Gülxani pənah salatin əHMƏdli səNƏT, SƏNƏtkar


Sənət, sənətkar və zaman       285  1920-Cİ İLLƏRDƏN SONRA



Yüklə 3,82 Mb.
Pdf görüntüsü
səhifə72/147
tarix01.07.2018
ölçüsü3,82 Mb.
#52706
1   ...   68   69   70   71   72   73   74   75   ...   147

 
Sənət, sənətkar və zaman
 
 
 
285 
1920-Cİ İLLƏRDƏN SONRA 
 UŞAQ ƏDƏBİYYATI 
 
Uşaq ədəbiyyatı ədəbiyyatın tərkib hissəsi olub, müəyyən 
yaş dövrünə qədər uşaqlarımızın təlim, tərbiyə və əxlaqi–estetik 
tərbiyəsinə yönəldilən bədii əsərlərdir. Uşaqların marağını kəsb 
edən, onun diqqətini və məhəbbətini qazana biləcək bədii əsəri 
yazan  yazıçı,  şair  fitri  istedada,  uşaq  aləmini  dərindən  dərk 
etmək  qabiliyyətinə  malik  olmalıdır.  Hər  yazılan  uşaq 
ədəbiyyatı  nümunəsi  yadda  qalan  olmur.  Uşaq  hafizəsinə, 
yaddaşına  bir  zaman  özümüz  də  uşaq  olduğumuz  üçün  yaxşı 
bələdik. Uşaq təfəkkürünün, düşüncəsinin «sarı siminə toxunub 
onu tərpədən əsər» uzunömürlü olur. Uşaq yaddaşı tərtəmiz ağ 
kağıza  bənzəyir  deyirlər.  O  yaddaşa  yaxşı  əsərlər  də,  qiymətli 
xəzinə kimi daxil ola bilər. 
 Uşaqların  lap  uşaqlıq,  bağça,  məktəb,  yeniyetmə  yaş 
bölgüləri  olduğundan  hər  yaş  öz  aurasına  bağlıdır,  anladığı, 
qavradığı  yazıya  maraq  göstərə  bilər,  uşaq  hər  şeyə  maraq 
göstərir.  Uşaqlar  üçün  əsərlər  yazan  uşağın  böyüdüyü  ictimai 
mühiti,  inkişafı,  idrakı,  zövqü,  iti  qavramaq  dairəsini  nəzərə 
almalıdır.  Uşaq  şeirləri  ana  laylası  kimi  hissləri  oxşamalıdır. 
Uşaq müstəqil oxu vərdişinə, yazmaq qabiliyyətinə malik olana 
qədər  onun  üçün  yazılan  şeirlər  bir  neçə  misralıq,  bir  bəndlik, 
məzmunu aydın, sözləri sadə, ritmik, oynaq olmalıdır ki, uşağın 
nəğmə  kimi  «sümüyünə  düşsün».  Yada  salaq  Mirzə  Ələkbər 
Sabirin  «Uşaq  və  buz»,  «Yaz  günləri»,  Abbas  Səhhətin 
«Cücələr»,  Abdulla  Şaiqin  «Xoruz»,  «Keçi»  şeirlərini. 
Yaddaşımıza  əbədi  həkk  olunmuş  bu  misraları  bu  gün  də,  bu 
yaşımızda  da  dilə  gətirəndə  yerimizdə  oynayırıq.  Səməd 
Vurğun  çox  gözəl  deyirdi  ki,  «Uşaq  insandır!  Onun  sadə 
görünən  oynaq,  daima  xoşbəxt  və  azad  təbiətində  böyük 
                                                    Gülxani Pənah, Salatın Əhmədli
                                                                            
 
 
286 
insanların  bütün  xassələri  mövcuddur:  düşünmək,  duymaq, 
sevmək,  küsüb-incimək,  ağlamaq,  gülmək,  qəzəblənmək, 
xatırlamaq,  xəyala  dalmaq,  ümid  və  arzulara  bağlanmaq, 
yaxşılıq,  hörmət  –bütün  insani  xassələr  uşaq  aləmində 
mövcuddur». Uşaqdakı bu keyfiyyətləri nəzərə almaqla yaranan 
əsər  təqdirəlayiqdir.  Uşaq  ədəbiyyatı  uşaqlarda  nəcib  hisslər 
tərbiyə  etməli,  onu  humanist  duyğulara  silahlandırmalıdır.  Bu 
humanizm  uşaqda  ailəsini,  topağını,  vətənini,  xalqını,  onun 
üçün  əziz  olan  maddiyyəti  sevmək  hissləri  tərbiyə  edir.  Bu 
ədəbiyyat  uşağı  mükəmməl    tərbiyəyə  çatdırmalı,  onda  estetik 
keyfiyyətlər aşılamalı,  onu  yetkin  insan kimi tərbiyə etməlidir, 
onda  milli  duyğular  tərbiyə  etməlidir.  Onda  Vətənə,  torpağa 
məhəbbət,  qayğı  hissi  tərbiyə  etməlidir.  Uşaq  ədəbiyyatı 
təməlini  ana  laylalarından  götürüb.  Müxtəlif  tarixi  keçidlərdə 
yaranan uşaq ədəbiyyatı klassik ədəbiyyatın ənənələrini davam 
etdirməklə, xalq həyatını hərtərəfli, dolğun ifadə edə bilmişdir. 
Azərbaycan  uşaq  ədəbiyyatı  çox  mürəkkəb,  tarixi  dövr 
keçirib.  XIX  əsrin  sonlarında,  XX  əsrin  əvvəllərində  ana 
dilimizin  tədrisi  milli  dərsliklərin  yaranması  zərurətini  ortaya 
qoyduğu  zaman  milli  uşaq  ədəbiyyatı  nümunələrimiz  az  idi. 
Dərslikləri tərtib edən müəllimlər, pedaqoqlar mütərəqqi dünya 
ədəbiyyatına, eləcə də uşaq ruhuna yaxın olan rus yazıçılarının 
bəzi  əsərlərini  ana  dilinə  tərcümə  edir,  dərsliklərə  daxil 
edirdilər.  İ.A.Krılovun  təmsilləri,  A.S.Puşkinin  nağılları, 
M.Y.Lermontovun  şeirləri,  L.Tolstoyun  hekayələri,  eləcə  də 
dünya  ədəbiyyatının  humanist  ideyalar  tərbiyə  edən  ən  nadir 
nümunələri  Azərbaycan  dilinə  tərcümə  edilməklə  Azərbaycan  
uşaq 
ədəbiyyatının 
yazılmasına, 
təsir 
dairəsinin 
genişlənməsinə,  artmasına  təkan  verir.  Ölkəmizin  xarici 
ölkələrlə  iqtisadi,  siyasi  əlaqələri,  mədəni  əlaqələri  uşaq 
ədəbiyyatımızın zənginləşməsinə zəmin yaratmışdır. 


 
Sənət, sənətkar və zaman
 
 
 
287 
İnsan  maddi  ehtiyacla  yanaşı  mənəvi  ehtiyacı  da  duy-
muşdur. Maddi sərvəti yaradan əmək, elə mənəvi sərvəti–bədii 
sözü  və  incəsənəti  də  yaratmışdır.  Xalqın  yaratdığı  nəğmələr, 
laylalar,  tapmacalar,  yanıltmaclar,  nağıllar,  oxşamalar,  uşaq 
oxucuları,  uşaq  nəğmələri,  dastanlar  uşaq  təfəkkürünə  də 
doğmadır.  Qədim  və  orta  əsrlərdə  yaranan  ədəbiyyatın 
tərkibində  uşaq  ədəbiyyatı  inkişaf  edirdi.  Ən  qədim  dövr 
Azərbaycan  ədəbiyyatı  şifahi  xalq  ədəbiyyatı  və  əlimizə  gəlib 
çatan yazılı ədəbi abidələrdir. Orxon-Yenisey abidələri, Kitabi-
Dədə  Qorqud,  «Qutadqu-bilik»,  «Avesta»,  «Koroğlu»  və  s. 
dastanlar  Azərbaycan    tarixini,  dilini,  elmini,  ədəbiyyatını 
öyrənmək  üçün  yaxşı  mənbələrdir.  Orta  əsrlərdə  Nizami, 
Məhsəti,  Xaqani,  Əbül–Üla  kimi  sənətkarlar  şeirlərində 
yaşadıqları  dövrün  ziddiyyətlərini,  feodal  mühitini  tənqid 
etməklə  yanaşı  dövrün  uşaqlarına,  yeniyetmələrinə  tərbiyəvi 
nəsihətlər  də  vermiş,  yazdıqları  nəsihətamiz  şeirlərdə  onları 
doğru,  düz  əməl  sahibi  olmağa,  nəcibliyə  səsləmiş,  pis,  yalan 
danışmaqdan,  artıq  tamahlıqdan,  var-dövlətə  hərislikdən, 
acgözlükdən,  kobudluqdan  uzaq  olmağa,  özlərində  yaxşı 
əməllər tərbiyə etməyə çağırırdı. 
Kibrdən, qürurdan lovğalanırsan, 
Çünki hər şeyini müftə alırsan. 
Bir kəslə ki, yumuşaq danışmaq gərək, 
Yaraşarmı sənə kobudluq etmək: 
XII  əsrlərdə  Azərbaycan    dilində  həm  şifahi,  həm  də 
yazılı  ədəbiyyat  inkişaf  etməyə  başlayır.  «Dastani  –Əhməd 
Hərami»  Azərbaycan    dilində  yazılmış  ilk  nümunə  kimi 
dəyərlidir,  oğuznamələrdən,  dastanlarımızdan  qaynaqlanaraq 
yaranmış  olduğu  şübhəsizdir,  «Mehr  və  Müştəri»    əsəri, 
Həsənoğlunun şeirləri, Aşıq Paşanın «Qəribnamə» əsəri, Əlinin 
«Qisseyi–Yusif»  poeması  və  s.  bu  ədəbiyyatlar  üzərində  kök 
                                                    Gülxani Pənah, Salatın Əhmədli
                                                                            
 
 
288 
atıb,  inkişaf edib, Nəsimi,  Füzuli, Xətayi,  Kişvəri kimi dühalar 
bəxş  edən  bədii  ədəbiyyatımızda  gənclərin  təlim–tərbiyəsinə, 
mənəvi  saflığına  örnək  olan  hadisələr  qələmə  alınır,  insanın 
kamilləşməsi,  nəcibləşməsi  üçün  yetərincə  məsələlər  öz  bədii 
əksini tapırdı. 
XIX əsr  Azərbaycan   xalqının tarixində  yeni  bir  mərhələ 
oldu. Əsrlərlə qonşu ölkələrin işğalçılıq, talançı müharibələrinə 
məruz  qalan  Azərbaycan    1828–ci  il  Türkmənçay  sülh 
müqaviləsinə  əsasən  İran  və  Rusiya  arasında  bölüşdürüldü. 
Ağır,  əzablı  bir  tarixi  yaşamış  Azərbaycan    xalqı  bu  tarixi 
məhrumiyyətlərə  də  dözdü.  Azərbaycanda  maarifpərvər 
ziyalıların  inkişafı  ilə  bağlı  bəzi  məqamlar  yarandı. 
Azərbaycanın  bu  maarifpərvər  ziyalıları  Avropa  və  Qərbin 
demokratik  fikirli  ziyalıları  ilə  əlaqə  saxlayırdı.  Azərbaycan  
ictimai  fikir  tarixində  müəyyən  dəyişikliklər,  inkişafa  doğru 
müsbət  meyillər  güclənirdi:  «Rus  və  Azərbaycan  xalqları 
arasında  qarşılıqlı  ədəbi-mədəni  əlaqlərin    yaranması  ölkədə 
demokratik  meyillərin  güclənməsinə  səbəb  oldu.  Digər  tərəf-
dən, yeni milli məktəblərin yaranmasına zəmin yaratdı. Belə bir 
dövrdə    yeni  üsullu  məktəblər  üçün  proqram,  dərslik  və  dərs 
vəsaitlərinin  hazırlanması  təxirəsalınmaz  bir  problem  kimi 
ortaya  çıxdı.  Əlbəttə,  qədim  və  orta  əsr    mədrəsələrində  tədris 
olunan əsərlər daha çox ərəb və fars dillərində olduğundan yeni 
mündəricəli 
dərsliklərin 
yaradılmasında 
ortaya 
böyük 
çətinliklər çıxırdı». 
XIX  əsrdə  Mirzə  Şəfi  Vazehlə  İ.Qriqoryev  birlikdə  iki 
hissəli  «Müntəxabat»  hazırladılar  ki,  bu  da  milli  dərsliklər-
dəndir.  Bu  illərdə  Seyid  Əzim  Şirvani  iki  dərslik  hazırlayır; 
«Rəbiül–ətfal»  (1878),  «Tacül–kütub»  (1893),  birinci  kitab 
yuxarı  sinif  şagirdləri  üçün  nəzərdə  tutulmuş  və  müəllif  bu 
dərsliyinə  nəsr  və  nəzmlə  yazdığı  hekayə,  təmsil,  öyüd  və 


Yüklə 3,82 Mb.

Dostları ilə paylaş:
1   ...   68   69   70   71   72   73   74   75   ...   147




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə