Gülxani pənah salatin əHMƏdli səNƏT, SƏNƏtkar



Yüklə 3,82 Mb.
Pdf görüntüsü
səhifə66/147
tarix01.07.2018
ölçüsü3,82 Mb.
#52706
1   ...   62   63   64   65   66   67   68   69   ...   147

 
Sənət, sənətkar və zaman
 
 
 
261 
Aşıq  Pərinin  dərin  və  səmimi  lirikasında  «təmiz 
məhəbbətin,  mehriban  və  nəvazişkar  hisslərin  tərənnümü  ilə 
bərabər,  vəziyyətindən  narazılıq,  fələkdən  şikayət  və  xəfif 
kədər motivləri» də olduğunu bildirən alim F. Qasımzadə onun 
misralarını nümunə gətirir: 
 
Eşqinin əlindən gedərəm dadə, 
Dərdin olur gündən-günə ziyadə, 
Şivəvü rəftarın düşəndə yadə, 
Bağrımın başında millər oynaşır. 
 
Aşıq Pərinin xalq aşığı kimi şöhrət tapması, Azərbaycanın 
ziyalı, istedadlı qələm sahibi kimi tanınması, el arasında hörmət 
və  izzət  sahibi  olması,  o  dövrün  qələm  ustadları  arasında 
hörmətlə  adı  çəkilməsi  Azərbaycanda  qadın  yazarlarımızın 
yaradıcılığının  lap  qədimdən  üzübəri  inkişaf  etdiyinə  əyani 
sübutdur.  
O  dövrün  ustad  sənətkarlarından  biri  olan  Xurşidbanu 
Natəvan  yüzlərcə  qəzəl  şairləri  içərisində    öz  yaradıcılığı  ilə 
sayılan, seçilən Azərbaycanın şairə qadınları içərisində mühüm 
yer  tuturdu.  Ağabəyim  ağanın  nəslindən  olan  Natəvan  yara-
dıcılığında  Füzuli  şeirlərinin  təsir  qüvvəsi  tədqiqatçıların 
diqqətindən  yayınmamışdır.  Onun  fərdi  duyğularında,  şəxsi 
şikayətlərində  ictimai  şikayət,  «Azərbaycan  qadınlığının 
hüquqsuzluğu  və  talesizliyi»  ifadə  olunduğu,  şeirin  in-
cəliklərinə  yaxşı  bələd  olduğu,  əsərlərinin  dil,  üslub,  vəzn, 
qafiyə  və  digər  xüsusiyyətlərinə  də  diqqət  yetirdiyi  göstərilir. 
F.Qasımzadə  yazır:  «Şeirlərində  əruz  vəzninin  ahəngdar  bəh-
rlərindən  istifadə  etdiyi  kimi  seçilmiş  qafiyələr  də  işlətmişdir. 
Bir-iki  şeiri  müstəsna  olmaqla,  bütün  şeirləri  rədifli  qafiyə  ilə 
yazılmışdır.  Şeirlərində  ifadə etdiyi  hiss  və  həyəcanlarını canlı 
                                                    Gülxani Pənah, Salatın Əhmədli
                                                                            
 
 
262 
və  təsirli  verə  bilmək  üçün  bəzən  təkrirlərə  müraciət  etdiyi 
kimi, qoşa qafiyələr və rədiflərdən də istifadə etmişdir». 
Qəzəllərində  fikir  vəhdəti  mühafizə  edildiyi,  qəzəllərinin 
beytləri  arasındakı  «möhkəm  məntiqi  rabitə»,  qəzəlin  birinci 
beytində  ifadə  olunan  fikrin  axıra  kimi  davam  etdirilməsi  və 
digər  sənətkarlıq  keyfiyyətləri  araşdırılmış,  tədqiqatçı  alimlər 
onun yaradıcılığını, bədii təfəkkürünün məhsulu olan əsərlərini 
yüksək dəyərləndirmişlər. 
Natəvan  dövrünün  realist  rəssamlarından  biri  kimi 
tanınmışdır,  çəkdiyi  rəsm  və  nəqşlərin  təbii  və  bədii  gözəlliyi 
indi də öz gözəlliyini saxlayır. 
XX  əsr  Azərbaycan  qadınlarının  daha  sürətlə  həm 
iqtisadi,  həm  də  mədəni  sahədə  inkişaf  etdiyi  əsrdir.  Elə  bu 
əsrdə elə qüdrətli qadın şairələrimiz, yazıçılarımız, nasirlərimiz 
yetişdi  ki,  bir  daha  sübut  olundu  ki,  qədimdən  üzü  bəri  gələn 
əsrlərin  qoynunda  yetərincə  ana,  nənə  şairlərimiz  olmuş  və 
bunlar  da  onların  davamçılarıdır.  Nigar  Rəfibəyli,  Əzizə 
Cəfərzadə, Mədinə Gülgün, Mirvarid Dilbazi, Xalidə Hasilova, 
Ələviyyə  Babayeva,  Gülrux  Əlibəyli,  Hökümə  Bülluri, 
Xanımana Əlibəyli… 
Nigar  Rəfibəyli  otuzuncu  illərdə  ədəbiyyata  gəlib.  1934-
cü  ildə  ilk  «Şeirlər»  kitabı  nəşr  olunur.  Mir  Cəlal  bu  kitabın 
bədii  keyfiyyətlərini  yüksək  qiymətləndirir  və  «Ədəbiyyat» 
qəzetində  dərc olunan məqaləsində  şairənin uğurlu yaradıcılıq 
gələcəyinə  inamını  ifadə  edir.  N.Rəfibəyli  bu  inamı doğrultdu. 
«Qoçaq  Kərim»  (1937),  «Kəndli  və  qurd  nağılı»  (1938), 
«Balaca qəhrəman» (1942), «Zəfər nəğməsi» (1943), «Anaların 
səsi» (1951), «Karvan» (1952), «Şeirlər» (1959), «Dənizin səsi 
gəlir»  (1964),  «Xurma  ağacı»  (1965),  «Günəşin  cavabı» 
(1966),  «Günəşdən  gənclik  istədim»  (1974),  «Bizə  bahar 
yaraşır»  (1978)  və  s.  kitablarında  yaratdığı  yeni  məfkurəli 


 
Sənət, sənətkar və zaman
 
 
 
263 
insanları  vəsf  edən  şeirlərinin  ideya-bədii  keyfiyyətləri, 
sənətkarlıq imkanları tənqidçilər tərəfindən araşdırılmış, tədqiq 
edilmişdir,  Azərbaycan  şeirində  özünəməxsus  yer  tutan,  xalq 
şairi  adına  layiq  görülən  Azərbaycanımızın  qadın  şairəsidir. 
Daima  öz  yaradıcılığı  üzərində  işləyən,  sənətə,  ədəbiyyata 
böyük  məsuliyyət  hissi  ilə  yanaşan,  bədii  axtarışlar  aparan, 
mövzu və sənətkarlıq üfüqlərini genişləndirən, «insana ehtiram 
və  məhəbbət  konsepsiyası,  təbiətin  əsrarəngiz  gözəlliyinə 
məftunluq,  vətənə ülvi  bağlılıq,  qadın  ləyaqətinə  hörmət və bu 
kimi düşüncələr» onun şeirinin ana xəttinə çevrilmişdir.  
Müharibə  illərində,  müharibədən  sonrakı  dinc  quruculuq 
illərində  də  onun  poeziyasının  əsas  motivləri  vətənpərvərlik, 
vətəndaşlıqdır. 
Torpağına 
məhəbbət, 
sülh-əmin-amanlıq 
naminə  fədakarlığa  «çağırış»  əsasdır.  Nigar  Rəfibəylinin 
«müxtəlif  mövzularda  yazdığı  təbiət  şeirləri  və  musiqi 
bəstələnmiş  onlarla  nəğmələri  müasirlərimizin  mənəvi  zəngin-
liyinə,  estetik  kamilliyinə  xidmət  edir.  Nigar  Rəfibəylinin 
poeziyası  müxtəlif  yaşlı  uşaqların  və  gənclərin  bədii-estetik 
tərbiyəsinə 
yönəldilmişdir. 
Ana-şair-tərbiyəçi... 
bir-birini 
tamamlayan  bu  üç  şərəfli  ad  Nigar  poeziyasının  ruhudur.  O, 
hansı  mövzuda  yazırsa-yazsın,  ana  ləyaqəti,  şair  duyğuları  və 
əxlaqi-etik məziyyətlər sözün canına hopur».  
Onların  yaradıcılığı  tənqidçilərin,  ədəbiyyatşünasların 
daima  diqqət  mərkəzində  olmuşdur.    Tədqiqatçı  alim  Qulu 
Xəlilov  Nigar  Rəfibəylinin  yaradıcılığı  haqqında  yazır:  «Onun 
əsərlərində  insanın  ali,  təmiz  hissləri,  düşüncələri  tərənnüm 
olunur.  O,  istər  təbiətdən  yazsın,  istər  ailədən,  siyasi 
hadisələrdən  yazsın,  yenə  də  əsas  aparıcı,  həlledici  motiv 
insanın  nəcib  fikir  və  duyğularıdır.  O,  ən  adi    predmet  və 
hadisədə  belə,  müəyyən  gözəl  bir  hiss  və  fikir  tapır,  bunları 
səmimiyyət  və  məhəbbətlə  qələmə  alır.  Nigar  təmiz  ana  qəlbi, 
                                                    Gülxani Pənah, Salatın Əhmədli
                                                                            
 
 
264 
həssas  şair  ürəyi  ilə  sevir.  O,  vətəni,  sülhü,  azadlığı  sevir, 
həqiqi  dostu,  sədaqətli  yoldaşı  sevir,  sənətkarı,  şairi,  şeiri, 
sənəti  sevir,  əməyi,  quran,  yaradan,  yaşadan  adamları  sevir, 
baharı, gözəlliyi, təbiəti, günəşi sevir, bu nəcib hissləri, fikirləri 
özündə təcəssüm etdirən insanları sevir». 
Şəhriyar  yaradıcılığının  tədqiqatçısı,  istedadlı  qələm 
sahibi  Hökümə  Büllurinin  sənətkarlıq  imkanları,  yaratdığı 
əsərlər  Azərbaycan  ədəbiyyatının  qiymətli  incilərindəndir. 
Başıbəlalı  millətin  yazar  qızı  ilk  qələm  təcrübələrini  qələmə 
alanda  içindən  gələn  səsləri  öz  ana  dilində  izhar  etməyə  belə 
ixtiyarsız  idi.  Bununla  belə,  o,  sənət  aləmində  öz  izini  qoydu, 
öz cığırını açdı. 
Hökümə  Bülluri  «fədai  dəstələrində  olmamışdı.  O,  əlinə 
silah  almamışdı,  döyüşlərdə  iştirak  etməmişdi.  Onun  silahı 
qələm  idi.  Hökumə  ilk  şeirlərini  fars  dilində  yazmışdı.  O, 
yazdığı şeirləri dərc etməz,  hətta oz yoldaşlarına da oxumazdı. 
Yalnız  hərdən  şiddətlə  qapını  döyən  küləklər  bir  yetim  nalə 
kimi  pəncərələrdə  zarıldayarkən  kiçik  Hökumə  gözlərindən 
axan  isti    yaşları  anasının  qolları    arasında  gizlədərək  ona  öz 
könlünün tərcümanı olan şeirlərini oxuyardı.  Lakin anası onun 
farsca yazdığı şeirləri diqqətlə dinləyər, bir şey başa düşməzdi. 
Yalnız  «qızım,  dilimizdə  yazsana»,-deyərdi.  Bu  sadə  və  nəcib 
arzunu  Hökümə  yalnız  İran  Azərbaycanıında  demokratik 
hərəkat başlandığı zaman həyata keçirə bildi. Yeni Azərbaycan 
demokratik hökumətinin verdiyi qərar əsasında Azərbaycan dili 
dövlət  dili  oldu.  Hökümə  ağır  qapılı  bir  zindandan  qurtarmış 
məhbus  kimi  yeni  həyatın  qoynuna  atıldı.  O,  şeirlərini  öz 
doğma Azərbaycan dilində yazmağa başladı» (N. Rəfibəyli). 
VƏTƏN    həsrəti  zərif  qəlbli,  kövrək  qadın  şairlərimizin 
şeirlərinin  ruhuna  hopub.  İki  yüz  ildən  artıq  bir-birinə  həsrət 
qalan o taylı bu taylı Azərbaycan xalqının vətən yarası nə qədər 


Yüklə 3,82 Mb.

Dostları ilə paylaş:
1   ...   62   63   64   65   66   67   68   69   ...   147




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə