Gülxani pənah salatin əHMƏdli səNƏT, SƏNƏtkar



Yüklə 3,82 Mb.
Pdf görüntüsü
səhifə59/147
tarix01.07.2018
ölçüsü3,82 Mb.
#52706
1   ...   55   56   57   58   59   60   61   62   ...   147

 
Sənət, sənətkar və zaman
 
 
 
233 
Cırıldı, atıldı köhnə biletlər, 
Dedilər ən böyük bir səhvimizi. 
Tarixdən imtahan götürmədilər, 
Yalan yazmışdılar tariximizi. 
 
«Azadlıq», «Səadət», «Müqəddəs həyat» 
İsim tək hallandı «Xoşbəxt diyar»da. 
Yalana öyrəndi qara camaat, 
Aldanıb aldatdı ziyalılar da... 
Əsərlərində  Cənubi  Azərbaycan  mövzusu  da  xüsusi  yer 
tutur.  Onun  siyasi  lirikasında  da  insan  əsasdır.  Dünya 
prosesləri,  müxtəlif  beynəlxalq  problemlərin,  siyasi-ideoloci 
münaqişənin  predmeti  insandır.  O  insanın  taleyi  millətinin 
taleyidir.  O  bir  şair  kimi  dünyada  zamanın  ictimai-siyasi 
simasını ifadə edir. 
Öz  birliyini  artırmağa,  müşahidələrini  zənginləşdirməyə, 
sənətin  texnikasına  get-gedə  daha  inad  və  təmkinlə 
yiyələnməyə  çalışan,  hadisələrin  üzdə  görünən  zahiri  parıl-
tılarını  yox,  mahiyyətini,  nəticənin  özündən  çox  onu  doğuran 
səbəbi  axtaran,  yazıçılığın  mürəkkəb  və  ağır  zəhmət  tələb 
etdiyini  yaxşı  anlayan,  müasir  ədəbi  iqlimi  şərtləndirən,  bədii 
nəsrin  əsas  istiqamətlərini  müəyyənləşdirən»  yazıçılarımız 
Anar,  Elçin,  Ə.Cəfərzadə,  M.Süleymanlı,  İ.Məlikzadə,  F. 
Kərimzadə və başqaları gəlirdi.  
Anarın, Elçinin dramaturgiya, nəsr, tərcümə, ədəbi tənqid, 
publisistika sahəsində böyük xidmətləri var.  
Ədəbi fəaliyyətə «Keçən ilin son gecəsi», «Bayram həsrə-
tində»  hekayələri  ilə  başlayan  Anar  yaradıcılıq  prosesində 
böyük  uğurlar  qazanmışdır.  «Yağış  kəsdi», 
«Bayram 
həsrətində»,  «Ağ  liman»,  «Molla  Nəsrəddin-66»,  «Adamın 
adamı»,  «Macal»,  «Beş  mərtəbəli  evin  altıncı  mərtəbəsi», 
                                                    Gülxani Pənah, Salatın Əhmədli
                                                                            
 
 
234 
«Dədə  Qorqud»,  «Sizi  deyib  gəlmişəm»,  «Dünya  bir  pəncə-
rədir»,  «Seçilmiş  əsərləri»  (2  cilddə),  «Seçilmiş  əsərləri»  2 
cilddə,  «Sizsiz»,  «Şəhərin  yay  günləri»,  «Ağ  qoç  Qara  qoç», 
«Seçilmiş  əsərləri»  (I-VII  cild)  əsərləri  dünya  xalqlarının 
dillərinə tərcümə olunmuşdur. V.Şekspirin «Fırtına» pyesini, K. 
Taqorun  «Bağban»  əsərini  tərcümə  etmişdir.  12  bədii  filmin, 
ondan  artıq  sənədli  televiziya  filminin  ssenari  müəllifidir  
«Üzeyir  ömrü»,  «Qəm  pəncərəsi»,  «Dantenin  yubileyi» 
filimlərinin  quruluşcu  recissorudur.  Rusiya,  Türkiyə,  İran, 
Almaniya, İsveçrə, Polşa, Macarıstan, Bolqarıstan, Özbəkistan, 
Tacikistan,  Gürcüstan,  Qazaxıstan  və  b.  ölkələrdə  50-dən  çox 
kitabı  nəşr  olunub.    B.  Brextin  «Qalileo  Qaliley»  pyesini,  A. 
Blokun, 
V.Mayakoviskinin, 
S.Yeseninin, 
B.Pasternakın 
əsərlərini  Azərbaycan  dilinə  tərcümə  etmişdir.  Azərbaycanda 
və  xarici  ölkələrdə  əsərləri  haqqında  yüzlərlə  resenziyalar 
yazılmışdır.  Yaradıcılığı  geniş  araşdırılmış,  monoqrafiyalar 
yazılmışdır.  «Kitabi-  Dədə  Qorqud»  boyları  əsasında  «Dədə 
Qorqud» filminin ssenarisini yazmış və film çəkilmişdir. «Dədə 
Qorqud» povesti,  Dədə Qoqud dizi  filmlərinin  ssenarisini  yaz-
mış,  Dədə  Qorqud  dastanları  ilə  bağlı  elmi-nəzəri  publisistik 
mülahizələri də qorqudşünaslığa dəyərli töhfələrdir. 
Moskvada  Ali  ssenari  (1962-1964)  və  recissor  (1970-
1972) kurslarını  bitirmiş,  «Qobustan» curnalının  baş redaktoru 
(1968-1987),  Azərbaycan  Yazıçılar  İttifaqının  birinci  katibi 
(1987-1991)  olmuşdur.  1991-ci  ildən  Azərbaycan  Yazıçılar 
Birliyinin sədridir. 
Anar  ictimai  xadim  kimi  1995-ci  ildə  Azərbaycan  Milli 
məclisinin deputatı,  milli məclisin mədəniyyət   məsələləri üzrə 
daimi 
komissiyasının, 
Azərbaycan-Türkiyə 
Parlament 
qurumunun  sədri  olmuşdur.  Asiya  və  Afrika  ölkələri  ilə  res-
publika həmrəylik  komitəsinin sədri (1983-cü ildən), Azərbay-


 
Sənət, sənətkar və zaman
 
 
 
235 
can-Türkiyə  dostluq  cəmiyyətinin  (1993-cü  ildən)  sədridir.  
Keçmiş  Ümumittifaq  Yazıçılar  İttifaqının  İdarə  Heyətinin 
katibi  olmuşdur.  Türkiyədə  İstanbul    şəhəri  Memar  Sinan 
Universitetində  Azərbaycan  ədəbiyyatı  tarixindən  mühazirlər 
oxumuşdur  (1993),  Beynəlxalq  Dialoq  Avro-Asiya  təşkilatının 
sədri,  Kinematoqrafçılar  İttifaqı  idarə  heyətinin  üzvüdür. 
Azərbaycan ədəbiyyatı və incəsənəti ensiklopediyasının (1993-
cü  ildən)  baş  redaktorudur.  Dövlət  onun  fəaliyyətini  yüksək 
qiymətləndirmiş,  «Şərəf  nişanı»,  «İstiqlal»  ordenləri  ilə  təltif 
etmişdir.  Türk  ədəbi-mədəni  əlaqələrinin  genişlənməsində, 
Azərbaycan-türk  ədəbiyyatının,  mədəniyyətinin  inkişafındakı 
xidmətlərinə  görə  üç  dəfə  (2000,  2002,  2003)  Türkiyənin 
mükafatlarına layiq görülmüşdür. 
Anar  istedadlı  nasir olmaqla  yanaşı  ədəbi tənqid  sahəsin-
də  də  dəyərli  əsərlərin  müəllifidir.      Ölkəmizin  ədəbi-mədəni 
həyatı,  mədəniyyətimizin,  ədəbiyyatımızın  inkişafı  ilə  bağlı 
yazdığı    yüzlərlə  məqalələrdə  o  ən  aktual  məsələlərə  toxunur. 
«Dədə Qorqud dünyası» əsəri ən yaxşı tədqiqat əsəridir. 
«Şairin  hünəri»  (Nəsimi),  «Şairin  zəfəri»  (Xətayi), 
«Şairin  kədəri»  (Füzuli),  «Sübhün  zəfəri»  (M.F.Axundov), 
«Zəfərin  mübarək,  Nazim»  (N.  Hikmət)  «Anlamaq  dərdi» 
(C.Məmmədquluzadə),  Aşıq  Ələsgər,  Mikayıl  Rəfili,  Cəfər 
Cəfərov,  Məmməd  Arif,  S.Vurğun,  Ə.  Məmmədxanlı,  Nazim 
Hikmət,  Sabit  Rəhman,  Əli  Kərim,  B.  Vahabzadə,  Y.Sə-
mədoğlu,  Fikrət  Qoca,  Məmməd  Araz,  Ramiz  Rövşən  haq-
qında,  «İki  dilin  bir  adı  ola  bilməz»,  «Mədəniyyət  də  isteh-
kamdır,  qaladır»  və  s.məqalələrində  qoyduğu  problemlər,  irəli 
sürdüyü fikirlər maraq doğurmuşdur.  
60-cılar  nəslinin  nümayəndəsi  Azərbaycan  bədii  nəsrinin 
inkişafında  böyük  rolu  olan  sənətkarımız  Elçin  Əfəndiyev 
ədəbi  fəaliyyətə  «O  inanırdı»  hekayəsi  ilə  başlayıb.  Dövrü 
                                                    Gülxani Pənah, Salatın Əhmədli
                                                                            
 
 
236 
mətbuatda  hekayə,  povest,  romanlarıyla  yanaşı,  ədəbi-bədii 
məqalələri  ilə  müntəzəm  çıxış  edir.  Eyni  zamanda  gözəl 
ssenarilər  müəllifidir.  Onun  yazdığı  ssenarilər  əsasında  beş 
bədii  film  çəkilmişdir.  «Min  gecədən  biri»,  «Açıq  pəncərə», 
«SOS»  (povest),  «Gümüşü,  narıncı,  məxməri»,  «Povestlər», 
uşaqlar  üçün  «Günay,  Yalçın,  Nigar,  bir  də  Səlim»  hekayələr 
kitabı,  «Bülbülün  nağılı»,  «Mahmud  və  Məryəm»,  «Seçilmiş 
əsərləri»  (2  cilddə),  «Beş  dəqiqə  və  əbədiyyət»,  «Ağ  dəvə», 
«Ölüm  hökmü»,  «Ömrün  son  səhəri»,  «Məmmədəmin 
Rəsulzadə»,  «Bəstəkarın  vətəndaş  sözü»,  «Dəlixanadan  dəli 
qaçıb»,  «Klassik  aşıq  poeziyasında  dünya  obrazı»,  «Humayın 
yuxusu», 
«Tənqid 
və 
ədəbiyyatımızın 
problemləri» 
monoqrafiya və məqalələri və s. adda otuzdan çox kitabları nəşr 
olunub. 
Elçinin  «Poçt  şöbəsində  xəyal»,  «Ah,  Paris,  Paris!», 
«Dəlixanadan  dəli  qaçıb»,  «Mənim  ərim  dəlidir»,  «Mən  sənin 
dayınam»,  «Mahmud  və  Məryəm»,  «Ağ  dəvə»,  «Şekspir», 
«Arılar  arasında»  və  digər  pyesləri  tarixi,  yaxud  çağdaş 
mövzuda  yazılmasına  rəğmən  günümüzün  sosial-mənəvi 
mənzərəsini  cızır,  özgürlük  dövrü  insanın  içsəl  dartışmalarını 
ortaya  qoyur.  Yazıçının  nəsri  və  ədəbi  tənqidi  üçün  də 
səciyyəvi  olan  aydın  məntiq,  milli  gənələklərə  bağlılıq, 
qabaqcıl  dünya  ədəbi  proseslərinə  bələdlik,  aktuallıq  onun 
pyeslərində  də  qabarıq  duyulur.  Onun  istər  Milli  Teatr,  istərsə 
də  İstanbul  Şəhər  Bələdiyyə  Teatrında  uğurla  səhnələşdirilən 
«Qatil»  pyesi  isə  bütün  türk  xalqları  teatrının  hadisəsi  oldu» 
(Əsəd Cahangir. Körpü №1.2007.səh. 299) 
Xalq dastanlarının  sücet və obrazlarına  müraciət  edən  və 
irihəcmli əsərlər yaradan görkəmli şair və yazıçılarımızdan biri 
də  Elçindir  və  onun  "Əsli  və  Kərəm"  dastanı  üzərində 
köklənmiş  "Mahmud  və  Məryəm"  əsəri  sanballı  nəsr 


Yüklə 3,82 Mb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   ...   147




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə