Gülxani pənah salatin əHMƏdli səNƏT, SƏNƏtkar



Yüklə 3,82 Mb.
Pdf görüntüsü
səhifə62/147
tarix01.07.2018
ölçüsü3,82 Mb.
#52706
1   ...   58   59   60   61   62   63   64   65   ...   147

 
Sənət, sənətkar və zaman
 
 
 
245 
Sabir  Əhmədli  yaradıcılığa  50-ci  illərdən  başlamış, 
özünəməxsus  üslubu  olan  yazıçı  kimi  tanınmışdır.  «Yamacda 
nişanə»,  «Toğana»,  «Yasamal  gölündə  qayıqlar  üzür»,  «Dün-
yanın  arşını»,  «Kütlə»  əsərləri  cəmiyyətimizin  sosial  –mənəvi 
problemlərindən,  ekoloci  məsələlərdən  bəhs edən əsərlər kimi, 
həm  də  «sərt  publisistik  intonasiyasına»  görə  maraqla 
qarşılanan  əsərləridir.  «Yanvar  hekayələri»  yazıçı-vətəndaş 
S.Əhmədlinin 
90-cı 
illərdə 
qələmə 
aldığı 
ən 
yaxşı 
əsərlərindəndir.  
Onun  əsərləri  içərisində  «Toğana»  bütövlükdə  «kənd, 
təbiət,  mənəviyyat  movzusunda  yazılmış»  roman  kimi  dəyər-
ləndirilir.  «Yazıçı  obrazlarının  mənəviyyatını  saflığı,  gözəlliyi 
ilə  müqayisə  və təmasda  verir,  bir obrazın dünyagörüşü,  işinə, 
vəzifəsinə,  ailəsinə,  başqalarına  münasibətini  onun  mənəvi 
aləminin  açarına  çevirir.  Romanın  əvvəlində  biz  toğanalılarla 
və  buraya  yaylağa gəlmiş  şəhərlilərlə tanış oluruq.  Toğanalılar 
və  yaylaqçılar  haqqında  yazıçı  təqdimatı  iki  əsas  xətt  olub 
əsərin  əvvəlindən  sonuna  qədər  qarşılıqlı  əlaqədə  və 
münasibətdə davam etdirilir» (T.Hüseynoğlu). 
Yaradıcılığa  «Poçtalyon»  hekayəsi  ilə  gələn  yazıçı  son-
ralar istedadlı nasir kimi ədəbi ictimaiyyətin diqqətini cəlb edir. 
Onun oricinal yazı tərzi, əsərlərində «bədii ümumiləşdirməyə», 
«psixoloci  əziyyətlərin  təsvirinə»  daha  çox  maraq  göstərildiyi 
bildirilir. Yazıçının «Bir payız axşamı» (1961), «Aran» (1962), 
«Pillələr»  (1964),  «Görünməz  dalğa»  (1966),  «Mavi  günbəz» 
(1984),  «Gedənlərin  qayıtmağı»,  «Dünyanın  arşını»  (1985), 
«Seçilmiş  əsərləri»,  2  cilddə  (1989-1990),  «Kütlə»  (1999), 
«Axirət sevdası» (trilogiya) (2003), «Şəhid ruhu» və s kitabları 
Sabir  Əhmədlinin  çoxşaxəli  yaradıcılığından,  istedadlı  nasir 
kimi fəaliyyətindən xəbər verir. 1992-ci ildə Azərbaycanın xalq 
yazıçısı  adına  layiq  görülmuş  Sabir  Əhmədli  roman  canrında 
                                                    Gülxani Pənah, Salatın Əhmədli
                                                                            
 
 
246 
yazan,  «bu  canrın  müasir  varlığı  dərk  və  əks  etdirmək  üçün 
verdiyi  geniş  imkanlardan  bacarıqla  istifadə  edən  istedadlı 
nasirlərimizdəndir».  
Vaqif  Səmədoğlu  ilk  şeirlərini  tələbəlik  illərində  qələmə 
alıb  və  «Azərbaycan»  curnalında,  1963-cü  ildə  çap  etdirib. 
«Yoldan  teleqram»  (1968),  «Günün  bəxti»  (1972)  şeirlər  top-
lusu  «sovet  ideologiyasının  mövcud  kursu  ilə  uzlaşmadığına 
görə,  məhdud  tiracla  nəşr  olunub».  Qonşu  ölkələrdə  (Gür-
cüstanda  gürcü  dilində  «Azadlıq,  övladınam  mən»,  Moskvada 
«Gecənin  sfinksləri»),  Türkiyədə  əsərləri  nəşr  olunub.  Rus, 
ingilis,  ukrayna,  latış  dillərinə  əsərləri  tərcümə  olunub.  «Mən 
burdayam,  İlahi»,  «Uzaq  yaşıl  ada»  kitabları  son  dövrlərdə 
yazdığı əsərlərdir.  
Vaqif  Səmədoğlunun  «Bəxt  üzüyü»,  «Generalın  son 
ömrü», «İntihar» pyesləri səhnələşdirilmiş, əsərləri əsasında çə-
kilən  «Yaşıl  eynəkli  adam»,  «Yumurta»  televiziya  tamaşaları 
maraqla qarşılanmışdır. 
Əli  Vəkil  Azərbaycan  poeziyasında  öz  dəsti-xətti  olan 
şairdir.  Qərbi  Azərbaycan  torpağının  şair  oğludur.  Əmək 
fəaliyyətinə  Ermənistan  Dövlət  Televiziya  və  Radio  verilişləri 
Komitəsinin  Azərbaycan  dilində  verilişlər  redaksiyasında 
diktor-redaktor  kimi  başladığı  illərdən  bədii  yaradıcılığını 
davam  etdirir.  Sovet  dövründə  Azərbaycan  ədəbiyyatının 
erməni  dilində,  erməni  ədəbiyyatının  Azərbaycan  dilində 
tərcümələrini verib. Erməni faşistlərinin həmişə torpaqlarımıza, 
millətimizə qarşı apardığı düşmənçilik siyasətini  izləmiş,  saxta 
tarixlərinin  yayılmasının  qarşısını  almış,  keçmiş  sovetlər 
dövründə  AYİ-nın  erməni  dilində  çıxan  «Qarakan  Adrbecan» 
(«Ədəbi  Azərbaycan»)  curnalı  redaksiyasında  şöbə  müdiri 
(1977-1988),  məsul  katib  (1988-1990)  işləmiş,  «Sona  bulağı», 
«Zəfər  çələngi»,  «Ana  qayğısı»,  «Ədəbi  dünya»    kimi  20-yə 


 
Sənət, sənətkar və zaman
 
 
 
247 
qədər kitabın müəllifidir. Ədəbi İrəvan ədəbi məclisinin rəhbəri 
kimi Qərbi Azərbaycan ədəbi prosesinin inkişafı yolunda əzmlə 
çalışır, 
tarixi 
ellərimiz, 
yurdumuz 
Qərbi 
Azərbaycan 
torpaqlarının  tarixini,  ədəbi  irsini,  mədəni  fəaliyyətinin  davam 
etdirilməsi  üçün  bütün  qüvvə  və  bacarığını  sərf  edir.  İstedadlı 
şair  «Ekspress»  qəzetində  Azərbaycan  ədəbiyyatının  istedadlı 
nümayəndələrinin əsərlərini  nəşrinə  yardım  edir,  ədəbi  mühiti-
mizin  inkişafı  naminə  çalışır.  Erməni  vəhşiliklərini  öz  gözləri 
ilə  görmüş  azərbaycanlıların  hiss  və  duyğuları,  yurd  həsrəti, 
torpaq  sevgisi,  düşmənə  nifrət  hissi  ilə  dolu  əsərləri  ədəbiy-
yatımızın  mövzusunu,  dövrün  tarixi  proseslərini  yaddaşlara 
köçürmək sahəsində böyük rol oynayır. 
Afaq  Məsud  kiçik  hekayələri  («Sərçələr»,  «Tək»,  «Uy-
durma», «Tutuquşu»  və s),  romanları (  «Qarğış», «Üzü  işığa», 
«Cəza»,  «Fatma»,  «İzdiham»,  «Azadlıq»  və  s.),  tərcümələri 
(Qabriel  Qarsia  Markesin  məşhur  romanı  «Patriarxın  payızı», 
Tomas Vulfun «Dünyanın hörümçək toru» əsərlərini, Kortasar, 
Borxes, Mopassan və s. sənətkarların əsərlərini)  ilə tanınır.  
Ələkbər  Salahzadə  60-cı  illərdən  fəal  ədəbi  fəaliyyətə 
başlamışdır.    «Beş  yarpaq»,  «Od  heykəli»,  «Gözlər baxır dün-
yaya»,  «Xatirə  çiçəyi»,  «Yerimiz  bir,  göyümüz  bir»,  «Od 
odası»,  «Yanıltmaclı  əlifba»  şeirlər  və  poemalar  toplusunun 
müəllifidir.  Çoxlu  sayda  esse  və  məqalələrin  müəllifi 
Ə.Salahzadə  bədii  tərcümə  ilə  də  məşğul  olur.  A.Tvardovs-
kinin,  Pyatras  Svirkanın,  A.P.Platonovun,  Lorens  Sterinin, 
A.V.Sofranovun əsərlərini dilimizə tərcümə etmişdir.  
Ələkbər Salahzadənin «M.Müşfiqin monoloqu» kitabında 
onun M.Müşfiq haqqında müxtəlif illərdə çap olunmuş şeirləri, 
esseləri  və «Dan üzünə fışqıran qan» poeması toplanıb. «Şeirin 
yaşıdı» şeirində  
Müşfiq yaddaşdır, 
                                                    Gülxani Pənah, Salatın Əhmədli
                                                                            
 
 
248 
Şeirmizin yaddaşıdır, 
Şairə-sənətə məhəbbət yaddaşıdır. 
Və ümumiyyətlə yaddaşdır. 
Müşfiq unudulmazdır. 
Müşfiqi oxuyanda adamın ürəyindən bir səda qopur: 
O hələ nələr yarada bilərdi.  
Onun yaza bilmədiklərini təsəvvür tamamlayır. 
Müşfiqin  yaradıcılığı,  fəaliyyəti,  istedadı,  görünən, 
görünməyən  keyfiyyətləri  Ə.Salahzadənin  «görücülüyündə» 
yetərincə həqiqətiylə qovuşub: Müşfiqin əsərləri «Vətən sevgi-
sindən  yoğrulub»,  «Müşfiq  odu  bir  xalqın  sənət  aləmini 
işıqlandırmağa,  sənət  ocağını  həmişə  isti,  gur  saxlamağa  bəs 
edərdi». «Müşfiq rəmzdir, şeir rəmzidir, Müşfiq şeir üçün, şeir 
də Müşfiq üçün doğulmuşdu.  Şeir  və Müşfiq  bir-birinə doğma 
sözlər».  «Müşfiq aysberqdir.  Yaza bildikləri göz qabağındadır, 
yaza  bilmədikləri  isə  ucsuz-bucaqsız  vaxt  okeanının  altında 
qalıb». 
Uşaq  ədəbiyyatının  inkişafında  müstəqillik  dövrünün 
yazıçı və şairləri, dramaturqları öz fəaliyyətini davam etdirirlər. 
Xalq  yazıçısı  Elçinin  məsləhətçisi  olduğu  «Mən  və  mənim 
dünyam»  başlığı  altında  layihə  uğurla  həyata  keçirilir.  Bu 
layihə  əsasında  Ələkbər  Salahzadənin  «Karandaşların  nağılı», 
«Alma  gəmirən  qurdun  nağılı»,  «Oxatan  kirpinin  nağılı»,  
«Pələng  olmaq  istəyən  pişik»,  «Kim  nəyə  oxşayır?»  kitabları 
nəfis  şəkillərlə  yüksək  bədii  keyfiyyətlə  nəşr  edilmişdir. 
Mövzularla  bağlı  təbiət  lövhələri,  heyvanların,  quşların, 
çiçəklərin,  güllərin  şəkilləri,  digər  təbiətlə  bağlı  şəkillər  həm 
kitabların  mövzularının  bədii  keyfiyyətini  artırmış,  həm  də 
uşaqların təsəvvüründə onların canlandırılması, uşaqlarla təbiət 
və  onun  varlıqları  arasında  ünsiyyət  qurmaq  cəhətdən 
dəyərlidir.  Belə  kitablar  məktəbəqədər  və  məktəbyaşlı  kiçik 


Yüklə 3,82 Mb.

Dostları ilə paylaş:
1   ...   58   59   60   61   62   63   64   65   ...   147




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə