Gülxani pənah salatin əHMƏdli səNƏT, SƏNƏtkar



Yüklə 3,82 Mb.
Pdf görüntüsü
səhifə60/147
tarix01.07.2018
ölçüsü3,82 Mb.
#52706
1   ...   56   57   58   59   60   61   62   63   ...   147

 
Sənət, sənətkar və zaman
 
 
 
237 
əsərlərindən  biridir.  Xalq  ədəbiyyatından  gələn  sücet  və 
obrazlar,  hadisələr  Elçin  yaradıcılığında  daha  bitkin,  daha 
mükəmməl,  daha  təfsilatıyla  verilir.  Burada  zəngin  xalq  ədə-
biyyatından bəhrələnmə, digər tərəfdən sənətkar təxəyyülündən 
bu  əsərin  cilalanmış  şəkildə  təzahürü  bizə  bunu  deməyə  əsas 
verir  ki,  hər  hansı  bir  sənətkar  öz  ata-babalarından  ona  miras 
qalan  mə'nəvi  sərvətlərə  daha  dərindən  bələd  olduqda,  ondan 
yaratdığı  sənət  əsərlərinin  ruhuna  və  qayəsinə  uyğun  şəkildə 
istifadə  etdikdə  yaratdığı  yeni  sənət  əsərinin  ölməzliyinə, 
əbədiliyinə də inanmalıdır. 
Elçinin  əsərləri  SSRİ  xalqlarının,  həmçinin  ingilis, 
fransız, ispan, türk, ərəb, fars, macar, alman, çex, slovak, bolqar 
və s. dillərə tərcümə olunub. Xarici ölkə yazıçılarının əsərlərini 
Azərbaycan  dilinə  tərcümə  edib.  Klassik  yapon  poeziyasının 
xokki  canrında  yazılmış  əsərləri,  müasir  xarici  ölkə 
yazıçılarının  pyes  və  hekayələrini,  Molyerin  komediyalarını 
buna nümunə göstərmək olar.  
Elçin ədəbiyyatımızın tədqiqi, ədəbi tənqidlə bağlı dəyərli 
tədqiqat  işlərinin  müəllifidir.  Bədii  yaradıcılıqla  yanaşı  elmi 
fəaliyyətini davam etdirmiş,  Azərbaycan EA Nizami adına Dil 
və  Ədəbiyyat  İnstitutunun  aspiranturasını  bitirmiş,  Nəzəriyyə 
şöbəsində  kiçik  elmi  işçi,  böyük  elmi  işçi  kimi  fəaliyyət 
göstərmiş, 
«Azərbaycan 
bədii 
nəsri 
ədəbi 
tənqiddə» 
mövzusunda namizədlik dissertasiyasını müdafiə etmişdir. Hələ 
sovet  dövründə  yazdığı  tənqidi  məqaləsinə  görə  «Drucba 
narodov»  curnalının  «ən  yaxşı  məqaləyə  görə»  mükafatını 
(1973) almış, nəsr əsərləri SSRİ Yazıçılar İttifaqının «Mediya»  
həftəliyinin 
(1982), 
«Literaturnaya 
qazeta»nın 
(1983), 
«Smena»  curnalının  (1972,  1984)  mükafatlarına  layiq 
görülmüşdür. Filologiya elmləri doktorudur. 
                                                    Gülxani Pənah, Salatın Əhmədli
                                                                            
 
 
238 
Elçin  Əfəndiyev    Azərbaycan  Yazıçılar  İttifaqı  İdarə  he-
yətinin katibi (1975-1988),  xaricdə  yaşayan  həmvətənlərimizlə  
ilk  mədəni  əlaqələr  quran  «Vətən»  cəmiyyətinin  sədri  (1987-
1993)  olmuşdur.  O  vaxtdan  Azərbaycan  Respublikasının  baş 
nazirinin  müavini  vəzifəsində  çalışır.  Bir  gün  də  ədəbi 
prosesdən  ayrılmamış,  müstəqillik  dövrümüzün  ən  yaxşı  bədii 
nümunələri ilə Azərbaycan ədəbiyyatımıza xidmət edir. 
Vidadi  Babanlı  ədəbiyyata  şeirilə  gəlib.  İlk  şeirlərini 
Vidadi  Şıxlı  imzasıyla  çap  etdirib.  İlk  povesti  «Gəlin»  də 
Vidadi Şıxlı  imzasıyla  nəşr edilib.    Ədəbi  yaradıcılığa 1947-ci 
ildə «Azərbaycan gəncləri» qəzetində çıxan «Anam sən oldun» 
şeiri  ilə  başlayıb.  «Dönüş»,  «Təbrizdə  bir  gecə»  poemaları 
«Vidadi  Şıxlı»  təxəllüsü  ilə  çap  olunub.  «Azərbaycan 
müəllimi»  qəzetində  ədəbi  işçi,  «Ədəbiyyat»  qəzetində    ədəbi 
işçi, «Azərbaycan» curnalı redaksiyasında baş redaktor müavini 
(1978-81) işləyib. 50-ci illərdən nəsr sahəsində maraqlı əsərləri 
ilə  tanınmışdır.  «»Gəlin»,  «Tanışlarım  və  dostlarım»,  «Ayazlı 
gecələr»,  «Həyat  bizi  sınayır»,  «Vicdan  susanda»  I-II  kitab, 
«Müqəddəs  ocaq»,  «İnsaf  nənə»,  «Ömürlük  cəza»,  «Kişilik 
haqqında  himn»  şeirlər  toplusu  çap  olunmuşdur.  Tənqidçilər 
onun  «Vicdan susanda» əsərinin bədii uğurlarını xüsusilə qeyd 
edirlər.  
Əsərləri  keçmiş  SSRİ  və  xarici  ölkə  xalqlarının  dillərinə 
tərcümə olunub. Valentin Rasputinin «Mariyaya pul lazım idi», 
«Sonuncu  möhlət»  əsərlərini  ruscadan  dilimizə  tərcümə 
etmişdir. 
Əfqan  Əsgərov  ədəbiyyatımızda  öz  sözü,  öz  səsi  olan 
istedadlı  yazıçıdır.  «Azərbaycan  gəncləri»  qəzetində  şöbə 
müdiri  kimi  (1948-53)  əmək  fəaliyyətinə  başlayan  Əfqan  həm 
nəsr,  həm  dramaturgiya,  həm  də  publisistika  sahəsində 
qələmini  sınayan  istedadlı  yazıçı  kimi  «oricinal,  son  dərəcə 


 
Sənət, sənətkar və zaman
 
 
 
239 
aktual  problemlərə  meyil  edən,  həmişə  həyatla  ayaqlaşan, 
müasir  ruhlu  sənətkar»  kimi  dəyərləndirilir.    «Gecikmisən», 
«Gözəllik  sorağında»  (hekayələr),  «Sarı  ələk»  (hekayələr  və 
pyes),  «Qartal  əfsanəsi»,  «Gülyanaq»  (roman  və  povest), 
«Həsrət də bir vüsaldır», «Dünya gözəlliyindir», «Bəy İnal» və 
s.  kitabların  müəllifidir.    Onun  «Dağ  seli»,  «Sarı  əlcək»,  «Qız 
atası»,  «Gülməyən  adam»  pyesləri    Bakı,  Gəncə,  Sumqayıt 
dram  teatrlarında  tamaşaya  qoyulmuş,  tamaşaçıların  rəğbətini 
qazanmışdır.  Kitablarında  toplanan  hekayələri,  roman  və 
povestləri,  müxtəlif  ideyalı  maraqlı  sücetlərə  malik  əsərlərdir. 
Həm  müasir,  həm  tarixi,  həm  də  tarixi-əfsanəvi  mövzuda 
qələmə  aldığı  «Qartal  əfsanəsi»,  «Bəy  İnal»  «Gülyanaq», 
«Katib»,  «Şahlar  şahı»  «Məhəbbət ətirli qərənfilim» roman  və 
povestlərində  Əfqan  «xalqımızın  tarixindən,  tarixi-əfsanəvi 
keçmişimizdən, 
müasir 
həyati 
gerçəkliklərdən, 
gözəl, 
monumental lövhələr, epik bədii salnamələr yaratmışdır». 
İsa  Hüseynov  Azərbaycan  ədəbiyyatının  50-ci    illərdən 
üzübəri  yazıb-yaradan  qüdrətli  yazıçısı,  psixoloci  üslubda 
yazan  sənətkarıdır.  Məmməd  Arif  hələ  50-ci  illərdə  onun 
«Yanar  ürək»  povestiylə  bağlı  yazdığı  «Yazıçının  siyasi  möv-
qeyi»  məqaləsində  bu  povestinə  qədər  yazdığı    əsərlərlə  bağlı 
bu  fikirlərini  bildirirdi  ki,  İsa  Hüsenyov  «həyat  hadisələrini 
dərindən  və  təvərrüatı  ilə,  insan  xarakterlərini  isə  daha  çox 
psixoloci planda əks etdirməyə meyil edən yazıçılardandır». 
İsa  Hüseynovun  ədəbi  tənqiddə  mübahisə    doğuran 
əsərləri  bir  sıra  səbəblərlə  bağlıydı.  İ.Hüseynovun    ömrünün 
böyük  bir  hissəsi  kommunist  ideologiyasının  hökmran  olduğu 
dövrə düşür.  Bu elə  bir dövrdür ki,  sovet adamları kommunist 
ideyaları 
ilə 
silahlandırılırdı, 
onların 
məqsədi, 
amalı 
kommunizm  cəmiyyəti  qurmaq  idi.  Xalqın  bu  cəmiyyətin 
qurulması  uğrundakı  mübarizədə  göstərdiyi  dözüm,  dəyanət, 
                                                    Gülxani Pənah, Salatın Əhmədli
                                                                            
 
 
240 
mübarizlik,  əldə  etdikləri  nailiyyətlər  o  dövrdə  yaranan 
əsərlərin məzmun və ideyasını tənzimləyirdi. O dövrdə yaranan 
əsərlərin 90%-dən çoxunda bu kommunizm uğrunda mübarizə, 
hər  addımda  köhnəliyə  qələbə  çalan  yeniliyin  təsviri,  sovet 
adamlarının  humanist  duyğuları  ön  planda  verilirdi.  Belə  bir 
dövrdə İsa Hüseynov «Yanar ürək», «Doğma və yad adamlar» 
kimi əsərlər  yazdı ki,  kommunist  ideologiyasının  irəli sürdüyü 
problemlərin  əvəzində  İ.Hüseynov  əsərlərində  «fərdi  psixoloci 
təhlil,  bütövlükdə  yazı  tərzində  psixologizm  var  idi:  insanın 
mənəvi-psixoloci  planda  əks  etdirmə,  obrazı  daha  çox  bu 
planda canlandırma üstün idi.  
Bu  xüsusiyyəti  ilə  o,  sosialist  realizmi  prinsiplərinin 
normativliyi  ilə  uyuşmurdu.  Bu  metodun  prinsip  və  nor-
malarından  kənara  çıxırdı.  Tənqidçini  həyəcanlandıran  da  bu 
idi»  (T.  Hüseynoğlu).  Böyük  ədibin  «Tütək  səsi»,  «Saz», 
«Teleqram»  povestləri,  «Məhşər»  tarixi-fəlsəfi  romanı  bu  gün 
də tənqidin baş vura bilmədiyi mövzulardır. Bir sıra tənqidçilər 
onun  əsərlərində  yazıçı  düşüncəsinin  mahiyyətinə  varmaqda 
çətinlik  çəkir.  Sovet  adamlarının  kommunizm    cəmiyyəti 
qurması 
uğrunda 
apardığı 
«mübarizə», 
qazandıqları 
nailiyyətlər,    dünyamiqyaslı  «quruculuq  işlərinin  təsviri»,  
sovet  adamlarının  «mövqeyi»,  cəmiyyət    quruculuğu  uğrunda 
«polad  kimi  bərkiməkdə»  olan  sovet  adamlarının  əməyinin 
təsvir  və  tərənnümü  İ.  Hüseynovda  yox  idi  və  sosializm 
realizmi  metodu  ilə  silahlanmış  tənqidçilərimiz  nə  yazıq  ki, 
İ.Hüsenyov  kimi  yetişməkdə  olan  sənətkarın  yaradıcılığındakı 
insanı  «mənəvi  psixoloci  planda  əks  etdirmə,  obrazı  daha  çox 
bu  planda  canlandırma»  keyfiyyətlərini  sosializm  realizm 
«normativliyi»  ilə  «uyuşmadığından»,  bu prnsip  və  metodların 
çərçivəsindən  kənar  çıxdığından  yetərincə  qiymətini  verə 
bilmirdilər.  Əksinə,  danlağı  çox  idi.  «Aydın  olur  ki,  sənətdə 


Yüklə 3,82 Mb.

Dostları ilə paylaş:
1   ...   56   57   58   59   60   61   62   63   ...   147




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə