Gülxani pənah salatin əHMƏdli səNƏT, SƏNƏtkar



Yüklə 3,82 Mb.
Pdf görüntüsü
səhifə57/147
tarix01.07.2018
ölçüsü3,82 Mb.
#52706
1   ...   53   54   55   56   57   58   59   60   ...   147

 
Sənət, sənətkar və zaman
 
 
 
225 
rübabının şah pərdəsində vüqarla səslənirdi. Şair hətta tarixdən, 
keçmiş əfsanələrdən yazanda da onu bu günlə, müasirliklə üzvi 
şəkildə  əlaqələndirməyi  bacarır,  onlara  məhz  bu  günün 
nəzərləri  ilə  baxırdı....Onun  onlarca  şeir  kitablarında  toplanan 
silsilə şeirlərinin başlıqlarını sadalasaq belə onun maraq dairəsi, 
tematikası,  zövqü,  duyum  və  deyim  tərzi,  dünyagörüşü, 
psixologiyası,  şəxsiyyəti haqqında müəyyən təsəvvür yaratmaq 
mümkündür». 
Ə.Tudənin  yaradıcılığı  Vahid  Azərbaycanın  «dünəni,  bu 
günü  və  sabahı»  kimi  dəyərləndirilir.  Əsas  məbədi  Bütöv 
Azərbaycan  torpağı  olan  Ə.  Tudə  şeirinin  əsas  «qibləgahı» 
bütün şairlərimiz kimi Azərbaycandır: 
Azərbaycan bu dünyada 
Şərqin məğrur qartalı! 
Fəqət qoşa qanadları 
Bir-birindən aralı. 
 
O qanadlar birləşəndə, 
Çaxacaq şimşək kimi. 
Bir bayrağa çevriləcək 
Ən böyük dilək kimi. 
Azərbaycanın bütün ziyalıları ikiyə bölünmüş Azərbaycan 
arasındakı  bölgüylə  barışmayıb.  M.F.Axundovdan  üzü  bəri 
bütün  ziyalılarımız  cənub  şimal  dərdli  olub.  M.Ə.Sabir, 
C.Məmmədquluzadə,  N.Nərimanov  və  onlardan  sonra  gələn 
nəsillər  bu  gün  də  böyük  nisgillərini  ifadə  etməklə    ikiyə 
bölünmüş  bir  xalqın  həsrət,  hicran,  ayrılıq  dərdindən,  vüsal 
həsrətindən 
ədəbiyyatımızda 
epopeya 
yaradıblar, 
yaratmaqdadırlar. Hər biri  200 ildir bu həsrəti yaşayır,  yaradır 
şeirlərində...  Hər  yazıçı  bu  böyük  nisgili  bir  cür  ifadə  etməyə 
başlamışdır,  kimi  özünə  təsəlli  taparaq  o  taydan  bu  taya 
                                                    Gülxani Pənah, Salatın Əhmədli
                                                                            
 
 
226 
Mustafa  Payan  oxuyur  Vahidin  qəzəllərini,-dedi.  «Gülüstan» 
yazdı;  başqa  biri  bu  dərdi  Xudafərin  körpüsü,  Araz  çayı  ilə 
əlaqələndirdi,  onları  təqsirləndirdi,  xalqımızın  taleyinə  fələyin 
qıyqacı  baxışı  ilə  bağladı;  bir  başqası  sərhəd  payalarından 
birinin  göyərməsi  və  öz  salxım  budaqlarını  gah  o  taydan  bu 
taya,  gah  bu  taydan  o  taya  sərməsi  ilə  bağladı.  Əyilib  o  tayı 
öpürdü  söyüd,  əyilib  bu  tayı  öpürdü  söyüd....  Min  arzu,  min 
xəyal,  min  dadlı  istək»lər  hələ  də  yaşayır  bu  yaranan 
əsərlərdə...  Nə  qədər  Azərbaycan  şairi,  sənətkarı  var,  onda 
vətən  yarasının  gözü  bağlanmır,  o  yara  işləyir  ürəklər 
göynəyəcək, qələmlər işləyəcək. 
Şimali  Azərbaycanın  taleyinə  düşən  işıq,  nur  o  tayın 
ürəyində  ümid  çırağını  sönməyə  qoymayacaq.  Çünki  Şimali 
Azərbaycan dövlətinin rəhbərliyi o taylı  bu taylı  Azərbaycana, 
onun  mədəniyyətinə,  ədəbiyyatına  müqəddəs  hisslərlə  yanaşıb. 
Ulu  öndərimiz  H.  Əliyev    Şəhriyar  irsini  Azərbaycan 
ədəbiyyatının  zəngin  xəzinəsi  kimi  dəyərləndirirdi.  Onun 
böyük  sənətkar  olduğunu,  «klassik-romantik  poeziyanın 
mütərəqqi  ənənələri  ilə  bədii  ünsiyyətini  qoruyaraq  dövrünün 
novator  şairi  kimi  çağdaş  şeirin  inkişafında  müstəsna  rol 
oynayan yeni ədəbi məktəbin yaranmağına» nail olduğu fikrini 
alimlərimiz Şəhriyar kimi Səhəndə,  Əli Tudəyə  və başqalarına 
da  aid  edir.  Heydər  Əliyevin  cəsarətli  addımlarının  nəticəsidir 
ki, Sovet imperiyasının hegemon siyasətinin hökm sürdüyü bir 
dövrdə  o  taylı  bu  taylı  Azərbaycanını  sevən  sərkərdə,  dövlət 
başçısı  Cənubi  Azərbaycanın  mədəniyyətinə,  ədəbiyyatına 
qayğısını  əsirgəməmiş,  Mərkəzi  Komitənin  1  katibi  olarkən 
Azərbaycan  Yazıçılar  İttifaqında  ayrıca  bir  şöbə  yaratdırmış, 
Balaş Azəroğlunu bu şöbəyə müdir təyin etmişdir. 
«Ay  işığında»,  «Bulaq»,  «Həyat  şirindir»,  «Mənim  yo-
lum»,  «Əmanət»,  «Ata»,  «Ölümdən  güclü»,  «Azad  qardaşım 


 
Sənət, sənətkar və zaman
 
 
 
227 
var», «Döyüş lövhələri», «Sevgi əfsanəsi», «İki dəfə yox olmuş 
adam»,  «Lirika»,  «Vətən  səni  çağırır»,  «Sonuncu  şah»,  «Ata» 
(poema-epos)  I,  II  kitab  və  s.  30-dan  çox  kitabların  müəllifi, 
Azərbyacan-o  taylı  bu  taylı  Azərbaycan-  bütöv  Azərbaycanın 
xalq  şairi  Söhrab  Tahir  yaradıcılığı  vətən,  onun  tarixinə, 
kökünə, mənəvi dünyasına bağlıdır. 
Söhrab  Tahir  Güneyli,  Quzeyli  Azərbaycanın  taleyüklü 
məsələləri  ilə  yaşayan,  yaradan  ədibdir,  şairdir.  Azərbaycan 
xalqına,  vətəninə,  dilinə  böyük  məhəbbətlə  yanaşan,  bu  dilin 
incəliklərinə dərindən  bələd olan,  yaratdığı əsərlərdə bu saflığı 
qorumağa  çalışan  vətənpərvər  ziyalıdır,  dilinin  keşikçisidir. 
Bütünlüklə yaradıcılığına nəzər saldıqda, onun əsərləri ilə tanış 
olduqda  Azər  adının  boyuna,  əqidəsinə  biçildiyinə  şübhə 
etmirik. 
Xalqına,  soykökünə,  onun  yaratdığı  milli-mənəvi  də-
yərlərə  sadiq  qalan  Söhrab  Tahir  xalqımızın  mənşəyini,  ilk 
məskən  saldıqları  əraziləri,  onların  qədim  həyat  tərzini  milli 
varlığını  dərindən  öyrənmişdir.  Çünki  onun  dediyi  kimi, 
«Azərbaycan  xalqının  varlığı,  etnogenizi  ilə  əlaqədar  elmi 
kitablarla  yanaşı  şamanizm,  zərdüştizm  haqqında  kitablar, 
əsatir,  əfsanə,  dastan,  nağıl,  deyim  və  söyləncələr  oxu»duqca, 
onun  qədim  varlığını  özündə  əks  etdirən    sənədlərlə, 
qəhrəmanlıq  eposları  ilə  tanış  olduqca  «yavaş-yavaş  dünyanın 
ən  qədim,  ən  nəcib,  ən  döyüşkən,  ən  ləyaqətli  və  şücaətli 
xalqları  olan  türkdilli  qəbilə,  tayfa  və  ellərini,  o  cümlədən 
qədim  Azərbaycan  xalqının  ən  qədim  tarixinin  monumental 
mənzərələrini  aydın  şəkildə  görməyə  başla»mış  və  bunlar  ona 
imkan  vermişdir ki,  milli-istiqlal  hərəkatını özündə əks etdirən 
«Ata» kimi poema-eposu yarada bilsin. 
Söhrab Tahirin qələminə məxsus olan,  son illərdə yazdığı 
bu poema-epos xalq şeiri üslubunda yazılmış poetik bir əsərdir. 
                                                    Gülxani Pənah, Salatın Əhmədli
                                                                            
 
 
228 
Bizə bir çox tarixi həqiqətləri özündə əks etdirən Dədə Qorqud,  
Koroğlu  kimi  epos-dastanlar-  xalq  ədəbiyyatında,  xalqımızın 
soykökündə duran oğuz tayfalarının həyat və məişətini özündə 
əks etdirən mənbələr məlumdur.  Yaranan hər bir epos-dastan o 
xalqın  milli  bədii  təfəkkürünün  məhsuludur.  Onlar  cilalanıb 
qiymətli sənət əsəri kimi tanınana qədər uzun, tarixi bir inkişaf 
yolu  keçərək  daha  da  püxtələşmiş,  bu  keçimlərdə  daha  da 
cilalanmış, qiymətli sənət əsərinə çevrilmişdir.  
Söhrab  Tahirin  yaratdığı  «Epos»  biçimlənmiş  zəngin 
türk-  azəri  təfəkkürünün  məhsuludur.  Mayasını  özündən  əvvəl 
yaranan xalq eposlarından götürüb. 
Şair  öz  arzularını,  düşüncələrini,  bu  əsəri  yazmaqda 
məqsədini  "4-cü  giriş"  də  Allaha  müraciətində  açıq  bir  poetik 
dillə  bildirir.  Türk  xalqlarının  ilkin  dövrlərini,  əsrlərin,  illərin 
yaddaşına  həkk etdiyi tarixini  arayan,  araşdıran şairin  məqsədi  
minilliklərin 
içərisində 
itib-batmış, 
müxtəlif 
xalqların, 
dövlətlərin  ərazisində  bu  günə  qədər  də  mövcud  olmaqda, 
qalmaqda  olan  türk  mədəniyyət  dünyasının  yaşantılarını  inkar 
etməyin    mümkünsüzlüyünü,  xalqının  çox  qədim  köklü-
köməcli  bir  xalq  kimi  lap  qədimdən  təşəkkül  tapıb,  inkişaf 
etdiyini,  tarixi,  elmi  araşdırmaların  gəldiyi    dəqiq  qənaət 
zəminində poetikaya çevirmək, xalqına, eləcə də bütün dünyada 
türk  dünyasının  qədimliyini,  ilkinliyini  inkar  etmək  istəyən 
düşmənlərinə  çatdırmaq,  yalançı  uydurma  ideyalarla  xalqının 
haqqını əlindən almağa  çalışanları geri oturtmaqdır. 
   
Allah kömək elə, yollar dumandır. 
   
İtən tarixləri arayım, tapım. 
   
Allah kömək elə mənə, amandır, 
   
Haqqımı haqsızın əlindən qapım. 
Böyük  türk  dünyasına  qələmi  ilə  səyahətə  çıxan  şair  ilk 
dövlətini,  soyunu,  kökünü  üzə  çıxarmağa  çalışır.  İlk  inamını, 


Yüklə 3,82 Mb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   ...   147




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə