dərs  vəsaitləri  və  proqramlar 
hazırlayır,  teatrı  inkişaf  etdirir.  Teatr  əsərləri  yazır,  tamaşaya 
qoyur,  aktyor,  recissor  kimi  də  fəaliyyətini  davam  etdirir, 
ədəbiyyatımızla  yanaşı  mədəniyyətimizin,  incəsənətimizin 
gələcəyi naminə böyük fədakarlıqla çalışırdılar. 
Müəllimlər  yeni  üsullu  məktəblərin  açılması,  artması, 
yüksək  səviyyəli  dərsliklərin  hazırlanmasına  səy  göstərdilər. 
Nəriman  Nərimanov  bu  sahəyə  daha  çox  diqqət  yetirir,  yeni 
üsullu  məktəblərin  artması  üçün  çalışırdı.  Yeni  dərsliklər 
yaranırdı.  «Birinci  il»  (1909),  «İkinci  il»  (1908),  «Üçüncü  il» 
(1909)    «Yeni  məktəb»  dərslikləri  yarandı  və  bunlarda  həm 
milli uşaq ədəbiyyatının, həm də tərcümə ədəbiyyatının ən yax-
şı  nümunələri  seçilib  toplanmışdı.  Eyni  zamanda  Abdulla 
Şaiqin  «Uşaq  gözlüyü»,  «Gülzar»,  İrəvan  müəllimlərinin 
Tiflisdə  çap  etdirdiyi  iki  hissəli  «Ana  dili»  və  başqa 
dərsliklərdə,  vəsaitlərdə  də  yeni  məzmunlu  uşaq  ədəbiyyatın-
dan nümunələr verilmişdi. 
Nəriman  Nərimanov  gəncliyimizin  maariflənməsi,  yaxşı 
vətəndaş  kimi  yetişməsi  üçün  məktəblərin  rolunu  yüksək 
qiymətləndirir,  onların təlim–tərbiyəsi  uğrunda çalışır,  məqalə, 
məruzə  və  çıxışlarında  ana  dilimizin  saflığı,  qorunub 
saxlamaları  «balaların  vətənpərvərlik  tərbiyəsinin  əsas  qayəsi 
hesab  edirdi.  O,  öz  silahdaşlarına,  qələm  dostlarına:  «siz  ana 
dilini  bilməsəniz  millətimizə  yavuq  olub  onun  dilini 
anlamayacaqsınız.  Anlamayan  surətdə  onun  dərdinə  əlac  edə 
bilməyəcəksiniz,  əlac  etməyən  surətdə  nəyə  lazımsınız?»  - 
deyirdi. Ə. Haqverdiyev «Bəxtsiz cavan» əsərini yazdı və yeni 
nəsli  təmsil  edən  gənc  Fərhad  surətini  yaratdı,  burada 
mülkədar–burcua cəmiyyətinin çürük mənəviyyatını göstərdi. 
                                                    Gülxani Pənah, Salatın Əhmədli
                                                                            
 
 
292 
 Maarifpərvər  ədiblər  ailə–məişət  mövzulu  əsərlər  yazır, 
məktəbi,  elmi  təbliğ  edir,  maarif  xadimləri  dərslikləri  daha  da 
təkmilləşdirir, 
təlim–tərbiyə 
məsələsinə 
daha 
qayğıyla, 
məsuliyyətlə  yanaşır,  özləri  də  yazdıqları  ədəbi  əsərlərində 
uşaqların  həyatından,  onların  arzu–istəklərindən,  həyatdakı 
çətinliklərindən bəhs edirlər. Rəşid bəy Əfəndiyevin, Süleyman 
Sani  Axundovun,  Abdulla  Şaiqin,  Üzeyir  Hacıbəyov,  Firudin 
bəy  Köçərli,  İ.Musayev  və  başqalarının  ədəbi  fəaliyyəti  ilə, 
pedaqoci  fəaliyyəti  vəhdət  təşkil  edirdi.  Onlar  tədris  etdikləri 
əsərlərdə  zəruri  mövzuları  seçir,  insanpərvərlik,  humanist 
ideyalı  əsərlərin  məzmununa  xüsusi  diqqət  yetirir,  onlarda 
vətəndaşlıq  qeyrəti,  maarif  və  mədəniyyətə  meyil  oyadırlar. 
R.Əfəndiyev  «Elm  tükənməz  xəzinədir»  hekayəsində  elmə, 
maarifə, təhsilə gənc nəsli yönəltmək üçün yazırdı: «Bu elə bir 
xəzinədir  ki,  onu  sandıqda  qoruyub  qaravul  və  gözətçi  olmağı 
və hesab saxlamağı istəməyir. Elm bir dövlətdir ki, onu itirmək 
olmaz və oğurlamaq mümkün deyildir...elm puldan və paradan 
zəngin,  topdan  və  tüfəngdən  ötkün,  xəncərdən  və  qılıncdan 
kəskindir». 
Süleyman  Sani  Axundov  uşaqların  acı  taleyindən  bəhs 
edən  «Qorxulu  nağıllar»  silsilə  hekayələrini,  Yusif  Vəzir 
Çəmənzəminli 
«Məlikməmməd», 
«Əziz», 
S.M.Qənizadə 
«Tülkü  və  Çax-çax  bəy»,  İ.Musabəyov  «Cəhalət  fədailəri», 
«Rzanın qutusu», «İki dost» və  s.  hekayələrini,  Mirzə Ələkbər 
Sabirin, Abbas Səhhətin vətənpərvərlik ruhunda, eləcə də kiçik 
yaşlı  uşaqlar  üçün  yazdıqları  əsərlər,  əsl  xalq  müəllimi, 
maarifpərvər  insan  Abdulla  Şaiqin  şeirləri,  dərslikləri  Firudin 
bəy  Köçərlinin  xidmətləri  bu  dövr  uşaq  ədəbiyyatının 
inkişafında misilsizdir. 
 Firudin  Köçərli  şifahi  xalq  ədəbiyyatının  ən  gözəl 
nümunələrini  toplayaraq  «Balalara  hədiyyə»  (1912)  adlı  dərs 


Yüklə 3,82 Mb.

Dostları ilə paylaş:
1   ...   69   70   71   72   73   74   75   76   ...   147




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə